Nadir efshar layout qxd


partiyada üzvüsən? Müqəssir sevincək xeyir cavabını verir (Belə hesab



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə76/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   70   71   72   73   74   75   76   77   78

Sən partiyada üzvüsən? Müqəssir sevincək xeyir cavabını verir (Belə hesab
edir ki, bu hal onun işini yüngülləşdirəcək). H.Hüseynov ikinci sualı verir.
Bəs Komsomolda olmusanmı? Müqəssir xeyir deyir və daha da sevinir
(belə hesab edir ki, yenə də işi çox yüngülləşir). H.Hüseynov isə ona deyir
ki, bəs onda sən bu oğurluğu harda öyrənmisən? Bu iş o zaman, hətta
Mərkəzi Komitəyə qədər çatdırılır. Və H.Hüseynovu Ali Məhkəməyə
çağırıb izahat istəyirlər. H.Hüseynov isə Ali Məhkəmədə ustalıqla deyir ki,
partiyada yoxsan, komsomolda yoxsan, amma necə olub ki, səni bu və -
zifəyə qoyublar? Və bununla da rəhmətlik öz canını, sözün yaxşı mə-
nasında, partiya cəzasından qurtarır (bunu öz kitabında da vurğulayıb).
6. Zorlama işi ilə bağlı Göyçay rayonunda məhkəmə prosesi gedir.
Məlum olur ki, əxlaqsız bir qadın müqəssirin üzərinə şər atıb onu zorlaması
barəsində şikayət etmişdir. Məhkəmə prosesində zorlama faktı sübuta yet-
mir. Həmin qadın müqəssirdən pul tələb etmiş, müqəssirin isə pu lu ol-
madığına görə, pulu verə bilməmiş, bu işdən narazı qalan qadın ra yon
prokurorluğuna ondan şikayət etmişdir. Məhkəmədə bu məsələlər ortaya
çıxır. Hüseynov isə bu yalançı zərərçəkmişə belə bir sual verir. Sən nə qədər
pul istədin? Qadın özünü itirib müqəssirin ondan pul almadığına görə
şikayətçi olduğunu söyləyir. Təbii ki, burada zorlanma faktı sübut olunmur.
H.Hüseynov isə onun yalanını sübut etdiyinə görə «eyib etməz, sən ehsan
vermisən», deyib müqəssirə məhkəmə zalında bəraət verir.
7. Göyçay rayonunda 1970-ci illərdə xuliqanlıq hadisələri çox olardı.
Həmin dövrdə Sovet İKP Mərkəzi Komitəsinin xuliqanlıq işlərinin baxıl-
ması ilə bağlı xüsusi bir qərarı var idi. Belə ağır proseslərdən biri məhkəmə
zalında baxılarkən (həmçinin vurğulayıram ki, həmin iş məhkəmə tərə -
findən təkmili istintaqa qaytarılmış və axırda rayon prokurorluğu cinayət
işini tam əhatə edən müqəssirlərlə birgə rayon məhkəməsinə baxmaq üçün
verilmişdi) rayon prokuroru Cabbar Babaşov məhkəmə prosesində işə
çıxıb, hansı səbəbdənsə müqəssirlərin yüngül cəzalandırılmasına nail olmaq
istəyirdi. Proses gedərkən Gəncə şəhərinə müşavirəyə gedən Ali Məh kə -
m ənin sədri Abdulla İbrahimov, Azərbaycan Mərkəzi Komitəsinin inzibati
şöbəsinin müdiri Cəfər Vəliyev və Rayon Partiya Komitəsinin birinci ka -
tibi Ənvər Ələkbərov Hüseyn Hüseynovun apardığı proses zalına daxil
olurlar. Həmişə olduğu kimi, məhkəmə zalı izdihamlı olur.  H.Hüseynov
heç bir fasilə vermədən prosesini davam etdirir. Prokuror C.Babaşov yerin -
Úàùàíýèð Ùöñåéí ßôøàð
238


dən durub, qonaqlara tərəf addımlayır. Onları salamlayıb, söhbət etmək
istəyir. H.Hüseynov isə prokurora xəbərdarlıq edir ki, Yoldaş Prokuror!
Məhkəmə mədəniyyətini pozma! Prokuror hakimin bu xəbərdarlığını
eşidib, pərt olur, yerinə qayıdır. H.Hüseynov məhkəmə prosesini tamam-
layır. Fasilə elan edib, qonaqlarla görüşür. Səhəri günü Gəncədə keçirilən
hüquq-mühafizə orqanlarının müşavirəsində Cəfər Vəliyev H.Hüseynov
tərəfindən aparılan məhkəmə prosesindən danışıb, onu alqışlayır. Hətta bir
saat ayaq üstə qaldıqlarını və prokurora olunan xəbərdarlığı da müşavirə
iştirakçılarına çatdırır. Xuliqanlıq işlərinin belə ciddi aparılmasını onlara
nümunə kimi göstərir.
8. Boşanma işi ilə bağlı Göyçayda məhkəmə prosesi gedir. Sovet döv -
ründə boşanma hallarına rəsmi dövlət ailə siyasəti çox pis idi. Kişi israrla
müraciət edir ki, mən həyat yoldaşımdan boşanı ram. Amma H.Hüseynov
kişiyə vaxt vermək istəyir ki, boşanmasın. Kişi isə fikrindən dönmək
istəmir. H.Hüseynov deyir ki, səbəb de görək. Nə üçün boşanırsan?! Kişi
burda söz tapmayıb deyir, bu arvad tərləyir (su verir). H.Hüseynov onun
iddiasını rədd edir, camaatınkı tozanaq vermir ki, – deyir.
9. Ağdamda Qədir Rüstəmov cavanlıq illərində bir gün sərxoş halda
Rayon Partiya Komitəsi qarşısında avtoxuliqanlıq edir. Onu Azərbaycan
CM-in xuliqanlıq maddəsi ilə  məhkəməyə verirlər. Maddənin sank siyası
iki ildən beş ilədək nəzərdə tutulub. Qədir Rüstəmovun toylarını edəcək
toy sahibləri H.Hüseynovdan xahiş edirlər ki, buna cəza vermə, qarşıda
toyumuz var, tutulmasın, qoy bizim toyumuzu aparsın (hətta Rayon Partiya
Komitəsində bir işçinin də oğlunun toyunu o aparmalıydı). Ağdamın
ziyalıları da xahiş edirlər ki, Qədirə həbs verilməsin, ancaq sovet qanun-
larında xuliqanlıq maddəsi üzrə həbs məcburi idi. H.Hüseynov çıxılmaz
vəziyyətdə qalmamaqdan ötəri hökm oxuyarkən deyir ki, ay ağdamlılar,
bu Şahbulaqda (Ağdamın ərazisində), cəzaçəkmə müəssisəsində cəza
çəkənlər Qədirin səsini eşitmək istəyirlər. Qoy gedib bir iki il də orada
oxusun, oradakı muğamsevərlər də Qədirin səsindən feyziyab olsunlar.
Beləliklə, bu iş də öz yolunu tapır.
10. Bir gün H.Hüseynovun oğlu barəsində Ədliyyə Nazirliyinə anonim
məktub yazırlar. H.Hüseynovun oğlu Cahangir, guya ki, Bakıda yaşadığı
binada gündə kabab bişirib tüstüdən qonşuları narahat edir. Ədliyyə Nazir-
liyinin kollegiyasında nazir Eyvaz Məmmədov bu anonim məktubu oxuyur.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
239


H.Hüseynov özünü itirmir, yerindən qalxıb nazirə bildirir ki, yoldaş nazir,
yağ ölkədə talonladır, ət tapılmır, tərəvəz məhsulları yoxdur, mənim oğlum
nə etməlidir? Tək yaşayır. Əlinə düşən bir tikə azuqəsini manqalda bişirib
qidalanır. Bundan qonşular niyə narahat olmalıdırlar ki? Bu məsələyə də
kollegiya üzvləri irad tuta bilmirlər. Beləliklə, H.Hüseynov bu anonim mək-
tubdan da yaxasını qurtarır.
11. 60-cı illərdə Respublikanın xalq artisti Rübabə Muradova Göyçay
rayonuna konsert verməyə gəlir. Rayonda yeni tikilmiş mədəniyyət evinin
açılışı ilə keçirilən bu konsertdə rayon fəalları həyat yoldaşları ilə konsertdə
iştirak edirlər. Rübabə xanım oxumağa başlayanda zalda olan Uzun İnqilab
ləqəbli (onun da əsli Cənubi Azərbaycandan idi) uca səslə, «canını yeyim,
ay Rübabə», deyə bir neçə dəfə bu «istəyini» təkrarlayır. Zalda bir pərt ləş -
mə əmələ gəlir. H.Hüseynov sahə müfəttişini yanına dəvət edir. Tapşırıq
verir ki, elə ilk tənəffüsdə aparıcıya məlumat versin ki, rayon hakiminin
bir qərarı elan olunacaq. Fasilə zamanı Uzun İnqilabın sərxoş olması da
müəyyən olunur. H.Hüseynov fasilədə səhnəyə qalxıb Uzun İnqilabı xırda
xuliqanlıqda ittiham edərək 15 sutka cəza kəsir və konsert salonundan
müvəqqəti saxlanma təcridxanasına göndərir. H.Hüseynovun bu qərarı
zalda oturanların hamısının alqışına səbəb olur. Hətta H.Hüseynov öz
kitabında göstərir ki, səhəri günü Rübabə xanım onun yanına gəlib, xahiş
edir ki, Uzun İnqilabı buraxsınlar, lakin H.Hüseynov izah edir ki, İnqilabın
bu hərəkəti ictimai yerdə ədəbsizlik və xuliqanlıqdır. Onun bu əməli bütün
konsert iştirakçıları tərəfindən alqışlanmışdır. Ona izah edir ki, əks halda
zalda oturanlar sərxoş İnqilabın bu hərəkətindən zalı tərk etsəydilər, Rübabə
xanımın konserti baş tutmaya bilərdi. Rübabə xanım da bundan razı qalır.
Və onlar uzun illər səmimi dostluq edirlər.
12. V.Leninin 1970-ci ildə 100 illiyi ilə bağlı «Lenin yubiley medalı»
təsis edilmişdi.  Həmin vaxt Mərkəzi Komitə tərəfindən tapşırıq verilmişdi
ki, yerlərdə bütün rayon aktivi, fəal zəhmətkeşlər bu medal ilə təltif olun-
sunlar. Göyçay Rayon İcraiyyə Komitəsi həmin şəxsləri təltif edirdi. Ra -
yonunun XDS sədri İbad Beydullayev öz şəxsiqərəzçiliyindən Rayon xalq
hakimi H.Hüseynovu və milis rəisi Şəmsəddin Hüseynovu bu medallarla
təltif etmir. Təbii, bu hal Beydullayevin özündən razılığından irəli gəlirdi.
H.Hüseynov Rayon milis şöbəsinin rəisi ilə «Lenin yubiley medalı» ilə
təltif olunanların siyahısını götürürlər. Məlum olur ki, bunlardan 8 nəfəri
Úàùàíýèð Ùöñåéí ßôøàð
240


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə