Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə50/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   46   47   48   49   50   51   52   53   ...   78

Nadir şahın taleyinin, onun qurduğu dövlətin gələcəyinin müəyyən-
ləşməsinə ağır təsir göstərən və geniş əks-sədaya səbəb olan sui-qəsd ha -
disə si 1741-ci il mayın 15-də Nadir şahın Dağıstan yürüşü vaxtı Savadkun
meşələrindən keçib Qaduk keçidinə doğru irəliləyərkən baş verdi. Mən-
bələrdə mövcud olan məlumatlara əsasən demək mümkündür ki, Nadir
şahın qətli ilə nəticələnən sonuncu qəsd istisna olmaqla Savadkun meşə -
lərində baş verən sui-qəsd hadisəsi ciddi şəkildə planlaşdırılmış bir qəsd
idi. Dağıstana doğru hərəkət zamanı Nadir şahın gözləmədiyi halda ağac -
ların arasından atılan güllə ona azacıq xətər yetirsə də, atını yerə sərdi. Bu
vaxt onun ayıqlıq nümayiş etdirməsi və atı ilə bərabər özünün də yerdə
sərili qalması Nadir şahı növbəti atəşin xətərindən qorudu.
Bu qəsd ediləndə Nadir şah şöhrətinin və fatehlik əzəmətinin zir və sində
dayanırdı. Ucu-bucağı görünməyən bir imperiya onun qılıncının itaəti altına
düşmüş və bölgənin ən güclü dövlətləri onunla hesablaşmaq məc bu riy -
yətində qalmışdılar. Məhz belə bir zamanda kiminsə onu öldürməyə cürət
etməsi Nadir şahı tamamilə özündən çıxardı. Nadir ona güllə atanı ax tarmaq,
tutmaq ucun bütün İrana göstəriş verdi. Nadirə sui-qəsd olan za man Tayməni
tayfasından qoşundan qaçan bir neçə nəfəri Herat yaxınlı ğında tutub Dağıs-
tana gətirdilər. İstintaq zamanı Dilavər xanım Talvərin oğlu Agamirzənin
Nikqədəm adlı qulamının şaha sui-qəsd etdiyini etiraf etdi.
Nikqədəm Heratdan çaparların müşayiəti və mühafizəsi altında Nadir
şahın hüzuruna yola salındı. Bir müddətdən sonra onu Şirvanda olan Nadir
şahın yanına gətirdilər. Nadir şah əvvəlcə onunla təklikdə söhbət etdi, Al-
laha and içdi ki, əgər doğrusunu danışarsa, Nikqədəmin həyatına toxun-
mayacaqdır. Əks təqdirdə isə onu qətl gözlədiyini bildirdi. «Aləm Ara-ye
Naderi»nin şəhadətinə görə Nikqədəm öldürülməyəcəyinə sevindi və sui-
qəsdi təşkil edəni satmayıb, lakin kiminsə fitnəsi ilə etdiyi hərəkəti şahın
oğlu Rzaqulunun üstünə atdı.
1
Həbsə alındıqdan sonra Nikqədəmdən soruşdular ki, Nadir şaha güllə
atması onun düşüncəsizliyinin nəticəsi idi, yoxsa şücaətinin nişanəsi?
Nikqədəm isə qorxmadan cavab verdi ki, Nadir şahın əcəli hələ çatmayıb-
mış. Ona görə mənim gülləm boşa çıxdı. Yoxsa Nadir şah torpağa gömü -
lə cəkdi, mənsə ölkə sahibi olacaqdım.
2
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
155
1
Lokkart L. Göstərilən əsəri, s. 314.
2
M.M.Kazım. Göstərilən əsəri, II c., s. 961


Mənbələrdə və tədqiqat əsərlərində Rzaqulu Mirzənin Nadir şaha
qarşı sui-qəsdin təşkilində iştirakı birmənalı şəkildə nə təsdiq olunur, nə
də inkar. Bu barədə irəli sürülən müxtəlif fikirlər yalnız ehtimal xarakteri
daşıyır. Hətta Nikqədəmlə bağlı məsələni daha ətraflı işıqlandıran «Aləm
Ara-yе Naderi»nin müəllifi də Rzaqulu Mirzənin bu məsələdəki iştirakı
ilə bağlı aydın münasibətini bildirmə mişdir.
1
Bundan belə bir ehtimal
etmək olur ki, Nadirə təşkil etdiyi sui-qəsd alınmadıqda Nadirin qardaşı
oğlu Əliqulu (o da şahlığa iddialı idi) bu hadisəni məharətlə Rzaqulunun
üstünə atıb onu Nadirin qəzəbinə tuş gətirmiş və gələcək planlarını real-
laşdırmağı bacarmışdır.
Nadir şah isə Nikqədəmin söylədiklərinə inandı. Çünki əvvəldən də
Rzaqulu Mirzənin bir sıra xoşagəlməz hərəkətləri barədə fitnəkar məlumat-
lar almışdı. Belə ki, Hindistan səfəri zamanı Rzaqulunun Təhmasib şahı və
2 oğlunu edam etdirməsi Nadirə çox pis təsir etmişdi.
Bir tərəfdən də Nadir şahın ətrafı ona Rzaqulu Mirzənin şahlıq iddia -
sına düşməsi barədə xəbərlər çatdırırdılar. Ona görə Nikqədəmin ətraflı
ifadəsi Nadir şahın şübhələrinin güclənməsinə əsas verdi.
Nəticədə Nadir şah Nikqədəmdən eşitdiklərindən sonra əminliklə qə -
ra ra gəldi ki, Rzaqulu Mirzə ona qarşı təşkil olunan sui-qəsdin iştirakçısıdır.
O əvvəlcə Nikqədəmi cəzalandırdı. Öldürməyəcəyinə söz verdiyi üçün
onun gözlərini çıxarmaqla kifayətləndi. Rzaqulu Mirzəni də bələ bir cəza
ilə cəzalandırdı.
1745-ci ilin yayında da Dağıstan yürüşü zamanı Nadir şaha yenidən
sui-qəsd etdilər. Lakin Nadirin sayıqlığı onun həyatını qurtara bildi.
Qeyd etmək lazımdır ki, yuxarıda haqqında danışılan sui-qəsd cəhdlə -
rindən Nadir şah adi bir təsadüf nəticəsində nicat tapmışdısa, sonuncu sui-
qəsd hadisəsində isə adi bir təsadüf onun həyatı bahasına başa gəldi. Amma,
əslində, bu qəsd Nadir şah dövrünün və mühitinin bir reallığı idi. Onun qur-
duğu dövlətin mahiyyəti də belə bir faciəli sonluğu istisna etmirdi.
Nadir şahın dövləti güc üzərində qurulmuşdu və dövlətin əsas siyasəti
də başlıca olaraq bu gücün miqyasından asılı idi.
Mənbələr və tədqiqatçılar Nadir şahın qətlinə aparan səbəblər içə ri -
sində onun xəstəliyi məsələsi üzərində geniş dayanırlar. Məlumdur ki,
Úàùàíýèð Ùöñåéí ßôøàð
156
1
M.M.Kazım. Göstərilən əsəri, II c., s. 731.


Nadir şah fiziki cəhətdən güclü bir şəxs olmuşdur. O, malik olduğu gücü
və enerjisi ilə ən ağır döyüşlərin hərəkətverici qüvvəsinə çevrilirdi. Nadir
şahın toppuzunun zərbəsinə kimsə dözə bilməzdi. At çapmaqda, qılınc oy-
natmaqda, toppuz vurmaqda ad çıxarmışdı. Tədqiqatçıların da qeyd etdiyi
kimi, təxminən 50 yaşlarına kimi Nadir şah səhhətindən şikayət etməmişdi.
Amma Nadir şahın sürdüyü həyat tərzi son dərəcə yorucu və ağır bir həyat
tərzi idi. Onun qarşılaşdığı fiziki gərginlik, oğlu Rzaqulunun kor edilməsi,
sözsüz ki, sağlamlığına təsirsiz ötüşə bilməzdi. Nadir şah, hətta taxt-taca
yiyələnəndən sonra da həyatını at belində və çadırlarda keçirirdi. Dağlıq
ərazilərin soyuq qışında Nadir şah aylarla çadırlarda qalırdı. Bir tərəfdən
də düşərgə həyatının mükəmməl olmayan qidalanması da onun səhhəti
üçün problemlər yaratmışdı. Minlərlə kilometr məsafə qət etməsi, bu müd-
dət ərzində gözlənilməz sınaqlara sinə gərməsi və bütün bunlardan sonra
fatehlik əzəmətini nümayiş etdirməsi vaxt ötdükcə səhhətində də öz
ifadəsini tapdı.
Lazımi müalicə almadığı üçün Nadir şahın səhhətində ağrıların şid-
dətləndiyi vaxtlar da olurdu. Məsələn, mənbələrin məlumatına görə, Şəki
yürüşündən Göyçaya geri qayıdarkən Nadir şahın səhhətində yenidən ciddi
ağrılar özünü göstərməyə başladı. Həkimlər işə qarışandan sonra onun
vəziyyəti yaxşılaşmağa başladı.
1
Lakin bütünlükdə Nadir şahın səhhətində problemlər qalmaqda idi.
Yerli həkimlərin təsirli müalicə yolu tapmamaları istər-istəməz Nadir şahın
narahatlıqlarını artırmaqda idi. Nəhayət, Nadir şah səhhətinin müalicəsi
üçün avropalı həkimlərin dəvət edilməsini məqsədəuyğun saydı. Bununla
bağlı ingilis ticarət nümayəndəliyinin rəhbəri Pirsondan xahiş edildi ki,
Nadir şaha təcrübəli bir Avropa həkimi tapsın. Pirson da o zamanlar İsfa-
handa olan fransız keşiş Bazeni həkim kimi Nadir şaha təqdim etdi. Bazen
keşiş olsa da, təbabətlə də maraqlanırdı və o, Nadir şaha təqdim olunan
vaxt artıq müəyyən təcrübəyə malik idi. Hətta bir sıra xəstəliklərin müali -
cəsinə görə əhali arasında ad çıxarmışdı. Keşiş Bazenin müalicəsindən fay-
dalananlar bunu Nadir şaha yazdıqları məktubda da təsdiq etmişdilər.
2
1746-cı ilin sonunda keşiş Bazen şəxsən Nadir şaha təqdim olundu.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
157
1
M.H.Qüddusi. Göstərilən əsəri, s. 126.
2
M.Süleymanov. Göstərilən əsəri, s. 566.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə