Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə52/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   48   49   50   51   52   53   54   55   ...   78

Nadir Təbəsdən Xəbuşana hərəkət etdi. Xəbuşan yürüşü ilk baxışdan
uğurla başlansa da, Nadir şah daxilən ona qarşı istiqamətlənmiş təhlükənin
yaxınlaşdığını hiss edirdi. Həm «Aləm Ara-ye Naderi», həm də keşiş Bazen
Nadir şahın bu hislər məngənəsində çırpındığını qeyd edirlər. Keşiş Bazenə
görə, Nadir şah 6-cı duyğusu ilə hiss edirdi ki, ona qarşı planlaşdırılan fit-
nələr kəskinləşməkdədir və əmr etmişdi ki, düşərgəsində daim yəhərli bir
at saxlanılsın və zərurət yarananda Kelata qaça bilsin. Nadir şahın müha -
fi zəçiləri onun bu narahatçılığından xəbər tutanda yanına gəldilər, ona sadiq
olduqlarını, onu tənha buraxmayacaqlarını bildirdilər. Nadir şah da bundan
sonra qoşunu tərk etmək fikrindən daşındı.
«Aləm Ara-ye Naderi» müəllifi isə yazır ki, Nadir şah miraxura gös -
tə riş verdi ki, bir neçə atı tam yəhərli vəziyyətdə saxlasın. Bu mənbənin
məlumatına görə, Xəbuşan yaxınlığındakı düşərgədən Nadir şah hərəmxa -
nası və şahzadələrlə birlikdə (baxmayaraq ki, elə bu mənbə Nadir şahın
Xəbuşana doğru hərəkətə başlamazdan əvvəl şahzadələri Kelata göndər di -
yini bildirir) Kelata dönmək istəyirdi. Nadir şaha sədaqətini itirməmiş min-
başı Hüseynəli bəy bu məsələdən xəbər tutanda şahın hüzuruna gəldi və
ona bildirdi ki, Nadir şaha müxalifət yolunu tutanlar əvvəlcə onun keşik -
çi lərinin qətiyyətli mövqeləri ilə üzləşməli olacaqlar. Hüseynəli bəy Nadir
şahı əmin etdi ki, keşikçilər öz şahlarına sədaqətli olaraq qalmaqdadırlar.
Minbaşının sözlərinə görə, heç quş da cəsarət edib Nadir şahın düşərgəsinin
üzərindən uça bilməzdi. Nadir şah bu sözləri eşidəndən sonra Kelata dön-
mək fikrindən əl çəkdi və düşmənləri ilə əvvəlki ruhda mübarizə aparmaq
üçün iradəsini yenidən var gücü ilə nümayiş etdirmək istədi. «Aləm Ara-
ye Naderi»yə görə, bu hadisə Fəthabada yetişmək ərəfəsində baş verdi.
Nadir şah irəliyə hərəkətini davam etdirdi və Xəbuşanın 2 fər sən gliyində
olan Fəthabadda düşərgə saldı.
1
Nadir şahın qətlə yetirilməsi ilə bağlı  «Tarix-e  cahan qoşa -ye Nader-
i»də müxtəsər məlumat vardır və həmin məlumat «Aləm Ara-ye Naderi»də
də təkrar olunmuşdur. Keşiş Bazenin  xatirələrində və C.Hanveyin əsərində
isə Nadir şahın qətli barədə daha geniş məlumat vardır. Həmin məlumat-
lardan aydın olur ki, Nadir şahın mənsub olduğu əfşarlara və hətta Qırxlı
oymağına belə etibarı qalmamışdı. 1747-ci il iyunun 19-da axşam ona qəsd
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
161
1
M.M.Kazım. Göstərilən əsəri, II c., s. 776.


ola biləcəyindən Nadir şah da şübhələnirdi. Mövcud olan təhlükənin aradan
qaldırılması üçün Nadir şah daha konkret addımlar atmaq istəyirdi. Həmin
axşam keşikçilərin tərkibində olan 4 min nəfərlik əfqan dəstəsinin rəhbəri
Əhməd xan Əbdalini və digər əfqan dəstə başçılarını hüzuruna çağırdı.
Nadir şahın ətrafında olan əfqan dəstələri ona daha çox sədaqəti ilə
fərqlənirdilər və təhlükənin artdığı bir vaxtda onlar Nadir şahın arxalana
biləcəyi ümid yeri idi. Bu dəstənin 25 yaşlarında olan rəhbəri Əhməd xan
Əbdali də göstərdiyi şücaət və sədaqətə görə Nadir şahın dərin etibarını
qazanmış şəxslərdən biri idi. Nadir şah bu dəstəyə güvənməklə ətrafında
olan şübhəli qüvvələrdən təmizlənmək istəyirdi. Keşiş Bazenə görə, Nadir
şah əfqan sərkərdələrinə aşağıdakıları dedi: «Mən keşik çilə rimdən razı dey-
iləm və onlara lazımi etimadım yoxdur. Sizin düzgünlüyünüz, fədakar-
lığınız, mənə münasibətiniz sübut olunduğu üçün sizə tapşırıram ki, sabah
səhər tezdən bütün qızılbaş qoşun başçılarını tutun və qollarını bağlayın.
Kimsə sizə müqavimət göstərmək istəsə onu öldürməyə haqqınız vardır.
Kimsə bunun sorğu-sualını etməyəcəkdir. Əsas məqsəd mənim
mühafizəmin təşkilidir. Mənim mühafizəmi sizə tapşırıram».
1
Nadir şah ümid edirdi ki, onun əfqan sərkərdələri ilə söhbəti gizli qala-
caqdır. C.Hanveyin yazdığına görə, Nadir şahın bir gürcü xidmətçisi həmin
söhbəti eşidib Nadir şahın qorçubaşısına çatdırdı.
C.Hanvey qəsd zamanı Saleh xanın, keşiş Bazen isə Məmmədqulu
xanın fəallıq göstərdiyini yazırlar. Nadir şahın son gecəsinin şahidi olan
keşiş Bazen yazır ki, xəbər Məmmədqulu xana çatan kimi qoşun sərkər də -
lərini və əyanları gözləyən real ölüm təhlükəsi barədə ilkin olaraq Saleh
xana xəbər verdi. Bu iki nəfər də qəti hərəkətə keçməyi və Nadir şahı qətlə
yetirməyi qərarlaşdırdılar. Birgə hərəkət etmələri barədə bir-birinə söz verib
vədlərinə xilaf çıxmayacaqları barədə sənəd də imzaladılar. Sonra bu iki
nəfər Nadir şahı qətlə yetirmək barəsindəki planlarını inandıqları digər
şəxslərə də açdılar və onları da bu qəsddə iştirak etməyə razı saldılar. Bu
yolla 60 nəfər Nadir şaha qarşı qəsddə iştirak etmək barəsində sənədə imza
atdı. Onlar hamısı razılığa gəldilər ki, səhər açılmamış Nadir şah qətlə ye-
tirilsin. Əks təqdirdə Nadir şah onları həbs edəcəkdi. Qərara gəlindi ki,
gecə yarısından iki saat sonra Nadir şaha qarşı sui-qəsdin icrasına başlansın.
Úàùàíýèð Ùöñåéí ßôøàð
162
1
Lokkar L. Göstərilən əsəri, s. 348.


«Tarix-e  cahan qoşa -ye Nader-i»  və «Aləm Ara-ye Naderi»yə görə, Nadir
şahın qətli belə baş verdi. Hicri-qəməri tarixi ilə 1160-cı il Cəmadül-Sani
ayının 11-i axşamı (bazar gecəsi, 1747-ci ilin iyun ayının 20-də)  Xəbuşan
yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd bəy Qacar İrə-
vani, Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Saleh xan Qırxlının,
keşikçibaşı Məmmədqulu xan Əfşarın və bir sıra digər keşikçilərin dəstəyi
ilə gecəyarı Nadir şahın çadırına daxil oldular. Nadir şah həmin gecə ar-
vadlarından – Məhəmməd Həsən xanın qızı Sitarənin (Cukinin) çadırında
yatmışdı. Qətlçilər Nadirin hansı çadırda yatdığını öyrənib, gözətçini boğ-
dular və Sitarənin çadırına daxil oldular və Nadirin üzünü gördükdə qorxu
onları elə bürüdü ki, onlar qapıdan içəri girməyə cəsarət etmədilər. Amma
Məmmədqulu xan və Saleh xan çadırı xəncərlə cırdılar və bir neçə nəfər
içəri daxil oldu. Nadir şah yerindən atılıb, Saleh xanı görən kimi onu söydü.
Qılıncı çəkib onu qovdu və onlardan ikisini qılıncı ilə vurdu. Bu vaxt ayağı
çadırın ipinə ilişib yıxıldı. Ayağa qalxana qədər Saleh xan onun kürəyinə
bir qılınc vurdu. Bu zaman Məhəmməd xan Qacar gəlib əzəməti göylər
qədər olan, qüdrəti aləmə sığmayan Nadir şahı qətlə yetirdi. («Tarix-e
cahan qoşa -ye Nader-i»  və «Aləm Ara-ye Naderi»).
1
Səhərin açılması ilə Nadir şahın qətlə yetirilməsi xəbəri bütün düşər -
gəyə yayıldı, aləm bir-birinə qarışdı. Başsızlıqdan istifadə edib qətl və
qarətə rəvac verənlər çoxaldı. Fürsətdən yararlanmağa çalışanlar qarşısına
çıxanları çapıb talamağa başladılar. Nadir şaha sədaqəti itirməyən 4 minlik
əfqan dəstəsi xəbəri eşidəndə toplanıb şah çadırına tərəf hərəkət etdi. Nadir
şahın mənsub olduğu əfşar soyundan və digər türk soylarından təşkil
edilmiş bir dəstə əfqanlara qarşı çıxdı. Bu dəstənin sayı 6 min nəfər idi və
ona görə də onların müqavimətini qırmaq əfqanlar üçün elə də asan deyildi.
Hadisələrin şahidi olan keşiş Bazen yazır ki, əfqanlar qarşısında olan güclü
müqaviməti qıraraq özlərini Nadir şahın çadırına yetirdilər və həlak
edildiyini görəndən sonra mübarizəni davam etdirməyin mənasız olduğunu
anladılar. Bundan sonra əfqanlar öz yurdlarına doğru istiqamət götürdülər.
Qiyamçı dəstələr onları təqib etməyə başlasalar da, bir nəticə əldə edə
bilməyib geri qayıtdılar.
Nadir şahın ölüm xəbəri 40 minlik bir qoşun dəstəsi ilə dayanan qar-
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
163
1
M.M.Astrabadi. Göstərilən əsəri,  s. 496. M.M.Kazım. Göstərilən əsəri, II c., s. 746.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə