Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə60/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   56   57   58   59   60   61   62   63   ...   78

XÜSUSİ HİSSƏ
NADİR ŞAH VƏ AZƏRBAYCANÇILIQ
Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki,
mən azərbaycanlıyam.(Dünya azərbaycanlılarının
I qurultayındakı nitqində)
Heydər Əliyev
Ø
übhəsiz ki, sırf tarixi tədqiqat əsəri yazmaq iddiasında olmasam da,
əslində, orta həcmli bir elmi mətnin ərsəyə gəlməsinin fərqindəyəm.
İxtisasca hüquqşünas olsam da, milli tariximizin mühüm bir dövrünü ciddi
və ardıcıl mütaliələrim zəminində, qismən olsa belə,  öyrənməyə müvəffəq
oldum. Nadir Əfşarın üzərinə kölgə salınmış böyük şəxsiyyətini özüm üçün
aydınlığa çıxara bildim və onu milli aydınlarımızın diqqətinə, mühakiməsi -
nə, bacardığım səviyyədə, təqdim etdim. Daha çox Nadir Əfşarın hərbi
dühasının və xarakter keyfiyyətlərinin ədalətli olaraq ifadə olunduğu
araşdırmalarımdan belə bir qənaətə gəldim ki, Nadir nə qədər böyük, sərhəd
tanımayan hərbi istedad müəccəssəməsi idisə, bir o qədər də milli heysiyyət
daşıyıcısı, mütləq azərbaycançı idi. 
Türkçülük, turançılıq və azərbaycançılıq Nadirin əməlində öz parlaq
təcəssümünü toplamışdı. Yəni son  məqamda Nadir əvəzolunmaz bir  azər-
baycançı idi. Ona görə də burada Nadir şah və azərbaycançılıqla bağlı fikir-
lərimi nisbətən geniş rakrusda  hörmətli oxucularımla bölüşmək istəyirəm.
Ümumiyyətlə, Sovet tarix ədəbiyyatında Nadir şahla bağlı ağlasığmaz
böhtanlar, «dürlü yalanlar» mövcuddur. Beyinlərdə iz salmış məkrli fikirləri
aradan qaldırmağa isə güclü təbliğat işi və  zaman  lazımdır.
Mən öz azərbaycançılıq düşüncələrimin təqdimatına keçməkdən əvvəl
böyük ədəbiyyatşünas alimimiz mərhum akademik Bəkir Nəbiyevin
Hüseynbala Mirələmovun Nadir şaha həsr etdiyi «Sonuncu fateh» tarixi
romanına
1
yazdığı dərin  məzmunlu ön sözdən təəccüb və  təəssüflə aşılan-
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
187
1
Hüseynbala  Mirələmov. Sonuncu fateh. Bakı, «Nurlan», 2012, s. 680. 


mış fikirləri diqqətinizə çatdırmaq istəyirəm. Akademik yazır ki, Sovetlər
dövründə tarixi hadisələrə və tarixi simalara münasibətdə bir çox hallarda
«İcazə məqamları» özünü göstərirdi. Xüsusən görkəmli  din xadimləri,
dövlət  başçıları və sərkərdələr ya ümumiyyətlə, gündəmə gətirilmir, ya
sosializm ideologiyasının tələbləri baxımından kəskin tənqid və ifşa olu -
nurdular. Bəzi dövlət və ictimai xadimlərin fəaliyyətindən bir sıra çox
mühüm çətinliklərin üstündən sükutla keçilirdi. Bu axırıncılardan biri
məşhur dövlət xadimi və sərkərdə Nadir şahdır (1689-1747). Məsələn,
1980-ci ildə Moskvada nəşr olunmuş həcmcə çox sanballı (1600 səhifəlik)
«Sovetskiy Ensiklopediçeskiy slovar»da Nadir şah haqqında bir kəlmə də
söz yoxdur. «Azərbaycan Sovet Ensiklopediyası»nın bu  mövzuya həsr
olun muş məqaləsində isə onun, Əfşarlardan olduğu, Xorasanın Dərəgiz
qəsəbəsində doğulduğu göstərilir, tərcümeyi-halından bəzi faktlar sada la -
nandan sonra deyilir: «Nadir şahın vaxtında Azərbaycan ərazisi də İran
dövlətinin tərkibində idi. Müharibələrin xərcini ödəmək üçün qəddar iqti-
sadi siyasət yeritmiş, vergilərin miqdarını  müntəzəm olaraq artırmış,
bununla da  zəhmətkeş əhalinin geniş narazılığına səbəb olmuşdu».
Bəkir Nəbiyevin bizim nəşr olunmuş ilk ensiklopediya mız dan gətirdiyi
iqtibası nisbətən təfərrüatı ilə təkrarlamaqda çox önəmli bir  məqsədim var.
Demək olar ki, məğlubiyyət acısını dadmayan böyük sərkərdə və hökmdar
Nadir şah haqqında ensiklopediyada verilmiş bu xırda arayışda onun ulu
babalarından bəri türk-azərbaycanlı olması barədə bir kəlmə də yazıl-
mamışdır. Yazılmamışdır ki, soydaşlarımızın daha sıx yaşadığı Cənubi
Azərbaycandandır. İndi də İran adlanan torpağın bu yerlərində Azərbaycan
kökənli əhali böyük əksəriyyət təşkil etməkdədir. Məqaləni hazırlayıb çap
edənlərin qürur mənbəyi ola biləcək bir tarixi faktı vermədiklərinə təəccüb
etməsəm də, rəsmi Sovet  ideoloji yasaqları ucbatından Nadir şahı – feo-
dal-patriarxal münasibətlər üzərində dayanan  nəhəng bir dövlətin başçısını
azərbaycanlı kimi təqdim etmədiklərinə görə təəssüf hissi ilə onları anla-
mağa çalışdım. Axı bir «təmiz qəlbli azərbaycanlını» dünya fatehləri
sırasında  mətinliklə  dayanmaqla Asiyanın son fatehi olduğunu göstərmək
ideoloji cəbhədə müəyyən problemlər yarada bilərdi.
Qəribədir ki, haqqında danışdığım ensiklopediyanın VII cildində
XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərmiş fran-
sız sərkərdəsi və imperatoru  (1804-cü ildən) Napoleon gen-bol təriflən-
Úàùàíýèð Ùöñåéí ßôøàð
188


mişdir.
1
Deməli, qərəzli yanaşma belə imiş ki,  rus və  avropalıların tarixi
si malarını istədiyin qədər vəsf etmək, türk-müsəlman xalqlarının tarixini
isə eybəcərcəsinə saxtalaşdırmaq olarmış.
Nadir şahın azərbaycanlıların etnik formalaşmasında müstəsna rol oy-
nayan əfşarlara mənsub olması, ola bilsin ki, başqaları tərəfindən məhdud
miqyaslı, lokal hadisə kimi qiymətləndirilsin və qabardılmasın. Lakin
ASE-də üstündən sükutla keçilən digər çox mühüm bir fakt isə mənə elə
gəlir ki, qlobal mahiyyət daşıyır. Yalnız ardıcıl tədqiqatçılara məlumdur ki,
Nadir şah islam dininə zədə vuran, əsrlər boyu onu  zəiflədən, bu gün də
antiislam ünsürlərinin dəyirmanına su tökən məzhəb ayrılığına, sünni-şiə
ixtilafına qarşı mütəmadi mübarizə aparmış, bu sahədə çox böyük məhru-
miyyətlər yaşayıb ciddi maneələrlə qarşılaşmış, lakin öz  iqtidarı daxilində
müba ri zəni ardıcıl olaraq davam etdirmişdir. «Bəlkə də, bu problem məhz
dinlə bağlı olduğu üçün dini bəşəriyyətin tiryəki  adlandıran Leninin (oxu:
Marks – C.H.Ə.) ardıcılları Nadir şaha və onun nəsillərinə baş  ucalığı
gətirən həmin məsələdən də sərf-nəzər etməyi üstün tutmuşlar».
2
Halbuki
Qədim Şərq, ələlxüsus İran və Türkiyə müsəlmanlarının, tarixin müxtəlif
çağ la rında bu iki imperiyanın tərkibində olmuş bir sıra digər xalqların
inkişafına ciddi surətdə mane olan bu islam daxili problemin aradan
qaldırılması məqsədilə dövlət səviyyəsində  təşəbbüs göstərib bu yolda
ardıcıl mübarizə apardığı üçün Nadir şaha rəhmət oxuyub ona heykəl qoy-
maq lazımdır. Təəssüflər olsun ki, bu vaxta qədər onun  adına heç bir  küçə
də  qoyulmamışdır.
Amma İran İslam Respublikasının Məşhəd şəhərində VIII şiə imamı
Rzanın məqbərəsinin yaxınlığında dəfn edilmiş Nadir şahın qəbri üzərində
onun möhtəşəm məqbərəsi və  əzəmətli heykəli ucaldılmışdır. Bu məqbərə
hələ Nadir şahın sağlığında özü və ailəsi üçün hazırlanmışdı. Lakin mövcud
hadisələr zamanı həmin məqbərə dağıdılmışdı. 1884-cü ildə Qavam Sultan
dövründə yenidən bu məqbərə bərpa olunmuşdu, lakin bugünkü bu
möhtəşəm məqbərə İran ictimaiyyətinin təzyiqi ilə 1923-cü ildə Hüşəngi
Ceyhunun layihəsi əsasında 1546 kv.m.lik ərazidə Nadir şah Əfşarın
məzarı, iki zal və koridordan ibarət muzeyi, həmçinin bürüncdən tökülmüş
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
189
1
ASE. VII cild. Bakı, «Azərnəşr». 
2
H.Mirələmov. «Sonuncu fateh» romanına B.Nəbiyevin yazdığı «Ön söz», Bakı, 2012, s. 9.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə