Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə41/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   37   38   39   40   41   42   43   44   ...   78

özü də süvari döyüşçüsü idi, onun başına toplanan ilk dəstə də süvari
dəstəsi idi və bir-birinin ardınca əldə etdiyi hərbi uğurlarında da süvari
qoşunlarının rolu əvəzsiz idi.
Nadir şahın süvari qoşunları iki qismə bölünürdülər: ağır süvarilər və
yüngül süvarilər. Süvarilər malik olduqları silah və təchizata görə bu qisim-
lərə bölünürdülər. Ağır süvarilər qılınc, nizə və karabindən əlavə qalxana
da malik idilər. Yüngül süvarilərin isə qalxanı yox idi. Onların silahı,
əsasən, qılınc, nizə və karabin idi. Süvarilər arasında ox və kamanla
silahlananlar da var idi və çox güman ki, ox-kamanla silahlanan süvarilər
yüngül süvarilər arasında idi.
Döyüş zamanı süvarilər başlarına dəbilqə geyinməklə düşmən zər-
bələrindən daha yaxşı mühafizə olunurdular. Onlar «çaharayna» (dörd
ayna) adlanan zireh geyimdən də istifadə edirdilər. Bu geyimlərin sadə for-
ması bir-birinə bərkidilmiş 4 zireh parçadan ibarət olurdu. Sinəni və kürəyi
mühafizə edən parçalar nisbətən daha geniş və hündür olurdu ki, bədənin
qurşaqdan boğaza olan hissəsi qorunsun. Bu parçalar qolların altında olan
daha ensiz və gödək zireh parçalarla bir-birinə birləşdirilirdi.
1
Ağır süvarilər də nizə ilə silahlananlara və qılıncla silahlananlara
bölünürdülər. Topçu və tüfəng hazırlığından sonra döyüş, adətən, nizələrlə
silahlanan süvarilərin hücumu ilə davam etdirilir və onların ardınca da
qılıncla silahlananlar döyüşə qoşulurdular. Malik olduqları silaha görə, heç
şübhəsiz ki, ox və kamanlarla silahlananlar da döyüşə ilkin qoşulanlar
arasında idilər.
Ağır süvarilər arasında bəy və xan təbəqəsinə mənsub olanlar çox idi.
Süvari qoşunlarında yuxarıda qeyd olunan struktur vahidləri tətbiq olu -
nurdu. Mənbələrdə daha böyük struktur vahidi kimi yalnız süvari
qüvvələrinə aid olan tiplərin və konkret tapşırıqların icrası üçün yaradılmış
süvari dəstələrinin formalaşdırıldığına rast gəlmək mümkündür. Onların
arasında müxtəlif vaxtlarda kəşfiyyat vəzifələrinin həyata keçirilməsi üçün
6 alaydan təşkil edilmiş Hacıxan bəy Əfşarın rəhbərliyi altında olan tip, üç
alaydan təşkil edilmiş və Cavanqulu xanın rəhbərliyi altında olan tip,
6 alaydan təşkil edilmiş və Hüseynəli xanın rəhbərliyi altında olan tip,
Úàùàíýèð Ùöñåéí ßôøàð
128
1
M.Ş.Tehrani. Göstərilən əsəri, s. 338.


5 alaydan ibarət olan və gilzayi əfqanlarından təşkil edilmiş tip və s.
1
Əs-
lində bunların sayını artırmaq da olar. Fövcdən böyük olan struktur va -
hidləri daimi vahidlər deyildilər və onların formalaşdırılması konkret
tapşırıq və zərurətlə bağlı idi. Belə zərurətlə yaranan süvari struktur vahidi
müəyyən vaxtlarda əməliyyat vahidi səviyyəsinə qaldırılırdı.
Bəzi tədqiqatçılar Nadir şahın süvari qüvvələrini səltənət süvariləri və
Xorasan süvariləri adı altında iki hissəyə bölürlər. Səltənət süvarilərini isə
bəzən qızılbaş süvariləri adlandırırlar.
2
Qızılbaş süvariləri deyəndə də
Səfəvi dövlətinin əsasını təşkil etmiş Qacar, Varsaq, Rumlu, Şamlı,
Zülqədər, Təkalu, Əfşar və Bayat soylarından təşkil edilmiş süvari nəzərdə
tutulur. Əslində, bu bölgünü doğru saymaq olmaz. Əvvəla, bu bölgü etnik
mənsubiyyətə və məhəlli mənsubiyyətə görə aparılmış bir bölgüdür. Qoşun
növləri isə qüvvələrin icra etməli olduqları vəzifələrin xarakteri, malik
olduqları silah və təchizata görə qisimlərə bölünməlidir. Hətta etnik əla -
məti nə və məhəlli mənsubiyyətinə görə belə yuxarıda qeyd olunan bölgü
nöqsanlı bölgüdür. Çünki Nadir şahın süvarilərini yalnız qızılbaş süvariləri
və Xorasandan toplanmış süvarilər təşkil etmirdilər. Məlumdur ki, Nadir
şah qoşunlarının tərkibində əfqan, ərəb, lur, bəxtiyari, ləzgi, gürcü süvari
dəstələri var idi.
Yeri gəlmişkən o da qeyd edilməlidir ki, mənbələrdə bir çox hallarda
Nadir şah qoşunları «qızılbaş» qoşunları kimi təqdim edilirlər. Bu ifadə də
doğru sayıla bilməz. Baxmayaraq ki, Nadir şah qoşunlarında əfşarlar, qacar-
lar və digər türk soylarından təşkil edilmiş struktur vahidləri çox idi.
Bununla belə, Nadir şah qoşunları onun nəzarəti altında olan bütün əra zi -
lərdən toplanmış qoşun idi. «Qızılbaş» ifadəsinin əfşarlar hakimiyyəti
üzərinə gətirilməsi heç tarixi baxımdan da doğru deyildir.
Nadir şahın süvari qoşunlarının sayı və kəmiyyəti barədə tarixi və
tədqiqat əsərlərində müxtəlif rəqəmlərlə rastlaşmaq mümkündür. Bu rəqəm-
lər də mütləq faktlar kimi qəbul edilə bilməz. Baxmayaraq ki, Nadir şah
qoşunlarında ləşgərnevislər var idi, amma onlar da daha çox konkret
yürüşlərə səfərbər edilən qoşunların siyahısını aparırdılar. Məlumdur ki,
Nadir şahın birbaşa rəhbərliyi altında olan süvari qüvvələrindən başqa,
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
129
1
Homayun H.T. Göstərilən əsəri, s. 84.
2
Moqtəder Q. Göstərilən əsəri, s. 171.


əyalətlərdə də süvari qüvvələri var idi. Bundan başqa, süvarilərin cəlb
edilməsi davamlı olaraq aparılırdı. Hətta döyüş gedən ərazilərdə qoşun
toplanması da aparılırdı. Əlbəttə, Nadir şah qoşun itkilərinə də məruz qa -
lır dı. Ona görə də Nadir şahın süvari qüvvələrinin tərkibi haqqında sabit
rə qəm göstərmək mümkün deyil. Süvari qoşunları haqqında daha real tə -
səvvürü konkret yürüşlərə cəlb edilmiş süvarilərin sayı ilə əldə etmək olar.
Mövcud olan məlumatlara görə süvarilərin döyüş hazırlığı mütəmadi
olaraq davam etdirilirdi və Nadir şah da bu məsələyə xüsusi fikir verirdi.
Amma çox təəssüf ki, bu hazırlığın necə aparılması haqqında mənbələrdə
müfəssəl məlumat yoxdur. Bununla belə, məlumdur ki, süvarilər qoşunlara
səfərbər ediləndə onlar artıq müəyyən təcrübəyə malik olurdular. Şəxsi
həyat zamanı atdan istifadə, ovçuluq, heyvandarlıq artıq çoxlarında süvar-
ilik vərdişləri yaradırdı. Şahidlərin ifadəsinə görə, Nadir şah süvariləri
lazım gələrdisə istirahət etmədən 20-25 saat müddətində döyüşə bilərdilər.
1
Nadir şahın apardığı döyüşlər də bunu tələb edirdi.
Nadir şah süvariləri başlarına dördkünc qırmızı papaq qoyurdular. Pa-
pağın dövrəsinə isə ağ rəngli ipək şal dolanırdı. Bu papaqlarına görə onları
bəzən Nadir şah qırmızıbaşları da adlandırırdılar.
2
Nadir şah süvarilərindən xüsusi bir şah qvardiyası da yaradılmışdı. Bu
qvardiya mənbələrdə və tədqiqat əsərlərində «səltənət qvardiyası»,
«keşikçilər» və «həmişəkeşikçilər» kimi də təqdim olunmuşdur. Tədqi qat -
çıların fikrincə, Səfəvilər hakimiyyəti dövründə olduğu kimi, Nadir şah da
öz mühafizəsinin təmin edilməsi üçün xüsusi qvardiya təşkil etməyi qərara
aldı.
3
Xüsusi qvardiya, doğrudan da, Nadir şahın mühafizəsi ilə məşğul
olurdu. Amma istər şahın xüsusi qvardiyasının tərkibi, istərsə də bu qvar -
diyanın fəaliyyəti haqqında mənbələrdə olan məlumatlar göstərir ki, şah
qvardiyasının vəzifəsi yalnız şahın mühafizəsinin təmin edilməsi deyildi.
Qvardiyanın tərkibində beş alay var idi: Şamxalçılar alayı, çavuşlar alayı,
nəqib alayı, xüsusi qarovul alayı və cilovdar alayı.
4
Úàùàíýèð Ùöñåéí ßôøàð
130
1
Homayun H.T. Göstərilən əsəri, s. 84.
2
M.Süleymanov. Göstərilən əsəri, s. 547.
3
Homayun H.T. Göstərilən əsəri, s. 85.
4
Ruzanlı C. Göstərilən əsəri, s. 394.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə