Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə34/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   30   31   32   33   34   35   36   37   ...   78

müqavimətsiz qəbul et-
dilər. 1741-ci il sen tyabr
ayının 12-də Nadir şa -
hın qoşunları Qazı qum -
laxdan Avara doğ ru irə-
   liləməyə 
başladılar.
Ha va ların 
soyuması
Da      ğıstanda  əməliyyat-
ları xeyli çətinləş dir di.
Nadir qoşunlarını
Qum  laqdan  Dərbəndə
doğru gətirib burada
düşərgə saldırdı. Və ha -
va şəraitindən asılı olaraq 1742-ci ilin yazınadək Nadir həmin düşərgədə
qaldı. 1742-ci ilin mayında Tabasaranda Nadir  böyük əməliyyat keçirdib
həmin əraziləri itaət altına aldı. Nadir Dağıstanda, Qumuxda, Qaraqayıtda
və Tabasaranda çox ciddi müqavimətə rast gəldi. Nadir belə bir qərara gəldi
ki, burada hücumlarını dayandırsın.  Dağıstanın nüfuzlu əyyanlarından olan
Üsmi Əhməd xan Qürreyş qalasında Nadirə ciddi müqavimət göstərdi,
lakin Nadirin qoşunları tezliklə Qürreyş qalasını da ələ keçirtdi. Üsmi
Əhmət xan gizlincə qaladan qaçaraq Avara üz tutdu. Nadirin əmri ilə Qür-
reyş qalası yerlə yeksan edildi. Döyüşlərin son dərəcə ağır getməsinə bax-
mayaraq, Nadir şahın qoşunları Dağıstanın böyük bir hissəsini nəzarət
altına ala bildi. 1742-ci ilin oktyabrında Samur çayı ətrafında məskunlaşan
və Nadir şaha itaətini bəyan edən dağlılar Nadir şah tərəfindən bahalı
hədiyyələrə layiq görüldülər. Bir sıra tayfa başçıları Nadir şahın hüzuruna
gəlib onun itaətini qəbul etdiklərini dedilər. Nadir şahın uzun müddət Da -
ğıs tanda qalması onun imperiyasının bəzi ərazilərində mərkəzi hakimiyyətə
qarşı qiyamlar baş qaldırmasına səbəb oldu. Həmçinin Osmanlı dövləti
Nadir şahın Cəfəri məzhəbini qəbul etməməsi haqqında Nadir şahın yanına
nümayəndələr göndərib məlumat verdi. Nadir bu xəbərdən xeyli məyus
oldu və qoşunlarını Dağıstandan geri çəkib, osmanlılar ilə yeni müharibəyə
hazırlaşmağa başladı. 
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
107
Məşhəddə Nadir şah Əfşarın qəbirüstü abidəsi


Nadir şah və Osmanlı münasibətlərinin davamı
1743-cü ilin yazında Nadir qoşunlarını Dağıstandan Şirvana doğru geri
çəkib Təbrizə qayıtdı. 1743-cü ilin Novruz bayramını Muğan düzündə qeyd
etdi. Osmanlı dövləti ilə yenidən müharibəyə hazırlaşmaq üçün yenidən
ordu toplamağa başladı. 1742-ci ilin yanvarında Osmanlı dövlətinin nü-
mayəndələri, elçiləri Nadir Dağıstanda olarkən onun yanına gəldilər, nü-
mayəndə heyəti qiymətli hədiyyələrlə birgə Osmanlı sarayının məktubunu
Nadir şaha çatdırdılar. Osmanlı sultanı Cəfəri məzhəbini tanımaqdan imtina
etdiyi üçün Nadir şah Osmanlı sultanına məktub göndərib onun bu şərtini
qəbul etmədiyinə görə osmanlıların sərhədlərinə doğru hərəkət etməli ola-
cağını qeyd etdi. Nadir şah əminliyini bildirdi ki, osmanlıların ərazilərinə
daxil olduqdan sonra Osmanlı sarayı onun məzhəb ayrılığı məsələsinə
yenidən baxacaqdır. Osmanlı sarayı Nadirin müharibəyə başlamaq ehti-
malını çox nigarançılıqla qarşıladı. Nadir şahın növbəti məktubunu alan
Osmanlı sarayı Cəfəri məzhəbinin təsdiq olunması haqqında Nadir şahın
təklifinin qəbul olunmadığına görə üzrxahlıq etdi və həmin təklifin əvəzinə
başqa bir təklifin irəli sürülməsi təklif olundu.  Nadir şah isə osmanlılara
məktub yazıb Dağıstan yürüşü başa çatan kimi Osmanlı sərhədlərinə yürüşə
başlayacağını bildirdi. Tezliklə Nadir şah Təbrizdə osmanlılara hücum
etmək üçün bir sıra hazırlıq işlərinə başladı. Tarixi mənbələrdə Nadir şahın
bütövlükdə 375 min nəfərlik bir qoşuna baxış keçirtdiyi bildirilir. Nadir
şahın qoşunları 1743-cü ilin avqustunda Kərkük qalası yaxınlığında mövqe
tutdular. Tezliklə Kərkük qalası Nadir şahın nəzarəti altına düşdü. Kərkükdə
olduğu müddətdə Bağdad hakimi Əhməd paşa İstanbula nümayəndələr
göndərib Nadir şah ilə sülh bağlamağı təklif etdi. Osmanlı şeyxülislamı və
üləmaları sülh bağlanmasını qəbul etmədilər. Bu xəbəri eşidən Nadir şah
anladı ki, qarşısına qoyduğu məqsədə ancaq qılınc gücü ilə nail ola bilər.
Tezliklə o, osmanlıların ən güclü istinadgahlarından biri olan Mosul
qalasına hücum etdi. Mosul ətrafına 160 ədəd top, 230 ədəd topatan yer-
ləşdirildi. Bu yürüşdə Nadir şahın 5 –6 min nəfər döyüşçüsü həlak olsa da,
qala ələ keçirildi. Mosul hakimi Hüseyn paşa Nadir şahın yanına nü-
mayəndələr göndərib ondan aman istədi. Nadir şah Mosulu ələ keçirtdikdən
sonra Bağdada hücuma keçdi. Bağdadın hakimi Əhməd paşa Nadiri
təmtəraqla qarşıladı. Nadir şah tezliklə Bağdadı da alıb, Həmədan is-
tiqamətində gedib Osmanlı sultanının onun təklifləri ilə razılaşacağını göz -
Úàùàíýèð Ùöñåéí ßôøàð
108


ləyirdi. Lakin osmanlılardan bir
xəbər çıxmadıqda o, yeni dən Qars
istiqamətində hərə kətə keçdi. Tez -
liklə Nadir şah Naxçıvandan ke -
çərək Göyçə yaylağına gəldi və
1744-cü il iyun ayının 30-da  ye   -
 
ni 
dən Qarsı mühasirəyə aldı.
Qar sa yardıma gəlmiş Əhməd Ça -
 ğa  tay  Nadirlə  döyüşə  girmə yin
mənasız olduğunu dərk edib tez-
liklə ordusu ilə ora 
dan qaçdı.
Nəhayət, Əhməd paşa da Nadirlə
döyüşün mənasız olduğunu an-
layıb onunla danışığa girməyə məcbur oldu. 1744-cü ilin oktyabr ayında
Qars qalasının mühasirəsinə son qoyub Axıska və Axalkalaki istiqamətində
yola düşdü. Nadir şahın Qars mühasirəsindən əl çəkməsinin səbəbi Əhməd
paşanın ondan vaxt istəməsi oldu. Əhməd paşa İstanbula nümayəndə
göndərib Nadir şahla sülh danışığı aparılmasını təklif etdi, lakin osmanlılar
yenidən qoşun toplayıb 150 min piyadadan, 40 min süvaridən təşkil olunan
qoşunu Ərzurum-Qars istiqamətində göndərdilər. Məhəmməd paşanın rəh-
bərlik etdiyi ordu Əhməd paşa ilə birləşib Nadir şahın qoşunları üstünə
hücuma keçdilər. Nadir, 1745-ci ilin avqust ayında yenidən Qarsa doğru
hərəkətə başladı. Məhəmməd paşanın qoşunları ilə Qarsla İrəvan arasında
qarşılaşdılar. Məhəmməd paşanın ordusu Nadir şahın ordusu tərəfindən
darmadağın edildi. Və nəhayət, 1745-ci ilin avqust ayında Murad təpə
ətrafında Osmanlı qüvvələri ilə Nadir şahın qoşunları arasında gərgin bir
döyüş başladı. Osmanlı qüvvələri geri çəkilməyə məcbur oldular. Tezliklə
Məhəmməd paşa dünyasını dəyişdi və Osmanlı qoşunları geri çəkilməyə
başladılar. Məhəmməd paşanın ölümü Osmanlı qüvvələri arasında çaşqınlıq
yaratdı və onlar qaçdılar. Nadir şahın döyüşçüləri osmanlıları Arpaçaya
qədər təqib etdilər. Bu döyüş Nadir şahın sərkərdəlik həyatının ən mühüm
döyüşlərindən olmaqla, son əzəmətli qələbəsi idi. Taktiki və əməliyyat
baxımından da bu döyüşün əhəmiyyəti çox böyük idi. Nadir şah sərkərdəlik
məharətini nümayiş etdirərək özündən ikiqat üstünlüyə malik olan osman-
lıları məğlub etdi. Nadir şahın müharibəni Osmanlı ərazisinə keçirtməməsi
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
109
Sultan I Mahmudun Nadir şah üçün İn-
giltərədə hazırlatdığı qızıl və qiymətli
daşlarla bəzədilmiş xəncər. İstanbulda
Topqapı sarayı muzeyində saxlanılır


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə