Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə32/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   28   29   30   31   32   33   34   35   ...   78

Kaluskin hər vəchlə Nadir şahın Rusiyaya hücum etməsinin qarşısını al-
mağa cəhd edirdi. Lakin Nadirin ordusu irəliləyərək, Şimali Qafqazda
Təbəsaran, Kumuk və bir sıra başqa əyalətləri öz tabeçiliyinə keçirtdi. 
Qısa bir zaman çərçivəsində Nadir Əfşar dövlətinin varlığını möhkəm-
ləndirdi. Osmanlı və Rusiya ilə münasibətləri öz xeyrinə qaydasına qoydu.
Əfqanları  təqib edərək əzdi, hətta onların sığındıqları yer kimi Orta əsrlərin
ən zəngin və qüdrətli dövləti olan Hindistana yürüş etdi. 
HİNDİSTANIN FƏTHİ
Bir ayağımla hərəkət etsəm, Hindis-
tanı, iki ayağımla hərəkət etsəm, bütün
dünyanı fəth edərəm. 
(Hindistan şahı Məhəmmədə ğön -
dər diyi  məktubdan)
Nadir şah Əfşar
Məhəmməd şah Nadirin təklifinə əhəmiyyət vermədikdə, Nadir Hin -
dis tana doğru hərəkətə başladı. Hindistan sərhədinin 74 km-də Mank adlı
yerdə əfqan qaçqınlarını darmadağın etdi. Nadirin göndərdiyi elçinin Mə -
həm məd şah qayıtmasına izin vermədi. Nadir bundan qəzəblənib, 1738-ci
ilin yazında Qəznə və Kabula (həmin vaxt bu ərazi Hindistanın tərkibində
idi.) hərəkətə keçdi. Nadir hind imperatorluğunu tutmaqla əfqanlara bir də -
fəlik qulaqburması vermək və öz ordusunu, İranın iqtisadiyyatını qüvvət -
ləndirməklə, gələcəkdə özbəklərdən və əfqanlardan qüdrətli qoşun toplayıb
Osmanlı dövlətinə hücum etmək niyətində idi. 1738-ci ilin 14 iyununda
Nadirin qoşunları Qəznəyə çatdı. Oradan Kabula keçdi. Kabul xanı Nəsir
xan Dehlidən kömək istədi. Lakin onlardan heç bir kömək gəlmədi. Tezliklə
Kabul təslim oldu və Nadirin qoşunu Hindistanın paytaxtı Dehliyə doğru
hücuma başladı. Onu da vurğulayıram ki, Nadir şah Məhəmməd şaha bir
neçə dəfə müraciət etsə də, Məhəmməd şah ona cavab verməmişdi. Nadir
də bu soyuqqanlılıqdan sonra Məhəmməd şahın üzərinə hücum etmək
qərarına gəlimişdi. Tezliklə Pisəvər, Lahor əyalətləri Nadir tərə fin dən zəbt
olunur. Nadirin ordusu çətin dağ aşırımlarından, çaylardan keçərək,
Yəminabadın, Abadı, Kəşmiri, Xornalı və Hindistanın başqa şəhərlərini
ələ keçirtdi. 
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
101


Nadir şahın qoşunları Hindistanın qərb hissəsini fəth edib, Dehliyə
yaxınlaşdılar. Məhəmməd şahın qoşunları Nadirin qoşunları ilə Dehlinin
yaxınlığında, Karnal deyilən ərazidə qarşılaşdılar. Mənbələrə görə, hind
qoşunlarının sayı 350 min nəfər, Nadir şahın qoşunlarının sayı isə 160 min
nəfər idi. Hind qoşunlarının əhatə etdiyi ərazi 50 hektarlıq bir sahə idi. Bu
üstünlüklərə baxmayaraq, tezliklə Nadirin ordusu özündən qat-qat güclü
olan hind ordusunu darmadağın etdi. Tarixçi Hanvey yazır: «Nadir
hindlilərin xortumuna qılınc bağlayıb, düşmən üzərinə göndərdikləri filləri
qorxutmaq üçün dəvəçilərinə tapşırıq verdi ki, kuzələri qatran və yandırıcı
maddələrlə doldurub, hazırlasınlar. Müharibə başlayan kimi kuzələri
yandırıb, dəvələrlə meydana tullasınlar. Hindlilərin filləri və qoşunları bun-
dan qorxub, geri çəkildilər.
1
Nadirin apardığı böyük taktiki manevrlər
nəticəsində hind ordusunun başçısı Səadət xan əsir alındı. Özlərini məğlub -
edilməz hesab edən hind qılınclıları Nadirin yeni taktikası qarşısında heç
bir iş görə bilmədilər. Komandirini itirmiş ordu minlərlə yaralı qoyub, qaç-
mağa başladı. Çoxlu top alındı. Tarixçilərin dediyinə görə, otuz min ölən
vardı, iyirmi min əsir alındı. Dəvələrin üstündə olan kuzələrdə neftə, qət -
rana od vurub, hərbi fillərin üzərinə hücuma keçdilər. Dəvələr hamısı birdən
fillərə tərəf qaçdılar. Fillər isə bundan dəhşətə gəlib öz ordularının üzərinə
buruldular. Dovranın başçılıq etdiyi hind ordusu darmadağın edildi. Bundan
sonra Məhəmməd şah atəşkəs haqqında müzakirəyə başladı. Tərəflər
arasında saziş imzalandı. Saziş müqabilində Hindistan Nadir şaha beş mi-
lyon rupi cərimə verməli, hind ordusu top və hərbi sursatını İran ordusuna
təhvil verməliydi. Hindistan şahı martın 31-də ordusu ilə birgə Nadirə təs-
lim oldu. Məhəmməd şah da türk-soylu sülalədən olan bir şa hən şah idi.
Ona görə Nadir şah onun şahlığını əlindən almadı. Kornal müqavi lə sindən
sonra Nadirin qoşunları Dehliyə daxil oldular. Kornal müqa vi ləsinə əsasən
Məhəmməd şah sələflərindən qalan 350 illik xəzinəni Nadirə bağışladı. Şah
Cahanın sarayında Nadirə xüsusi yer ayrıldı. Nadir şahın adına məscidlərdə
xütbələr oxundu və bütün şəhərlərdə yeni sikkə kəsildi. Həmin sikkələrin
üzərində «Dünya şahlarının şahı olan şahənşah Nadir şah» yazılmışdır.
Nadirə «Tovus» adlı taxt hədiyyə edildi. Bu taxtın bəzədilməsində bir mi-
lyon cəvahirat işlənmişdir. Nadirə bu günə qədər tayı-bərabəri olmayan
Úàùàíýèð Ùöñåéí ßôøàð
102
1
M.H.Qüddusi. Göstərilən əsəri, s. 67.


«Kuhi Nur» daşı, «Dəryayi Nur», «Almaz Arlof» kimi məşhur almaz və
brilyant daş-qaşlar hədiyyə edilmişdir. Hal-hazırda həmin daşlar London,
Tehran və Moskva muzeylərində saxlanılır. Həmçinin Hindistanın bütün
xəzinəsi Nadir şaha təhvil verildi. Bunlardan əlavə, 60 min kitab əlyazması
İrana gətirildi. Nadir şah Hindistan qələbəsindən sonra əhalini vergilərdən
üç il azad etdi. İran – Hind müqaviləsi hazırlandı. Müqavilənin qısa mətni
belə idi: 
«Əsrimizdə Mars ulduzu kimi şücaətli, cəsarətli, zamanın qəhrəmanı,
dövrün sultanlarının sultanı, iki dünyanın şahənşahı, Allahın kölgəsi,
müsəlmanların pənahı, İsgəndər əzəmətli məqamı ərşə çatan, ədalətli Sultan
Səma təbiətli, şah Əlahəzrət Nadir şah Əfşarın vəzirləri bəzi məsələlər üçün
Hindistan diyarına elçilər göndərmişdilər. Amma bizim vəzirlər həmin
səfərlər vaxtında lazımi cavab vermədilər və Həzrəti Müəzzəmin mək-
tublarının cavablarını yazmadılar. Bu səbəbdən iki dövlətin arasında ixtilaf
yarandı. Onların qabiliyyətli qoşunları Hindistana hərəkət etdi. Xüsusilə
Kornalda toqquşmalar baş verdi. Allah istədikdən sonra şərqdən doğan qali -
biyyət günəşi Nadir şahın üzərinə düşdü. Çünki Əli-Həzrət Cəmşid qüdrətli
lütfü onun mərhəmət mənbəyidir. Onun mərdanəliyi görüşə səbəb oldu,
onunla birgə Dehliyə gəldik. Burada Hindistanın xəzinə və cəvahiratını on-
lara hədiyyə etdik. Öz böyüklüyü, hörməti, nəcabəti, məhəbbəti ilə Gürganə
ailəsinin Tərxan soyunun böyüklüyünü ələ alaraq Hindistanın taxt-tacını
bizim özümüzə qaytardı. Atadan oğula, qardaşdan qardaşa edilməyən belə
bir mərhəmət müqabilində 150 kurur (75 milyon) hərbi xərc və qərb
tərəfində olan bütün ərazilər İran dövlətinin ixtiyarına verildi. Qərb
hissəsində yerləşən bütün mahallar İranın qüdrətli şahının torpağı sayılır.
Bundan sonra İran məmurları o torpaqlara azad daxil olub, o yerlərin mahal
tayfalarına və ailəsinə hökmranlıq edə bilərlər.
Səlmar bağı. II Məhərrəm 1152-ci il (23 aprel 1739-cu il)»
1
Ceyms
Freyzer yazır: «Nadir şahın hücumundan Hindistana ümumən 50 kurur
tümən cəvahirat, nağd mal-dövlət və əkin zərəri dəydi». Həmçinin Nadir
Hindistandan gələndə özü ilə çoxlu memar, alim, görkəmli şəxsləri, ustaları
və xeyli sayda kitabı İrana gətirdi. Nadir 24 dekabr 1740-cı ildə Mərvə
doğru irəlilədi. 4 yanvar 1741-ci ildə Mərvdən Əbivərdə, oradan da Dəstə-
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
103
1
M.H.Qüddusi. Göstərilən əsəri, s. 78.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə