Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə45/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   41   42   43   44   45   46   47   48   ...   78

bildirdiyinə görə yasavullar 50 tümən maaş alırdılar.
1
Bu mənbədə qul
yasavul, söhbət yasavulu haqqında da xatırlama vardır. Amma onların bir-
birindən nə ilə fərqlənməsi haqqında məlumat verilmir. Nadir şah haqqında
əsas mənbələrdən olan «Aləm Ara-ye Naderi» əsərində Nadir şah dövrünün
bir sıra digər hərbi vəzifələrinin də adı çəkilir. Onlardan biri təlayədardır.
Bu sözün işlənmə kontekstindən aydın olur ki, təlayədarlar da qoşunların
mühafizəsinin təmin edilməsi ilə məşğul olmuşlar. Çox güman ki, onlar
daimi dəstələr olmamışlar, yalnız döyüş mövqelərində olan qoşunların,
qoşun düşərgəsinin mühafizəsi üçün tapşırıq almış döyüşçülər idi. Təlayə-
darlar qoşunları qəfil basqınlardan qoruyurdular. Mənbədəki məlumatdan
belə bir qənaətə gəlmək mümkündür ki, bəzi hallarda qoşunların sağ və sol
cinahlarının ayrıca təlayədarları təyin edilirdilər.
2
Mənbəyə görə təlayədarlar mühafizə işində kifayət qədər etibarlı idilər.
Onların nəzərindən asanlıqla qurtarmaq mümkün deyildi. Qoşunların daxi -
linə nüfuz etmək istəyənlər bəzən sürünə-sürünə, gecə vaxtı təlayədarların
nəzərini cəlb etməməyə çalışırdılar.
3
Nadir şah qoşunlarında ləşkərnevislər də var idi. Bu insanlar səfərbər-
liyə alınan qoşunların qeydiyyatının aparılması ilə məşğul idilər. Ləşgər -
ne visbaşı vəzifəsinin mövcudluğu onun tabeliyində olan qoşun mirzələrinin
sayının çox olduğunu ehtimal etməyə əsas verir. Tədqiqat çıların fikrincə,
Nadir şah qoşunlarında olan ləşgərnevislərin sayı 300 nəfərə çatırdı və bu
vəzifəyə, adətən, dövrünün savadlı şəxsləri təyin edilirdilər.
4
«Aləm Ara-ye Naderi»də «şərbaşəran» ifadəsinə rast gəlmək müm -
kün dür. «Şərbaşəran» ifadəsi, adətən, «çərxçi» ifadəsi ilə yanaşı işlədilir
və bu ifadənin işlədilmə məkanından aydın olur ki, şərbaşəranlar da çərx -
çilər kimi döyüşə ilk atılan və döyüşü ilk başlayan qüvvə olmuşdur. Amma
məlumatların  qıtlığı üzündən şərbaşəranların necə təşkil edildiyi, onların
çərxçilərdən nə ilə fərqləndikləri barədə fikir söyləmək çətindir.
Mənbədə xümparəçinin də adı çəkilir. Xümparə təxminən top güllələri
boyda dəmirdən hazırlanıb daxili barıtla və yandırıcı maye ilə doldurulan
Úàùàíýèð Ùöñåéí ßôøàð
140
1
M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 615.
2
M.M.Kazım. Göstərilən əsəri, III cild, s. 1044, 1056, 1196.
32
M.M.Kazım. Göstərilən əsəri, II cild, s. 54.
4
Homayun H.T. Göstərilən əsəri, s. 87.


bir bomba idi. Çox güman ki, xümparəçi həm bu bombanı atışa hazırlayan,
həm də onu atan şəxs idi.
«Aləm Ara-ye Naderi»də sipəhsalar titulunun da adı çəkilir. Sipəhsalar
– qoşunların baş komandanı anlamını verirdi. Nadir şah hakimiyyətdən
əvvəlki illərdə Təhmasib Mirzəyə qoşulanda sipəhsalar vəzifəsinə yiyələn-
mişdi və həqiqətdə də o, bütün qoşunlara rəhbərlik edirdi. Nadir şah taxt-
taca yiyələnəndən sonra bu vəzifəni də ləğv etdi. O özü ölkənin şahı
ol  maqla bərabər, qoşunların ali baş komandanı idi. Amma onun qardaşı
İbrahim xan Azərbaycan sipəhsaları adlandırılırdı. İbrahim xan qətlə yeti -
riləndən sonra bu titul da ləğv edildi.
Nadir şah güclü bir ordu yaratmaqla böyük bir imperiya yarada bil -
mişdi. Bu imperiyanı ordu ilə idarə edirdi. İmperiyanın bütün ərazilərində
ordu hissələrinin qüvvəsi var idi. Yerlərdə kəndxudalar, qazilər və hakimlər
vergilərin toplanmasına, ordu üçün təchizata (ərzaq, paltar, at ilxıları və s.),
yeni orduya çağırışa köməklik göstərərdilər. İmperiya o dövrə uyğun
bəylərbəyilikləri Federativ bir formada idarə edirdi.
4.3. Nadir şah Əfşarın hərbi-dəniz qüvvələri
Nadir şah qoşunlarının bir növünü də hərbi-dəniz qüvvələri təşkil
edirdi. Bu dövrün hərbi-dəniz qüvvələrinə toxunan tədqiqatçıların, demək
olar ki, hamısı xüsusi vurğulayırlar ki, Nadir şah Ərəb işğalından sonra
hərbi-dəniz qüvvələrinin təşkilinə nail olmuş ilk şah idi. Bu məqam Nadir
şahın dövlətçilik və sərkərdəlik təfəkkürünün daha bir əhəmiyyətli nümayi -
şi idi. Çünki həm şimaldan, həm də cənubdan dəniz sularına çıxışı olan bir
dövlətin strateji maraqları dənizdən təhlükəsizliyin zəruriliyini ortaya atırdı.
Qurduğu böyük dövlətin hüdudlarını etibarlı şəkildə qorumağa çalışan
Nadir şah üçün isə bu məsələyə xüsusilə aktuallıq kəsb edirdi.
Şimalda güclü hərbi-dəniz qüvvələrinə malik olmadan Nadir Cənubi
Qafqazda və Türküstanda özünü arxayın hesab edə bilməzdi. Rusiya dövlə-
tinin dəniz vasitəsilə Ənzəliyə və bütünlükdə Gilana qoşun çıxara bilmək
ehtimalı və eləcə də Xəzərdəki dəniz daşımalarının yalnız Rusiyanın əlində
olması Nadir şahı qane etmirdi.
Fars körfəzində isə bu məsələ daha kəskinliyi ilə dayanırdı. Körfəzin
o tayında vaxtilə Səfəvi dövlətinə mənsub olan ərazilərin itirilməsi Nadir
şah dövlətinə qarşı qiyamçı mövqe tutmuş qüvvələrin Fars körfəzi böl-
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
141


gəsində gizlənməyə çalışmaları və onların potensial təhlükə mənbəyi ol-
ması, bütünlükdə körfəz ətrafındakı vəziyyətin nəzarət altında saxlanması
da hərbi-dəniz qüvvələrinin yaradılmasına təkan verdi.
Konkret olaraq qeyd etmək lazımdır ki, Şah Sultan Hüseynin haki miy -
yəti dövründə vaxtilə Səfəvilər hakimiyyətinin nəzarəti altında olan
Bəhreyn Şeyx Cabbarın rəhbərliyi ilə yerli ərəb tayfalarının nəzarəti altına
düşdü. Nadir şah, sözsüz ki, bununla razılaşmadı və Bəhreynin geri qay-
tarılması üzərində düşünməyə başladı.
Bir sözlə, Nadir şah öz dövlətini güclü hərbi-dəniz bazasına malik olan
bir dövlətə çevirmək istəyirdi. Ancaq bu niyyətin həyata keçməsi üçün bir
sıra vacib məsələlərin həllinə nail olmaq lazım idi. İlk növbədə, hərbi-dəniz
qüvvələrinin yaradılması üçün müəyyən bir təcrübə tələb olunurdu. Piyada
və süvari qoşunlarının təşkili üçün istər Nadir şahda, istərsə də cəmiyyət
daxilində bir təcrübə mövcud idisə, hərbi-dəniz qüvvələrinin təşkili
sahəsində belə bir təcrübə yox idi. Konkret tarixi şəraitdə isə Nadir şah
təcrübə əldə edilməsi ilə əməli fəaliyyəti birləşdirməli idi. Yəni təcrübə
qazanılmasına vaxt itirmədən əməli fəaliyyətə başlamaq lazım idi. Hərbi-
dəniz qüvvələrinin təşkili üçün Nadir şahın ixtiyarında hərbi gəmilər də
yox idi. Bu da ciddi bir məsələ idi. Hərbi gəmilərin əldə edilməsi ilə bəra -
bər, onlara xidmət sahəsi də qurulmalı idi. Nəhayət, hərbi gəmiləri hərəkətə
gətirəcək şəxsi heyət yetişdirilməli idi. Bütün bu və ya digər zəruri mə sə -
lələrin ağırlığına baxmayaraq, Nadir şah hərbi-dəniz qüvvələrinin yaradıl-
ması istiqamətində gərəkli bir qətiyyət nümayiş etdirdi və onun səmərəli
nəticəsinə də nail oldu.
Nadir hələ gilzayi əfqanları ilə döyüşlərdən sonra əməli olaraq hərbi
gəmilərə malik olmağın zəruriliyini qəbul etdi. Çünki Nadirin təqiblərindən
qaçan gilzayi əfqan qoşunlarının bir hissəsi Omanda özünə sığınacaq tap-
mışdı. Onların ələ keçirilib zərərsizləşdirilməsi isə hərbi gəmilərsiz müm -
kün deyildi.
1
Nadirə qarşı istiqamətlənmiş on güclü yerli qiyamdan biri olan
Məhəmməd xan Belucun rəhbərliyi altında olan qiyamın nəticələrinin
tamamilə aradan qaldırılması zəruriliyi də hərbi-dəniz qüvvələrinə olan
ehtiyacı bir daha aktuallaşdırdı. Kiş adasında gizlənən Məhəmməd xan
Úàùàíýèð Ùöñåéí ßôøàð
142
1
M.H.Qüddusi. Göstərilən əsəri,  s. 151.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə