Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə77/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   70   71   72   73   74   75   76   77   78

məhkum edilmiş şəxslərdir. Hətta rayon DTK-nın nümayəndəsi Oktay
Mansurov rayon milisinə məlumat verir ki, həmin adamlardan 2-si yemək -
xanada sərxoş olaraq medalı döşlərindən çıxardıb, camaatın içində Leninin
əksinin üzünə tüpürmüş və hətta «bunun yerinə bizə bir araq verərsinizmi?»
– deyə medalı yeməkxana işçilərinin üstünə atmışlar. Bu barədə də rayon
milisində protokol  tərtib edilir. H.Hüseynov tərəfindən isə həmin medal
alan şəxslər xırda xuliqanlıq işi əsasında 15 sutka cəzalandırılır. Bu barədə
H.Hüseynov Rayon Partiya Komitəsinə yazılı məlumat verir. O zaman üçün
bu çox xoşagəlməz hadisə idi. Rayon Partiya Komitəsinin birinci katibi Əli
Quliyev RİK-nin sədrini cəzalandırır, hakimə və rəisə  medal verilməsini
təmin edir.
13. H.Hüseynov İsmayıllı rayonunda yenicə işə başlayan dövrlərdə
ra yonda ad çıxartmış, bütün rayon aktivini təngə gətirmiş, hətta şantaj
edərək hamıdan pul tələb edən bir nəfər  onun da kabinetinə gəlir. Bildirir
ki, səndən əvvəlki hakim mənə hər ay 50 manat pul verirdi. Sən də həmin
pulu mənə verməlisən. H.Hüseynov ondan soruşur ki, bu nə puldur?
Həmin şəxs cavab verir ki, bəs mən də dolanmalıyam axı... H.Hüseynov
ona cavab verir ki, səhər əməkhaqqı alacağam,  gəl, apar. Həmin adam
razı halda çıxıb gedir. H.Hüseynov onun kimliyi haqqında məhkəmə kati -
bindən ətraflı məlumat alır. Onun sərxoşluqla, əyyaşlıqla məşğul oldu ğu -
nu, heç bir yerdə işləməyib, bütün rayon aktivindən yerli-yersiz pul tələb
etməsi haqqında məlumat əldə edir. Səhəri gün rayon sahə müfəttişini də
yanına dəvət edir. Saat 10-da həmin şəxs kabinetinə daxil olduqda sahə
müfəttişini də içəri dəvət edir. İsgəndərin sərxoş halda ondan pul tələb et-
diyini bildirir. Sahə müfəttişi onun haqqında protokol tərtib edir və İs-
gəndərə 15 sutka pullu KPZ-yə saldırmaqla, o dövr üçün 15 manat da
cərimə kəsilir. Bundan sonra bir daha həmin şəxsin kimdənsə yerli-yersiz
pul tələb etməsi təkrar olunmur.
14. İsmayıllıda işləyərkən, sonralar respublikanın baş prokuroru olmuş
İsmət Qayıbov da orada prokuror vəzifəsində çalışıb. Onlar çox səmimi
olu lar. Bir gün H.Hüseynov yağışlı havada maşınla işə gedərkən, yolda
İsmət Qayıbovun oğlu İsmayılın dərsə getdiyini görüb, maşını saxlatdırıb,
İsmayıla deyib ki, gəl otur səni də məktəbə qədər aparaq. İsmayılın da
həmin vaxt 10 yaşı olubmuş. H.Hüseynov yolda İsmayıldan soruşub ki,
sən böyüyəndə nə olacaqsan? İsmayıl da rus məktəbində oxuduğuna görə
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
241


cavab verib ki, «tolka prokuror». H.Hüseynov gülərək deyib ki, sənin
əminlə bir müddət Göyçay rayonunda  işləmişəm (Sabir Qayıbovla). Atanla
bu gün İsmayıllıda işləyirik. Prokuror ol, səninlə də, Allah qoysa, bir müd-
dət işləyəcəm.
15. Şamaxı rayonunda hakim işləyərkən H.Hüseynov bazar günü səhər
tezdən hava almaq üçün Pirqulu istiqamətində gedərkən Rayon Partiya
Komitəsinin iki nəfər işçisinin qaçdıqlarını görüb, avtomobilini saxlatdırıb,
onların hara qaçması ilə maraqlanır. Həmin Vidadi adlı işçi uzun ömürlü
olmaq üçün qaçdıqlarını H.Hüseynova izah edir. H.Hüseynov isə gülə rək:
«Dovşandan çox qaçan yoxdur, onun isə ömrü çox az olur» deyərək onları
avtomobilə əyləşdirib, Pirquluya özü ilə xaş yeməyə aparır.
16. 2007-ci ilin yanvar ayında H.Hüseynov xəstələnərək (böyrək çatış-
mazlığı) yatağa düşür. Onun dostları (təqaüddə olan prokurorlar – Kazım
Süleymanov, Yusif Quliyev, istefada olan hərbi komissarlar – Aydın Hə -
sənov, Faiq Bağırov və başqaları) ona baş çəkmək üçün xəstəxanaya yanına
gəlirlər. Hüseynov onlara üzünü tutub, öz zarafatından qalmayaraq deyir:
«Mən artıq gedirəm, ancaq gedən kimi cənab Əzraildən vəzifə alacağam.
Siz tələsməyin. Siz gələnə kimi hamınızı orada vəzifə ilə təmin edəcəyəm».
Bu onun ömrünün son günlərində dostları ilə etdiyi zarafatı idi.
17. Bir gün SSRİ Ali Məhkəməsinin sədri Qorkin Azərbay canda SSRİ
Məhkəməsinin yaranmasının 40-cı ildönümü ilə bağlı respublikaya gəlir.
Azərbaycan Ali Məhkəməsinin sədri Abdulla İbrahimov bu təntənənin
keçirilməsinin mənzərəli İsmayıllı rayonunda da qeyd olunmasını H.Hüsey -
nova tapşırır. Qonaqlar – Ermənistan, Gürcüstan Ali məhkəmələrinin sədr -
ləri, Mərkəzi Komitə aparatının inzibati orqanlar şöbəsinin müdiri İsmayıllı
məhkəməsində səyyar işlərlə tanış olurlar. Nahar fasiləsi zamanı H.Hüsey -
nov Talıstan meşəsində qonaqlara geniş bir ziyafət masası hazırlatdırır.
Masada təbii ki, bütün yeməklərlə yanaşı, Gədəbəy kartofunun da sovut-
masını və kababını bişirtdirir. Qonaqlara bal ilə kartofun yeyilməsini təklif
edir. O, gədəbəyli olmasını və kartofun bu formada yeyilməsini bil dirir.
Qonaqlar bütün naz-neməti bir yana qoyub, Gədəbəy kartofunun bal ilə
yeyilməsini birinci dəfə gördüklərini və çox ləzzət etdiyini bildirirlər.
18. Ali Məhkəmənin sədri Abdulla İbrahimov Ağdaş rayo nunda  milis
işçisinin qətli ilə bağlı olan prosesi özü apara ca ğını bildirir. Bütün respub-
Úàùàíýèð Ùöñåéí ßôøàð
242


likanın rayon hakimlərini Ağdaş mədəniyyət evində gedən prosesə dəvət
edir. Proses vaxtı hakimlərə kimin irad və nə təklifi varsa, bu barədə qeyd
edib, prosesin yekununda ümumi iclasda bildirməyini onlardan tələb edir.
Proses yekunlaşır. Həmin müqəssirə məhkəmə prosesində  güllələnmə
cəzası təyin olunur. Prosesdən sonra A.İbrahimov hakimlərə verdiyi
tapşırığı onlardan ümumi iclasda soruşur. Bütün hakimlər təbii ki, sədrin
apardığı prosesi tərifləyib, heç bir nöqsanın olmadığını göstərirlər.
H.Hüseynov isə apardığı qeydləri və özünün makinada çap etdirdiyi
məhkəmə protokolunu Abdulla İbrahimova təqdim edir və prosesin
gedişində olan qüsurları bildirir. Həmçinin göstərir ki, Abdulla müəllim,
siz hökmü oxuyarkən, əlləriniz vərəqlə bir yerdə titrəyirdi. Bu hal müqəs-
sirdə və onun vəkillərində belə bir hiss yarada bilər ki, hökm hakimlər
tərəfindən ədalətli verilməmişdir. Bunların gələcəkdə şikayət verməsinə
əsas yarada bilər. Abdulla İbrahimov H.Hüseynovun dediklərini qəbul edir,
məhkəmə protokolunu dəyişdirib, H.Hüseynovun yazdığı kimi əvəzlən-
məsini göstəriş verir və bir daha müşavirədə göstərir ki, «Hüseyn, sən əsl
hakimsən! Və mən də məhz buna görə səni hər yerdə tərifləyirəm». Əl-
lərinin əsməsi haqqında isə üzünü H.Hüseynova tutub deyir, səni doğan
ana məni doğan ana deyil. Mənim əllərimin əsməsi isə təbii ki, genetik xü-
susiyyətimdən gələ bilər. O, bir daha H.Hüseynovun bu təklifini də hakim-
lərin diqqətinə çatdırır.
19. Hüseyn Hüseynov oğlu Cahangir II çağırış Milli Məclisin üzvü
seçildikdə Heydər Əliyevin may ayının 10-da anadan olduğu günü və oğlu
Cahangirin aprel ayının 10-dakı ad günlərini təmtəraqla öz «Zeytun» ticarət
mərkəzində və Maştağadakı bağ evində keçirərdi. Həmin məclislərə Milli
Məclisin üzvləri – Sirus Təbrizli, Eldar İbrahimov, Şahlar Əsgərov, Hadı
Rəcəbli, Həsən Mirzəyev, Fəzail Ağamalı, Zəlimxan Yaqub, Novruz
Quliyev, Eldar Qəhrəmanov, Miri Qənbərov  və başqaları, həmçinin 1945-
1950 və 1952-1957-ci illərdə universitetdə birgə oxuduğu tələbə
yoldaşlarını, tanınmış ziyalıları – akademik Ziyad Səmədzadəni, İzzət
Rüstəmovu, professor Cəmil Əhmədovu, Prezidentin fəxri təqaüdçüsü
Kamran Hüseynovu və bir sıra başqa nüfuzlu şəxsləri məclisinə toplamaqla
hələ Heydər Əliyevin sağlığında İlham Əliyevin gələcək siyasi fəaliyyətini
dəstəkləyib, deputatlara və həmin ziyalılara İlham Əliyevə dəstək olmağı,
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
243


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə