Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə33/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   29   30   31   32   33   34   35   36   ...   78

girə – anadan olduğu yerə qayıtdı. Qara mərmərdən özünə qəbir daşı hazır-
latdı. Bu qəbir üçün Maxaradan Kelata çoxlu mərmər gətirildi. Kelatda xə -
zi nəsi üçün bir qala tikdirildi. Nadir İmam Rzanın məqbərəsinə çox böyük
hörmət və ehtiram göstərirdi. Bu məqbərəyə xeyli qiymətli hədiyyələr, qızıl
çıraqlar, ipək xalılar bağışladı. 
Mənbələrdən o da məlumdur ki, Nadir şah Məhəmməd şah ilə müqavi -
lə bağlayıb: Hindistanın qərb hissəsini (yəni indiki Pakistan və müsəlmanlar
yaşayan), həmçinin Pişəvəri, Kabulu, Qəsni, Əfqanıstanı və s. Əfşar dövlə-
tinin tərkibinə qatdı.
Məhəmməd şahın türksoylu olmağına rəğmən onun şahlığını geri qay-
tardı və oğlu Nəsrulla Mirzəni Məhəmməd şahın qızı ilə evləndirdi.
Nadir şah iki aya qədər Hindistanda qalıb orada bütün işləri qaydaya
qoydu. Daha sonra Nadirabada qayıdıb Herata doğru hərəkətə başladı.
Nəvəsi Şahrux Mirzəni Herat hakimi elan etdi və Heratda Hindistandan
gətirdiyi qəniməti nümayiş etdirdi.
Türküstana hərbi yürüşü
Nadir şah Hindistan səfərindən qayıdıb Heratda bir neçə gün qalıb is-
tirahət etdikdən sonra, 1740-cı ilin yazında Türküstana doğru yürüşə
başladı. Nadirin Türküstana yürüşü yerli xalqlar tərəfindən çox sevinclə
qarşılandı. Hətta bəzi qala qapıları yerli insanlar tərəfindən Nadirin qoşun-
larının üzünə açılırdı. Nadirin əzəməti və qurduğu dövlətin ənənələri Orta
Asiya Türküstan ərazisində olan parçalanmış xanlıqlara bir nümunə idi.
Nadir imperiyasının ərazisindəki ciddi qayda-qanunlar onlar üçün bir nü-
munə idi. Həmçinin həmin dövrdə Rusiya dövləti Türküstanı, Buxaranı və
ətraf əraziləri ələ keçirtmək niyyətində idi. Nadir şah da Rusiyanın bu
niyyətlərinin qarşısını almaq üçün Türküstana girməyi qət etdi. Və tezliklə
Bərx qalasını, Türküstan ərazisini, Buxaranı Nadirin qoşunları ələ keçirtdi.
Hətta Nadir Amudəryanı keçmək üçün 1100 ədəd kiçik gəmi düzəlt-
dirmişdi. Həmin gəmilərin hər birinin 3 tona qədər yük götürmək imkanı
var idi. Tezliklə Nadirin qoşunları 1740-cı il avqustun 20-də Kərki mən-
təqəsinə daxil oldular. Burada Nadirə məlumat verdilər ki, Türkmən və
Özbək tayfaları Cərcoda toplaşıb ona müqavimət göstərmək istəyirlər, lakin
Nadir şahın qoşunlarının yaxınlaşdığını eşidib, özbək və türkmən qoşunları
qaçıb dağılışdılar. Tezliklə bütün Türküstanı Nadir şah öz imperiyasına bir-
Úàùàíýèð Ùöñåéí ßôøàð
104


ləşdirdi. Türküstan xanı Əbülfəz Əmir Teymura məxsus olan qılıncı, Çingiz
xana məxsus olan dəbilqə və zirehi və çoxsaylı hədiyyələri, eyni zamanda
bütün xəzinəsini  Nadir şaha hədiyyə etdi. Nadir də öz növbəsində, Hindis -
tandan gətirdiyi qiymətli hədiyyələrdən Əbülfəz xanı və digər ona tabe olan
əyyanları mükafatlandırdı. Əbülfəz xan ilə barışıq sazişi əldə edildikdən
sonra Nadir şah Əbülfəz xanı yenidən Türküstan xanı elan etdi. 1740-cı il
oktyabr ayın 17-də Türküstanın şahlıq tacını ona qaytardı. Türküstanın
bütün vilayətlərinə fərman göndərildi. Nadir şaha itaəti qəbul edən yerli
hakimlər öz vəzifələrində saxlanıldı. Əbülfəz xan ona göstərilən bu iltifatın
əvəzində qızlarından birini Rzaquluya, birini isə Əliqulu xana ərə verməyi
ehtiva etdi (Tarixdə bu da məlumdur ki, Əbülfəz xanın qızını almaqdan
Rzaqulu xan imtina etdikdə, qohumluğuna söz verdiyinə görə Nadir şah
belə olan halda onun qızı ilə özü nikaha girdi). Nadir şah Əbülfəz xanın
Türküstanın yenidən xanı seçilməsi ilə bağlı da təmtəraqlı ziyafət təşkil
etdi. Tezliklə Buxara, Səmərqənd istiqamətində olan ərazilər də könüllülük
əsasında Nadirin hakimiyyətini qəbul etdilər. Nadir şah tezliklə Xivədə,
Xarəzmdə öz hakimiyyətini bərqərar etdi. Az bir müddət ərzində həmin
ərazilərdə idarəçilik məsələlərini tənzimlədi. Xeyli sayda qoşun topladı və
yenidən Kelata geri çəkildi. Kelatda özünə böyük bir məqbərə tikilməsi
üçün göstəriş verdi.
Tezliklə Kabul ətrafını tamamilə öz nəzarətinə keçirtdi. Birmənalı
olaraq artıq əfqan tayfalarının aramsız hücumlarının qarşısı alındı. Nadir
şahın Türküstana hərbi yürüşünün bir səbəbi də Türküstanı, Buxaranı,
Daşkəndi, Səmərqəndi tutduqdan sonra Çinə hücum edib, Çin dövlətində
olan türk- uyğur tayfalarını da öz əraziləri ilə birləşdirmək idi. Bu plan hə -
ya ta keçirildiyi təqdirdə Nadir şahın böyük bir Turan imperiyası yaratmaq
niyyətində olduğu bəlli olurdu. Həmçinin Rusiya dövlətinin şimal-şərq
sərhədlərinə doğru irəliləməsinin qarşısını almaqdan ötrü Türküstana gir-
məyi qətiləşdirdi. Hindistan yürüşünün yorğunluğunu  çıxartmadan iki
ildən çox uzaq düşdüyü ölkəsinin daxili problemlərinə lazımi vaxt ayır-
madan, hətta çox sevdiyi qardaşı İbrahim xanın qisasını almaq üçün Dağıs-
tana hücum etmədən Türküstana yürüşün başlanmasının əsas səbəbləri
Rusiya imperiyasının Orta Asiyaya hücumlarının qarşısını almaq idi. Nadir
Buxara istiqamətində hücuma keçib İlbas xanın güclü müqavimətinə rast
gəldi, lakin İlbas xan da Nadir şahın qoşunlarına tab gətirməyib, ona təslim
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
105


oldu. İlbas xanı da Nadir şah əfv edib, onu Xarəzm hakimi saxlamaq istədi,
lakin İlbas xan onun elçilərini qətlə yetirdiyinə görə İlbas xanı və onunla
birgə 20 əyyanın öldürülməsini əmr etdi. Nadir şah Çingiz xanın nəslindən
olan Məhəmməd xanın nəvəsi Tahir xanı Xarəzmə hakim təyin etdi. Qazax
valisi Əbülxeyr də Xivəyə gəlib Nadir şaha təslim oldu. Tezliklə bütün Orta
Asiyanı Nadir öz imperiyasına qata bildi. Rus qoşunlarının bura girməsinin
qarşısını aldı.
Nadir şahın Dağıstana hərbi yürüşü
Nadir şah Hindistanı və Orta Asiyanı fəth etdikdən sonra Məşhədə
qayıtdı. Daxili idarəçilik və qoşunların nizamlanması ilə məşğul oldu.
Türküstanın fəthindən sonra qardaşı İbrahimin qisasını almaqdan ötrü
Dağıstana yürüş etməli idi. Həmçinin bu yürüş İbrahim xanın qisasının
alınmasından başqa Dağıstan ərazisini və rus qoşunlarının da Şimali
Qafqaza girməsinin qarşısını almaq idi. Nadir Dağıstana ilk yürüşündən
sonra buranın təbii-coğrafi şəraiti, əhalinin dağınaq və yüksək dağlıq
şəraitində yaşaması, idarəçiliyin çətinliyi, bütün Dağıstanı əhatə edən
mərkəzləşdirilmiş hakimiyyətin olmaması Dağıstanın tam nəzarət altına
gətirilməsini xeyli mürəkkəbləşdirirdi. Eyni zamanda Dağıstan şəraitində
döyüşlərin aparılması xeyli çətin idi. Yürüşə başlanmazdan əvvəl Nadir şah
Məşhəddə qoşun başçılarının və sərkərdələrin toplantısını keçirtdi. Nəsrul-
lah Mirzəni Məşhəddə saxlayıb Hindistanın, Türküstanın və Xorasanın
idarəçilik səlahiyyətlərini ona həvalə etdi. Rzaqulu Mirzə ilə İmamqulu
Mirzəni Nadir şah özü ilə Dağıstan yürüşünə apardı. 1741-ci il mart ayının
14-də Nadir şahın qoşunları Məşhəddən Dağıstana doğru istiqamət
götürdülər. Nadir şahın qoşunlarının 150 min civarında olduğu tarixdə qeyd
olunur. 1741-ci il may ayının 15-də Nadirin qoşunları Gəduk keçidinə
doğru irəliləyərkən Nadirə qarşı sui-qəsd təşkil olundu. Həmin bu sui-qəsd -
də onun oğlu Rzaqulunun əlinin olması haqqında müəyyən mülahizələr
irəli sürüldü. Nadir şah bu hadisədən xeyli qəzəbləndi.  Və onun əhval-
ruhiyyəsində də bir təşviş yarandı. Bu təşviş və həyəcanlar Dağıstan
yürüşünün təşkilinə ciddi mənfi təsir göstərdi. Lakin yürüşün ilk mərhələsi
Nadir şah üçün ümidverici nəticələr ilə başlandı və bir sıra ləzgi tayfaları
Nadir şaha itaətini bəyan etdilər. Tezliklə Nadirin qoşunları Qəbələdən Şah-
dağı adlamaqla Qumuxu ələ keçirtdilər və bir sıra dağlılar Nadirin itaətini
Úàùàíýèð Ùöñåéí ßôøàð
106


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə