Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə27/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   23   24   25   26   27   28   29   30   ...   78

ermənilərin Xəzəryanı vilayətlərə köçürülməsinin təmin edilməsi ilə bağlı
çar fərmanını aldı. Fərmanda göstərilirdi ki, ermənilər Bakı, Dərbənd, Gilan
və Mazandarana köçən kimi onlara yardım göstərilsin, məskunlaşmaq üçün
münasib yerlər ayrılsın və yerli əhali onlara qeyri-səmimi münasibət gös -
tərsə, öz yerlərindən digər yerlərə köçürülsün. Rusiyanın məqsədi Azər-
baycanın şərq hissəsini, o cümlədən Gilan vilayətini də əldə saxlamaq idi. 
Beləliklə, Təhmasib Mirzə Azərbaycanın Xəzərboyu ərazilərinin
Rusiya imperiyasına qatılmasına şərait yaratdı və tezliklə əfqanlar İsfahanı
tutmaqla Şah Hüseyni hakimiyyətdən devirdilər. Osmanlılar ilə aparılan
uğursuz müharibədə isə demək olar ki, Azərbaycanın qərb hissəsi tamamilə
osmanlıların nəzarətinə keçdi. Nadirin belə bir məqamda hakimiyyətə
gəlişi, tezliklə əfqanları geri otuzdurması, osmanlılarla müharibə edib, tut-
duqları ərazilərdən çıxarılması və ruslarla aparılan danışıqlar vasitəsilə
1732-ci il  yanvarın 21-də Rəştdə sülh müqaviləsinin imzalanması ilə bitdi.
Bu müqavilənin şərtlərinə görə, Xəzərsahili vilayətlər yenidən İrana qay-
tarıldı. 1732-1733-cü illərdə Gilanda güclü vəba xəstəliyi olduğundan rus
çarı qoşunlarını Rəştdən çıxarmaq məcburiyyətində qaldı. Artıq Nadir
Əfşarın qorxusundan rus qoşunları 5 ay müddətində müqaviləyə əsasən
zəbt etdikləri Xəzərboyu əraziləri boşaltmağı öhdələrinə götürdülər. Təkcə
Kür çayının şimalı rusların əlində qalırdı. Müqavilənin şərtinə görə, indiki
Ermənistan, Gürcüstan və Azərbaycan ərazilərindən osmanlılar çıxarıldıqda
rusların da həmin ərazidən çıxmaları barəsində müqavilə imzalandı. Müqa -
vi ləyə əsasən rus tacirlərinə İranda, İran tacirlərinə isə Rusiyada azad
ticarətə icazə verildi. İran və Rusiya bir-birlərində siyasi nümayəndəliklər
təşkil etdilər. Nadirin vəkilidövlət (naib) olması xəbəri Peterburqda yaxşı
qarşılandı. Rusiya dövləti artıq Səfəvilər sülaləsinə son qoyulacağını və
Nadirin osmanlıları İran, Azərbaycan ərazisindən çıxaracaqlarına əmin
oldular. Nadir dərhal Osmanlı Türkiyəsinə, Hindistana və Rusiyaya səfirlər
göndərdi. İranda baş verən hadisələri (Təhmasibin hakimiyyətdən kə-
narlaşdırılmasını) onlara çatdırdılar. Beləliklə, Nadirin apardığı hərbi,
siyasi, diplomatik səylər nəticəsində I Pyotrun zamanında tutulmuş Azər-
baycan, İran əraziləri rus qoşunlarından azad edildi. Həmçinin rus səfiri
Qolitsin ilə belə bir dostluq müqaviləsi də bağlandı ki, hər iki ölkə Osmanlı
dövlətinin hücumuna məruz qalsa, Osmanlı dövlətinə müharibə elan etsin.
Hətta Qolitsin söz verdi ki, İran Osmanlı dövləti arasında müharibədə Rus
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
85


dövləti İrana yaxından kömək edəcəkdir. Nadir onun cavabında təşəkkür
edib, dedi: «Əgər İranla Osmanlı arasında müharibə baş versə, biz istərdik
ki, heç kimin köməyi olmadan düşməni özümüz diz çökdürək. Əgər İran
Konstantinopola (İstanbula) gedib çıxsa, onda Rusiya da ayrı yerdən hücum
edə bilər». Rus dövləti İran ilə belə bir müqavilə bağladığına görə İran or-
dusunun osmanlıları öz ərazisindən, yəni indiki Ermənistan, Gürcüstan,
Azərbaycan ərazilərindən çıxartdığı təqdirdə işğal etdikləri bütün Xəzər-
boyu əraziləri azad edəcəklərini vəd etdilər. Rusiya 1735-ci ildə sülh
müqaviləsi bağlamağı təklif etdi. Martın 10-u 1735-ci ildə Gəncə yaxın-
lığında Rusiya ilə İran arasında yeni müqavilə imzalandı. Bu müqaviləyə
əsasən Rusiya Bakını 15 günə, Dərbəndi isə 2 ay müddətində boşaltmalı
idi. İran da öz öhdəsinə götürdü ki, Rusiyanın daimi müttəfiqi olsun. Həmin
əraziləri heç kəsə verməsin. Solak qalası İran ilə Rusiya arasında sərhəd
elan edilsin. Beləliklə, I Pyotr tərəfindən işğal olunan həmin ərazilər 13
ildən sonra Nadirin apardığı düzgün siyasət nəticəsində azad edildi. Rus
səfiri Kaluşkin Nadir şahın artmaqda olan qüvvəsi qarşısında rus çarını
məlumatlandırdı ki, artıq Nadir şahla əvvəlki qaydada söhbət etmək
mümkün deyildir. O öz məlumatında rus çarına yazırdı: «Nadir şahla
keçmişdə olduğu kimi azad söhbət etmək mümkün deyildir. Taleyinin və
bəxtinin ona verdiyi qalibiyyətdən məst olub deyir ki, Hindistanı tutmaq
mənim üçün çətin deyildi. Əgər bir ayağımla hərəkət etsəm, Hindistanı,
2 aya ğımla hərəkət etsəm, bütün dünyanı tutaram».
1
Kaluşkin daha sonra
bildirirdi ki, Nadir şahın Rusiyaya yaxşı münasibətdə olmasına axiradək
inanmaq olmaz. Beləliklə, çar Rusiyası nəinki işğal etdikləri Azərbaycan
torpaqlarından, ümumiyyətlə, Dağıstan və Şimali Qafqaz vilayətlərindən
Nadirin qorxusundan geri çəkildilər. Hətta bu münasibətdən irəliləyərək
Nadirin ölümündən 60 il müddətinədək zəbt edə bilmədilər. Nadir şahın
hakimiyyət illərində Rusiya ilə aparılan diplomatik əlaqələr bərpa olundu
və onun apardığı siyasət nəticəsində Rusiya Əfşarlar dövlətinə qarşı heç
bir qərəzçilik aparmadı. Hətta bu münasibətdən irəliləyərək Nadir Hindis-
tanda qələbə çaldıqdan sonra 1740-cı ildə Rus çarı Anna İvanovnaya
hədiyyə olaraq 120 min reallıq ləl-cəvahirat və qiymətli taxt göndərdi
2
(Bu
taxt Sankt-Peterburqda Ermitajda saxlanılır).
Úàùàíýèð Ùöñåéí ßôøàð
86
1
M.H.Qüddusi. Nadir şah, s. 50.
1
M.Süleymanov. Göstərilən əsəri, s. 100


Amma Fətəli şah Qacarın hakimiyyəti dövründə yenidən aparılan ağıl-
sız siyasət nəticəsində ruslar 1828-ci ildə  Şimali Azərbaycanı işğal etdilər
və həmin dövrdən Azərbaycan iki hissəyə bölündü.
Osmanlı imperiyası ilə diplomatik münasibətlər
XVIII əsrin əvvəllərində Səfəvi dövlətinin böhranını dərinləşdirən və
onun ərazilərinin parçalanmasını sürətləndirən amillərdən biri də Səfəvi–
Osmanlı münasibətləri idi. Əslində, bölgədə formalaşmış olan beynəlxalq
münasibətlər Osmanlı dövlətindən müəyyən qarşılayıcı tədbirlərin həyata
keçirilməsini tələb edirdi. Səfəvi dövlətinin zəifləməsi,  şərqdən əfqanların,
şimaldan rusların Səfəvi ərazilərini işğal etməsi osmanlılara da Səfəvi
dövlətinin qərb sərhədləri boyunca daha fəal siyasət yeritməyə imkan
verirdi. Həmçinin Osmanlı dövləti Şimali Qafqazda yaşayan sünni məz hə -
binə aid olan xalqlarla birləşib, həmin ərazilərdə möhkəmlənməyə çalışırdı.
Həmin dövrlərdə I Pyotr hər vəchlə Şimali Qafqazın dağlı xalqlarını
nəzarəti altında saxlamaq və Xəzərboyu əraziləri zəbt etmək niyyətində idi.
Həmin dövrlərdə Rusiya şimal istiqamətində  Polşa və Avstriya ilə də
müharibə aparırdı. Hətta Lokkartın qənaətinə görə, Rusiya cənub is-
tiqamətində işğalçılıq siyasətinə başlamasaydı, ola bilsin ki, osmanlılar
Səfəvi dövlətinin sərhədini aşmazdı. Təbii ki, bunlar mülahizə olsa da,
Səfəvi dövlətinin aciz və səriştəsiz şahı II Təhmasib belə bir imkanı os-
manlılara da vermişdi. Osmanlı bu imkanlardan istifadə edib, Cənubi Qaf -
qazın Şirvan bölgəsini, Gəncə, Gürcüstan, Kartli, İrəvan, Təbriz ərazilərini
işğal etmişdi. 1722-ci ildə Osmanlı dövləti Cənubi Qafqazı işğal etmək
niyyətini xeyli artırdı. Şimali Qafqaz ərazisində Hacı Davud Krım xanı
səviyyəsində səlahiyyətlərə malik oldu. Hətta 1724-cü il iyunun 27-də Os-
manlı dövləti ilə Rusiya dövləti arasında Səfəvi dövlətinin ərazilərinin
bölüşdürülməsi üzrə müqavilə imzalandı. Müqavilə  şərtləri əsasən 6 mad-
dədən və bir neçə qeyddən ibarət idi. Müqaviləyə əsasən osmanlılar rusların
sərhədləri Dağıstan sərhəd xəttinin Xəzər dənizi boyundan, Dərbənd
ərazisindən keçməklə, Şamaxıdan Kür və Araz çayının qovşağına qədər
uzanmalıydı. Hətta müqavilədə Fransa dövlətinin vasitəçiliyi ilə sərhəd
xətlərinin dəqiqləşdiriləcəyi barəsində də razılığa gəlindi. İkinci maddəyə
əsasən Şamaxı və İrəvan mərkəzində istehkamlar tikilməli, qarnizonlar
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
87


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə