Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə68/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   64   65   66   67   68   69   70   71   ...   78

bu muxtar vilayətdə separatizmin çiçəklənməsinə rəvac verdilər.
II Dünya müharibəsində də Cənubi Azərbaycanda yenidən Seyid Cəfər
Pişəvərinin başçılığı ilə milli azadlıq hərəkatı başlandı. 1945-ci ildə Azər
ayının 21-də milli hökumət yarandı. Lakin yenidən Sovet imperiyası qərb
dövlətlərinin təhriki ilə şərqdə böyük türk dövlətinin yaranmasına imkan
vermədilər. 1946-cı il 12 dekabrda bu hərəkat da dağıdıldı. Dekabrın 12-də
İran qoşunları Təbrizə daxil oldu. Minlərlə fədai güllələnib, dar ağacından
asıldı. Beləliklə, Cənubi Azərbaycanda 1941-1946-cı illər azadlıq hərəkatı
məğlubiyyətə uğradı. SSRİ-yə gətirilən S.C.Pişəvəri 1947-ci ildə müəm-
malı şəkildə avtomobil qəzasında həlak oldu. Lakin Cənubi Azərbaycanda
60-70-ci illərdə də milli azadlıq hərəkatları davam etdirdi və 1979-cu il
fevral ayının 11-də İran İslam Respublikası elan edilərək milli-demokratik
inkişafın qarşısı alındı. İran İslam Respublikasının konstitusiyasına görə
türk dilinin işlənməsinə icazə verilsə də, Azərbaycan türklərinin öz ana
dilində məktəblərdə oxumasına imkan verilmədi. Təəssüf ki, İranda vahid
İran milləti adı altında antitürk siyasət aparılır, azərbaycanlıların milli mən-
subiyyəti inkar edilir. Lakin mən inanıram ki, dünyada gedən demokratik
proseslər İranda da öz əksini tapacaq və İranda yaşayan 30 milyona yaxın
Azərbaycan türkü öz müstəqilliklərinə nail olacaqlar.
Müasir dövrdə türk dövlətlərinin xronikasına baxış
XX əsrin axırlarında – 1974-cü ildə Türkiyənin baş naziri Ecevi tərə -
fin dən Kipr adasında gedən yunanların yerli türk xalqlarına qarşı olan
soyqırımının qarşısı alınıb, Şimali Kipr Türk Cümhuriyyəti yarandı. XX əs -
rin sonlarında Sovet imperiyasının dağılması ilə 1991-ci il oktyabr ayının
18-də Azərbaycan öz müstəqilliyini bərpa etdi. Daha sonra Qazaxıstan,
Özbəkistan, Qırğızıstan, Türkmənistan respublikaları öz müstəqilliklərini
bəyan etdilər. 6 müstəqil türk dövləti yarandı. XXI əsrin türk əsri olması
hörmətli cənab Prezidentimiz İlham Əliyev tərəfindən 2013-cü ilin no -
yabrında Ankaradakı görüşündə bir daha dünyaya bəyan edildi və mən
əminəm ki, artıq Şərqi Avropada və Rusiya Federasiyası ərazisində də türk
muxtariyyətləri də gələcəkdə türk dövlətləri birliyinin bir subyekti olacaqdır.
Mən bu xüsusi hissədə e.ə. bu günə qədər, təxminən 4 min ilə yaxın
türkün əzəmətli tarixinə qısa nəzər yetirdim. Bu tarixi yazmaqla türkün
böyüklüyünü, qurduğu 22 imperiyanın, 149 dövlətin tarixinə qısa da olsa,
bir baxış etdim. Bu türk millətinin əzəmətidir. Bununla hər bir azərbaycanlı
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
211


fəxr etməlidir. Həmçinin Azərbaycan ərazisində e.ə. II-III yüzillikdən bu
günə qədər yaşayan türk xalqlarının tarixinə bir səyahət etdim və bir daha
fəxr etdim ki, mən Azərbaycanlıyam!
Lakin yuxarıda vurğuladığım kimi, bizim minillik dövlətçilik tarixi-
mizi çox təəssüflər olsun ki, rus sovet, erməni və fars tarixçiləri saxtalaşdır-
mağa çalışmış, bütün tarixi ədəbiyyatlardan Azərbaycan tarixini silmək
istəmişlər, Azərbaycan müstəqil, suveren dövlət kimi öz keçmiş tarixini
tez liklə bütün dünyaya tanıtmağa borcludur. Bu bizim əzəmətimiz və böyük
tarixi keçmişimizdir və bununla da hər bir azərbaycanlı qürur hissi keçirt-
məli, əlindən gələni etməlidir ki, gələcək nəsilləri də bu ruhda tər-
biyələndirsinlər. Azərbaycan dövlətində yaşayan hər bir vətəndaş üçün
Azərbaycan tarixini bilməsi vacib şərt olmalıdır.
Tarixi şəxsiyyətlərimizin – Tomirisin, Cavanşirin, Babəkin, Uzun Hə -
sə  nin, Şah İsmayılın, I Şah Təhmasibin, Şah Abbasın, Nadir şahın, Şah Qa -
carın, ilk Azərbaycan Cümhuriyyətinin qurucularının – Məhəmməd Əmin
Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Azər-
baycanda milli azadlıq hərəkatının XX əsrin ikinci yarısındakı azadlıq mü -
ca hidlərinin və Ulu Öndər, müasir Azərbaycan dövlətinin banisi Heydər
Əli  yevin adları əbədiləşdirilməli, öz millətimizə layiqincə tanıdılmalıdır.
Bununla biz dünyaya öz tarixi əzəmətimizi göstərməklə böyük qürur hissi
keçirərik. Bu da xalqımıza, dövlətimizə – Azərbaycanımıza, Bakı şəhərinin
bugünkü əzəmətinə daha da çalar verərdi.
Úàùàíýèð Ùöñåéí ßôøàð
212


NƏTİCƏ 
À
pardığım araşdırmalar belə bir ibrətamiz həqiqəti ortaya qoydu ki,
əsl azərbaycanlı, Əfşar oğlu olmasına baxmayaraq, Nadir şəx siy -
yəti Azərbaycanda öz layiqli tarixi təsdiqini tapmamışdır. Onun barəsində
Avropada, Amerikada, Asiyada çoxsaylı məqalə və monoqrafiyaların yazıl-
masına baxmayaraq, onun tarixi əzəmətinin adekvat ifadəsinə çevrilə
bilməmişdir. Odur ki, gəldiyim ilkin qənaət belədir ki, Nadir məhz bir türk-
azərbaycanlı kimi müasir modern rakursdan baxılaraq öyrənilməlidir. Qəti
olaraq söyləmək olar ki, Nadir şah Əfşar insani faktor və etnik qərarlaşma
məkanı  etibarı ilə bir Azərbaycan dövləti qurmuşdu. «İran» adlı müəyyən
bir  coğrafi arealı ifadə etdiyindən Nadir Əfşar dövlətinə bir fars dövləti
damğasını yapışdırmaq tamamilə yolverilməzdir. Nadir şah qanuni və
yanaşma konstruksiyalarına görə təmiz türk-azərbaycanlı ənənələrinin
cəsur davamçısı idi.
Bu gün İran İslam Respublikasında Nadir şah Əfşara sonsuz minnət-
darlığı ifadə edən xüsusi bir münasibət var. Səbəb aydındır. Öz mövcudluğu
üçün İran adlanan dövlət əvvəlki türk hökmdarları kimi, Nadir şaha da
borc ludur. Bu  prinsipial məsələ də müəyyən cəhətdən öz əksini tapmışdır.
Mənbələrin və tarixi ədəbiyyatın araşdırılması bütün aydınlığı ilə sübut
edir ki, Nadir şah orta əsrlər hərb tarixinin ən parlaq simalarından biridir.
O, bəşər tarixinin Makedoniyalı İsgəndər, Əmir Teymur kimi sərkər də lə -
rinin Asiyadakı  uğurlarını təkrar edərək özünə Asiyanın sonuncu böyük
fatehi kimi bir ad qazanmışdı. Bu insanın heyrət doğuracaq fəaliyyəti elə
indinin özündə də hərb işinin davamçılarının heyranlıqla öyrəndiyi və
müraciət etdiyi qiymətli bir mirasdır.
Nadir şah fatehlik və sərkərdəlik əzəməti ilə  hərbə yeni məzmun
gətirən bir şəxsiyyətdir. O, məğlubedilməzlik simvoluna  çevrilməklə hərbi
peşəkarlığı ən yüksək zirvəyə çatdıra bildi. Nadir şah üçün mümkünsüz
olan bir hərbi tapşırıq yox idi. Hətta insan zəkasının təsəvvür edə bilmə yə -
cəyi qərarları qəbul edərək onların icrasında çox böyük məharət, ustalıq və
əzmkarlıq nümayiş etdirən Nadir şah müasirləri üçün əlçatmaz olan
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
213


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə