Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə74/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   70   71   72   73   74   75   76   77   78

Əlavə 1
P.S. Nadir şah haqqında çoxlu rəvayətlər mövcuddur. Bu rəvayət -
lərin bəziləri onun haqqında olan kitablarda və xalq deyimlərində bu
günə qədər gəlib çıxmışdır. Mən həmin rəva yət ləri də bu kitaba əlavə et-
məklə, bir daha bu tarixi şəx 
siyyətin müdrikliyini, hazırcavablığını
vurğulamaq istədim.Qoy bu rəvayətlər də tarixdə qalıb yaşasın.
Müəllif
NADİR ŞAH HAQQINDA RƏVAYƏTLƏR
1
1. Məhəmməd şahın sui-qəsdi.
Hindistan şahı Məhəmməd şah Dehlidə
Nadir şaha sui-qəsd hazırlayır, onu qonaq
dəvət edir. Bir dəstə silahlı adama tapşırır ki,
məclisdə elə ki, mən əl çaldım, içəri girib
Nadiri öldürün. Silahlı dəstə müəyyən olun-
muş yerdə məclis qurtaranadək gözləyir.
Məhəmməd şahdan səs çıxmır. Məclis qur-
tardıqdan sonra ondan soruşurlar ki, bəs niyə
əl çalmadın? Məhəmməd şah: «Nadirin mər-
danə xarici görünüşü, onun əzəməti və nüfuzu
məni elə təsir altına aldı ki, heç nə edə bil -
mədim. Mənə elə gəldi ki, siz içəri girən ki -
mi Nadir məni öldürəcək», – deyə cavab verir.
2. Dinmə, götür.
Nadir şah Dağıstanda vuruşanda pulu olmadığı üçün uzun müddət əs-
gərlərə maaş verə bilmədi. Onda dəvə dərisindən pul düzəltdirib, üstünə
yazdırdı:
«Pust şotor (dəvə dərisi) hökm Nadir, dinmə, götür».
Úàùàíýèð Ùöñåéí ßôøàð
230
Nadir şah Əfşar
1
Bu rəvayətlər M.H.Qüddusinin «Nadir şah» əsərinin 220-234-cü səhifələrindən götürül müş dür.


3. Nadirin qüdrəti.
Dehlidə kütləvi qırğından sonra hindli bir qadın bir qutu cəvahir gətirib
xahiş edir ki, onu əsgərlərə versinlər. Nadir bunun səbəbini soruşduqda,
qadın cavab verir:  «Əsgərlər talan ilə məşğul olduğu vaxt, iki əsgər onun
evində talan vaxtı cəvahir olan qutunu tapıb, qapağını açıb, içərisində olan
cəvahiratı öz aralarında bölmək istədikdə, sənin carçın uca səslə qışqırıb
dedi: «Şahın fərmanı ilə qətl və qarət dayandırılmışdır». O iki nəfər tez
qalxıb, talandan əl çəkib, qutunu cəvahiri ilə birgə orada qoyub, evdən get-
dilər. Sənin qüdrətinə və əsgərlərinin intizamlı olmasına mükafat olaraq bu
qutunu sizə təqdim edirəm».
4. Nadirin tac bağışlaması.
Nadir şah Hindistanı tutandan sonra Dehlidə qonaqlıq edib, Hindistan
şahı Məhəmməd şahı da dəvət etdi. Ziyafətdə Məhəmməd şahın qiymətli
cəvahirli papağını götürüb öz başına, öz dəmir nişanlı papağını isə onun
başına qoydu. Məhəmməd şah hakimiyyəti ona qaytardığı üçün Hindistanın
250 illik xəzinəsini Nadir şaha bağışladı. 
5. Cavab birdir.
Nadir şah Təbrizdə elan etdi: «Hər kəs mənim 3 sualıma cavab versə,
ənam verəcəm». Heç kəs qorxusundan irəli gəlmədi. Nəhayət, pul yığdılar,
bir qoca kişi pulu alıb gəldi.  Öz-özünə dedi ki, onsuz da sabah, ya da o
birisi gün öləcəm, hələ pulları uşaqlarıma verim, Allah kərimdir. Gəldi
Nadirin hüzuruna, Nadir dedi: «Sənə 3 sualım var, cavab versən, ənam ala-
caqsan, verməsən öləcəksən».
Birinci sualım:  – Mən böyük adamam, yoxsa Rüstəm?
Kişi dedi: – Sən, çünki Rüstəm Kəyan şahlarının əmrini icra edirdi,
sən isə özün əmr verənsən.
Nadir birinci sualın cavabından razı qaldı, ikinci sualını verdi:
–  Mən böyük adamam, yoxsa Şah Abbas?
– Sən, – deyə kişi cavab verdi, – Şah Abbasın atası şah idi, o öləndən
sonra Abbas şah olmalı idi, amma sənin atan bir kürk tikən kişi idi, heç
nəyi yox idi. Sən öz qılıncının gücünə şah olmusan.
Nadir bu cavabdan da razı qalıb, 3-cü sualını verdi:
– Mən şücaətliyəm, ya Əli ibn Əbutalib?
Kişi əsəbiləşib:
– Elə bir qələt elədin ki, dədən də edə bilməzdi, – dedi. Nadir gülüb
ona ənam verdi.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
231


6. Nadirin komandirliyi.
Şah Təhmasib öz adamlarından biri ilə Nadirə bir əmr göndərdi ki, icra
etsin. Nadir o adama dedi: «Şah Təhmasibə de ki, mən anadan əmr verən
doğulmuşam, nəinki icra edən».
7. Əqri və Məqri.
Azançı damda azan verirdi. Nadir soruşdu: – Bu kişi niyə bağırır?
Dedilər məqridir (yəni ki, qiraət edir). Nadir elə bildi ki, deyirlər əyridi,
dedi: – Onu təpəsi üstə aşağı atın, bilsin ki, məqri nədir. Sonra da dedi ki,
əgər onun səsinin camaata və qoyun-quzuya zərəri yoxsa, qoyun nə qədər
bağırır bağırsın. 
8. Yelkənli gəmi.
Nadir Dağıstana hücum edərkən gəmi ilə getmək istədi. Soruşdu ki,
gəmi nə ilə hərəkət edir? Dedilər yel ilə. O: – Mən özümün və əsgərlərimin
ixtiyarını küləyə verə bilmərəm, –   deyib quru ilə hərəkət etdi.
9. Darı kisəsi və xoruz.
Türk səfirlərindən biri Nadirin görüşünə gələrkən bir kisə darı gətirib
yerə səpdi, guya, bildirmək istəyirdi ki, Osmanlı ordusu darı kimi saysızdır.
Nadir göstəriş verdi, bir neçə xoruz gətirdilər. Az müddətdə xoruzlar darını
dənlədilər.
10. Nadirin hökmü. 
Bir qoşun çəkmədə əsgərlər çox piyada gedib bərk yorulmuşdular.
Nadirdən bir az dincəlməyi xahiş etdilər. Bu yorğunluqla hücumun baş tut-
mayacağını bildirdilər. Nadir göstəriş verdi ki, hər kəs 5 batman (təxminən
23 kq) daş  götürsün. Nadirin hökmü qəti idi. Əsgərlər daşı da götürüb ləh-
ləyə-ləhləyə gedirdilər. Düşmənə yaxınlaşanda əmr etdi ki, daşları atsınlar.
Daşları atıb bir qədər yüngülləşdilər. Çətinliklə də olsa, düşmənə hücum
edib qələbə qazandılar. 
11. Nadirin iy bilməsi.
Dərgəzdən dərungərlilərdən biri (Dərungərdən Dərgəzə 30 km-dir)
hakimin zülmündən İsfahana Nadirin yanına şikayətə getdi. Onu Nadirlə
görüşməyə qoymadılar. O, Dərungərdən bir batman düyü aparmışdı. Dü -
yünü Nadirin aşpazına verdi. Aşpaz axşam o düyüdən Nadir üçün bişirdi.
Plovu gətirəndə Nadir düyünün iyində fərqi duyub dərhal soruşdu: –
Dərungərdən gələn var? – Aşpaz dedi: «Bəli, bir nəfər gəlib, düyünü də o
Úàùàíýèð Ùöñåéí ßôøàð
232


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə