Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə49/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   45   46   47   48   49   50   51   52   ...   78

Nadir şahın həyata keçirdiyi başqa bir tədbir Bəndər-Abbasda top
tökmə zavodunun tikilməsi oldu. Nəzərdə tutulmuşdu ki, bu zavodda hərbi-
dəniz gəmiləri üçün gərəkli olan toplar düzəldilsin. Top tökmə sahəsində
ölkədə artıq müəyyən təcrübə var idi və ona görə də bu zavodun tikilməsinə
və fəaliyyətinə nail olundu. Hətta bu zavodda yeni toplar da düzəldildi.
1
Hərbi-dəniz qüvvələrinə şəxsi heyətin cəlb edilməsi quru qüvvələrinə
nisbətən fərqli idi. Hərbi-dəniz qüvvələrinin şəxsi heyətinin istər gəmilərin
idarə edilməsi, istərsə də dəniz şəraitində döyüşmək xüsusi təcrübə tələb
edirdi. Ona görə hərbi-dəniz qüvvələrinə daha çox dənizçilik sahəsində
təcrübəsi olan hindlilər, ərəblər və avropalılar muzdlu şəkildə qəbul
edilirdilər.
Nadir şahın hərbi-dəniz qüvvələrinin öz bayrağı var idi. Ağ parçadan
ibarət olan bu bayrağın ortasında qırmızı rəngdə qılınc təsvir olunmuşdu. 
Nadir şahın həyatının son illərində ölkə daxilində hərbi-siyasi şəraitin
mürəkkəbləşməsi, Osmanlı dövləti ilə növbəti ağır müharibə onun diqqətini
Fars körfəzində hərbi-dəniz qüvvələrinin formalaşdırılmasından müəyyən
qədər yayındırdı. Hərbi-dəniz qüvvələrinin formalaşdırılmasının əməli
prosesinə rəhbərlik üçün Lətif xan kimi təşəbbüskar bir şəxsin tapılmaması
isə bu sahədəki işlərin sürətini bir qədər də azaltdı. Bunun nəticəsi idi ki,
Oman və Fars körfəzi üzərində nəzərdə tutulan nəzarətin təmin edilməsinə
nail olunmadı. Bu istiqamətdə yeni ciddi dəyişikliklərin yaradılmasına isə
artıq Nadir şahın həyatı yetmədi.
Nadir şah, hətta Xəzər dənizində də hərbi-dəniz qüvvələrinin for-
malaşdırılmasına cəhd göstərdi. Lakin burada hərbi donanmanın for-
malaşdırılması üçün xarici şirkətlərdən gəmi almaq imkanı yox idi. Rusiya
isə Xəzərdə yeni bir donanmanın yaradılmasına razı deyildi. Ona görə
qərara alındı ki, Lahicanda gəmiqayırma müəssisəsi yaradılsın. 1743-cü
ilin yanvarında ingilis Elton gəmiqayırma işlərinin rəhbəri təyin edildi və
ona Camal bəy ləqəbi verildi.
2
Con Eltonla Nadir şah Dağıstan yürüşü zamanı rastlaşmışdı. O, əvvəl-
lər Rusiyada çalışmışdı və Nadir şah onun bacarığından bəhrələnmək
qərarına gəldi. Xəzərin cənub sahillərindəki meşəliklərdən gəmi qayırmaq
Úàùàíýèð Ùöñåéí ßôøàð
152
1
Lokkart L. Göstərilən əsəri, s. 256.
2
M.Süleymanov. Göstərilən əsəri, s. 565.


üçün kifayət qədər material əldə etmək mümkün idi. Nadir şah planlaş dı -
rırdı ki, Con Eltonun rəhbərliyi altında Xəzərdə gəmiçiliyin inkişafına nail
olunsun. O, həm Xəzərin cənub sahili ilə Həştərxan arasında ticarət
gəmiçiliyinin təsis edilməsini, həm də Xəzərin şərq sahillərində kök salmış
qaçaq və quldurların kökünün kəsilməsini istəyirdi.
1
Xəzər dənizində
gəmiçiliyin təsis edilməsi ölkənin mərkəzi ilə Dağıstan arasında əlaqələrin
yaradılmasını da xeyli asanlaşdıra bilərdi.
Con Elton yalnız gəmiqayırma ilə məşğul olmurdu. O, eyni zamanda
Xəzər dənizinin cənub və şərq sahillərinin öyrənilməsi ilə də məşğul olurdu.
Nadir şah çalışırdı ki, Xəzər dənizinin münasib yerində xüsusi bir qala
tikdirsin və həmin qala ilə həm gəmiçiliyin inkişafına təsir göstərsin, həm
Xəzər dənizinə olan niyyətlərinin ciddiliyini nümayiş etdirsin, həm də orada
yerləşdirdiyi qüvvələrlə türkmənlərin dəniz piratçılığının qarşısını alsın.
2
Gəmilər üçün nəzərdə tutulan yelkən pambıqdan toxunub hazırlandı.
Lövbərdən başqa zəruri olan bütün əşyalar və hissələr Gilanda düzəldildi.
C.Elton ilk gəmini suya salmaq üçün ləngər də axtarıb tapdı. Onun müəs-
sisəsində bir neçə rus və hind ustası işləyirdi. Onların təcrübəsi və C.Elto-
nun əzmkarlığı, nəhayət ki, öz səmərəsini verdi. C.Eltonun rəhbərliyi
al tın da düzəldilən ilk gəmi Nadir şahın sağlığında suya buraxıldı.
3
Nadir şahın ölümündən sonra Xəzər dənizində gəmiçiliyin inkişaf et-
dirilməsi və hərbi-dəniz qüvvələrinin formalaşdırılması, demək olar ki,
dayandı. C.Elton bir neçə il bu sahədə işi davam etdirsə də, 1751-ci ildə
onun öldürülməsi ilə bütün işlərə son qoyuldu. Ölkə daxilində hökm sürən
hərc-mərclik dövründə isə gəmiçiliyə diqqət tamamilə itdi.
P.S. Mənim bu fəslə geniş yer verməyimin bir məqsədi də ondan
ibarətdir ki, orta əsrlərdə elmin, texnikanın, savadın, hərbi quruculuğun və
s. olmadığı bir dövrdə Nadir şah öz dühası və hərbi qabiliyyəti hesabına
belə bir nizami ordu və İran və Azərbaycanda olmayan hərbi-dəniz donan-
masını yarada bilmişdi. Bu ordunun sayəsində böyük bir imperiyanı yaradıb
və onu idarə edirdi.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
153
1
Moqtəder Q. Göstərilən əsəri, s. 137.
2
M.Süleymanov. Göstərilən əsəri, s. 565.
3
Yenə orada, s. 566.


V  FƏSİL
NADİR ŞAHIN HƏYATINA SUİ-QƏSDLƏR VƏ QƏTLƏ YETİ -
RİLMƏSİ, ƏFŞAR DÖVLƏTİNİN SÜQUTU, NADİR ŞAHIN
XANƏDANI VƏ ŞƏCƏRƏSİNİN DAVAMÇILARI
5.1. Nadir şahın həyatına sui-qəsdlər və qətlə yetirilməsi
Í
adir şah bütün şüurlu həyatını at belində döyüşlərdə və hərbi yü -
rüş lərdə keçirmişdi. Bu müddət ərzində o, ən müxtəlif vəziy yət -
lərlə üzləşmiş və müxtəlif risklərlə qarşılaşmışdı. Məlumdur ki, Nadir şah
iştirak etdiyi döyüşlərin hərəkətverici qüvvəsi idi, ən həlledici anlarda özünü
döyüşün ən gərgin nöqtələrinə ataraq hadisələrin ağırlığını öz üzərinə
götürür və qolunun gücü ilə döyüşçülərini də qələbələrə ruhlandırırdı. Nadir
şah belə döyüşlərdə həyatını təhlükələrə atmaqdan belə qorxmurdu. Ona
görə idi ki, Nadir şah dəfələrlə ölüm təhlükəsi ilə qarşılaşmış və hər dəfə də
çevikliyi və bir də bəxt ulduzu onu real təhlükələrdən salamat qurtarmışdı.
Bütünlükdə, Nadir şahın doğulduğu mühit risk və təhlükə ilə dolu olan
bir mühit idi. Türkmən və yəmut tayfalarının Əbivərdə, Dərgəzə və Kelata
aramsız talançı yürüşləri, insanları qırıb çatmaları, habelə məntəqənin ha -
kim ləri arasında gedən toqquşmalar bölgənin əhalisinin həyatına olan təh-
lükəni daha da artırırdı. Buna görə idi ki, insanların həyatı ən adi
təsa düflərdən asılı idi.
Nadir də uşaqlığında ailəsi ilə birlikdə türkmən və yəmut tayfalarının
talançı yürüşlərinin və yerli tayfalar arasında baş verən toqquşmaların
şahidi olmuşdu. Nadir, hətta əsir də düşmüşdü.
1
Bundan sonra da dəfələrlə Nadirin həyatına qəsd edildi, lakin Nadirin
fəhmi bu qəsdlərin baş tutmasına imkan vermədi. Həmçinin Nadirə qarşı
olan bu sui-qəsdlərdə xarici dövlətlərin də maraqları ola bilərdi.
2
Mən bu
sui-qəsdlərin qısa xronikasını təqdim edirəm.
Úàùàíýèð Ùöñåéí ßôøàð
154
1
M.M.Astrabadi. Göstərilən əsəri, s. 261.
2
Ə.Tahirzadə. Nadir şah Əfşar. Bakı, 2002.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə