Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə70/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   66   67   68   69   70   71   72   73   ...   78

döyüşçülərini, hətta döyüşü uduzsa belə, son dərəcə yüksək qiymət lən di -
rirdi, onlarda daxili inamı və mübarizliyi oyada bilirdi. Sədaqət, əzmkarlıq
və intizam nümayiş etdirən döyüşçü Nadir şah üçün əziz insan idi. Amma
bu tələblərə laqeydliklə yanaşan döyüşçü Nadir şahın son dərəcə ciddi
cəzalarına tuş  gəlirdi.
Nadir şah öz sərkərdələrində hərb işinə dərin bir həvəs yarada bilmişdi,
onların təşəbbüskar fəaliyyətinə geniş meydan açmaqla bir sərkərdə kimi
formalaşmasında həmişə maraqlı idi. Nadir şahın təşkilatçılıq istedadı da
məhz sərkərdələri vasitəsilə həyata vəsiqə alırdı.
Nadir şahın qoşunları daim  yeniləşirdi və təzələnirdi. Xüsusi hərbi tə -
lim görməmiş 10 minlərlə döyüşçünü Nadir şah məharətlə idarə edir və
onla rın potensialını çox böyük ustalıqla amansız döyüş zərbəsinə çevirə
bilirdi.
Bütünlükdə, döyüş zamanı qoşunların idarə edilməsini Nadir şah sə -
nətkarlıq səviyyəsinə qaldıra bilmişdi. İti zəkası ilə Nadir şah ani bir za-
manda döyüş meydanında nə baş verdiyini və nə baş verə biləcəyini
dəqiqliyi ilə  müəyyənləşdirir və dərhal da müvafiq addımlar atırdı.
Amma onu da nəzərə almaq lazımdır ki, Nadir şah dövrünün və mühi-
tinin yetirməsi  idi. O, ətrafında cərəyan edən hadisələrdən, baş verən çəkiş -
mələrdən və fitnə-fəsadlardan lazımınca baş çıxara bilmədi ki, bu da onun
həyatının faciəli sonluqla başa çatmasına səbəb oldu. Bununla belə, Nadir
şah dünya hərb tarixinin əzəmətli fatehi olaraq qalmaqdadır.
Nəhayət, çox mühüm nəticələrdən biri də Nadirin bir azərbaycançı sta-
tusunu kəsb etməsi və sonradan milli məfkurə səviyyəsinə qalxmış böyük
işlərin ilk sistemli əməli başlanğıcını qoymasıdır. Bu mənada bir hərbi düha
sahibi kimi Nadir nə qədər cazibədardırsa, bir azərbaycançı kimi bir o qədər
qürur vericidir.
P.S. Qədim və orta əsrlər dünya tarixində yunanlar İsgəndərlə, mon-
qollar Çingiz xanla, özbəklər Əmir Teymurla, ruslar I Pyotrla, türklər Fateh
Sultan Mehmet və Qanuni Sultan Süleymanla, almanlar Bismarkla, ingilis-
lər Kromvel, ispanlar Kolumbla, fransızlar Napoleonla necə fəxr edirsə,
azərbaycanlılar da Şah İsmayıl Xətai və Nadir şah Əfşarla elə öyünüb və
qürur hissi keçirməlidirlər.  
Bir faktı da qeyd etmək istəyirəm ki, insanlar millət kimi anadan
doğulmurlar. Hər bir canlı varlıq Ulu Tanrının və təbiətin yaratdığı bir
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
217


möcüzədir. İnsanlar anadan doğulduqdan sonra düşdüyü mühitə uyğun tər-
biyə, təhsil alır, dini baxışlarını formalaşdırırlar. Daha sonra millət kimi
formalaşırlar. Millət anlayışı isə onun vətənpərvərliyindən, öz dilini və
dinini sevməsindən, torpağına, vətəninə olan məhəbbətindən və adət-
ənənələrinə riayət etməsindən irəli gəlir. Millətlərin və xalqların yaşadığı
dövlətlər də onun ərazisində yaşayan hər bir vətəndaşın dilinə, dininə, adət-
ənənəsinə hörmət etməli və bütün vətəndaş hüquqlarının qorunmasının
təminatçısı olmalıdır. Bu XXI əsrin tələbidir. Bunlara əməl etmək, beynəl -
xalq hüquq normaları çərçivəsində dövlətin və beynəlxalq təşkilatların vəz-
ifəsidir. XX əsrdə yaranmış beynəlxalq hüquq norma və prinsiplərinə
əsasən bütün dövlətlərin əraziləri toxunulmazdır. Hər bir millətin öz
müqəddəratını həmin dövlətlərin sərhədləri çərçivəsində təyin etmək
hüququ da vardır, lakin erməni ekspansionistlər əzəli Azərbaycan tor-
paqlarında qurduqları Ermənistan Respublikası ilə kifayətlənməyib, Dağlıq
Qarabağ və hətta onun ətrafında 7 rayonumuzu da işğal etməklə dünyada
öz təcavüzkar niyyət lə rindən geri qalmırlar. Mən inanıram ki, tezliklə Azər-
baycan dövləti öz torpaqlarını erməni seperatçılarından təmizləyəcəkdir.
Bir vacib məsələni də oxucularımla bölüşmək istəyirəm. Vətənpərvər-
lik hissi, dövlətini, vətənini sevmək, öz millətinlə qürur hissi keçirtmək,
vətəninin tarixini bilmək hər bir azərbaycanlının vəzifəsi və borcudur.
Lakin bu hisləri yaratmaq, yaşatmaq, yeniyetmə gənclərimizə öyrətmək
həm ailənin, həm məktəbin, həm dövlət qurumlarının, eyni zamanda qeyri-
hökumət qurumlarının, ictimai təşkilatların, kütləvi informasiya vasitə -
lərinin (KİV) və s. əsas vəzifəsi olmalıdır.
22 ildən artıqdır ki, müstəqillik yolunda inamla irəliləyirik. Az bir
müddətdə Azərbaycan adı dünyanın hər yerində tanınır və üçrəngli bay ra -
ğımız həmin ölkələrdə və beynəlxalq təşkilatlarda vüqarla dalğalanır,
idman çı la rımız, incəsənət xadimlərimiz, şairlərimiz və yazıçılarımız dün -
yada tanınır. Ən böyük uğurlarımızdan biri də Ulu Öndər Heydər Əliyevin
dünya öl kə lə rində XX əsrin ən böyük dövlət xadimi kimi tanınmasıdır. Hər
bir azərbaycanlı bununla qürur hissi keçirir və bu işlərin görülməsində Pre -
zidentimiz İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili, YUNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban
Əliyevaya öz dərin təşəkkürümü və minnətdarlığımı bu əsərim vasitəsilə
bir daha bildirirəm.
Úàùàíýèð Ùöñåéí ßôøàð
218


Mən burada fikirlərimi bitmiş hesab edirəm.
Son olaraq bir daha onu demək istəyirəm ki,
dünyada olan fatehlər haqqında çox deyilib və
yazılıb. Nadir şah barəsində də dünyada yüzlərlə
əsərlər yazılıb və yazılacaqdır. O, tarixi bir şəxsdir.
Onun əməlləri mifik qəhrəmanların fantastik
hərəkət lə rindən daha güclü və qüvvətlidir. Bu bir
tarixi həqiqətdir. 
Bu il Nadir şahın anadan olmasının 325 ili,
2015-2016-cı illərdə isə qurduğu Azərbaycan
Nadir Əfşar imperiyasının 280 ili tamam olur.
Azərbaycan Respublikası orta əsrlərin böyük
və əzəmətli imperiyalarının və dövlətlərinin kiçik bir yadigarı, sələfidir.
Gəlin Azərbaycanımızı qoruyaq!!!
Bakı – İstanbul – Bursa – Tehran – Məşhəd – Təbriz 
2012-2014 
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
219


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə