Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə75/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   70   71   72   73   74   75   76   77   78

gətiribdir». Nadir düyü gətirəni çağırtdırıb, şikayətinə baxdı və Dərgəz
hakimini işdən çıxartdı.
12. Qadın kişi işinə qarışmamalıdır.
Bir gün Nadirin çox istədiyi bir arvadı ondan xahiş etdi ki, bir işi görmə -
sin. Nadir ona çox kəskin dedi: «Qadınlar mənim işimə qarışmamalıdırlar».
13. Qan iyi.
Ağır bir döyüşdən sonra Nadir Araz qırağında daş üstündə oturub qanlı
qılınc qucağında soğanı əzib yeyirdi. Elə oradaca rus səfirini çağırtdırıb,
ona dedi: «İranda olan rus komandalarına de, tezliklə İran şəhərlərini tərk
etsinlər. Etməsələr bu qılıncla onlara hücum edib, başlarını vurub, bütün
ölülərini dənizə tullayıb, başlarını da rus imperatoruna göndərəcəyəm».
Səfir Nadirin dediklərini rus çarına yazdı. Bildirdi ki, «Nadiri gördüm,
üstündən qan iyi gəlir, məsləhətdir ki, ordumuz İranı tərk etsin».
Rus imperatoru rus ordusunun İrandan çıxmasına əmr verdi.
14. Şaha xidmət.
Dehlidə sarayda  Məhəmməd şah Nadiri  qonaq çağırmışdı. Xidmətçi
məclisə qəhvə gətirmişdi. Adəti üzrə qəhvəni Məhəmməd şahın qabağına
qoydu. Məhəmməd şah da qəhvəni özü Nadir şahın qabağına qoydu və
dedi: «Xidmətçi istədi ki, Nadir şaha şah özü xidmət etsin».
15. Ölkəni nə saxlayar?
Hind şahı Məhəmməd şah Nadirdən soruşdu ki, əmir, ölkəni nə saxla-
yar? Nadir dedi: «Sabah deyərəm». Sabah qoşun içinə çıxdılar. Nadir
Məhəmməd şaha dedi: «Tumanını sal aşağı». Məhəmməd şah təəccüb elədi
ki, bu kişi nə deyir? Nadir bir də təkrar etdi: «Tumanını sal aşağı». Məhəm-
məd şah məəttəl qaldı ki, nə etsin. Nadir üçüncü dəfə deyəndə Məhəmməd
şah istər-istəməz tumanını aşağı saldı. Nadir də tumanını aşağı saldı.
Məhəmməd şaha dedi: «Əlini mənim yançağıma və özünkünə də vur».
Məhəmməd şah əlini sürtdü. Tumanlarını yuxarı  çəkdilər. Nadir soruşdu:
«Şah, nə gördün?». O dedi: «Əmir, sənin yançağın padoş, mənimki isə
pambıq kimidir».
Nadir dedi: «Şah! Ölkəni belə möhkəm yançaq saxlayar».
16. Qorxunun aradan götürülməsi.
Bir dəfə qoşunla gedəndə gördülər ki, yola bir dəmir boru basdırıblar.
Üstünə isə yazıblar «Hər kəs bundan irəli getsə, həlak olar». Bunu Nadirə
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
233


xəbər verdilər, dedi borunu  çıxarın qoşunun qabağında aparın. Beləliklə,
qorxu keçib, getdi. 
17. Kiçik qardaş böyük qardaşı incidib.
Nadir şahın ən cəsur sərkərdələrindən biri olan Təhmasib xan Cəlayir
bəstə boylu, amma kifayət qədər kök bir adam imiş. Bir dəfə bir çöl qabanı
onun üstünə hücum çəkibmiş. Köklüyünə və yaşına görə çeviklik göstərə
bilməyən Təhmasib xan çöl qabanının həmləsindən canını çətinliklə qurtara
bilibmiş. Bu xəbəri eşidən Nadir xeyli gülmüş və demişdir ki, kiçik qardaş
böyük qardaşla oynayırmış, amma kiçik qardaş böyük qardaşı incidib.
18. Qoy minbaşı olsun.
Hindistana yürüş zamanı Nadir şah hind əyanlarından Etimadüddövlə
Qəmərəddin xanın 850 xanımdan ibarət hərəmxanaya malik olmasını eşidir.
Hərəmxana ənənəsindən əl çəkmiş Nadir şaha bu çox gülünc görünür və
əmr edir ki, Qəmərəddin xan üçün daha 150 qadın tapılsın. Səbəbini isə
belə izah edir ki, qoy onu biryolluq minbaşı çağırsınlar.
19. Cənnət söhbəti.
Nadir möminlərlə cənnət barədə söhbət edirdi. Mömin şəxs cənnətin
möcüzələri və  zövqləri barədə danışandan sonra şah soruşdu ki, «cənnətdə
müharibə və düşmən üzərində qələbə kimi şeylər varmı?» Möminin mənfi
cavabında Nadir dilləndi: «Bəs onda hansı zövq-səfadan söhbət gedə bilər».
Úàùàíýèð Ùöñåéí ßôøàð
234


Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
235
Nadir şah Əfşarın xəzinəsinin qiymətli əşyalarının bir qismi
Bu İngiltərə
kraliçasının
tacında yer-
ləşdirilmiş
Kuhi-nur al-
mazı Nadir
şaha məx-
susdur


Əlavə 2
P.S. Əziz oxucum Sizi yorsam da, bu kiçik əlavəni kitaba daxil et-
məyi özümə borc bildim.
Ömrümün 2 ilini sərf etdiyim «Azər-
baycan Nadir Əfşar» kitabını atamdan
mənə miras qalmış bağ evində bitirdim.
O bağda ki, burada mənim uşaqlığım,
həyatımın çox hissəsi keçib. Kitabı yazıb
bitirdikdən sonra mənə elə gəldi ki, çox
uzaq bir səfərdən qayıtmışam. Fikirləş -
dim, kaş atam sağ olaydı və mənim bu
kitabımı oxuyub qiymətləndirəydi. Axı,
bu istək onun böyük arzusu idi. 2012-ci
ildən nəşrə hazırladığım «Mənim xidməti və siyasi fəaliyyətim» kitabımı
çap etdirəndə də atamın «Qalxın! Məhkəmə gəlir» xatirələr kitabını öz
kitabımla birlikdə «Ömürdən anlar» adı altında nəşr etdirmişdim. Bir
məsələni də vurğulamaq istəyirəm, Nadir şahın müasirlərinin şəhadəti ilə
öyrəndiyim fərdi və fiziki xüsusiyyətlərinin çox əlamətləri (boyu, görkəmi,
qalın qaşları, geniş alnı, qarayanız sifəti, gur səsi, hazırcavablığı) və başqa
xüsusiyyətləri də nəslimizin bəzi nümayəndələrinə, həmçinin atama da xas
idi (bəlkə də, bunlar ya təsadüfdən, ya da genetik xüsusiyyətlərdən irəli
gələ bilərdi).
Çox düşündükdən sonra xalq arasında bu gün də yaşanan atam Hüseyn
Hüseynovun maraqlı söz-söhbətlərinin bir qismini bu kitaba əlavə etdim.
HÜSEYN HÜSEYNOVUN 
HAQQINDA OLAN DEYİMLƏR
1. Hüseyn Hüseynov universitetdə təhsil alan zaman  anası Mileylə
onun yanına gəlir. Onlar Bakı kəndlərindən keçərkən neft buruqlarını görən
Úàùàíýèð Ùöñåéí ßôøàð
236


Mileylə xanım çox təəccüblənir və oğlundan bunların nə olduğunu soruşur.
Hüseyn zarafatından qalmayaraq anasına izah edir ki, bu qurğular sənin
gəlişinə ehtiram olaraq salam verirlər. Təbii, Mileylə xanım bu zarafatdan
xoşhal olur və gələcəkdə bunun neft buruqları olduğunu öyrənir.
2. O, kənddə yaşayarkən qardaşı Kamal yeməkxana müdiri işləyirdi.
Kənd cavanları bu yeməkxanada şərab içib, şərabın təsirinin olmadığını
Kamala irad tuturdular. Hüseyn bunları görüb cavanlara deyir ki, bu şərabın
səsi sonra çıxacaq. Cavanlar şərabı içib qurtardıqdan sonra ikinci mərtəbədə
yerləşən yeməkxanadan düşərkən pilləkəndə ayaqları büdrəyib yerə düş -
müşdülər. Hüseyn gülərək onlara: «Mən sizə demişdim axı, bunun səsi
sonra çıxacaq».
3. Hüseyn BDU-da diplom işini müdafiə edərkən, fakültənin aspirantı
İsa Məmmədov Hüseynə «Cinayətdə iştirakçılıq» barəsində sual verir.
Hüseyn özünü itirmədən Vışinskinin (o vaxtı SSRİ baş prokuroru idi) adın-
dan bir neçə tutarlı cavab verib, hətta Vışinskinin kitabının 74-cü səhifəsin -
dən sitatlar gətirir. Onu alqışlayırlar və «əla» qiymət verirlər. Müdafiədən
sonra İsa Məmmədov Hüseynə yaxınlaşıb həmin kitabın 44 səhifə oldu -
ğunu bildirir. Hüseyn isə özünü itirmədən, mən oxuyanda kitab 74 səhifə
idi, deyərək canını qurtarır.
Hakimlik illəri.
4. Göyçay rayonunda hakim işləyərkən rayon MTS-nin müdiri Ağaisa
Nəbiyev (O, sonralar uzun illər ərzində «Azər sel xoz texnika»nın da rəisi
işləmişdi) onunla yaxın dost idi. Bir gün A.Nəbiyevin bir qohumu hər han-
sısa bir cinayət işlədir və cinayət işi məhkəmə baxışına təhvil verilir.
Zərərçəkən tərəf vəsatət qaldırır ki, müqəssirin qohumu A.Nəbiyevdir və
o, H.Hüseynov ilə yaxın dostdur və bu səbəbdən bu işə baxmasın. Belə bir
vəsatət verilərkən, H.Hüseynov katibinə üzünü tutub, məhkəmənin kitab -
xanasından sovet əxlaq kodeksini gətizdirir və kodeksin uyğun bir mad-
dəsini oxumağı tapşırır. Məhkəmə katibi kodeksi açaraq maddəni oxuyur.
«İnsan insana dost, qardaş və sirdaşdır». H.Hüseynov bu kəlamı məhkəmə
proto ko luna saldırır və müttəhim tərəfə izah edir ki, hər bir göyçaylı kimi
A. Nəbiyev də mənim dostum, qardaşım, sirdaşımdır. Və beləliklə, vəsatəti
ləğv edir və prosesi davam edir.
5. H.Hüseynov dövlət əmlakını mənimsəməklə bağlı məhkəmə prosesi
aparır. Müqəssirin anket məlumatlarını oxuyarkən, üzünü ona tutub soruşur.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
237


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə