Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə72/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   68   69   70   71   72   73   74   75   ...   78

ilə əlaqədar Konstitusiya aktının qəbulu zamanı xüsusi fəallıq göstərmişdir.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə əlaqə-
dar Ali Sovetin sessiyalarında çıxışlar etmiş, onu hərtərəfli dəstəkləmişdir.
Cahangir Hüseyn Əfşar Azərbaycanın müstəqilliyi naminə bütün məsələ -
lərdə əsl mübariz kimi çıxış edərək millətinin ən ağrılı məsələlərinə diqqət
yetirərdi. Vətənə, xalqına bağlılıq onun həyat mücəssəməsidir.
Cahangir müəllim – qeyrətli Əfşar nəslinin nümayəndəsi, Gədəbəyin
ulu dağlarının oğlu kimi onun erməni ekstremistlərindən müdafiə olun-
masında da fəal iştirak etmişdir.
Son illərdə AMEA-nın İnsan hüquqları İnstitutunda elmi işlər üzrə di-
rektor müavini işləyərkən çoxsaylı məqalələr müəllifi kimi şöhrət qazan-
mışdır.
Rəy verdiyimiz monoqrafiya onun müəllifinin dərin tarixi biliyə, en-
siklopedik dünyagörüşünə
malik olduğuna əyani misaldır. Azərbaycan
tarixinin bir sıra konseptual məsələlərinin işlənib hazırlanmasında əvəzsiz
rol oynayacaq. Əsər gənclərimizin, geniş oxucu kütlələrinin vətənsevərlik,
təəssübkeşlik hislərinin güclənməsi işində əhəmiyyət kəsb etməklə, hər bir
azərbaycanlını ayıq-sayıq olmağa, vətənini, torpağını sevməyə, yağı
düşməndən qorumağa ruhlandıracaqdır.
Xəlil Süleyman oğlu Köçərli, 
tarix elmləri doktoru, professor, 
Respublikanın əməkdar müəllimi
mart, 2014
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
223


Cahangir Hüseyn Əfşarın «Azərbaycan 
Nadir Əfşar dövləti» adlı əsəri haqqında
R Ə Y
Nadir Əfşar tarixi fəaliyyəti barəsində çoxsaylı əsərlər çap edilmişdir.
Amma bu əsərlərin heç birində Nadirin milli mündəricəsinə xüsusi olaraq
aydınlıq gətirilməmişdir. Onu sadəcə olaraq siyasi və hərbi iqtidarını itirmiş
Səfəvi dövlətinin bərpasını təmin etmiş bir sərkərdə və həmin dövlətin tari -
xi-coğrafi hüdudlarını genişləndirməklə burada «İran» dövlətinin yara dı -
cısı kimi nəzərdən keçirmişlər. Onun bir türk oğlu olmağının üstündən
sü kutla keçilmişdir. Belə stereotiplərin aradan qaldırılmasında C.H.Əfşa -
rın «Azərbaycan Nadir Əfşar dövləti» əsəri diqqətəlayiqdir. Adından da
göründüyü kimi, müəllif əsərdə milli zəminə söykənən bir dövlətin və onun
qüdrətli yaradıcısından lakonik olaraq bəhs etməyə müvəffəq olmuşdur.
Hüquqşünas alim olmağına baxmayaraq, o, istifadə etdiyi mənbə və məxəz -
lərə bir tarixçi səriştəsi ilə yanaşmağa müvəffəq olmuşdur. 
Nadir şahın hərbi yürüşləri, daxili-siyasi tədbirləri, dini islahat cəhdləri
və bu islahatlardan gözləntiləri, eləcə də onun soykökü və fərdi xü-
susiyyətləri oxunaqlı bir təhkiyə ilə təqdim edilmişdir. 
Xüsusi olaraq C.H.Əfşarın M.K.Mərvinin əsərinin Nadirin nəsil şəcə -
rə sinə aid olan hissəsini təhlilə cəlb etməklə buradakı bir xəttin inandırıcı
bir surətdə özünə qədər gəlib çıxdığını izləməsini qeyd etmək istəyirəm. 
Mən inanıram ki, kitab Nadirsevənlər üçün qiymətli bir hədiyyə ola-
caqdır. Odur ki, C.H.Əfşarın «Azərbaycan Nadir Əfşar dövləti» əsərinin
çapa təqdim olunmasını məmnuniyyətlə tövsiyə edirəm.
Şahin Fərzəliyev, 
AMEA-nın A.A.Bakıxanov adına 
Tarix İnstitutunun «Dərbənd tarixi»
elmi qrupunun rəhbəri, tarix 
elmləri doktoru, professor
6 mart 2014
Úàùàíýèð Ùöñåéí ßôøàð
224


Cahangir Hüseyn Əfşarın «Azərbaycan 
Nadir Əfşar dövləti» adlı əsəri haqqında
R Ə Y
Nadir Əfşar milli tarixşünaslığımızda nisbətən az öyrənilən nəhəng
şəxsiyyətlərdən biridir. Öz cəsarəti, fenomenal hərbi dühası, tükənməz
ener jisi ilə diqqəti cəlb edən Nadir Əfşar barəsində, adətən, ümumi fonda
danışılmış, onun milli kimliyinin üstündən çox zaman sükutla keçilmişdir.
Bu səpkidə olan məsələlərə aydınlıq gətirilməsində Cahangir Hüseyn
Əfşarın haqqında söhbət açdığım əsəri məndə ayrıca maraq doğurdu.
Əsər çox böyük həvəs, vicdani zərurət, milli təəssübkeşlik və elmi
təmənnasızlıqla yazılmaqla Nadir şahın şəxsiyyətindən zorla asılmış qərəzli
yarlıqların qırılıb atılması istiqamətində xüsusi bir əhəmiyyətə malikdir.
Beş fəsildən və xüsusi hissədən ibarət olan əsəri oxuduqca onun bir
hüquqşünas tərəfindən deyil, peşəkar tarixçinin qələmindən çıxdığının
fərqində olursan. Fikir və mülahizələrin yeniliyi və orijinallığı özünü bütün
əsər boyu büruzə verir. Nadir Əfşara azərbaycançılıq prizmasından bax-
mağa cəhd etmək isə təqdirəlayiqdir.
Mən Cahangir Hüseyn Əfşarı xeyli vaxtdır ki, tanıyıram. Amma onun
Nadir şahın soyuna bağlılığını böyük məmnuniyyətlə indi öyrəndim.
Əminəm ki, əsər geniş oxucu kütləsinin marağına səbəb olacaq və odur ki,
onun çapa təqdim olunmasını məqsədəmüvafiq hesab edirəm.
Qasım Hacıyev, 
AMEA-nın A.A.Bakıxanov adına 
Tarix İnstitutunun «Qarabağ tarixi»  
şöbəsinin müdiri, tarix elmləri doktoru.
11 mart 2014
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
225


Cahangir Hüseyn Əfşarın «Azərbaycan 
Nadir Əfşar dövləti» adlı əsəri haqqında
RƏY
Cahangir Hüseyn Əfşarın təqdim etdiyi «Azərbaycan Nadir Əfşar
dövləti» əsəri Azərbaycan xalqının böyük oğlu Nadir şaha həsr olunmuş
olduqca dəyərli araşdırmalardan biridir. Tarixçi olmadığını özü də dəfələrlə
vurğulamasına baxmayaraq, müəllif qarşısına qoyduğu məqsədə çatmaq
üçün gerçək bir elm adamı kimi çalışmış, çoxsaylı mənbələrdən və tədqiqat
əsərlərindən bacarıqla faydalanmışdır. 
Müəllif Nadir şahı dövlət xadimi, sərkərdə və fateh kimi tədqiq et-
məklə kifayətlənməmiş, həm də onun fərdi keyfiyyətlərini araşdırmışdır.
Cahangir müəllim elmi-publisistik ədəbiyyatda ilk dəfə olaraq Nadir şah
şəxsiyyətinə hərtərəfli yanaşmağa səy göstərmiş, azərbaycançılıq ideya sı -
nın soy-kökünə, xalqın mədəni-mənəvi irsinə bağlı olan Nadir şahın ömür
yolu və siyasi fəaliyyəti ilə üzvi surətdə çulğalaşdığını əsaslandıra bilmişdir. 
Cahangir müəllim çox doğru olaraq Nadir şahı təkcə Azərbaycan və
türk dünyasının deyil, bütövlükdə bəşər tarixinin dahi simaları ilə yanaşı
qoyur. Həqiqətən də, dünya tarixində Nadirlə müqayisə olunacaq şəxsiy -
yət lər çox azdır. Təbii ki, müxtəlif dövrlərdə, fərqli tarixi-geosiyasi şəraitdə
fəaliyyət göstərmiş şəxsiyyətləri müqayisə etməklə elmi nəticələr əldə
etmək mümkün deyildir, lakin zənnimizcə, belə müqayisəli təhlillər bu və
ya digər tarixi şəxsiyyətlərin ölkə və dünya tarixindəki rolunu və yerini
dərk etmək baxımından faydalı ola bilər. Nadiri Makedoniyalı İsgəndərlə,
Babəklə, Çingiz xanla, Əmir Teymurla, Fateh Sultan II Mehmet, Sultan
Süleyman Qanuni ilə, Şah I Abbasla, Napoleon Bonopartla müqayisə et-
dikdə onun dühasının böyüklüyü daha bariz şəkildə görünür.
Nadir şah Babək kimi Azərbaycanın azadlığı uğrunda mübarizə aparan
xalq qəhrəmanıdır. Lakin ondan fərqli olaraq, azadlıq hərəkatına təsadüf
nəticəsində qoşulmamış, hələ yeniyetmə çağlarından etibarən yadellilərə
qar şı mübarizə aparmış, hökmdar olmasında isə heç bir xanımın rolu ol-
mamışdır.
Nadir şah Makedoniyalı İsgəndər, Fateh Sultan II Mehmet, Sultan Sü-
leyman Qanuni, Şah I Abbas kimi dövlətin qüdrətini artıran bacarıqlı sər -
Úàùàíýèð Ùöñåéí ßôøàð
226


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə