Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə35/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   31   32   33   34   35   36   37   38   ...   78

heç şübhəsiz ki, Osmanlı Türk dövlətinin mövcudluğuna hörmətlə yanaş-
ması idi. Nadir şah özünün türk soyuna mənsub olmasını Hindistan,
Türküstan, Osmanlı dövləti ilə də apardığı müharibələrdə də bir daha
büruzə verirdi. O, Osmanlı dövlətinin sərhədini keçməməklə bir daha iki
dövlət arasında olan müharibələrə birdəfəlik son qoymağın yolunu dini-
ideoloji ayrılığın aradan qaldırılmasında görürdü. Nadir şahın bu qələbədən
sonra osmanlılara sərt barışıq şərtləri irəli sürmək imkanı olsa da, Osmanlı
sarayı ilə barışıq yolunu tutdu və irəli sürdüyü şərtləri bir qədər yumşaltdı.
Osmanlılara məktub göndərərək Osmanlı ruhanilərinə çatdırılmış olan
əvvəlki təkliflər barəsində (Cəfəri məzhəbi) daha təkid göstərmədi. O, elə
hesab edirdi ki, bu hal iki dövlət arasındakı münasibətləri daha da
yaxşılaşdıracaqdır. Elçiləri Osmanlı sarayına yola saldıqdan sonra 1745-ci
ilin dekabr ayında Xorasana doğru hərəkətə başladı. 1746-cı ilin ilk ay-
larında Məşhədə çatdı. Nəhayət, 1746-cı il sentyabrın 4-də Nadir Əfşar
dövləti ilə Osmanlı dövləti arasında sülh müqaviləsi imzalandı. Sülh
müqaviləsi 3 maddədən ibarət idi. Müqavilədə ifadə olunurdu ki, 2 dövlət
arasındakı dostluq, sabitlik, qarşılıqlı ehtiram günü-gündən daha da
möhkəmlənəcəkdir. Birinci maddəyə əsasən Bağdad və Şam marşurutu ilə
Məkkəyə yollanan İran zəvvarları mühafizə olunmalı və onların malları,
canları qorunmalı idi. İkinci maddəyə əsasən 3 ildən bir Osmanlı döv -
lətindən Əfşar dövlətinə, Əfşar dövlətindən də Osmanlı dövlətinə, İrana
nümayəndəliklər göndərilməli idi və iki dövlət arasında qarşılıqlı hörmət
və dostluq daim qorunub saxlanılmalı idi. Üçüncü maddəyə əsasən hər iki
ölkədən olan əsirlər azad edilməli, onların alınıb-satılmasına yol veril -
məməli və maneəsiz vətənə dönmələrinə şərait yaradılmalı idi. Həmçinin
müqaviləyə görə, iki ölkə arasında ticarət qaydalarının azad surətdə aparıl-
masına icazə verilirdi. Sonda dövlətlər arasında imzalanan bu müqavilənin
davamlı və uzunmüddətli olması da qeyd olundu. Bildirildi ki, Osmanlı
dövləti bu müqavilənin şərtlərini pozmazsa, Əfşar dövləti belə bir addımı
atmayacaqdır. Qeyd etmək lazımdır ki, Nadir şah Muğan qurultayından
sonra sülh müqaviləsinin imzalanması üçün onlardan Cəfəri məzhəbi  ilə
bağlı olan iki təklifin Osmanlı sarayı tərəfindən qəbul edilmədiyini və onun
üzərində uzun vaxtdan bəri müzakirələrin və mübahisələrin apardığını qeyd
etdi. Nadir şah məktubunda Osmanlı dövləti ilə dostluq münasibətlərinin
qurulması naminə həmin təkliflərdən imtina etdiyini bildirdi. Müqavilə
Úàùàíýèð Ùöñåéí ßôøàð
110


imzalandıqdan sonra uzun illər davam edən Osmanlı – İran münasibətləri
qaydaya düşdü. İki qardaş ölkə arasında sülh, əmin-amanlıq yarandı.
Ölkələr daxilində səfirliklər və nümayəndə heyətləri qarşılıqlı surətdə mü-
nasibətləri bərqərar etdilər. Nadir şah öz tarixçisi Mirzə Mehdi xan Astra-
badini də Osmanlı sarayına səfir təyin etdi. Osmanlı sarayı tərəfindən
Əhməd əfəndi min nəfərə çatan nümayəndə heyəti, çoxlu sayda hədiy -
yələrlə birgə Nadir şahın görüşünə gəldi.
Nadir şah Əfşar dövlətinin apardığı diplomatik və hərbi yürüşlər Nadir
şahın böyük hərbi istedadından və fatehliyindən qabaq onun türk dünyasına
olan məhəbbəti, böyük Turan dövlətini yaratmaq arzusunda olmasının bir
daha bariz nümunəsidir. 
Nadir şah bu qələbədən sonra kiçik oğlu İmamqulunu evləndirib böyük
şadyanalıq etdirdi və İmamqulunu Xorasana hakim təyin etdi.
P.S. Ümumiyyətlə, Nadirin bütün döyüşlərini bir monoqrafiyada əhatə
etmək qeyri-mümkündür. Onun haqqında olan tarixi mənbələrdə bunlara
geniş yer verilmişdir. Lakin bu tarixi şəxsiyyətin keçirtdiyi döyüşlər (1722-
1747), eyni zamanda hər bir yürüşü bir salnamədir. Bu yürüşlər dünya hərb
tarixinin bir səhifəsidir, böyük bir türk oğlunun şərəfi və şöhrətidir. O,
Asiyanın son fatehidir. 
Beləliklə, artıq şərqin Kiaksarı, Napoleonu, Makedoniyalı İsgəndəri
adını almış böyük sərkərdə Nadirin mütləq hökmdarlığına heç bir maneə
qalmadı.
Yuxarıda qeyd edildiyi kimi, Nadirin rəsmi hakimiyyəti 1736-cı ildən
başladı. Bundan  sonra Nadir öz mövqeyini müharibələrlə möhkəm-
ləndirirdi. Bu işlərdə onun hərbi dühası həmişə onun köməyinə çatırdı. Yer
üzündə Nadir qədər parlaq hərbi qələbələr qazanmış sərkərdələri barmaqla
saymaq olar. 
Apardığım tədqiqatlar nəticəsində, belə qənaətə gəlirəm ki, məlum
olan dünya tarixində e.ə. IV əsrdə Makedoniyalı İsgəndər, ondan sonra isə
IV əsrdə Attila, XIII əsrdə Çingiz xan, XIV əsrdə Teymurləng, XV əsrdə
Sultan Fateh Mehmet, XVI əsrdə Sultan Süleyman, XVIII əsrdə Nadir şah
və sonda XIX əsrdə Napoleon Bonapart tarixi qələbələr qazanmış ən böyük
fatehlərdir. Birinci və axırıncını (İsgəndər və Napoleon) istisna etməklə 6
böyük sərkərdə (Attila, Çingiz xan, Əmir Teymur, Sultan Fateh Mehmet,
Sultan Süleyman və Nadir şah) türksoylu olmaqla dünya hərbinə, dünya
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
111


dövlətçiliyinə, dünya fatehliyinə nümunə sayılmalıdır. Asiyanın sonuncu
fatehi isə Nadir şah Əfşardır.
Hər bir azərbaycanlı qürur hissi keçirtməlidir ki, onun belə bir tarixi
şəxsiyyəti olmuşdur.
4.2. Nadir şahın ordu quruculuğu
Nadir şahın sərkərdəlik və dövlətçilik fəaliyyətinin yaddaqalan
uğurlarının əldə edilməsinin başlıca səbəblərindən biri də onun güclü hərbi
qüvvələr yaratmasına nail olması idi. Nadir şah özünün bütün hərbi key-
fiyyətlərini də məhz bu qüvvələr vasitəsilə ifadə edə bilmişdi. İstəklərinə
və tələblərinə uyğun gələn qoşunları formalaşdırmaqla Nadir şah həm
böyük tarixi qələbələrlə yadda qaldı, həm də yeni bir dövlət qurdu.
Hərbi qüvvələrin formalaşdırılması və onun daim inkişafda olan prose -
sə çevrilməsi Nadir şahın təşkilatçılıq qabiliyyətinin yeni bir istiqamətinin
nümayişi idi. Bu proses Nadir şah dövrünün həm inkişaf, həm də təfəkkür
səviyyəsini əks etdirsə də, bir sıra xarakterik xüsusiyyətlərə də, malikdir.
Hər şeydən əvvəl, Nadir şah malik olduğu qoşunu heç bir bazaya malik
olmadan formalaşdırdı. Ondan əvvəl ölkəyə rəhbərlik edən Səfəvi şahları
ənənəvi olaraq öz sələflərindən taxt-tacla bərabər qoşunları da qəbul edib
ona dayaqlanırdılarsa, Nadir şah belə bir irsə və imkana malik deyildi. Adi
bir kəndçi balası olan Nadir şah gəncliyində yalnız öz yaxınlarını və
tanışlarını ətrafına toplamaqla dəstə yaratdı. Vaxt ötdükcə bu dəstə həm
sayca genişləndi, həm də onun fəaliyyəti artdı. Nadir şahın gənclik illərində
yaşadığı məntəqədə yaratdığı ilk azsaylı dəstənin talançılara, yad tayfaların
soyğunçu yürüşlərinə qarşı uğurları artdıqca, ona qoşulanların sayı çoxaldı,
dəstənin tərkibi dəyişdi, fəaliyyətindəki nizamlılıq daha da artdı və
nəhayətdə böyük döyüşləri aparmağa qadir olan qüvvəyə çevrildi. Nadir
şahın hələ taxt-taca sahib olmazdan əvvəl hərbi uğurlarının artması ilə
əlaqədar qoşunların formalaşması prosesi də kütləviləşdi, yeni-yeni vi-
layətlər, yaşayış məntəqələri və tayfalar bu prosesə cəlb edildi. Nadir şahın
qoşunları dövrünün bir sıra səciyyəvi elementlərini özündə əks etdirsə də,
imkanları etibarilə son dərəcə güclü bir qoşun idi. Əzmkarlığı və təşəb-
büskarlığı nəticəsində o, kiçik bir dəstənin bazasında bütün Asiyaya mey-
dan oxuyan bir qoşunun formalaşdırılmasına nail ola bildi.
Úàùàíýèð Ùöñåéí ßôøàð
112


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə