Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə22/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   18   19   20   21   22   23   24   25   ...   78

həyət yaratdı. Sünni və şiə təriqətləri arasında olan ixtilafların aradan
qaldırılması üçün tapşırıqlar verdi. Nəcəfdə İmam Rzanın qəbirüstü
abidəsini ziyarət edib, təmir etdirdi.
Məzhəbi Məclisdə  bu dini heyət vəsiqə yazdılar və Osmanlı dövlətinə
elçi göndərib, 5 məsələ barəsində onların da razılığını tələb etdilər. 
Osmanlı dövləti dörd şərti qəbul etdi. Məzhəbi Cəfərini mülki müza-
kirəyə saxladılar. İran, Bəlx, Buxara və s. müsəlman şeyxləri bu şərti müza-
kirə etməkdən ötəri Osmanlı paytaxtına getdilər.
Hərbi sahədə məğlubiyyət acısını dadmayan bu böyük şəxsiyyət
cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, ora yaxından nüfuz etməsin,
xüsusilə Orta əsrlər müsəlman idarəçilik sisteminin mahiyyətini müəyyən
edən islamla bağlı da mövcud stereotipləri məhv etdi. Özü müsəlman ayin
və  ibadətlərini ardıcıl olaraq yerinə yetirsə də, islam mübaliğ və fəqihlərini
dövlət idarəçiliyindən kənarlaşdıraraq felən dünyəvi mündəricəli qüdrətli
bir imperiya yarada bildi. Şiə məzhəb dövtələbliyini bir kənara qoyaraq
vahid məzhəbin bərqərar olması istiqamətində ən müxtəlif səviyyələrdə
tədbirlər gördü. Nadir xəlifə kimi ruhani hakimiyyətini də həyata keçirən
türk sultanı Mahmud ilə yazışmalardan sonra VI İmam Cəfər Əs-Sadiqin
adı ilə bağlı olan Cəfəriliyin rəsmi təriqət kimi qəbul edilməsinə cəhd etdi.
Hənəfi, Şafii, Hənbəli və Maliki məzhəbləri kimi, dörd məşhur
məzhəblə yanaşı, sünnilər Cəfəri məzhəbini də felən tanıdılar. Cəfərilər
adıçəkilən sünni məktəbinin davamçıları ilə bərabər, Kəbə ətrafında namaz
üçün ayrıca yer (məqam və ya müsalla) almışdılar. Bütün bunlar Nadirin
müstəsna fəaliyyətinin nəticəsi idi.
Dinin hər zaman, xüsusilə Nadir şah dönəmində çox böyük amil
olduğunu nəzərə alıb, bu məsələnin üstündə nisbətən müfəssəl dayanmaq
istəyirəm. Məlumdur ki, dövrünün ən qüdrətli və möhtəşəm dövləti olan
Osmanlı dövlətinin sultanı həm də müsəlman dünyasının xəlifəsi kimi əmir-
əl-möminin (möminlərin əmiri) olmaqla ruhani hakimiyyəti də təmsil edirdi
(1517-ci ildə Misirin fəthindən etibarən). Ona görə də Nadir şah dini
tələblərlə bağlı məsələləri Osmanlı sultanı ilə bilavasitə razılaşdırmaq yolu -
nu tuturdu.
Nadir şah bu məsələdə özünün xüsusi təlimatlandırılmış nümayəndə
heyətini İstanbula göndərmişdi. Sultan I Mahmudun göstərişi ilə Osman-
lıların Bağdad valisi Əyyubi Əhməd paşa, Osmanlı alimlərindən Bağdadlı
Úàùàíýèð Ùöñåéí ßôøàð
70


Əbdülbərəkət Abdullah Süvəydiyi dini ortaqlıq yaratmaq üçün Nəcəfə
göndərildi. Süvəydidən başqa, Əfqan müftisi və 6 nəfər Buxaralı sünni
alim ləri də Nəcəfə gəldilər. Nadir şahın tələbi ilə 70 nəfər tanınmış şiə
molla və üləmaları da Nəcəfə toplaşdı. Nadir şah Süvəydiyi vəkil təyin
edərək dini elitanın təmsilçilərindən haqq yolunun hər iki tərəfə (sünni və
şiə) uyğun təsdiqini istədi, Süvəydi 4 rəşidi xəlifələrin üstünlüyü, əhli-beytə
hörmətlə yanaşmağın zəruriliyi və siğənin yasaqlanması ilə bağlı məsələ -
lər də həmkarları ilə anlaşa bildi. Anlaşma Nadir şaha təqdim edildikdən
sonra o müvafiq şah  fərmanını verdi. Türkiyədə 2001-ci ildə çap olunmuş
«Türk xaqanları və  sultanları» kitabının Nadir şaha aid olan hissəsində
verilmiş həmin fərmanın mətnini burada qısa ixtisarla təqdim edərəm:
«Öncə allah-taalaya sığınıram. Bilin ki, Şah İsmayıl Səfəvi 1501-ci
ildə ortaya çıxdı. Cahil xalqdan bir qismini yanında topladı. Bu yalançı
dünyanı və nəfsinin  istəklərini ələ keçirmək üçün müsəlmanlar arasına
fitnə və fəsad soxdu. Əhli- beyti sevməyi, Rafiliyi ortaya çıxardı. Burada
söhbət Məhəmməd peyğəmbərin Qədri-Xumda – Mən sizə 2 əmanət qoyu-
ram, biri Qurani-Kərim, digəri isə əhli-beyt – deyə səsləndirdiyi kəlamlar-
dan gedir. Çünki o əhli-beyti sevməyi Qurana beyət etmək qədər zəruri
sayırdı. (Rafilər də mülayim şiəliyə aid olub «İnkar edən» deməkdir). Yəni
Əbu Bəkrin və Ömərin xəlifəliyini inkar edənlərə Rafilər deyirdilər. Beləcə
müsəlmanlar arasına böyük bir düşmənçilik gətirdi. Münafiqliyə və
düşmənçiliyə səbəb oldu. Elə oldu ki, kafirlər rahat və qorxusuz yaşayır,
müsəlmanlar isə bir-birini yeyir, bir-birinin qanlarını, namusunu tələf edir.
Hələ Muğan düzündəki toplantıda böyük, kiçik, hamımız, məni şah seçmək
istədiyinizi qəbul etməyimin müqabilində siz də Şah İsmayıl zamanından
bəri İranda yer tutmuş pozuq inanclardan və boş sözlərdən vaz keçəcəyinizi
bildirmişdiniz. Hörmətli babalarımızın məzhəbi olan mübarək adətlərimiz
olan dörd xəlifənin haqq və doğru olduğuna  qəlbimizlə  inanacağımıza və
dil ilə də  söyləyəcəyimizə, bunları söyləməkdən, pisləməkdən çəkinəcəyi -
mizə və dördünü də  sevəcəyimizə söz  vermişdiniz. Bu  xeyirli işi  qüv -
vət ləndirmək üçün seçilmiş alimlərdən, dininə bağlı yüksək zatlardan
so ruşdum. Hamısı dedi ki, Peyğəmbərimiz… haqq yoluna çağırdığı gün -
dən bəri dörd xəlifənin hər biri dinimizin yayılması üçün canlarını və mal-
larını fəda etdilər və bu yolda  uşaqlarından,  əmi və dayılarından ayrıldılar,
hər sözə, iftiraya və oxa sinə gərdilər. Bununla belə, Allahın rəsulunun xü-
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
71


susi  söhbətləri ilə  şərəfləndilər… Yaxşıların Əfəndisi vəfat etdikdən sonra
ümmətin işlərini görənlərin söz birliyi ilə, xilafətə birinci xəlifə, mağara
qardaşı Əbu Bəkr gətirildi. Bundan sonra  yenə  razılıqla Ömər Faruk, sonra
altı nəfər arasından Zinnəreyn Osman ibn Affan, daha  sonra Allahın aslanı
Əli ibn Abu Talıb xəlifə oldular.
Bu dörd xəlifədən hər biri öz xəlifəlikləri zamanı bir-biri ilə hər cür
ayrılıq ləkəsindən təmiz idilər. Qardaşlıq və birlik içində İslam məmləkətini
çirkdən və müşriklərin kinindən qorudular. Bu dörd xəlifədən sonra müsəl-
manlar iman və etiqadda bir idilər. Nə qədər zaman və  əsrlərin keçməsi
ilə İslam alimlərinin oruc, həcc, zəkat və başqa işlərdə ayrıldıqları olsa da,
inanılacaq şeylərdə, Rəsullulahı və onun Əshabını sevməkdə və hamısını
təmiz olaraq tanımaqda heç bir qüsur və nöqsan, pozuqluq və dönüklük ol-
madı. Şah İsmayılın ortaya çıxmasına qədər bütün İslam məmləkətləri belə
saf və təmiz idi. Siz dərin  ağlınız və təmiz qəlbinizin işığı ilə Əshabi-
İkramı söymək və Rafizi olmaq yolunu  buraxdınız. İslam dininin dörd
təməl dirəyi olan dörd  xəlifənin sevgisi ilə qəlblərinizi  süslədiniz. Buna
görə mən də bu söz verdiyimiz beş qərarımızı… böyük İslam Padişahına,
qardaşımız, Rum məmləkətlərinin sultanına  bildirməyə söz verirəm...
Beləcə,  anlaşıldı ki,  bütün bu Rafizilik və bidətlər və ayrılıqlar Şah İs-
mayılın çıxardığı fitnələrdən  doğmuşdur… ta Şah İsmayıla qədər  bütün
müsəlmanlar rəşidi-xəlifələri haqq bilərdilər… Mübarək isimlərini
söylərkən və yazarkən radiy Allahü anhüm deyərdilər.
Dərin alim və üstünlərin özü Mirzə Məhəmməd Əli həzrətlərinə əmr
etdim ki, bu Fərmani-humayunümüzü bütün İran şəhərlərinə  yaysın, mil-
lətim də  eşitsin və  qəbul etsin. Bunu qəbul etməmək və buna qarşı getmək
Allahın əzabına və Şahənşahın qəzəbinə səbəb olacaqdır».
1
«Nəcəf vaqiəsi» kimi tarixə düşən Nadir şahın bu fərmanının bəzi
müddəaları ilə mübahisə etmək mümkün olsa da, öz zamanının ruhuna
uyğunluğu heç bir şübhə doğurmur. İlk növbədə, bu sənəd Nadirin din
amilini siyasi-hərbi situasiya ilə  uzlaşdıra bilmək  bacarığını ifadə edir.
Nadir şahın həm dini, həm siyasi, həm də hərbi sahədə apardığı siyasət
məhz Turan və İslam aləmini birləşdirmək olmuşdur.
Tarixi mənbələrdən məlumdur ki, Nadir Hindistandan gətirdiyi qızıl
Úàùàíýèð Ùöñåéí ßôøàð
72
1
Türk xaqanları və sultanları. İstanbul. 2001-ci il.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə