Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə65/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   61   62   63   64   65   66   67   68   ...   78

Nadir Əfşar və onun qurduğu Əfşar dövlətinin tarixi ilə bağlı mən xeyli
sayda tarixi materiallar ilə tanış oldum  və bir daha belə qənaətə gəldim ki,
möhtəşəm türk xalqının dövlətçilik ənənələri eramızdan əvvəlki minillik-
lərə qədər gedib çıxır. Alimlərimiz belə qənaətə gəlmişlər ki, türklərin ilkin
yurdlarından da biri məhz Azərbaycan olmuşdur.
Türk sözünün güclü, «doğub-törəyən», «çoxalan» kimi mənaları
vardır. Qədim türklərin ilk məskunlaşdıqları yerlərdən biri Mərkəzi Asiyada
Sayan-Altay dağları vadisindən şimal-qərbdəki torpaqlar və Yenisey ça -
yının sahilləri olmuş və böyük Türküstan adlanmışdı. 
Eramızdan əvvəl bu günə qədər türklərin 149 dövləti, o cümlədən 22
imperiyası olmuşdur. Bu dövlətlər və imperiyaların bəziləri yüzillikləri,
bəziləri isə onillikləri əhatə etmişdir. 
Mərkəzi Asiyada türklər tərəfindən yaradılan ilk ən qüdrətli dövlət
Böyük Hun imperatorluğu olmuşdur. Dövlətin ərazisi Sibirdən Himalay
dağlarına, Sakit okeandan Xəzər dənizi və Ural dağlarına qədər uzanırdı.
Qədim çinlilər Hun dövlətinin hücumundan qorunmaq üçün e.ə. 214-cü
ildə Böyük Çin səddini inşa etməyə başlamışlar (müasir Çin səddinin uzun-
luğu 2000 km.dən artıq, eni isə 4 m.ə bərabərdir).
Ön Asiyada Azərbaycanda ilk türk tayfa birlikləri e.ə. III-II minillikdə
Urmiya gölünün cənub və cənub qərbində (kuti, lullubi, su, turukki və b.
tayfalar), Naxçıvan və Mil, Qarabağ ərazisində məskunlaşmışdılar.
Lullubi, kuti dövlət qurumu daha sonra Manna dövlətinin yaranması
ilə başa çatdı. Daha sonra bu ərazilərdə Midiya dövləti, Ön Asiyada isə
İskit (skif) – İşquz dövləti meydana gəldi. 
E.ə. 323-cü ildə Makedoniyalı İsgəndərin ölümündən sonra onun im-
periyası ayrı-ayrı dövlətlərə parçalandı. Azərbaycanın cənubunda At-
ropatena, şimalında isə ondan iki əsr öncə Alban dövləti mövcud idi. Yazılı
məlumatlara əsasən türklərin Atropatena və Albaniya dövlətinin tərkibində
başqa dillərdə danışan çox sayda tayfalar da yaşayırdılar. 
Orta Asiyada Böyük Hun imperatorluğu dağıldıqdan sonra IV əsrin
sonlarında Ağ Hun imperatorluğunun (evtalitlər) əsası qoyuldu. Bu dövlətin
ərazisi indiki Əfqanıstan və şimal-qərbi Hindistanın bir hissəsini də əhatə
edirdi. Ağ Hun imperatorluğu İranda yerləşən Sasanilər dövlətini də məğlub
edərək özündən asılı vəziyyətə saldı. Ağ hunlar Azərbaycan ərazisinin xeyli
hissəsində – Dərbənd, Qarabağ, Borçalı ərazisində məskunlaşmışdılar.
Úàùàíýèð Ùöñåéí ßôøàð
202


Böyük Hun imperatorluğu IV əsrdə dağıldıqdan sonra hun türk tayfaları
qərbə doğru hərəkətə başladı. Bu hadisə tarixdə «xalqların ikinci böyük
köçü» adlanır. Bu xalqlar Mərkəzi və Qərbi Avropaya qədər köç etdilər. Bu
köç VI əsrə kimi davam etdi. Hunlar böyük Çin səddindən Fransaya qədər
gedib çıxdılar. Attilanın dövründə qərbi Hun imperatorluğunun yüksəlişi
ilə eramızın V əsrində –  434-cü ildə Bizansı özlərinə xərac verməyə məc -
bur etdilər. Attilanın dövründə (434-453) imperatorluğun ərazisinə müasir
Rumıniya, Macarıstan, Avstriya, Rusiya, Ukrayna, Çexiya, Almaniya və s.
ərazilər daxil idi. Hun imperatorluğuna daxil olan tayfaların ümumi sayı
45-ə çatırdı. Ağ Hun imperatorluğu dağıldıqdan sonra 552-ci ildə Asiyanın
böyük bir ərazisində Göytürk dövlətinin əsası qoyuldu. Göytürk adı ilə hun-
lar özlərini  rəsmən türk adlandırdılar. VI əsrin axırlarında Göytürklər Şi-
mali Qafqazdan Mancuriyaya qədər böyük bir ərazini əhatə edirdi. 658-ci
ildə çinlilər qərbi Göytürk üzərində qələbə çaldılar. 682-ci ilə qədər
Göytürklər çinlilərin əsarəti altında qaldılar. 682-744-cü illərdə isə II Göy -
türk imperatorluğu yarandı. Eyni zamanda 634-965-ci illərdə indiki
Ukrayna və Rusiyanın cənubunda, Şimali Qafqazda Xəzər xanlığı yarandı.
VIII-IX əsrlərdə Xəzər dövləti Şərqi Avropanın ən böyük və zəngin dövləti
idi. Şərqi Asiyada isə 744-842-ci illərdə Uyğur Türk dövləti mövcud ol-
muşdur. Şərqi Göytürk xanlığı dağıldıqdan sonra türk boyları oğuz adı ilə
tanınırdı. Oğuzlar Xəzər dənizinin şərqində yaşayırdılar. Orta Asiyada
oğuz lardan şərqdə 927-1212-ci illərdə Qaraxanlı türk dövləti mövcud ol-
muşdur. Qəznəvi türk dövləti isə 962-1187-ci illərdə Orta Asiyanın
cənubunda təşəkkül tapmışdır. Şərqi Avropada Hun dövləti dağıldıqdan
sonra 630-cu ildə Böyük Bulqar xanlığı yarandı. Hindistan ərazisində isə
IV-V əsrlərdən Qupta imperatorluğu, daha sonra isə böyük Moğol impera -
torluğu türk tayfaları tərəfindən idarə olunmuşdur. 630-cu ildə Ərəbistan
yarımadasında Məhəmməd peyğəmbərin yaratdığı Ərəb xilafəti Afrikanın
şimalını, İspaniya, Ərəbistan yarımadası, Qafqaz, İran, Orta Asiyanı əhatə
etmişdi. Məhəmməd peyğəmbər türklərin döyüşkənliyini, mübarizliyini və
böyük dövlətçilik ənənələrini bilərək özündən sonra gələn ərəb xəlifələrinə
də türklər ilə yaxın münasibətdə olub, xəlifəliyin gələcəkdə türklər
tərəfindən idarə olunacağına işarə etmişdi.
Daha sonra səlcuqlular 1038-1157-ci illərdə Orta Asiya, İran, Azər-
baycan, Kiçik Asiyanı da əhatə etməklə böyük bir imperatorluq yaratdılar.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
203


Bu imperatorluq müasir Türkiyənin də ərazisini əhatə edirdi. Toğrul bəy,
Alp Arslan, I Məlik şah dövrlərində bu imperiyanın gücü və qüdrəti xeyli
artdı. XIII əsrdə isə Çingiz xanın (1206-1227) Böyük Monqol imperator-
luğunun əsası qoyuldu. Çingiz xanın ölümündən sonra onun sələfləri İran,
Qafqaz, Şərqi Avropa, Rusiya və Çinin şimalını əhatə etməklə böyük Türk
Monqol dövlətini yaratdılar. Bu dövlət daha sonra Qızıl Orda dövləti adı
ilə Rusiyanı, Şərqi Avropanı və Orta Asiyanı əhatə edirdi.
Böyük Səlcuq imperatorluğunun dağılmasından sonra Kiçik Asiyada
yeni bir qüdrətli türk dövləti Osmanlı imperatorluğunun əsası qoyuldu
(1299). Osmanlı imperiyası Osman bəy (1289-1326) tərəfindən yarandı.
1326-cı ildə Bursa şəhəri osmanlıların paytaxtı oldu. Osmanlı imperator-
luğu VI əsrdən artıq yaşamış böyük bir dövlət idi. Tezliklə imperatorluq
Şimali Afrikanı (Əlcəzair, Tunis, Livan, Misir), Ərəbistan yarımadası
(Suriya, İraq, İordaniya, müasir İsrail, İran, Azərbaycan, Gürcüstan, Şimali
Qafqaz, Krım xanlığı, Macarıstan, Rumıniya, Serbiya, Xorvatiya, Albaniya,
Bosniya və Hersoqavina, Yunanıstan və s.) ərazilərini əhatə etməklə dünya
tarixində ən möhtəşəm imperatorluğa çevrildi. Əmir Teymurun yaratdığı
dövlət (1370-1405) 1402-ci ildə osmanlı sultanı İldırım Bəyazidi məğlub
etdi. Təəssüf ki, bu qardaş qarşıdurması hər iki dövləti zəif saldı və Kons -
tantinopolun fəthi təxminən 50 il təxirə düşdü. Ümumiyyətlə, türk birliyini,
ilk növbədə, daxili çəkişmələr zəiflətdi və belə bir fonda qüvvətlənən
Rusiya pərakəndə düşmüş əzəli türk torpaqlarını işğal etdi. 1453-cü ildə
Sultan Mehmet Fateh tərəfindən Bizans imperatorluğunun paytaxtı Kons -
tantinopol alınaraq İstanbul adı ilə Osmanlı imperatorluğunun paytaxtına
çevrildi. Avropanın bir sıra böyük dövlətləri – Avstriya, Fransa, Roma kimi
imperatorluq da Osmanlı dövlətinə xərac vermək məcburiyyətində qal -
mışdı. Osmanlıların Avropadakı bu gücündən qorxuya düşən katolik kilsəsi
hələ Səlcuqlular vaxtından baş vurduqları daha bir neçə dəfə səlib yürüşləri
təşkil etsələr də, Osmanlı dövlətinin qüdrətini zəiflədə bilmədilər. Birinci
Sultan Səlimin dövründə (1512-1520) bütün ərəb müsəlman aləmi Osmanlı
imperatorluğunun tərkibinə qatıldı. Misirin fəthi ilə 1518-ci ildən Sultan
Səlim həm də bütün müsəlmanların xəlifəsi elan edildi. Osmanlı imperiyası
dəfələrlə Qərbi Avropa, Rusiya dövləti tərəfindən hücumlara məruz qalsa
da, hətta həmin dövlətlərin təhriki ilə XVI əsrdən Şərqdə Səfəvilər hökm-
darı Şah İsmayıl islam aləmində məzhəb ayrılığı salmaqla böyük tu-
Úàùàíýèð Ùöñåéí ßôøàð
204


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə