Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə73/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   70   71   72   73   74   75   76   77   78

kər də və diplomatdır, cəmiyyətin həyatını dəyişməyə çalışan islahatçıdır.
Lakin onlardan fərqli olaraq, hakimiyyətə irsən sahib olmamışdı, o,  yeni
dövlətin və yeni sülalənin banisi idi.
Nadir şah Çingiz xan, Əmir Teymur, Napoleon Bonopart kimi fatehdir,
yeni dövlətin və yeni sülalənin banisidir. Lakin onlardan fərqli olaraq, həm
azadlıq hərəkatının başçısıdır, həm məzhəb ayrılıqlarına qarşı çıxan, xalqın
mənəvi birliyinə nail olmaq istəyən vətənpərvərdir.
Nadiri başqalarından fərqləndirən başlıca cəhət isə onun siyasi və
dövlət xadimi, sərkərdə və hökmdar, ideoloq və islahatçı kimi öz dövrünü
xeyli qabaqlamasıdır. Nadirin ideyaları XVIII əsrin düşüncə tərzindən çox-
çox irəli gedirdi. Eyni zamanda Nadir bir ölkənin sərhədləri daxilində məh-
dudlaşası bir kimsə deyildi. Onun təfəkkürü, mütərəqqi fikirləri sərhəd
tanımırdı. Bütün bunlar Nadirin yürütdüyü hərbi-siyasi, sosial-iqtisadi və
dini siyasətdə tətbiq etdiyi yeniliklərdə özünü büruzə verirdi. 
Nadir şahın siyasi sistemə gətirdiyi yenilik müasir dövrdə aktual olan
demokratiya prinsiplərinin tətbiq edilməsindədir. Soy-kök etibarilə türk
olan Nadir qədim türk xalaqlarının hərbi-demokratiya dönəmlərindən
mövcud olan hökmdar seçkisi ənənəsini yaşadığı dövrə uyğunlaşdırmağa
müvəffəq oldu. O, xanları və bəyləri, sərkərdələri və din xadimlərini döv -
lə tin taleyi ilə bağlı olan bütün məsələləri geniş və ətraflı şəkildə müzakirə
etməyə təşviq etdi. Bundan ötrü hər cür şərait yaratdı. Öz namizədliyini
irəli sürmədi, müzakirələrin davam etməsini istədi. Təbii ki, Nadir hər şeyi
qabaqcadan ölçüb-biçmişdi, amma istənilən halda, qurultay iştirakçılarına
müəyyən qədər sərbəstlik də verilmişdi.
Nadir şah Hindistan yürüşündən qayıdan kimi xalqın içinə getdi, ha -
mı nı dinləməyə, dərd-sərini öyrənməyə çalışdı. Şəkidə olarkən şika yət çi -
lərin çoxluğunu nəzərə alaraq onlara vəkil seçməyi təklif etdi. XVIII əsrdə
heç bir inkişaf etmiş dövlətdə buna bənzər hal müşahidə olunmurdu. Bir
sıra Avropa dövlətlərində yalnız yuxarı zümrələrin nümayəndələri tərəfin -
dən parlamentarilər müəyyənləşirdi, sadə insanlar bu proseslərdən tama -
milə kənar idilər. Nadir şah isə Şəki camaatının seçiminə hörmətlə yanaşdı,
hətta özü təyin etdiyi yerli hakim Məlik Nəcəfin şikayətlərindən sonra Hacı
Çələbini cəzalandırmaq əvəzinə, vəkil kimi onun səlahiyyətlərini daha da
artırdı. Əminliklə söyləmək olar ki, əgər onun kimi düşünənlər çox olsaydı,
Azərbaycanda parlamentarizmin bünövrəsi də elə o zaman qoyula bilərdi.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
227


Nadir şahın həyata keçirdiyi ən mühüm yeniliklərdən biri türk-islam
dünyasını parçalayan məzhəb ayrılığına son qoymaq istiqamətindəki təd-
birləri idi. Bu təbirlərlə Nadir ilk növbədə, ölkə daxilində birliyin bərqərar
olmasına çalışırdısa, digər tərəfdən bütün müsəlman dünyasında birliyə nail
olmaq istəyirdi. Təəssüf ki, nə daxildə, nə də xaricdə bu mütərəqqi ideyanı
lazımınca dəyərləndirmədilər. 
Hərb sahəsində də Nadir şah islahatçı kimi yadda qalıb. Nadir ordu
qu  ru culuğunda türk hərb sistemini yeni dövrün tələbləri səviyyəsinə qal -
dırdı, artilleriyadan daha səmərəli şəkildə, yəni əvvəllər olduğu kimi, əsasən,
müdafiədə deyil, həm də hücumda istifadə edilməsinə nail oldu, Azərbay-
can və İran hökmdarları içərisində ilk dəfə olaraq hərbi dəniz donanması
yaratmağa başladı, hərb sənətinə bir sıra taktiki-strateji yeniliklər gətirdi.
Nadir şah torpaq və vergi islahatları həyata keçirdi. Dövlət torpaq fon-
dunu xeyli dərəcədə artırdı, iri mülk sahiblərinin övladlarının əlində qalsın
deyə vəsiyyət edilmiş vəqf torpaqlarını müsadirə etdirdi, əkilib-becəril mə -
yən torpaqların səmərəli istifadə edilməsinə müvəffəq oldu. Vergilərin xə -
zinəyə daxil olmasını təmin etdi. Nadirin həyata keçirdiyi məqsədyönlü
köçürmə siyasəti dövlətin sərhədlərinin möhkəmləndirilməsinə, əhalinin
məşğulluq səviyyəsinin artırılmasına, ordunun gücləndirilməsinə, həm də
demoqrafik vəziyyətin dəyişdirilməsinə xidmət edirdi.
Nadir şahın həyata keçirdiyi ən mühüm tədbirlərdən biri inzibati
baxımdan parçalanmış halda olan Azərbaycan torpaqlarını vahid inzibati
strukturda – mərkəzi Təbriz olan Azərbaycan bəylərbəyiliyində birləş dir -
məsi oldu. Bununla, demək olar ki, müstəqil və bütöv Azərbaycanın bü -
növrəsi qoyulmuş oldu. Qədim AZ (as) ƏR- lərin yurdu olan vətənimiz ilk
dəfə bu ad altında bir dövlət qurumuna çevrildi. Xilafət çağında yalnız
cənub torpaqlarımız Azərbaycan adlandırıldı, Hülakülər dönəmində bu ad
şimala da şamil edilmiş, lakin vahid inzibati qurum yaradılmamışdı. XV-
XVII əsrlərdə isə torpaqlarımızda dörd bəylərbəyilik mövcud idi. Əfsuslar
olsun ki, Nadirin xəyanətkarcasına öldürülməsi və bundan sonra baş verən
hərc-mərclik nəticəsində Azərbaycan bəylərbəyiliyi yenidən parçalandı.
Daxildə dağıdıcı qüvvələr üstün oldular, xarici dövlətlər isə qüdrətli Azər-
baycan dövlətinin varlığını həzm etmək istəmədilər.
Nadir şah dünya tarixinin adı kimi nadir şəxsiyyətlərindəndir ki, onun
irsinin öyrənilməsinə və bu irsdən faydalanmağa bu gün də, gələcəkdə də
Úàùàíýèð Ùöñåéí ßôøàð
228


ehtiyac duyulacaqdır. Əfsuslar olsun ki, bu dahi şəxsiyyətin həyat və fəa -
liy yəti çox az öyrənilmişdir. Bu baxımdan, Cahangir müəllimin «Nadir şahı
öz yetirməsi sayan bir xalq üçün yalnız bir neçə əsəri ortaya qoymaqla ki-
fayətlənməyi qaneedici hesab etmək olmaz» fikri ilə razılaşmamaq müm -
kün deyildir. Demək olar ki, bəşər tarixinin əvəzedilməz simalarından biri
olan Nadir şah sağlığında olduğu kimi, ölümündən sonrakı dönəmlərdə də
haqsızlıqlara məruz qalmaqdadır. 
İctimai-siyasi xadim, tədqiqatçı, vətənsevər ziyalı Cahangir Hüseyn
Əfşarın bu əsəri Nadir şahın tarixi irsinin öyrənilməsinə dəyərli bir töhvə,
həm də ona qarşı haqsızlıqlara bir etirazdır. Bu, həm də Azərbaycan icti-
maiyyətinə, ilk növbədə isə tarixçilərə ünvanlanmış bir çağırışdır. Bu
baxımdan, əminliklə söyləmək olar ki,  Cahangir müəllim əfşarlar nəslinin
nümayəndəsi kimi, qarşısına qoyduğu şərəfli missiyanın öhdəsindən layi -
qincə gəlmişdir.
Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, Cahangir Hüseyn Əfşarın
«Azərbaycan Nadir Əfşar dövləti» əsərinin çap edilməsini tövsiyə edirəm,
müəllifə gələcək elmi-publisistik fəaliyyətində yeni yaradıcılıq uğurları
diləyirəm.
Rəsul Hüseynli,
tarix üzrə fəlsəfə doktoru, 
BDU-nun dosenti
15 fevral 2014
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
229


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə