Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə55/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   51   52   53   54   55   56   57   58   ...   78

yetirilməsindən, demək olar ki, bir il sonra baş verdi. Nadir şahın həyatına
qəsd edən bu insanın şahlığı cəmi bir il çəkdi.
1
Adil şahın kor edilməsi ilə İbrahim xanın taxt-taca yiyələnmək yolu
açıldı. Bundan sonra İbrahim xanın ehtiyatlandığı şəxslərdən biri Azərbay-
can hakimi Əmiraslan xan idi. Adil şahla döyüş başa çatandan sonra
İbrahim xan Həmədana, Əmiraslan xan isə Təbrizə döndü. Əmiraslan xan
döyüş başa çatan kimi, İbrahim xanla görüşmədən Təbrizə yola düşdü. Bu
da İbrahim xanı bir qədər şübhələndirdi. Nadir şahın qan qohumu və böyük
sərkərdələrindən biri olan Əmiraslan xan birgə fəaliyyətlərinin əvvəlində
anladı ki, İbrahim xan da Adil kimi, Nadir şah kimi bir fatehin taxt-tacına
sahib çıxmağa layiq olan bir şəxs deyildir. Ona görə Təbrizə qayıdan kimi
müstəqilləşmək meylini həyata keçirməyə başladı.
İbrahim xan onun da üstünə qoşun çəkdi. Bu iki tərəfin qüvvələri
Mara ğada qarşılaşdılar. Əmiraslan xan bu döyüşdə məğlub oldu. O, dostu
Kazım xan Qaracadağinin köməyi ilə Qaracadağa pənah apardı. Amma
orada dostu Kazım xanın xəyanətinə tuş gəldi. Kazım xan onu tutub
İbrahim xana təhvil verdi. İbrahim xan da onu və onun qardaşı Sarını
Təbrizdə qətlə yetirdi.
Bundan sonra İbrahim xan ölkədə güc və ixtiyar sahibinə çevrilsə də,
görünür, insanların çoxunun ona elə də böyük inamının olmadığını hiss
edirdi. Ola bilsin ki, əhalinin fikrini yayındırmaq üçün bəyan etdi ki, ölkədə
hakimiyyətə haqqı olan şəxs Şahrux Mirzədir. O, bildirirdi ki, Şahrux Mirzə
İsfahana gəlib taxt-taca yiyələnməlidir. Şahrux Mirzənin taxt-taca olan
haqqını bəyan etməklə İbrahim xanın əsas məqsədi onu və Nadir şahın xə -
zi nəsini İsfahana gətirmək, Xorasan vilayəti əhalisinin rəğbətini qazanmaq
və sonra da Şahrux Mirzəni qətlə yetirərək hakimiyyətə təklikdə sahib
olmaq idi. Bu məsələlərin həllinin sürətləndirilməsi üçün İbrahim xan öz
qardaşı Hüseyn bəyi Xorasan hakimi təyin etdi və onu Məşhədə göndərdi.
Həm Səfəvilər, həm də Nadir şah xanədanının nümayəndəsi olan, xoş xa -
siyyəti və rəftarı ilə fərqlənən Şahux Mirzənin ölkənin şahı elan ediləcəyi
barədə İbrahim xanın bəyanatı, doğrudan da, müəyyən dairələr tərəfindən
rəğbətlə qarşılandı. Amma vəziyyəti daha dəqiqliklə qiymətləndirən əyan-
lar, tayfa başçıları, nüfuzlu şəxslər anladılar ki, Şahrux Mirzəni İsfahana
Úàùàíýèð Ùöñåéí ßôøàð
170
1
Jan Gevr. Göstərilən əsəri, s. 64.


cəlb etməkdə İbrahim xanın məqsədi onu qətlə yetirməkdir. Ona görə də
Şahrux Mirzənin İsfahana getməsinə imkan verilmədi. Vilayət sərkərdələri,
əyanları, nüfuzlu şəxsləri və əhalinin nümayən dələri bildirdilər ki, əgər
İbrahim xanın söylədikləri doğrudursa, onda Şahrux Mirzənin Məşhəddə
şah elan edilməsinə icazə versin. Bundan sonra onlar Şahrux Mirzənin dus-
taq saxlandığı qalaya yollandılar, onu azad etdilər və taxt-tacı qəbul et-
məsini xahiş etdilər. Şahrux Mirzə isə taxt-tacı qəbul etmədi. Onda vilayət
xanları, əyanları və tayfa başçıları İmam Rza məqbərəsində toplantı təşkil
etdilər və Şahrux Mirzənin hakimiyyətinə sədaqətli olacaqlarına and içdilər.
Şahrux Mirzə daha təkid göstərmədi və Nadir şahın qətlindən təxminən il
yarım sonra taxt-tacı qəbul etməyə razılıq verdi.
1
Vəziyyətin belə dəyişəcəyini gözləməyən İbrahim xan da Təbrizdə
özünü ölkə şahı elan etdi və dərhal da adına sikkə kəsdirdi. Bundan sonra
isə yolda İbrahim xanın qoşunları arasında parçalanma baş verdi. Heç şüb-
həsiz ki, ölkə daxilində baş verənlər qoşunlar tərəfindən də izlənilirdi.
İbrahim xanın, yoxsa Şahrux Mirzənin daha çox şahlığa layiq olması
qoşunları da biganə qoymurdu. Ona görə də İbrahim xanın qoşunlarının
böyük bir hissəsi Şahrux Mirzənin qoşunlarına qatılmağa üstünlük verdi.
Bir hissə isə İbrahim xana xidmətdən üz çevirib dağılışdı.
İbrahim xan gözləmədiyi halda mürəkkəb vəziyyətə düşdü. Ona sə-
daqətli qalan qoşunla Xorasana yollanmağın mənasız olduğunu anlayıb
Quma qayıtdı.
2
Amma Qum qalasının müdafiəçiləri onu və onun qoşununu
qalaya buraxmadılar. Onda İbrahim xan ətrafındakı qoşun dəstəsi ilə şimala
doğru üz tutdu. O, Qəzvinlə Savə arasındakı Qalapur qalasına sığınmaq
istəsə də, bu da ona qismət olmadı. Qaladakı qoşun dəstəsi onu həbs edib
Şahrux Mirzəyə xəbər göndərdi. Şahrux Mirzə də əmr etdi ki, İbrahim xanı
və Adil şahı Xorasana gətirsinlər. Xorasan yolunda olarkən İbrahim xan
əvvəlcə kor edildi, sonra isə öldürüldü. Adil şah isə (Əliqulu xan) Məşhədə
çatdırıldı. Lakin o da törətdiyi əməllərin cəzasına çatdı. Mövcud olan mə -
lumatlara görə, Adil şah da Nadir şah hərəmxanasının qadınları tərəfindən
didişdirilib məhv edildi.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
171
1
Jan Gevr. Göstərilən əsəri, s. 67.
2
Yenə orada, s. 68.


Bununla belə, Şahrux Mirzənin hakimiyyəti uzun sürmədi. Bir müd-
dətdən sonra Şah Sultan Hüseynin bacısının əri, Seyid Məhəmməd adlı
birisi Şahrux Mirzənin sünniliklə bağlı olması bəhanəsi ilə ona qarşı
təbliğata başladı və ətrafına xeyli adam toplaya bildi. Onun tərəfdarları o
qədər çoxaldı ki, hətta Şahrux Mirzənin üzərinə qoşun da çəkdi. Seyid
Məhəmməd öz tərəfdarları ilə birlikdə Şahrux Mirzəyə üstün gəldi. Şahrux
Mirzə həbs edilib gözləri çıxardıldı. Seyid Məhəmməd özünü Süleyman
şah adı ilə şah elan etdi. Bununla da, əslində, ölkə daxilində yenidən hərc-
mərclik yaranmasına rəvac verildi. Çox keçmədi ki, Şahrux Mirzənin
sərkərdələrindən olan Yusifəli adlı birisi Süleyman şahın üstünə qoşun
çəkdi. Onu öldürdü və Şahrux Mirzə yenidən şah elan edildi. Qısa müd-
dətdən sonra Xorasanda güclənən çəkişmələr nəticəsində Şahrux Mirzə bir
daha taxt-tacdan uzaqlaşdırıldı. Əhməd xan Əbdali Dürraninin rəhbərliyi
altında olan əfqanlar hücumla Məşhədi tutub Şahrux Mirzəni yenə taxta
çıxardılar. Qızışan bu daxili çəkişmələr ölkənin parçalanmasına səbəb oldu
və Şahrux Mirzənin hakimiyyətini yalnız Xorasan vilayəti ilə məhdud-
laşdırdı. Digər vilayətlərin hakimləri isə Şahrux Mirzə hakimiyyətini tanı-
maq istəmirdilər. 1796-cı ildə Xorasan vilayəti də Ağa Məhəmməd xan
Qacarın hücumuna məruz qaldı. Ağa Məhəmməd xan Şahrux Mirzəyə
işgəncələr verməklə Nadir şahdan qalan xəzinəni onun əlindən aldı və
özünü də taxtdan salıb Tehrana göndərdi. Yolda ikən Şahrux Mirzə dün ya -
sını dəyişdi. Ağa Məhəmməd xanın ölümündən sonra Şahrux Mirzənin oğlu
Nadir Mirzə əfqanların köməyi ilə 1800-cü ildə Xorasanda özünü hakim
elan etdi. 1802-ci ildə o, Fətəli şah Qacar tərəfindən qətlə yetirildi. Bununla,
Nadir şahın ölümündən 55 il sonra onun yaratdığı Əfşar imperiyasının 66
ilin də (1736-1802) varlığına son qoyuldu. 
Nadir şahın qətlindən sonra Əfşar dövlətinin Azərbaycan bəylərbəyi -
liyi bir sıra xanlıqlara parçalandı. Belə ki, Qarabağ, Şəki, İrəvan, Dərbənd,
Gəncə, Şamaxı, Quba, Cavad, Lənkəran, Qarabağ, Təbriz, Marağa, Ərdəbil,
Zəncan, Gilan, Xoy, Naxçıvan və Urmiya xanlıqlarına və Borçalı, Qazax,
Şəmşəddil, Car-Balakən, İlisu sultanlıqlarına, inzibati ərazilərə bölündü.
Urmiya xanlığının əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar qoy-
muşdu. Fətəli xan Əfşar Əmiraslan xan Qırıqlının qətlindən sonra Təbrizi,
Xoyu, Marağanı, Qaradağı, Sərab xanlıqlarını birləşdirib, Urmiya xanlığını
yaratdı. Lakin xanlıqlar arasındakı çəkişmələr 1763-cü ildə Fətəli xanın
Úàùàíýèð Ùöñåéí ßôøàð
172


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə