Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə23/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   19   20   21   22   23   24   25   26   ...   78

taxtı (Nadir Taxtını), ilk növbədə, bir
xə lifə olaraq Sultan I Mahmuda hə diy -
yə etmiş, Sultan isə Nadirə İngiltərədə
qiymətli daşlarla bəzədilmiş qızıl xən -
cər, qızıldan yay və yay qabı hazırlat-
mışdı (hər ikisi Topqapı sara 
yında
sax  lanılır). Hətta bu da məlumdur ki,
bir daha təkrar edirəm, 1740-cı ildə
Nadir Sultana belə bir  müraciətlə mək-
tub göndərmişdi ki, əgər siz Cəfəri
məz 
həbini qəbul etsəniz mən bütün
məmləkətlərimi Osmanlıya qataram.
1
Nadir çox zaman hərbi yürüşlərini,
daxili işlərini dini motivlərlə bağla dı -
ğından onun, ümumiyyətlə, islama və onun təzahürlərinə münasibətini  nis-
bətən geniş aspektdə təqdim etmək istəyirəm.
Nadir şahın həyatını və fəaliyyətini araşdıran çox az tarixçi tapmaq
olar ki, onun dinə olan münasibətinə toxunmasın. Çünki cəmiyyət həyatının
bir çox sahələrində olduğu kimi, dinə münasibətdə də Nadir şah tərəfindən
bir sıra yeniliklər gətirilmişdi. Əslində, Nadir şahın hakimiyyətə gəlməsi
ilə dövlət-din münasibətlərində yeni bir mərhələ başladı. Nadir şah Səfəvi
şahlarından fərqli olaraq, dinə qeyri-ənənəvi münasibət göstərdi.
Nadir şahın dinə münasibətini və dinə baxışlarını dəyərləndirərkən
bütünlükdə bir sıra məqamlar qabarıq əhəmiyyət kəsb edir. Bunlardan birin -
cisi Nadir şahın özünün dinə münasibətidir. Nadir şah dinin cəmiyyətdəki
yerinə dəyişikliklər gətirsə və bu sahədə müəyyən yeniliklər irəli sürsə də,
özü bütün varlığı ilə Allahına, peyğəmbərinə tapınan bir şəxs idi. Bir
tərəfdən Xorasanın dini mühiti, digər tərəfdən də valideynlərinin dini
inancları Nadirin dinə münasibətinin formalaşmasında təsirsiz qalmamışdı.
O, təvəkkülə arxalanan şəxs deyildi və bütün istəklərinə zəhmət və əzmkar-
lığı ilə nail olmağa çalışırdı. Amma bu zaman vuran qolunun qüvvəsini
yaradanın lütfü hesab edirdi və hər uğurunu da Tanrıdan diləyirdi. Hər
döyüşə atılmazdan əvvəl üzünü göylərə tuturdu və ən çətin anlarında Al-
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
73
1
M.M.Astrabadi. Göstərilən əsəri, s. 211.
Nadir şah Əfşarın Hindistandan
gətirdiyi «Nadir taxtı» İstanbulda
Topqapı sarayı muzeyində saxlanılır


lahdan kömək diləyirdi.  «Aləm Ara-
ye Naderi»də Nadirin Tanrıdan kö mək
diləməsi və ona şükranlığını bil dirməsi
haqqında çoxlu faktlar vardır. Bu əsər -
də Nadir şahın dilindən Allaha müra -
ciətlə çoxlu nəzm parça la rına da rast
gəlirik. Bunlar da Nadir şahın dini
inanclarının bir nümunəsidir.
Maraq kəsb edən digər bir mə -
qam Nadir şah dövründə din və dövlət
münasibətləri idi. Yuxarıda qeyd et-
diyim kimi, Nadir Əfşar dövləti dün -
yə vi dövlət idi. Səfəvilər hakimiyyətindən fərqli olaraq, Nadir şahın dövləti
dini ideologiya üzərində qurulmamışdı və cəmiyyətin idarə edilməsində
dini normalar heç də əsas yeri tutmurdu. Nadir şah dini dövlətin idarə
edilmə sin dən uzaqlaşdırdı, dindarların dövlət işlərinin aparılmasına mü-
daxilələrinin qarşısı alındı. Din dövlətin rəsmi ideologiyası olmaq çərçi -
vəsindən çıxarıldı. Ruhanilərin səlahiyyətləri əhəmiyyətli dərəcədə ixtisar
edildi və onlar dövlət idarəçiliyində formal vəzifələrə çevrildilər. Dövlətdə
baş molla vəzifəsi saxlansa da, onun vəzifəsi, eləcə də digər yüksək ruhani
vəzifələri əvvəlki səlahiyyətlərini itirdilər. Nadir şahın iradəsi dövlətin idarə
edilməsinin nüvəsinə çevrildi. Onun dövründə ruhanilər dövlət aparatların-
dan məscidlərə çəkilməli oldular.
Nadir şahın dinə münasibəti məsələsində maraq kəsb edən məsələ lər -
dən biri də onun sünni və ya şiə məzhəbinə mənsub olmasıdır.
Nadir şah haqqında yazan tədqiqatçıların əksəriyyəti onun şiə məz -
həbinə mənsub olduğunu göstərirlər.
1
Nadir şahın tanınmış tədqiqatçılarından olan L.Lokkart onun hansı
məzhəbə mənsubluğu haqqında aydın fikir söyləməsə də, şiə olmasına da
şübhə ilə yanaşır.
2
Buradan da belə ehtimal etmək olar ki, o, Nadir şahın
sünni olmasına daha çox meyillidir. L.Lokkart tədqiqatının başqa bir
yerində də qeyd edirdi ki, Nadirin qoşunlarının böyük bir hissəsini sünni
Úàùàíýèð Ùöñåéí ßôøàð
74
1
Lokart L. Göstərilən əsəri, s. 331.
2
Yenə orada. s. 332.
Osmanlı sultanı I Mahmudun Nadir şah
Əfşara qızıldan və qiymətli daş-qaşlar-
dan hazırlanmış yay və ox qabı
hədiyyəsi. İstanbul 


əfqanlar və türkmənlər təşkil edirdilər və ona görə də Nadir, Şah Təhmasi-
bin tərəfdarlarından qorxmurdu.
1
Bu fikir də yuxarıda deyiləni təsdiq et-
məyə əsas ola bilər. Qeyd etmək lazımdır ki, qərb tədqiqatçıları əfşarları
da sünni hesab etdikləri türkmən tayfalarının tərkib hissəsi bilirlər.
Əslində, hər iki qrup tədqiqatçıların Nadir şahın bu və ya digər
məzhəbə mənsub olması haqqında söylədikləri fikirlərin əsası vardır.
Çünki, ilk növbədə, Nadir şah hər iki məzhəbə hörmətlə yanaşıb və ya bu
məzhəblərin hər hansı birini təqib etmirdi. Məsələn, Nadir şah şiə müqəd-
dəslərinə dərin hörməti ilə bərabər, ziyarətgahların abadlaşdırılmasına da
xüsusi qayğı göstərirdi. «Tarix-e cahan qoşa -ye Nader-i»də olan bir neçə
fakt göstərir ki, Nadir şah dəfələrlə İmam Rza ziyarətgahının abadlaşdırıl-
ması haqqında göstəriş vermiş və lazım olan vəsaiti ayırmışdı.
2
Nadir öz
qoşunları ilə Məşhədi Məlik Məmmədin işğalından azad etdikdən sonra
İmam Rzanın məqbərəsini abadlaşdırmağa başladı. Onun göstərişi əsasında
ziyarətgahın məqbərəsi təmir edildi, məqbərənin qübbəsi yenidən zər rəngə
boyandı və məqbərənin cənub hissəsində yeni bir minarə ucaldıldı. Nadir
şah, eyni zamanda məqbərəyə çoxlu sayda bahalı hədiyyələr bağışladı.
Herata yürüş etməzdən qabaq da Nadir niyyət etdi ki, hücumu uğurla
başa çatsa, İmam Rza məqbərəsini bir daha abadlaşdıracaqdır. Bu niyyəti
ona daxili bir inam verdi və Herat şəhərini ələ keçirəndən sonra o, İmam
Rza məqbərəsini ziyarət etdi və orada indi də mövcudluğunu saxlayan bir
sıra dəyişikliklər apardı. Nadir məqbərənin Mir Əlişir eyvanını və Əmir
Teymurun oğlu Şahruxun tikdirdiyi güldəstəni qızıl suyuna tutdurdu.
Şahrux güldəstəsinin qarşısında öz adına başqa bir güldəstənin tikilməsinə
göstəriş verdi.
Nadir şah Həzrət Əlinin məqbərəsini, habelə Kərbəla və Nəcəf müqəd-
dəslərini dəfələrlə ziyarət etmiş və onların abadlaşdırılması üçün də xeyli
vəsait ayırmışdı. Məlumdur ki, Nəcəf və Kərbəla müqəddəslərinin abad-
laşdırıl masına, hətta Nadir şahın xanımı da vəsait ayırmışdı.
3
Nadir şah Ərdəbildə olarkən şiəliyin ideya banilərindən olan Şeyx
Səfinin də məqbərəsini ziyarət etdi və onun ruhuna dua oxudu. Bu da Nadir
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
75
1
Lokart L. Göstərilən əsəri, s. 332.
2
M.M.Astrabadi. Göstərilən əsəri, s. 711.
3
M.M.Kazım. Göstərilən əsəri, I c., s. 468 


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə