Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə36/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   32   33   34   35   36   37   38   39   ...   78

Nadir şah qoşunlarını fərqli mənəvi-psixoloji dəyərlər üzərində for-
malaş dırdı. O, qoşunlara yeni ruh verdi, onların daxili simasını dəyişdirdi.
Səfəvi dövlətinin süqutu ərəfəsində ölkənin qoşunları da böhran vəziyyətinə
düşmüşdü. Qoşun rəhbərliyi saray aristokratiyasına çevrilməklə bərabər,
daxili intriqalardan da uzaq deyildi. Qoşunların idarə edilməsinə biganə
mövqe, səbatsız adamlara geniş səlahiyyətlər verilməsi Səfəvi qoşunlarının
ən yaxşı ənənələrinin yaddan çıxmasını şərtləndirmişdi. Xalq arasındakı
nüfuzunu və eləcə də döyüş keyfiy yətlərini itirən hərbi qüvvələr öz zəifliyi
ilə dövlətin ərazi bütövlüyünə qarşı istiqamətlənmiş hücumların artmasına
səbəb oldu və nəhayətdə Səfəvi dövləti özü süquta uğradı. Nadir şah isə
hələ gənclik illərində başına topladığı dəstə üzvlərində hərbə maraq oyatdı,
onların daxili potensialının üzə çıxarılmasına zəmin yaratdı, yaşadığı mən-
təqənin, vilayətin və nəhayətdə ölkənin düşmənlərinə qarşı birgə əzmkarlıq
göstərilməsinə nail oldu. Nadir şah qoşunlarında döyüşçüyə, qoşun baş -
çısına, sərkərdəyə olan münasibət yeni dəyərlər kəsb etdi, xidmətə müna-
sibət dəyişdi, cəmiyyət daxilində hərbi xidmətçinin nüfuzu son dərəcə artdı.
Qoşunlar dövlət sistemində öz layiqli yerini tutdu.
Dövrünün yetişdirməsi kimi, Nadir şah heç şübhəsiz ki, qoşunların for-
malaşdırılması prosesinin Səfəvilər dövrünə aid olan bir sıra xarakterik ele -
mentlərini saxladı. Görünür, elə buna görə də bəzi tədqiqatçılar Nadir şah
qoşunlarının quruluşunun Səfəvi qoşunlarının quruluşundan elə də fərqlən-
mədiyini iddia edirlər.
1
Əslində isə belə deyildi. Hərbi-texniki inkişaf
səviyyəsinə, qarşıya qoyulan vəzifələrin xarakterinə uyğun olaraq Nadir
şah qoşunların quruluşuna və bütünlükdə, qoşunların formalaşdırılması
prosesinə ciddi yeniliklər gətirdi. Səfəvilər dövründə mövcud olmayan
hərbi-dəniz qüvvələrinin yaradılması Nadir şahın bu prosesdə əldə etdiyi
ciddi irəliləyişlərdən biri sayılmalıdır. O, əslində, yeni bir qoşun növü
yaratdı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün
əhəmiyyətli addımlar atdı.
Nadir şah iştirak etdiyi döyüşlərin aparıldığı şəraitə uyğun olaraq
yüngül artilleriyanın (zənburəklərin) işlədilməsinə, döyüş istifadəsinə diq -
qə ti artırdı, bu artilleriyanın yeni strukturlarını yaratdı. Bundan başqa, bri -
qada (tip) və ləşgərlərin strukturlarında da bir sıra yeniliklər meydana gəldi.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
113
1
Semnani Təbabi. Nadir şah. Tehran, 1375, s.72.


Nadir şah qoşunlarında dəstələr daimi və müvəqqəti əsasda üzvi şəkildə
birləşdirildi. Nadir şah dövləti, əsasən, hərbi dayaqlar üzərində bərqərar ol-
muşdu. Ona görə də Nadir şahın ətrafında daimi əsasda yaradılmış qoşun
strukturları var idi. Bura cəzayirçi, qorçu, qullar dəstələri, xüsusi qvardiya
keşikçilər dəstəsi və s. daxil idi. Amma qoşunların kütləviliyinə nail olmaq,
iri miqyaslı əməliyyatları aparmaq üçün qeyri-daimi əsaslar üzərində də qoşun
strukturları formalaşdırılırdı. Bura başlıca olaraq vilayətlər, tayfalar üzrə top -
la nılan qoşun dəstələri daxil idi. Nadir şah daimi və qeyri-daimi qoşun dəs -
tə lərinin döyüş fəaliyyətinin uzlaşdırılmasında da kifayət qədər bacarıq
nümayiş etdirdi. Ona görə də Nadir şahın hərbi uğurlarını daimi və qeyri-dai -
mi qoşun dəstələrinin birgə və uzlaşdırılmış fəaliyyətinin nəticəsi saymaq olar.
Qoşunlara səfərbərliyin həyata keçirilməsində Nadir şah həm könül-
lülük, həm də məcburiyyət prinsiplərindən istifadə edirdi. Nadir şahın hərbi
fəaliyyətinin uğurları genişləndikcə, qoşunların maddi təminatı stabil-
ləşdikcə könüllü şəkildə ona qoşulmaq istəyənlərin sayı da artdı. Bununla
belə, Nadir şah qoşunların sayının artması üçün məcburiyyət vasitələrinə
də əl atırdı. Ələ keçirdiyi vilayətlərin, ərazilərin hakimləri və əhalisi
qarşısında Nadir şah konkret sayda qoşun dəstəsi toplayıb mərkəzi
hakimiyyətin ixtiyarına verilməsi tapşırıqlarını da qoyurdu. Yəni qoşun
dəstəsinin toplanması və Nadir şahın ixtiyarına verilməsi bir çox vilayətlər
üçün mükəlləfiyyət xarakteri alırdı. Nadir şah qoşunlarında bir sıra əfqan
dəstələrinin, ləzgi dəstəsinin, Xarəzm dəstəsinin, Mərv dəstəsinin meydana
gəlməsi də məhz həmin mükəlləfiyyətlərin icra edilməsinin nəticəsi idi.
Nadir şah qoşunlarının struktur vahidlərinin formalaşdırılmasında və
onların idarə edilməsində onluq sistemindən istifadə edirdi. Bu sistem, əs-
lində, Səfəvi qoşunlarından qalmışdı və Nadir şah da onun tətbiqini məq -
sə də uyğun bilirdi. Həmin sistemə əsasən qoşunlarda ən kiçik struktur
vahidi 10 nəfərdən ibarət olan cuxə idi. Cuxəyə daxil olan şəxslərdən 9-u
sıravi döyüşçü, biri isə onbaşı və ya vəkil idi. 10 cuxənin birləşdiril mə -
sindən dəhcuxə adlanan bir vahid təşkil edilirdi. 100 nəfərdən ibarət olan
dəhcuxəyə (bəzən dəstə də adlandırılırdı) yüzbaşı rəhbərlik edirdi. 10 vahid
dəhcuxədən isə min nəfərlik bir döyüş strukturu yaradılırdı. Min nəfərlik
döyüş strukturu fövc (alay) adlanırdı və ona minbaşı rəhbərlik edirdi.
1
Úàùàíýèð Ùöñåéí ßôøàð
114
1
H.T.Homayun. Təhəvvolat-e qanun dər tarix-e-moaser-e İran. Tehran, 1376, s. 72.


Fövc Nadir şah qoşunlarının əsas taktiki vahidi idi. Qoşun birləşmələri
də, əsasən, fövclərin sayı ilə müəyyənləşdirilirdi. Ancaq mənbələrdə əl-
libaşı, beşyüzbaşı vəzifələrinin mövcudluğu haqqında da məlumatlara rast
gəlmək mümkündür. Məsələn, «Aləm Ara-ye Naderi»də bildirilir ki, Nadir
şah Hindistandan geri qayıdarkən öz qoşunlarına baxış keçirdi. Həmin
baxışda: «... sərkərdələr, tayfa başçıları, ağsaqqallar, minbaşılar, beşyüz -
ba şılar, yüzbaşılar, onbaşılar, yasəvullar, nəsəğçilər, çəndəvullar, rikalar,
carçılar, çavuşlar və qədimilər cahan sahibini salamlamağa hazır oldular».
1
«Aləm Ara-ye Naderi»nin yenə başqa bir yerində beşyüzbaşı ilə bir-
likdə əllibaşı ifadəsi işlədilmişdir.
2
Bəzi tədqiqatçılar beşyüzbaşı vəzifəsinin
Səfəvi qoşunlarına aid olduğunu və Nadir şah dövründə bu vəzifə sahibinin
cavabdeh olduğu struktur vahidinin aradan çıxdığını iddia etsələr də,

gö -
rün düyü kimi, «Aləm Ara-ye Naderi»də həm beşyüzbaşı, həm də əllibaşı
ifadəsinə rast gəlmək mümkündür. Bu vəzifə adları mənbələrdə çox işlən-
məsə də, görünür, Nadir şah qoşunlarında onlar hələ də qalmaqda idi. Ehti-
mal etmək olar ki, kiçik struktur vahidlərinin, o cümlədən ayrı-ayrı
tövc lərin istifadəsi zamanı 50 nəfərlik və 500 nəfərlik struktur vahid lə -
rindən istifadə edilməsinə zərurət yaranmışdı.
Mənbələrdə Nadir şahın qoşunlarında struktur vahidi kimi işlədilən
«tip» və «ləşgər» terminləri ilə qarşılaşmaq mümkündür.
4
Bu struktur
vahidlərinin hər biri bir neçə fövcün birləşməsindən təşkil edilirdi. Qeyd
etmək lazımdır ki, tip (briqada) struktur vahidi Səfəvi qoşunları ilə müqayi -
sədə Nadir şah qoşunlarına gətirilmiş daha bir yenilik idi. Lakin istər tip,
istərsə də ləşgər daim tətbiq olunan strukturlar deyildilər. Əgər hər hansı
bir tapşırıq icrası üçün bir neçə fövc göndərmək lazım gəlirdisə, onda bu
fövclərin müvəqqəti olaraq ümumi komandanlıq altında birləşdirilməsinə
ehtiyac yaranırdı. Belə vaxtlarda bu fövclər tip və ya ləşkər halında qrup -
laşdırılır və istedadlı sərkərdələrdən biri bu strukturun rəhbəri təyin edilirdi.
Başqa sözlə, tövclərdən fərqli olaraq, tiplər və ləşkərlər daimi şəkildə
mövcud deyildilər. Bu strukturların mütləq formalaşdırılmış bir say tərkibi
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
115
1
M.M.Kazım. Göstərilən əsəri, II c. Tehran, 1384, s. 762.
2
Yenə orada, II c. s. 777.
3
H.T.Homayun. Göstərilən əsəri, s. 72.
4
M.M.Kazım. Göstərilən əsəri, II c. s. 789, 829.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə