Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə63/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   59   60   61   62   63   64   65   66   ...   78

Təbii ki, Nadir şah və onun tarixçiləri nəzəriyyəçi deyildi. Amma
cəsarətlə söyləmək olar ki, Nadir şah öz əməli fəaliyyəti ilə azərbaycançılıq
konsepsiyasının sövq-təbii olaraq praktiki idi. Onun elə bir əhəmiyyəti ilə
seçilən işi yoxdur ki, azərbaycançılığa xidmət etməsin.
Məlumdur ki, Nadir öz hərbi-siyasi karyerasını qazanmağa başlayanda,
ilk növbədə, konkret olaraq dövlətlərarası münasibətləri nəzərə alırdı. Bu
münasibətlərin kontekstində Rusiya və Türkiyə xüsusi əhəmiyyət kəsb
edirdi. Nadir başa düşürdü ki, Rusiya və Türkiyə  Səfəvilərin fərsiz hökm-
darları Şah Hüseyn və II Təhmasibin vaxtında dövlətin xeyli ərazisini işğal
etmişdilər. Rusiya  uzununa 600 km., eninə 100 km olmaqla Dərbənddən
Gilana qədər böyük bir yeri tutmuşdu.
1
Türkiyə Qərbi Azərbaycanı,
Qarabağı ələ keçirmişdi. Nadir kimi böyük sərkərdənin tarix səhnəsinə çıx-
ması Rusiyanı yeni diplomatik güzəştlərə məcbur etdi. Rusiya 1729-cu ildə
I Rəşt, 1732-ci ildə isə II Rəşt müqaviləsi ilə, demək olar ki, Nadirin bütün
tələblərini, ərazilərin geri qaytarılması istəklərini yerinə yetirdi. Rusiyanın
mövqeyində əsas cəhd müqavilənin bütün ruhunu Türkiyənin əleyhinə
yönəltməkdən ibarət idi. Nadir Türkiyə ilə yağı olacağı ilə bağlı Rusiyanın
istəkləri ilə felən razılaşırdı. Bu razılaşma 10 mart 1735-ci ildə Nadir ilə
Rusiya arasında bağlanmış Gəncə müqaviləsi ilə bir az da möhkəmləndi.
Müqaviləyə görə, Şimali Xəzəryanı torpaqlar –  Salyan, Bakı, Dərbənd
şəhərləri ilə Nadirə qaytarıldı. Yeni müqavilə də bütünlüklə Türkiyəyə qarşı
yönəlmiş idi. Onun mətnində yazılmışdı: «İran dövləti Rusiya imperator-
luğu ilə əbədi ittifaqda bulunmağa, Rusiyanın dostunu dost, yağısını yağı
sanacağına bərk söz verir və əgər kimsə bu iki yüksək saraylardan birinə
qarşı savaş başlasa: hər iki yüksək saraylar o yağıya qarşı birgə savaş
aparmalı və bütün belə hallarda bir-birinə yardım etməlidirlər».
2
Bununla
belə, İran üzərinə birtərəfli öhdəlik qoyulurdu. İran dövləti hər cür səy
göstərərək düşmənə (Türkiyəyə) qarşı başladığı savaşı gərgin çalışma və
dönməzliklə davam etdirib haqlı öc almalıdır».
3
Rusiya diplomatiyası İranla «ədəbi ittifaqı» bu dövlət ilə Türkiyə
arasında «əbədi düşmənçilik» vasitəsinə  çevirməyə çalışırdı. Gəncə bağlaş-
Úàùàíýèð Ùöñåéí ßôøàð
196
1
Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Bakı, «Azərnəşr», 1996, s. 489.
2
Azərbaycan tarixi, 1996, s. 493.
3
Yenə orada.


ması üzrə İran Rusiyanın razılığı olmadan Türkiyə ilə təkbaşına barışıq
bağlaya bilməzdi. İranın Türkiyə ilə  danışıqlarında Rusiya iştirak etməli
idi. Ancaq türk oğlu kimi Nadir bircə il sonra  bununla da  hesablaşmadı.
O, İngiltərəni vasitəçi olmağa çağırıb, onun köməyi ilə Türkiyə ilə danı -
şıq lara başladı və tezliklə barışıq imzaladı. Türkiyə dövləti Azərbaycanı
bütünlüklə və Gürcüstanla indiki Ermənistanın şərq bölgələrinin İrana veril -
məsi ilə razılaşmalı oldu. Hərbi və diplomatik mürəkkəbliklər şəraitində
bu, Nadirin zahiri gedişlərinə rəğmən, onun daxilən türkçülüyünün və türk
təəssübkeşliyinin  təzahürlərindən biri  idi.
Yuxarıda  qeyd etdiyim kimi, qış aylarında Dağıstanda baş verən
üsyanın yatırılması ilə məşğul olan Nadir atının ağzını Muğan düzünə çe-
virdi. Qubanın «Həsənqalasına» yetdikdən sonra ordudan qabağa düşüb
altı  mənzillik yolu bir gecə-gündüzə keçdi. Ağsu (Yeni Şamaxı) qalasından
yanvarın 13-də Muğandakı ordugahına yetişdi. Bu məsələ mənim təqdim
etdiyim «Azərbaycan Nadir Əfşar dövləti» əsərində kifayət qədər müfəssəl
işıqlandırılmışdı. İndi xatırlatmaqda  məqsədim odur ki, Nadir bu zaman
da  ardıcıl əqidəli bir türk-azərbaycanlı kimi hərəkət edir. O, şahlıq tacını
məhz Azərbaycanda öz başına qoymaq istəyirdi. Çünki o, Azərbaycanı
yaratdığı böyük imperiyanın dayağı, nüvəsi, azərbaycanlıları isə başlıca
zərbə qüvvəsi hesab edirdi. Əks təqdirdə Nadirin öz hərbi dühası ilə əldə
etdiyi nəhəng ərazisinin hər bir yerində, xüsusilə ənənəvi olaraq tacqoy-
maların keçirildiyi böyük şəhərlərdə bu işi görə bilərdi.
Burada mənim düşüncələrim belədir ki, Nadir onun mənəvi  məslək-
daşları və  siyasi kölgə sahibləri sayəsində dərk edirdi ki, milli başlanğıcı
qorumadan uzunömürlü bir dövlət qurmaq olmaz. Nadir həmişə düşünürdü
ki, onun nəslindən gələn bir  missiya ilə o, tarixə xidmət  etməlidir – yəni
mənsub olduğu etnosun mənəvi  ucalığını görməlidir və bu  ucalığın
inkişafına kömək etməlidir. Nadir istedadı və  fenomenal qabiliyyəti ilə
fəhm edirdi ki, nəsildən gəlmə yol onun sayəsində Böyük Azərbaycanın
yaranmasına aparıb çıxaracaqdır.
Bir məqamı da xüsusi qeyd  etməliyəm. Özünə hörməti olan şəxs tari -
xini yaxşı bilməklə yanaşı, soykökü ilə fəxr etməlidir. Nadir də əgər türk-
əfşar kökü ilə fəxr etməsəydi, onun əzəməti və iradi gücü bu gün türk
mənşəli xalqlar arasında lazımi, qiymətini ala bilməzdi. Ən önəmlisi bu idi
ki, Nadir Azərbaycanı – azərbaycanlıları  ümumtürk etnosları çərçivəsində
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
197


əlahiddə güc mənbəyi bilirdi. Qurub yaratmış olduğu dövlətin struktur
əsaslarının yaradılmasında da bu güc mənbəyindən faydalanırdı. Onu rus-
ların, fars şovinizminin və hətta osmanlıların təhdid etdiyi bir zamanda
Azərbaycan türklərinin dövlətini qurur, bayrağını göylərə ucaldırdı. Bu hər
bir azərbaycanlının fəxr edə bildiyi böyük tarixi həqiqətdir. Ona görə də
mən Nadir şahı Azərbaycan dövlətçiliyinin əsaslarını  yaradanlardan biri
kimi tədqiq edib öyrənməyi, ictimailəşdirməyi tarixçi alimlərimizin öhdə -
sinə buraxıram.
Bu qənaətimlə bağlı bir haşiyə çıxmaq istəyirəm. Belə düşünürəm ki,
azərbaycançılıq – həmişə tarixi burulğanların içərisində olan Azərbaycanın
mənafe və maraqlarını ön plana çəkməkdən ibarət olmalı, heç bir şey nami -
nə tarixi gerçəklik təhrif olunmamalıdır. Məlumdur ki, ən qanlı müha ri bə -
lər, güclü dövlətlərin toqquşması Qafqaz, Ön Asiya, Orta Asiya əra   -
zilərində baş verən  çarpışmalar üçün Azərbaycan ərazisi əsərlər boyu mey-
dan olmuşdur. Ərəb xilafəti də daxil olmaqla bir çox dövlətlər öz maddi
istəklərini Azərbaycan hesabına reallaşdırmaq istəmiş, ordularının təchiza-
tını bizim torpaqların  sərvətləri bahasını təmin etmişlər. Azərbaycan xalqı
belə qarətçi, təcavüzkar yürüşlərlə heç vaxt barışmamış, özünə gələn kimi
bütün gücü ilə döyüşə girişmişdir. İstər monqol-tatar yürüşləri, istərsə də
cənubdan və Kiçik Asiyadan gələn qüvvələr məmləkətimizə əmin-amanlıq
gətirmirdi. Akademik Ramiz Mehdiyevin «Şah İsmayıl Səfəvi ali  məramlı
tarixi  şəxsiyyət kimi» çox dəyərli tədqiqat əsərində  yazdığı kimi, dini
müharibələrin özünün də siyasi məqsəd güddüyü, guya, islami təəssübkeş-
lik ucbatından ört-basdır edilirdi. Osmanlı imperiyasının da Azərbaycana
qəsbkarlıq yürüşləri çox olmuşdur. Orta Asiyadan, Altaydan gələn qüv və -
lərin qəddarlığı barədə xalq ədəbiyyatında əbədiləşən kifayət qədər izlər
qalsa da, bir çox hallarda Çingiz xan və Əmir Teymur ordularının talançı
təcavüzləri real xarakterinə uyğun olaraq, təhlil edilməmişdir. Bəzən Çingiz
xanı, Əmir Teymuru milli qəhrəman səviyyəsində tədqiq etməyə cəhdlər
göstəril mişdir. Nəinki Xarəzmşah Cəlaləddinin Azərbaycanda törətdiyi
fəlakətlər obyektiv tarixi qiymətini almamış, hətta görkəmli alim yazıçımız
rəhmətlik Əzizə Cəfərzadə onu vəsf edən «Cəlaliyyə» adlı roman da nəşr
etdirmişdi. Gərək tədqiqatçı ilk baxışdan cazibədar görünən din bayrağı al-
tında, yaxud müxtəlif parıltılı bəhanələrlə Vətənə hücum etmiş qüvvələrin
əsl məqsədini yaxşı bilsin. Akademik Ramiz Mehdiyevin adını çəkdiyim
Úàùàíýèð Ùöñåéí ßôøàð
198


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə