Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə58/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   54   55   56   57   58   59   60   61   ...   78

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
179
Nadir şah Əfşarın nəsil şəcərəsi L.Lokkartın 
«Nadir şah» kitabından götürülmüşdür.


XVII əsrdə İranın tarixi həyatında Zülqədər-
lərin çox böyük rolu olmuşdur. Nadir şahın
dövründə Zülqədərlər şimal-qərbi Azərbaycana
köçü rül müşlər.
1
Onlara Qarabağ xanlığı ərazi -
sindən, həmçinin Şəmkir, Zəyəm, Xınna və b.
yaşayış məntəqələrində geniş torpaq sahələri
verilmişdir. Bu nəslin nümayəndələrindən olan
Allahyar bəy Zülqədər həyat yoldaşı Seyid Nisə
və qızları ilə birlikdə XX əsrin 20-ci illərində
sovet inqilabçıları tərəfindən qətlə yetirilmişdir.
Onların məzarları Xınna dərəsindədir. Onun sağ
qalan övladları isə müxtəlif  ölkələrə səpələn-
mişlər.
2
Nadir şah bu ərazilərdən keçərkən Zülqə -
dər lər tayfasının qonağı olmuşdur. Həmin vaxt
Zülqədərlər tayfası Nadir şahı böyük təmtəraqla
qarşıla mışdılar.
3
Hətta yerli əhali dağlarda bitən xına otu ilə əllərini xınala-
yaraq, Nadiri qarşılamışdılar. Rəvayətə görə, həmin ərazinin Xınna adı al-
ması burada olan təbii xına otunun adı ilə bağlı qalmışdır. Hətta bildirilir
ki, Nadir şah həmin dövr də Xınna ərazisində yerləşən Həzrət İmam Əlinin
adı ilə bağlı olan Haça-Qaya ziyarətgahını da ziyarət etmişdir.
4
Zülqədərlər nəslinin məşhur Aşurbəyovlar nəsli ilə də yaxın qohumluq
əlaqələri olmuşdur. Aşur bəy Əfşar türk tayfasından olmuşdur. Abbasqulu
ağa Bakı xanov əsərində Aşur xan haq qın da məlumat verərək yazır ki, Azər-
baycan sərdarı Aşur xan özünü Hüseyn şahın oğlu kimi qələmə verən fırıl-
daqçı Sam Mirzə ilə mübarizə aparmaq üçün Fətəli xan Əfşarla (Nadir şahın
əmisi oğlu) birgə öz qoşunu ilə İrəvandan getdi. 1743-cü il dekabrın 24-də
Qazıqumluqlu Surxay xanın oğlu Məhəmməd Ləzgi və Şirvanın qeyri
nizami qoşun dəstələri ilə Aşur xanı və Fətəli xanı Ağsu şəhərinin yaxın-
lığındakı Şah bağının yanında qarşılaşdı. Burada döyüş başlandı. Fətəli xan
Úàùàíýèð Ùöñåéí ßôøàð
180
1
«İslam ensiklopediyası». İstanbul, 1988.
2
Ç.Əfəndiyev. «O nəslin davamı var» məqaləsi. «Odlar Yurdu» qəzeti. 
3
M.H.Qüddusi. Göstərilən əsəri.
4
Ramiz  Məsimoğlu. Allahyar  bəy Zülqədərov. Bakı, 2008.
Allahyar bəy Zülqədərov


və Aşur xan düşmənə qalib gəl -
dilər. Məhəmməd Ləzgi min nə -
fə 
rə yaxın itki və əsir verərək
ya ralı halda Dağıstana qaçdı. Ya -
lançı Sam Mirzə isə Gürcüstana
çəkildi. Bu qələbədən sonra Aşur
xan və Fətəli xan azsaylı ləzginin
sığındığı Ağsu şəhərini mühasi rə -
yə alıb, bu şəhəri ələ keçirtdilər.
Aşur xan nəslinin 1743-cü ilə aid
olan xro 
ni 
kasında daha sonra
xəbər verilir ki, Nadir şah Abşeronda 3 kəndi – Sa bunçu, Zabrat və Keşlə
kəndlərini Aşur xana bağışlamışdır. Beləliklə, həmin neft verən torpaqlar
Aşur xanın rus çarizmi Azərbaycanı işğal etdikdən sonra da rus inzibati
orqanları tərəfindən Aşurbəyovlar soyadı ilə zadəgan nəsli kimi qeydə alınan
törəmələrinin mülkiyyəti kimi təsbit olunmuşdur.
Aşurbəyovlar nəsli Nadir şah tərəfindən Bakı xanlığı ərazisində xeyli
mal-mülk, torpaq sahələri əldə etmişdilər. Bu nəslin də Nadir şahla yaxın
münasibətləri və qohumluq əlaqələri tarixdə məlumdur.
Aşur xanın nəslinin nümayəndələri Nabatxanım (1795-1912) xeyriy -
yəçilik fəaliyyəti ilə tanınmışdır. Şollar su kəmərinin çəkilməsində iştirak
etmiş, Sabunçu xəstəxanasını, Bakı yoxsulları üçün hamam və 1914-cü ildə
Təzə Pir məscidini və s. tikdirmişdir. Həmçinin bu nəslin davamçısı Hacı
İbrahim Əjdər bəy (1858-1923) Təzə Bazarın yanındakı Göy məscidi inşa
etdirmişdir. Ümumiyyətlə, bu nəslin davamçıları da sovet hakimiyyəti qu-
rulana qədər Bakıda böyük xeyriyyəçilik və maarifçilik işləri ilə məşğul
olmuşlar. Sovet represiyası zamanı isə bu nəslin nümayəndələri də repre-
siyalara məruz qalmışlar.
1
Sağ qalanlar isə dünyanın müxtəlif zərazilərinə
səpələnmişdir.
*  *  *
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
181
1
Sara Aşurbəyli. Bakı şəhərinin tarixi. Bakı, 2006. s. 325-326.
Haça-Qaya ziyarətgahı


HAŞİYƏ
(Şəcərəyə əlavə)
Hörmətli oxucum!
Bu bölməyə kiçik bir əlavə etmək özümə borc bilirəm. 2012-ci ildə
qələmə aldığım «Ömürdən anlar» xatirələr kitabımı yazarkən nəsil-
səcərəmin Nadir şahla bağlılığını vurğulamışdım. Kitaba «Ön söz» yazan
tarix elmləri doktoru İlham Həsənov bu faktların araşdırılmasını göstər-
mişdir. Kitabım çap olunduqdan sonra Azərbaycanda və Türkiyədə çox
maraqla qarşılandı. Onlarla insan həm atam Hüseyn Hüseynovun «Qalxın!
Məhkəmə gəlir», həm də mənim «Mənim xidməti və siyasi fəaliyyətim»
adlı kitabımız barəsində çoxlu müraciətlər olundu. Mən belə bir qərara
gəldim ki, Nadir şahla bağlılıq şəcərəmizi elmi faktlarla araşdırım. Nadir
şah haqqında onlarla kitab əldə edib, tədqiqatlar və araşdırmalar apardım.
Və sonda belə bir əsəri ərsəyə gətirdim. Bir daha vurğulayıram ki, kitabı
yazmaqda məqsədim heç də Nadir Əfşarla sülalə bağlılığımı nümayiş et-
dirmək deyildir. Bu tarixi şəxsiyyətin Azərbaycanda açılmamış, yazılmamış
Nadir Əfşar dövlətinə kiçik də olsa bir töhfə vermək, möhtəşəm tariximizi
Azərbaycan xalqına tanıtmaqdır. Şəcərə bağlılığını əsərimdə verib-ver-
məmək haqqında da çox götür-qoy etdim. Sonda belə bir nəticəyə gəldim
ki, bu bir elmi əsər olsa da, həm də keçmişimizə, bu günümüzə ekskursdur.
Və mahiyyətcə gələcəyə ünvanlanmış bir tarixdir. Məhz buna görə də
şəcərə bağlılığımı bu kitabın sonuna əlavə etdim. Bunlar uzun illər nəsil-
şəcərəmizdə, ailəmizdə, el içində gedən söz-söhbətlərdən doğmuşdur. Bun-
ları araşdırmaq uzun illər nəslimizin nümayəndələrinin arzusu və istəyi
olmuşdur. Lakin sovet dövründə bunları araşdırmaq hətta danışmaq belə
mümkün deyildi. Atam Hüseyn Hüseynov da bunların araşdırılmasını mənə
tövsiyyə və vəsiyyət etmişdir. Bu apardığım araşdırmalar, tədqiqatlar so-
nunda belə qənaətə gəldim ki, 1747-ci il məlum hadisələrdən sonra Nadir
şahın kiçik oğlu İmamqulunun 2 oğlu (Hüseynqulu və İmamqulu) Əmi-
raslan xanın qətlindən sonra onun yaxın adamları tərəfindən Avar xanlığı
ərazisinə qaçırılmışlar. Onlar xeyli müddət həmin ərazidə sığınıb, gizlin
yaşamışlar. Çar Rusiyasının Qafqaza doğru irəliləməsindən və Dağıstanda
gedən ixtişaşlar vaxtı həmin insanlar daha etibarlı yer hesab etdikləri şimal-
Úàùàíýèð Ùöñåéí ßôøàð
182


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə