Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə53/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   49   50   51   52   53   54   55   56   ...   78

daşı oğlu Əliqulu xana çatdırıldı. Nadir şahın öldürülməsinin Əliqulu xana
yüyrək olaraq çatdırılması, onun bu sui-qəsdə birbaşa rəhbərlik etdiyini
göstərir. Elə sui-qəsdin icraçıları da Nadir şahın öldürülməsindən sonra
Əliqulu xanın Məşhədə qayıtmasını gözlədilər. Tezliklə Nadirin böyütdüyü
və iqtidar sahibi etdiyi Əliqulu şah taxtına tələsdi.
5.2. Nadir Əfşar dövlətinin süqutu 
Əliqulu xan Nadir şahın qətli xəbərini alan kimi dərhal Məşhədə yola
düşdü və Nadir şahın öldürülməsindən 16 gün sonra özünü Məşhəddə ölkə
şahı elan etdi. Nadir şahın ətrafında olan hərbi qüvvələr də Əliqulu xanı
müdafiə etdilər və bu ona imkan verdi ki, taxt-taca iddia edə biləcək Nadir
şah övladlarının hamısını qılıncdan keçirsin. Bu məqsədlə o, gürcü Söhrab
xanın rəhbərliyi altında bəxtiyarilərdən ibarət bir qoşun dəstəsini Kelata
göndərdi. Bu qoşun dəstəsinin Kelata göndərilməsində bir məqsəd də Nadir
şahın xəzinəsini ələ keçirib Məşhədə gətirmək idi. Göndərilən qoşun dəstəsi
təxminən iki həftə Kelat qalasını mühasirədə saxladı. Mühasirənin 16-cı
günü qalanı ələ keçirmək mümkün oldu.
Qala ələ keçiriləndə Nəsrulla Mirzə, İmamqulu və Şahrux Mirzə Mər -
və tərəf qaçmağa cəhd göstərdilər. Rzaqulu Mirzə və Nadir şahın kiçik öv -
lad ları və nəvələri isə Əliqulu xan tərəfindən göndərilmiş dəstənin əlinə
keçdi. 
Əliqulu xan Nadir şahın Kelatdan qaçmış övladlarının da tutulmasına
göstəriş verdi. Onun Kelatda olan qardaşı Kazım Mirzə Nadir şahın övlad-
larını təqib etməyə yollandı. Amma Kazım Mirzə onlara çata bilmədi. Onda
Kazım Mirzə uzun müddət Nəsrulla Mirzənin xidmətində olmuş Məhəm-
məd xan Çəhçəhəni Nadir şahın övladlarının təqibini davam etdirməyə
göndərdi. Nəsrulla Mirzədən gördüyü nəvazişləri və qayğını bir anda unu -
dan Məhəmməd xan Çəhçəhə dərhal ona verilmiş yeni tapşırığın icrasına
yollandı və qismən həmin tapşırığı yerinə yetirə bildi. O, İmamqulu Mirzə
ilə Şahruxu həbs etdi. Təqibdən yaxasını qurtara bilmiş Nəsrulla Mirzəni
izləməyi isə Qurbanəli bəy adlı birisinə tapşırdı.
İstər mənbələrdən və istərsə də tədqiqat əsərlərindən məlum olmur ki,
təhlükədən qaçan şahzadələr onlara sadiq olan döyüşçülər tərəfindən mü -
şa yiət olunurdu, ya yox. Ona görə bu şahzadələrlə onları təqib edən qüv -
vələr arasında döyüşlərin olub-olmamasını söyləmək çətindir. Bəzi
Úàùàíýèð Ùöñåéí ßôøàð
164


təd qiqatçılar Nəsrulla Mirzənin Qurbanəli bəylə döyüşə girdiyini və ondan
canını qurtara bildiyini yazırlar. Amma bu qarşıdurmanın da əlbəyaxa və
ya kütləvi şəkildə baş verdiyini təsəvvür etmək mümkün deyil. Məlum olan
odur ki, Nəsrulla Mirzə Mərvin qarovul dəstələri tərəfindən tutuldu və Ke-
lata gətirildi.
«Tarix-e  cahan qoşa -ye Nader-i»yə görə, Əliqulu xanın əmri ilə Kelatda
Rzaqulu Mirzə və Nadir şahın övlad və nəvələrindən daha 16 nəfəri qətlə
yetirildi.
1
Qətlə yetirilənlər arasında Nadir şahın kiçikyaşlı övladları və
nəvələri də var idi. Çox güman ki, bu qətl hadisəsi Nəsrulla Mirzə,
İmamqulu Mirzə və Şahruxun ələ keçirilməsindən əvvəl baş vermişdi.
Çünki adları çəkilən bu şəxslər həbs ediləndən sonra Məşhədə göndə ril -
dilər. Nəsrulla Mirzə ilə İmamqulu Mirzə də Əliqulu xanın əmri ilə orada
qətlə yetirildilər. Amma Nadir şahın 14 yaşında olan nəvəsi Şahrux Mirzə
öldürülmədi. Onu zindana atdılar. Lakin Əliqulu xan onun da öldürüldüyü
barədə xəbərlər yaydırdı. Mövcud olan məlumatlara görə, Əliqulu xan
Şahrux Mirzəni qəsdən öldürmədi. Onun anası Şah Sultan Hüseynin qızı
idi və Səfəvilər nəslinə qan bağlılığı var idi. Əliqulu xan fikirləşirdi ki, ölkə
əhalisi onun şahlığını yox, Səfəvilər taxt-tacının bərpa olunmasını tələb
edərsə, onda Şahrux Mirzəni şah elan etdirər və onun yaşının kiçik ol-
masına görə dövlətin idarə edilməsini öz əlinə alar. Həmçinin Əliqulu xanın
qızının Şahrux Mirzəni sevdiyi də bəzi tədqiqat əsərlərində yer almışdır.
Yuxarıda qeyd edildiyi kimi, Nadir şahın böyük nəvəsi və Rzaqulu
Mirzənin böyük oğlu Şahrux Mirzə bu kütləvi qətldən kənarda qalsa da,
rastlaşdığı məhrumiyyətlər onun da faciəli həyatına yol açdı.
Əliqulu xan isə özünü Məşhəddə şah elan etdi. Özünün daha ədalətli
şah olacağını qabartmaq üçün Əliqulu xan adını da dəyişdirdi və Adil şah
adını öz üzərinə götürdü. Ona bəzən Adil şah kimi də müraciət olunurdu.
Özünü şah elan edən kimi məscidlərdə onun adına xütbə oxundu və sikkə
vuruldu. Bəzi tədqiqatçıların verdiyi məlumata görə, taxta çıxandan sonra
Adil şah vilayət hakimlərinə fərman göndərdi. Həmin fərmanda bəyan etdi
ki, Nadir şahın qətlə yetirilməsi onun əmri ilə həyata keçirilmişdir. Onun
yazdığına görə, bununla bağlı Nadir şahın mühafizəsinin rəhbəri Məhəm-
mədqulu xanı da bu işə cəlb edə bilmişdi. Sonra əlavə edirdi ki, qoşun
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
165
1
M.M.Astrabadi. Göstərilən əsəri, s. 249.


sərkərdələrinin və Məhəmmədqulu xanın xahişlərini nəzərə alaraq taxta
çıxmağa razı olmuşdur. Guya, özünü şah elan etməkdə məqsədi ölkəni
dağılmaqdan qorumaq və insanları pis günlərdən qurtarmaq idi.
Adil şah bildirdi ki, Nadir şahın zəngin xəzinəsi vardır və həmin xəzi -
nənin hesabına ölkə xərclərini uzun müddət ödəmək mümkündür. Ölkə
əhalisini üç illik vergilərdən azad etməklə, Adil şah böyük səxavətlilik də
göstərdi. Adil şah Nadir şahın xəzinəsindən xidmətçilərə, yaxınlarına, əyan-
lara 4-5 dəfə artıq məvacib verməyə başladı. Bu məqsədlə əvvəlcə Nadir
şahın Kelatdakı xəzinəsi Məşhədə gətirildi. Xəzinədəki təkcə nağd pul 15
kurur miqdarında idi. Adil şahın əmri ilə Nadir şahın ləl-cəvahiratı və
qiymətli daşları üçün Məşhəddə xüsusi bir bina tikildi. Bu binanın təhlükə-
sizliyini təmin etmək üçün ətrafına dərin xəndəklər çəkildi, dövrəsi
boyunca toplar düzüldü.
Mənbələrin yazdığına görə, Nadir şahın xəzinəsinin dağıdılması he sa -
bına xam gümüş, qaynadılmış şəlğəm, təmiz gövhərlər isə saxsı və daş
qiymətinə satılırdı. Hətta tayı-bərabəri olmayan «Tovuz taxtı» xırda hissə -
lə rə parçalanıb dağıdıldı.
Amma bu səxavətlilik Adil şahın əsl sifətini ört-basdır edə bilmədi və
çox tezliklə o, ciddi problemlərlə üzləşməli oldu. Taxt-tacın verdiyi səla -
hiyyətlər və əlində toplanmış olan hakimiyyət onun da iddialarını artırdı,
zəkasını kütləşdirdi, vaxt ötdükcə qəlbində kin-küdurət qabarıqlaşmağa
başladı, yersiz qürur onu üstələdi, əməllərində qəddarlıq və zülmkarlıq artdı
və çox tezliklə insanların nifrət etdiyi bir şəxsə çevrildi. O yavaş-yavaş
dövlət işlərindən uzaqlaşıb eyş-işrətə qurşandı, ölkənin idarə edilməsi işləri
isə məmləkət naibi Hüseynəli bəylə gürcü sərkərdəsi Söhrab xana etibar
edildi. Qardaşı İbrahim xanı İsfahan hakimi təyin etdi. Nadir şahın vaxtilə
İraqdan, Azərbaycandan Xorasana köçürdüyü əhali nizamsız şəkildə geri
qayıtmağa başladı.
Çox tezliklə Adil şaha qarşı olan narazılıqlar kütləviləşməyə başladı.
Nadir şahın xəzinəsi göyə sovrulduqdan sonra Məşhəddə ərzaq qıtlığı
özünü göstərdi. Milliyyətcə gürcü olan Söhrab xanın qoşunlara rəhbər təyin
edilməsi qoşun sərkərdələri və döyüşçülər arasında narazılıqlara səbəb
oldu. Vilayət hakimləri arasında müstəqilləşmə meyilləri gücləndi.
1
Úàùàíýèð Ùöñåéí ßôøàð
166
1
Jan Gevr. Göstərilən əsəri, s. 56.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə