Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə38/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   34   35   36   37   38   39   40   41   ...   78

tifadəsində həm ağır tüfənglər, həm də yüngül tüfənglər var idi. Ağır
tüfənglərlə silahlanan piyadalar cəzayirçilər adlanırdılar. Cəzayirçilərin
əsası ilk dəfə Səfəvilər dövründə, II Şah Abbasın zamanında qoyulmuşdu.
II Şah Abbas, ilk dəfə olaraq 600 nəfərlik bir dəstəni ayırıb onları bütün-
lüklə tüfənglərlə silahlandırdı və bu dəstəyə cəzayirçi dəstəsi adı verdi. Bu
dəstə tüfəngağası başının rəhbərliyi altında fəaliyyət göstərirdi.
1
Nadir şah dövründə də tüfəngçiağası vəzifəsi var idi. Amma bu vəzifə
əvvəlki aktuallığını itirmişdi. Çox güman ki, bu, tüfənglə silahlanan piya -
daların sayının xeyli artması ilə bağlı idi. Piyadaların əksəriyyəti, demək
olar ki, tüfənglərlə silahlanırdı və onların aşağıdan yuxarı tabeçiliyə malik
olması çox güman ki, tüfəngçiağası vəzifəsinin saxlanılmasına da ehtiyacı
aradan qaldırmışdı.
Cəzayirçilər çəkisi 18 kq-dan artıq olan tüfənglərlə silahlanırdılar.
Lüləsinin ağzı genişlənən bu tüfənglər, adətən, hərbçilər tərəfindən qiymətli
daş-qaşlarla bəzədilirdi. Tüfənglər döyüşçülər tərəfindən xüsusi üçayaqlı
dayaqlar üzərinə qoyularaq atılırdı. Tüfənglərin malik olduğu ağırlıq belə
bir dayaqdan istifadə edilməsini zəruriləşdirirdi. Ona görə cəzayirçi
tüfənglə bərabər, yanında üçayaqlı dayağı da gəzdirməli idi. Lülələrinin
uzunluğu döyüşü bu tüfənglərlə başlamağa imkan verirdi. Şahidlərin qə-
naətinə görə, piyadalar malik olduqları silah baxımından döyüş vaxtı çox
böyük fayda verə bilirdilər.
2
Çaxmaqla işləyən bu tüfənglər uzun olduğu
üçün döyüşçülər ona ayaq üstündə durarkən, hətta dayaqlanırdılar da. Cəza-
yirçilərin özünəməxsus libasları da var idi. Onlar başlarına keçədən hazır-
lanmış papaq qoyardılar. Buna görə onları çox vaxt keçəpapaq da
adlandırardılar. Papaqların hər iki yanından məngulə asılar, üzərində isə
«Allah» kəlməsi yazılardı. Papaqlar üzərindəki yazı müxtəlif döyüşçülərdə
üç rəngdə yazılardı. Şahidlərin ifadəsinə görə tam döyüş təchizatına malik
olan cəzayirçilərin düzülüşü müşahidəçilərdə dəhşətli bir hiss yaradardı.
3
Piyadaların bir qismi yüngül silahlarla silahlanardılar. Həmin tüfənglər
fitilli tüfənglər olub cəzayirçilərin çaxmaqlı tüfənglərindən çəkisinə görə
yüngül, ölçüsünə görə isə qısa idi. Yüngül tüfənglərə malik olan piyadalar
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
119
1
Bəyani X. Tarix-e nezom-ye İran. Dövre-ye Səfəviyye. Tehran, 1353, s.78.
2
Şəbani R. Göstərilən əsəri, s. 162.
3
Arunova M.R., Aşrafyan K.Z. Nadir şah dövləti (rusca). M., 1963, s. 147.


ayrıca struktur vahidlərində, alaylarda komplektləşdirilirdilər.
1
Tarixi
ədəbiyyatda bu piyadaların Qaracurlu piyadaları adlandırılması halları ilə
rastlaşmaq olar. Ola bilsin ki, bu piyadaların tərkibində müəyyən vaxtlar
Qaracurlu tayfasına mənsub olan piyadalar çoxluq təşkil etmişdilər və ona
görə də Qaracurlu piyadalar kimi də tanınmışdılar. Amma yüngül tü -
fənglərlə silahlanan piyadaların hamısının Qaracurlu tayfasına aid olduğunu
iddia etmək olmaz.
Yüngül fitilli tüfənglər heç şübhəsiz ki, çaxmaqlı tüfənglərə nisbətən
daha yaxın döyüşlər üçün nəzərdə tutulmuşdu və ona görə də döyüşqabağı
düzülüşdə yüngül tüfənglərlə silahlananların öz yerləri var idi. Nadir şah,
bütünlükdə, tüfənglərlə silahlanan piyadaların formalaşdırılmasına xüsusi
əhəmiyyət verirdi. Vaxt ötdükcə onların xarici görünüşü daha da mükəm-
məlləşdi. Sonralar tüfəngdarlar eyni geyim və formalara malik oldular. Bu
piyadalar, adətən, qırmızımtıl şalvarlar və göy rəngli yarım canlıqlar geyir,
başlarına qaragül dərisindən papaq qoyurdular. Papaqların qarşısında tü -
fəng darların hansı alaya mənsubluğunu göstərən xüsusi nişan bərkidilirdi.
Tüfəngdarlar əsas silahlarından başqa kəmərlərindən asılmış xəncərə də
malik idilər. Mövcud olan məlumatlara görə ağır tüfənglərlə silahlanmış
struktur vahidlərinin şəxsi heyəti, əsasən, əyanların, imkanlı adamların
ailələrindən toplanırdı. Bundan başqa, bütün tüfəngdarların atı var idi və
hərbi yürüşlər zamanı atlarla hərəkət edirdilər.
Nadir şah piyadalarının böyük bir hissəsi soyuq silahlarla silah lanır -
dılar. Bu piyadaların silahları ox və kamandan, nizədən, qılıncdan, zubin
və təbərzindən ibarət idi.
2
Həmin qüvvələr heç şübhəsiz ki, Nadir şahın
piyada qoşun növünün əsasını təşkil edirdilər və sayca daha çox idilər.
Adətən, artilleriya və tüfənglərlə başlanan döyüşün əlbəyaxa hissəsi süvari
qüvvələrlə bərabər məhz soyuq silahlarla silahlanmış döyüşçülər tərəfindən
davam etdirilirdi. Döyüşün ağırlığı da çox vaxt elə soyuq silahlarla silahlan-
mış piyadaların üzərinə düşürdü.
Topçu strukturlarının təşkili qoşunların formalaşdırılmasına Nadir
şahın gətirdiyi yeniliklərdən biri idi. Səfəvilər dövründə də toplardan geniş
istifadə olunması məlumdur. Xüsusilə Şah Abbasın dövründə Səfəvi qoşun-
Úàùàíýèð Ùöñåéí ßôøàð
120
1
Moqtəder Q. Göstərilən əsəri, s. 169.
2
Yenə orada, s.169.


larında toplardan istifadə edilməsinə diqqət xeyli artırıldı. Tədqiqatçılar,
haqlı olaraq, qeyd edirlər ki, Səfəvilər hakimiyyətinin sonlarına yaxın
qoşunlar böhran məngənəsinə düşdüyü kimi, toplardan istifadə edilməsinə
də diqqət azaldı.
1
Nadir şahın dövründə topçuluğun və topçu strukturlarının formalaş dı -
rıl masına xüsusi diqqət verilməyə başlandı. Nadir şah döyüşlərin uğurla
başa çatdırılmasında topların taktiki imkanlarını yüksək qiymətlən dirdiyi
üçün onlardan istifadə xeyli genişləndi. Toplardan geniş istifadə edilməsi
qoşunların döyüş taktikasını da təkmilləşdirdi. Məlumdur ki, bir sıra dö -
yüşləri Nadir şah məhz topçu hazırlığı ilə başlayardı və qarşı tərəfin müqa -
vi 
 
mətinin qırılması üçün onun toplarının ələ keçirilməsinə çalışırdı.
Dö yüşqabağı düzülüşdə də topların xüsusi yeri var idi. Bundan başqa,
ənənəvi qala döyüşlərinin çoxunda toplardan geniş şəkildə istifadə olu-
nardı.
Dövrünün və bölgənin güclü qoşunlarından sayılan Osmanlı qoşun -
larında topçuluq daha güclü inkişaf etmişdi. Çox güman ki, bu məqam da
Nadir şahı topçuluğu inkişaf etdirməyə sövq edirdi. Topçuluğu inkişaf et-
dirmək və güclü topçu strukturları yaratmaq üçün Nadir şah avropalı
mütəxəssislərin köməyindən də bəhrələnirdi. Həmin mütəxəssislər Nadir
şah topçularının hazırlanmasında iştirak edirdilər.
2
Nadir şah qoşunlarında ağır, orta, yüngül və qalavuran topların möv -
cudluğu məlumdur. Qala topları 100 kq mərmiləri 1000-1500 məsafəyə
atmaq gücünə malik idi və belə toplardan daha çox qalaların mühasirəsi
zamanı istifadə olunurdu. Bu topların mərmilərinin dağıdıcı qüvvəsi çox
idi. Eyni zamanda döyüşlərdə lüləsinin ağız hissəsindən doldurulan ağır və
orta toplar da istifadə olunurdu. Mənbələrdə bu topların topçuları arasında
hindlilərin də çox olduğu bildirilir. Hər bir topun topçusundan başqa ona
xidmət göstərən heyət də var idi. Ağır toplar xüsusi arabaların üzərində
yerləşdirilir və həmin arabalar bir cüt qatır vasitəsilə daşınırdı. Mövcud
olan məlumatlara görə qatırlardan biri topun qarşısına, digəri isə arxasına
bağlanırdı.
3
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
121
1
Ə.Sərdadvər. Tarix-e nezami və siyasi-ye douran-e Nader şah Əfşar, c. I, Tehran, 1378, s.166.
2
M.Süleymanov. Göstərilən əsəri, s. 539.
3
Arlonova K.Z. Göstərilən əsəri, s. 150.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə