Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə51/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   47   48   49   50   51   52   53   54   ...   78

Nadir şah əvvəlcə onu sorğu-suala tutdu və onun verdiyi cavablara diqqət
yetirdi. İki gündən sonra Nadir şah onu yenidən yanına çağırdı. Keşiş Bazen
yerli həkimlərin yanında Nadir şahın müalicəsinə başladı və onun xəstə-
liklərinə öz münasibətini bildirdi.
Ömrünün sonlarına yaxın onun ətrafında etibar edə biləcəyi çox az
adam var idi. Nadir şahın fiziki və ruhi baxımdan problemlərlə üzləşməsi
barəsində ən müxtəlif mülahizələr irəli sürülsə də, şübhəsiz ki, bunların
başlıca səbəbi keçirdiyi aramsız döyüşlər,  dövlət işlərinin çoxluğu səbə -
bin dən istirahətsiz gərgin iş rejimi və etibar etdiyi adamların  dönüklüyü,
vəfasızlığı, oğlu Rzaqulunun kor edilməsi idi.
Sərkərdəlik həyatının ən yaxın və ən sədaqətli silahdaşı olan Təhmasib
xan Cəlayirə və qardaşı oğlu Əliqulu xana şübhə və inamsızlıqla yanaşması
isə Nadir şahın ruhi sarsıntılarını daha da artırdı. Əliqulu xana yaranan
şübhə Sistan qiyamının yatırılmasında Nadir şahı qane edəcək operativlik
göstərməməsi ilə bağlı idi. Sistan qiyamının tamamilə aradan qaldırıl-
masının bir müddət uzanması Nadir şahda Əliqulu xanın sədaqətinə şübhə
yaratdı. Ola bilsin ki, Əliqulu xanın sədaqətinə qarşı Nadir şahda əvvəl-
cədən şübhə yaranıbmış və silahlı qiyamın yatırılmasında göstərdiyi lənglik
Nadir şahın şübhələrini daha da möhkəmlətmişdi. Bu barədə mənbələrdə
məlumat yoxdur.
1
Nadir şahla Əliqulu xan arasında münasibətlərin kəskinləşməsi
1747-ci ilin əvvəlinə təsadüf edir. Nadir şah 1746-cı ilin sonu və 1747-ci
ilin əv və lində İsfahanda idi və oradan Xorasana yola düşdü. Həm «Aləm
Ara-ye Naderi»nin, həm də «Tarix-e cahan qoşa -ye Nader-i»nin şəhadətinə
görə, 1747-ci ilin əvvəlindən Nadir şahın psixoloji sarsıntıları daha da şid-
dətləndi.
Mənbələrdə göstərilməsə də, güman edirəm ki, Sistan qiyamının rəh-
bərləri, Nadir şaha itaətsizlik göstərən yerli əyanlar və qoşun sərkərdələri
də bu və ya digər məlumatlarla Əliqulu xana təsir göstərməyə və onu da
Nadir şaha qarşı çevirməyə çalışırdılar. Çünki məhz Sistanda Əliqulu xanda
Nadir şah taxt-tacına sahib olmaq istəkləri baş qaldırmağa başladı. Sistan
qiyamçılarının onu müdafiə etməsi isə Əliqulu xanda arzularının reallaş-
masına bir ümid yarada bilərdi. Xüsusilə Nadir şahın Sistan qiyamının
Úàùàíýèð Ùöñåéí ßôøàð
158
1
L.Lokkart. Göstərilən əsəri, s. 286.


yatırılmasında göstərdiyi ləngliyə görə Əliqulu xana 100 əlif (hər əlif 5 min
tümən idi) cərimə kəsməsi Əliqulu xanı birdəfəlik müxalifət yoluna yuvar-
ladı. Çünki Əliqulu xan bilirdi ki, Nadir şahı artıq verdiyi qərarından çə -
kin dirmək mümkün olmayacaqdı. Bundan başqa, həmin cərimənin, hətta
veriləcəyi təqdirdə Əliqulu xanın daha sərt cəzalardan nicat tapacağı məlum
deyildi.
Əliqulu xanla birlikdə Nadir şahın şübhə dairəsinə düşmüş Təhmasib
xan Cəlayirin hansı səbəbə belə bir etimadsızlıqla qarşılaşdığını söyləmək
çətindir. Bu vaxt ömrünün 75-ci ilini yaşayan Təhmasib xan Cəlayir Nadir
şahın ən etibarlı və sədaqətli sərkərdəsi və silahdaşı sayılırdı. Hələ cavan-
lığında ona qoşulmaqla Nadir şahın sərkərdəlik və fatehlik tarixinin yazıl-
masında onun əvəzsiz xidməti var idi. Heç vaxt da Təhmasib xan Cəlayirin
fikrində Nadir şaha qarşı şübhə və xəyanət hisləri yaranmamışdı. Nadir
bunu bilirdi və ən ciddi məsələlərin həllində onun köməyinə və əzmkar-
lığına bel bağlayırdı. Sistana da göndərilməsi, əslində, Nadir şahın Təhma-
sib xan Cəlayirə olan etimadının nişanəsi idi. Başqa sözlə, Sistan qiyamı
məsələsi ilə bağlı Nadir şah öz qardaşı oğlundan daha çox Təhmasib xan
Cəlayirə etimad etdi. Hətta Əliqulu xandan şübhələndiyi vaxt Təhmasib
xan Cəlayirə onu öldürmək səlahiyyəti də verdi.
«Tarix-e cahan qoşa -ye Nader-i»yə görə, Təhmasib xan Cəlayirə əlavə
olaraq 50 əlif cərimə kəsilməsi haqqındakı şah fərmanı da çatdırıldı. O da
bildirildi ki, Nadir şahın maliyyə məmurları Sistana yola düşmüşlər ki,
gəlib həm Təhmasib xandan, həm də Əliqulu xandan həmin cərimələri al-
sınlar. Bu xəbəri eşidəndən sonra Təhmasib xan da öz mövqeyi barəsində
ciddi düşünmək məcburiyyətində qaldı və nəhayət, müxalifətə keçmək
barəsində müvəqqəti də olsa Əliqulu xanın təklifini qəbul etdi. Onlar belə
bir fikir razılığına gəldilər ki, Nadir şah indiki vəziyyətdə taxt-tacı ailə
üzvlərindən birinə versə, yaxşı olar. Bu mənada elə Əliqulu xan özü taxt-
taca ən real namizəd sayıldı.
1
Amma, görünür, Təhmasib xan Cəlayir
vəziyyəti daha soyuq başla araşdırmağa çalışarkən Nadir şaha qarşı müxa -
lifət yolunu tutmağın mənasızlığını anladı və ya ola bilsin ki, ömrü boyu
səmimi-qəlbdən dəstəklədiyi bir insanın əleyhinə getməyi şəninə sığışdıra
bilmədi və yenidən Əliqulu xan tərəfdarlarını Nadir şaha müxalifətdən əl
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
159
1
M.M.Astrabadi. Göstərilən əsəri, s. 266.


çəkməyə çağırdı. Əliqulu xan isə artıq özünü Nadir şahın taxt-tacında
görürdü və ətrafında toplaşan böyük qüvvə də onu dəstəkləyirdi. Əliqulu
xan bu yolda Təhmasib xan Cəlayirin ona mane ola biləcəyini ehtimal
edirdi. Ona görə də taxt-tac ümidlərinin qarşısında mane hesab etdiyi Təh-
masib xan Cəlayirin aradan götürülməsi üçün yeməyinə zəhər qatılmasını
əmr etdi. Bu yolla Nadir dövrünün müdrik və ağsaqqal sərkərdəsi olan Təh-
masib xan Cəlayirin həyatına son qoyuldu. Əslində, bu qətllə Nadir şah da
özünün Rzaqulu Mirzədən sonra ən etibarlı dayaqlarından birini itirdi.
Təhmasib xanın qətli Əliqulu xanın taxt-tac uğrunda daha açıq döyüşə
keçməsinə şəraiti genişləndirdi. O, Sistan qiyamçıları, Sistana göndərilmiş
Nadir şah dəstəsi ilə danışıqlar apardı və onları da öz tərəfinə çəkə bildi.
Sonra ətrafına topladığı qoşunlarla Fərəhə yollandı. Fərəh əhalisi Əliqulu
xanı təntənə ilə qarşıladı və onu dəstəkləməyə hazır olduğunu bildirdi. Bu
da Əliqulu xanın ətrafındakı qüvvələrin genişlənməsinə imkan verdi.
Əliqulu xan bununla da kifayətlənmədi. Daha böyük hərbi qüvvəyə malik
olmaq üçün əfqan tayfalarının Nadir şah əleyhinə səfərbər edilməsi işinə
başlandı. Fərəhdə olduğu bir neçə gün ərzində ətraf yaşayış məntəqələrinin
rəhbərləri Əliqulu xana sədaqət nümayiş etdirdilər və həmin məntəqələrdə
toplanan dəstələr də Əliqulu xanın qoşunlarına qoşuldular. Daha sonra
Əliqulu xan Herata gəldi. Herat da Nadir şaha müxalifət yolunu tutub
Əliqulu xanı dəstəklədi. Herat vilayətində yaşayan şahsevən və digər tay-
faların dəstələri Əliqulu xanın qoşunlarına qatıldılar. «Aləm Ara-ye
Naderi»nin məlumatına görə, Əliqulu xanın Heratda artıq 60 min nəfərlik
qoşunu var idi. Bu mənbənin şəhadətinə görə, Əliqulu xan Nadir şaha sə-
daqət təbliğatından əl çəkməyən Təhmasib xan Cəlayiri də məhz Heratda
zəhərləyib, qətlə yetirdi.
1
Nadir şah ya Məşhəddə oturub qiyamçıların əhatəsinin daralmasını
göz ləməli, ya da fəallıq göstərərək real təhlükəyə çevrilən Əliqulu xanın
qiyamını yatırmalı idi. Fiziki və ruhi sarsıntılarının güclənməsinə baxma-
yaraq, Nadir şah ikinci yolu tutdu və özü böyütdüyü qardaşı oğlunun
dönüklüyünün qarşısını almaq üçün qılınca əl atmağı qərarlaşdırdı. Nadir
şah Məşhədi tərk etməzdən əvvəl övladlarını və nəvəsi Şahrux Mirzəni
daha təhlükəsiz yer kimi Kelata göndərdi.
Úàùàíýèð Ùöñåéí ßôøàð
160
1
M.M.Kazım. Göstərilən əsəri, II c., s. 766.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə