Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə30/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   26   27   28   29   30   31   32   33   ...   78

Jon Malkonun yazdı ğına görə, İbrahim xan Əşrəfin başını onun qolunda
olan bir böyük almazla birgə Nadirə göndərdi.
1
Əşrəfin öldürülməsi ilə
əfqanlar üzərində 1730-cu ildə qəti qələbə çalındı, bu Nadirin böyük şücaəti
idi. Uzun illər əfqanlar, demək olar ki, İranın şərq əyalətlərini tutmuşdular.
Əfqanlar 7 illik hakimiyyətləri dövründə 2 milyondan yuxarı adam öldür-
müş, şəhərləri, kəndləri viran etmişdilər. Nadir bu qələbəsindən sonra os-
manlılarla mübarizəyə başladı. Əfqanlar bir neçə dəfə yenidən həmin
ərazilərə hücum etmək istəsələr də, Nadir tərəfindən qəti məğlubiyyətə
uğradıldı. 1729-cu ildə Qəndahar şəhərində, Dəludustanda əfqan qüvvələri
tamamilə darmadağın edildi. Nadir Qəndahar şəhərini tutmaqla  İran or-
dusunun şərəfini və eyni zamanda  İranın əldən getmiş torpaqlarını geri
qaytardı. Hətta İsfahanın işğalı nəticəsində şah Sultan Hüseynin hərəm -
xanası da əfqanların əlinə keçmişdi. II Şah Təhmasib İsfahana qayıdanda
əsirlikdə olan anasını da azad edə bildi.
2
Fars körfəzi ərazisi osmanlılar tərəfindən zəbt olunmuşdu. Nadir
əfqanları darmadağın etdikdən sonra Fars körfəzini osmanlılardan geri aldı.
O, tezliklə Oman, Məsrək və Bəhreyni İran ilə birləşdirdi. 1736-1737-ci
illərdə Omanda üsyan baş verdi. Oman sultanının oğlu İman Seyfin
üsyançıların öhdəsindən gələ bilməyib, Nadir şahdan kömək istədi. Nadir
bu xahişi məmnuniyyətlə qəbul etdi. O, Oman, Məsrək və Bəhreyni İrana
birləşdirib, Fars körfəzini və Oman körfəzinin ərazilərini İran dövlətinin
ərazisinə qatdı. Artıq Nadir şah Fars körfəzində də hərbi donanmasını yarat-
mışdı. Tezliklə İranın cənub-şərq ərazisi bütün yadelli qoşunlardan təmiz -
ləndi. İranla şərq istiqamətində qonşu olan Hindistanda Məhəmməd şah
hökmranlıq edirdi. Dəfələrlə Nadir şah Məhəmməd şaha xəbərdarlıq etdi
ki, sərhədlərini əfqanların üzünə bağlasın, belə ki, əfqanlar İsfahanda Nadir
şah tərəfindən darmadağın edildikdən sonra onlar Hindistan ərazisində giz -
lənib İran torpaqlarına hücum hazırlayırdılar.
Nadir əfqanları Şirazdan çıxartdıqdan sonra 1729-cu ilin mart ayında
Şirazda qalib gələrək, oranın abadlığı ilə məşğul oldu. Şəhər, demək olar
ki, əfqanlar tərəfindən müharibə vaxtında darmadağın edilmişdi. Təhmasib
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
95
1
M.H.Qüddusi. Göstərilən əsəri, s. 103.
2
Yenə orada, s. 103.


şah Şirazın fəthi münasibəti ilə Nadirə cəvahir ilə bəzənmiş 30 dəst qiymətli
xalat bağışladı və bundan sonra Nadir böyük şadyanalıq etdi. Təhmasib
şahın qızını oğlu Rzaqulu ilə evləndirdi, 7 gün, 7 gecə toy-büsatı quruldu.
1
Osmanlı dövləti ilə müharibə
Osmanlılar Təhmasib şahla müharibədə tutduqları Azərbaycan tor-
paqlarını geri qaytarmaq istəmirdilər. Nadir 1730-cu ilin mart ayında 25
min atlı və xeyli sayda qoşunla Həmədana doğru irəlilədi. Nadir qəflətən
Nəhavənddə Osmanlı qoşunlarını darmadağın etdi və türk ordusunun baş
komandanı Osman paşa Həmədana qaçdı. Nadir irəliləyərək daha sonra 50
minlik Osmanlı ordusuna ağır zərbə vurdu və Osmanlı ordusu məğlub olub,
Bağdada çəkildi. Çoxlu sayda silah, at və cəbbəxana sursatları Nadirin əlinə
keçdi. Nadir tezliklə Həmədanı tutub Kirmanşaha (Kürdüstana) hücum etdi.
Osmanlı ordusunun baş komandanı Həsən paşa Kirmanşahı buraxıb, Həmə-
dana qaçdı. Nadir şah Azərbaycanı osmanlılardan təmizləmək üçün Gür-
cüstandan Azərbaycan ərazisinə keçdi. Bu xəbəri eşidən Osmanlı sultanı
1730-cu ilin 24 iyulunda İrana rəsmi müharibə elan etdi. Nadir Miyandaba
(Kürdüstanda) şəhərində toplaşan Osmanlı qoşunlarına hücum etdi, 100
minlik Nadirin qoşunu qarşısında Osmanlı ordusu Marağaya doğru qaçdı.
Nadir şah onları təqib edib, Marağanı və onun ətrafını osmanlılardan azad
etdi. Nadir iki gün Marağada qaldıqdan sonra Təbrizi azad etmək üçün
Təbrizə doğru hücuma keçib, Rüstəm paşa və Mustafa paşanın ordularını
darmadağın edib, 17 avqust 1730-cu ildə Təbrizi osmanlılardan azad etdi.
Nadirin dalbadal qələbələri osmanlıları narahat etdi. Osmanlılar elə zənn
edirdilər ki, ruslar Nadirə kömək edirlər. O dövrün fransız səfiri Şevalye
Qerqan 1730-cu ildə İsfahandan Fransaya gedərkən yazır: «Bəsrədən Bağ-
dada, Hələb darvazalarına qədər hamı Nadir xanın adı gələndə tir-tir
əsirdi».
2
Bu arada İstanbulda böyük narazılıqlar baş verdi. III Sultan Əhməd
hakimiyyətdən getdi. Onun yerinə qardaşı Sultan Mahmud xan hakimiyyətə
gəldi. Beləliklə, Osmanlı dövləti İranla müharibədən əl çəkdi. Bu vaxt
II Şah Təhmasib Nadirin qələbələrindən qısqanaraq, Nadirə təkcə Xorasanı
idarə etməyi tapşırdı. Özü isə 1731-ci ildə osmanlılarla müharibəyə başladı.
Úàùàíýèð Ùöñåéí ßôøàð
96
1
M.M.Kazım. Göstərilən əsəri, I c., s 468.
2
M.H.Qüddusi. Göstərilən əsəri, s. 108.


Onun fikri Azərbaycanın şimal-qərbini türk qoşunlarından azad etmək idi.
Lakin II Şah Təhmasibin ordusu Həmədan yaxınlığında Qurcanda osman-
lılarla döyüşdə məğlub oldu və yenidən osmanlılar Əli paşanın başçılığı ilə
Azərbaycana yürüş edib, Təbrizi, Marağanı tutdu. 11 yanvar 1732-ci ildə
Təhmasib şah osmanlılar ilə sülh müqaviləsi bağlamalı oldu. Müqaviləyə
görə, Araz çayının şimalı Kirmanşaha qədər türklərə verildi. Şah Təhmasib
1732-ci ildə Rusiya ilə də müqavilə bağladı. Artıq Rusiya Dağıstanı,
Bakını, Gilanı, Rəşti, Azərbaycanın şərq hissəsini zəbt etmişdi. Nadir şah
bunları eşidib, çox bərk qəzəbləndi və o, Herata qayıtdı. Osmanlı sultan-
lığına qəti bir xəbərdarlıq göndərdi. Xəbərdarlıqda deyilirdi: «Şah Təhma-
sibin müqavilələrinin siyasi qiyməti yoxdur. Ya bütün İran torpağını
qaytarın, ya da müharibəyə hazır olun».
1
Həmin xəbərdarlığı Bağdadda
oturan Əhmət paşaya göndərdi. Həmçinin Təhmasib şaha bildirdi ki: «Bu
müqavilə ağıllı adamların nəzərində uzaqdan görünən yalan parıltıdan
başqa bir şey deyildir. Biz bilirik ki, müsəlmanlar arasında bu müqavilə
İran xalqının şərəfinə ziddir. Ona görə biz bu müqaviləni rədd edirik».
2
Bununla o, Osmanlı dövlətinə müharibə elan etdi və Təhmasibə qarşı mü -
xalifətə keçdi. Nadir şah Təhmasibə sifariş göndərdi ki, onunla Qumda, ya
da Tehranda görüşsün. Artıq rus qoşunları da Gilanı zəbt etmişdilər. Nadir
zabitlərin hüzurunda Şah Təhmasibə üzünü tutub soruşdu, niyə o öz vətə -
ninə xəyanət edib, bədnam Bağdad, Vərəş müqavilələrini imzalayıb.
3
Şah
Təhmasib isə eyşi-işrət ilə məşğul idi, hətta o qədər içmişdi ki, Nadirin
dediklərinə cavab verə bilmədi. Artıq Təhmasibin ətrafında olan insanlar
da Təhmasibin ölkəni idarə edə bilməməsinin şahidi oldular. İsfahan əhalisi
də ayağa qalxıb, Şah Təhmasibin hakimiyyətdən getməsini tələb etdilər.
8 avqust 1732-ci ildə Nadir Şah Təhmasibi hakimiyyətdən kənarlaşdırıb,
8 aylıq III Şah Abbası İran şahı elan edib, özünü onun naibi təyin etdi. Ona
verilmiş Təhmasibqulu xan ləqəbini tulladı. Nadirin tapşırığı ilə II Təhma-
sib 55 nəfərlik mühafizə dəstəsi ilə Xorasana göndərildi. Tezliklə Nadir
1732-ci ildə Kirmanşahı osmanlılardan azad etdi. Daha sonra o, Kərkük və
Van şəhərlərinə hücum edib, osmanlı ordusundan azad etdi. Bağdada doğru
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
97
1
M.M.Astrabadi. Göstərilən əsəri, s. 421.
2
Yenə orada, s. 224.
3
Yenə orada, s. 421.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə