Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə28/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   24   25   26   27   28   29   30   31   ...   78

saxlanılmalı idi. 3-cü maddəyə görə, İran və Osmanlı arasındakı sərhəd
Kür və Araz çaylarının qovuşacağından başlanmalı, Ərdəbilin 3 milliyindən
keçməklə, Həmədan və Kirmanşaha qədər uzanmalı idi. 4-cü maddədə çar
Rusiyası Təhmasib Mirzə ilə bağladığı müqaviləyə əsasən onu göstərilən
əraziləri Osmanlı dövlətinə verməyə məcbur edəcəkdi. Əgər II Şah Təh-
masib irəli sürülən şərtlə razılaşmayacaqdısa, Osmanlı dövləti ilə Rusiya
birlikdə onlara aid edilən ərazilərin ələ keçirilməsini təmin etməli idilər.
Bundan sonra İranın qalan əraziləri, yəni şimal-şərq hissəsi Rusiyanın,
şimal-qərb hissəsi isə osmanlıların idarəçiliyinə verilməli idi. 5-ci maddəyə
görə, II Şah Təhmasib həmin əraziləri Osmanlıya verdiyi təqdirdə Osmanlı
dövləti onu Səfəvi şahı kimi qəbul edəcəyini,  lazımi köməklik edəcəyini
və əfqanlara qarşı ona yardım olunacağını nəzərdə tuturdu. 6-cı maddədə
isə deyilirdi ki, Təhmasib irəli sürülən şərtlər ilə razılaşmasa, Osmanlı və
Rusiya dövləti onlara aid olan əraziləri tutduqdan sonra İran daxilində asa -
yişi bərpa edəcəklər. Ölkə taxtına o adam gətirilməli idi ki, həmin şəxs
dövləti müstəqil şəkildə idarə etmək qabiliyyətinə malik olsun. II Şah Təh-
masib ata-babalarının yaratdığı böyük dövlətin başqa dövlətlər tərəfindən
bölüşdürülməsini görsə də, bu mənzərəni müşahidə etməkdən başqa çarəsi
yox idi. Müqavilə imzalandıqdan sonra Bağdad hakimi Əhməd paşanın ko-
mandanlığı altında Osmanlı ordusu Həmədana göndərildi. Tezliklə Həmə-
dan Osmanlılar tərəfindən tutuldu. 1725-ci ildə Təbriz işğal edildi.
Nax çıvan, Ordubad, Marağa, Xoy, Mərənd və s. ərazilər Osmanlının tərki -
binə qatıldı. 1727-ci ilin axırlarına qədər Osmanlı qoşunları Səfəvi dövlə-
tinin ərazisini tutmuş əfqanları bir qədər geri otuzdurub, Zəncan, Xilistan
və bir sıra əyalətləri əfqanlardan təmizlədilər, lakin Sultaniyyə, Əhər,
Tehran və onların ətrafı əfqanlara verildi. 1728-ci ildə Əfqan Əşrəfin qoşun-
ları II Təhmasibin qoşunlarını məğlub etdi. Demək olar ki, Səfəvi xanə-
danlığı Şah Təhmasibin dövründə tamamilə uğursuzluğa düçar oldu.
1
Təbii
belə bir vaxtda Nadirin Təhmasibi hakimiyyətdən kənarlaşdırması Səfəvi
dövlətini dağılmaqdan xilas etdi. Nadir az müddət ərzində rus qoşunlarını
Azərbaycanın şimal-şərq hissəsindən cıxardı, əfqan qoşunlarını geri otuz-
durdu. Osmanlı ilə bağlanmış müqaviləni ləğv edərək zəbt olunmuş tor-
Úàùàíýèð Ùöñåéí ßôøàð
88
1
M.H.Qüddusi. Göstərilən əsəri, s. 99


paqları Osmanlı dövlətindən azad etdi. Həmçinin Nadir Osmanlı dövləti
ilə diplomatik əlaqələr yaradıb, məzhəb ayrılığı haqqındakı fikirlərini
elçilər vasitəsilə İstanbula göndərdi. Osmanlı sultanı onun məzhəb ayrılığı
fikirlərini qəbul etmədikdə Osmanlı münasibəti yenidən kəskinləşdi. Nadir
isə bundan məharətlə istifadə edib, İran İraqında (həmin zamanlarda həmin
ərazilər də osmanlılar tərəfindən idarə olunurdu) bir sıra hərbi əməliyyatlar
keçirdib, bu ərazilərdən də osmanlıları çıxartdı və Bağdada qədər irəlilədi.
Nadir şah Dağıstan yürüşündə olarkən, Osmanlı sarayından onun yanına
elçilər gəldi. 1742-ci ilin yanvarında İstanbul elçiləri Münif əfəndi və Nəzif
Mustafa əfəndi müftiləri Nadirin sarayına gəldilər. Nadirin bir sıra tək-
liflərini Osmanlı sultanlığı qəbul etsə də, Cəfəri məzhəbinin tanınmağına
mənfi cavab verildi. Təbii, bu Nadir şahı xeyli mütəəssir etdi. Öz qoşun-
larını Dağıstandan geri çəkib, yeni müharibə başlamaq üçün Osmanlı
sərhədlərinə doğru irəlilədi. Nadir şah anlayırdı ki, bir millət arasında olan
bu məzhəb ayrılığı həll olunmayınca bu iki dövlət arasında əsrlərlə davam
edən müharibələr yenidən davam edəcəkdir. Həmçinin Avropa dövlətləri
və Rusiya bu məzhəb ayrılığından istifadə edib, ya osmanlılardan, ya da
İran dövlətindən öz mənafeləri üçün istifadə etməklə, təbii, orta əsrlərdə
zəngin dövlət olan Hindistana gedən yolda bu iki dövləti sarsıtmaq və on-
ların torpaqlarını ələ keçirtmək istəyirdilər. Hətta I Pyotr  İran ilə Osmanlı
dövləti arasında bu müharibələrin daim qızışdırılmasını təbliğ etmiş, İstan-
bulun zəbtini, həmçinin Hindistan yolunu təmizləyib, Hind okeanına çıxma
yollarını öz gələcək sələflərinə vəsiyyət etmişdir.
1
Nadirin öz dövrünün böyük diplomatik dühaları bir daha onu təsdiq
edir ki, Nadir uzun əsrlər boyu davam edən bu məzhəb ayrılığını aradan
qaldırmaq, osmanlılarla birləşib böyük bir Turan dövləti yaratmaq, dünyada
olan İslam aləmini birləşdirmək ideyasını qarşısına məqsəd qoymuşdu.
Təəssüflər olsun ki, Osmanlı dövləti onun bu təklifini qəbul etməməklə
həm özlərini, həm də İran–Azərbaycan Əfşar dövlətinin taleyini qorxu al-
tına saldı. Bunun nəticəsi olaraq, elə bu günün özünə qədər də, vurğu-
ladığım kimi, bu dövlətlər arasında birlik əmələ gələ bilməyib. XIX əsrin
əvvəllərində Əfşar dövlətinin süqutu tezliklə Azərbaycanın parçalanmasına
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
89
1
Pyotrun vəsiyyəti. «Aydınlıq» qəzeti, yanvar, 1991.


gətirib çıxartdı və XX əsrin əvvəllərində isə Osmanlı imperiyası da dağıldı.
Nadir şah hakimiyyətdə olduğu illərdə, vurğuladığım kimi, osmanlılar
ilə də sülh müqaviləsi bağlayıb, diplomatik əlaqələri qura bildi. Hər iki mil-
lət arasında olan məzhəb ayrılığına baxmayaraq, bu iki ölkə arasındakı
müharibələri aradan qaldıra bildi. Nadir şah nəinki Osmanlı Türkiyəsi ilə,
yuxarıda vurğuladığım kimi, çar Rusiyası, Hindistan kimi dövlətlərlə də
öz gücü və siyasəti ilə davranmağı bacarıb, hər iki ölkənin işğalçılıq və
onun dövlətinə qarşı törədilə biləcək  gələcək işğalçılıq səylərini aradan
qaldırdı. Hindistanı zəbt etməklə, onun 250 illik xəzinəsini ələ keçirtdi.
Hindistan şahı Məhəmmədi özünə tabe etdirib, onun şahlığına toxunmadan
Hindistan tacını ona qaytarıb, həmin dövrlərdə Hindistan kimi nəhəng bir
dövlətin ərazisinin üçdə bir hissəsini, yuxarıda qeyd etdiyim kimi, xəzi -
nəsini, elmi ədəbiyyatını və məşhur şəxslərini İrana gətirməklə İran – Azər-
baycan mədəniyyətini həmin dövrlər üçün xeyli qabağa apardı. 
Türküstanla olan münasibətlər
Orta əsrlərdə Türküstan deyilən ərazidə çox möhtəşəm dövlətçilik
ənənələri var idi. Çingiz xan, Teymurləng imperiyasının ənənələri Orta
Asiya Türküstan ərazisində çox qüvvətli idi. 
Ümumiyyətlə, Nadir şah qurduğu Əfşar imperiyasının ərazisində çox
ciddi qayda-qanunlar bərqərar etdi. Yerli hakimlərin hüquqlarını saxlamaqla
həmin ərazilərdə özünün qoşun dəstələrini yaradırdı. Həmin qoşun dəstələri
vasitəsilə pozuculuq işləri aparan və qayda-qanunlara itaət etməyənlər çox
ciddi cəzalandırılırdı. Nadir imperiyası altında olan ərazilərdə hərc-mərclik
aradan qaldırılır, yerli iqtisadiyyat, sənaye və kənd təsərrüfatı inkişaf et-
dirilir və bunun da sayəsində əhalinin güzəranı sabitləşirdi. Orta Asiyanın
Nadir imperiyasına qatılması onları rus işğallarından da mühafizə etdi.
Beləliklə, Nadirin böyük bir imperiyası onun hərbi istedadı və təşkilatçılıq
qabiliyyəti nəticəsində idarə olunurdu. Bəzi ərazilərdə qiyamlar və üsyanlar
baş qaldırsa da, həmin üsyanlar tezliklə Nadir qoşunları tərəfindən
yatırılırdı. Nadirin apardığı diplomatik uğurları nəticəsində həm Hindistan,
Əfqanıstan, Türküstan, Şimali Qafqaz, Rusiya, Osmanlı imperiyası və Ərəb
şərqi dövlətləri ilə, həm də Avropanın bir sıra ingilis, fransız, holland və
Portuqaliya şirkətləri ilə də diplomatik münasibətlər saxlanılırdı.
Úàùàíýèð Ùöñåéí ßôøàð
90


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə