Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə62/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   58   59   60   61   62   63   64   65   ...   78

xalqlara qarşı  işğalçı imperiya siyasəti yeritməyə başladı. İstisna ondan
ibarət idi ki, xristian inamlı gürcülər və ermənilər deyil, xüsusilə türk
mənşəli, müsəlman inamlı türklər bu siyasətdə başlıca hədəfə çevrildilər.
I Pyotrun məxfi «Vəsiyyətnamə»sinin I bəndində deyilirdi: «Rus dövləti
həmişə müharibə müvazinətini  hazırlamalı və çalışmalıdır ki, bu  hazırlıq
Rusiyanın tərəqqisinə səbəb olsun».
1
«Vəsiyyətnamə»nin digər bir bəndində  utanmaz bir  israrla  deyirdi
ki,  İstanbula sahib olan hökmdar dünya hökmdarı olacaqdır.
2
Bu sətirlər
Nadiri zirvəyə aparan yolun başlanğıcında – 1725-ci ildə – I Pyotrun ölümü
ərəfəsində yazılsa da, 1738-ci ildə elan olunub. Amma o, 275 ilin yox, həm
də bu günün  siyasətini müəyyənləşdirməkdədir.
I Pyotr başa düşmüşdü ki, Avropanın və Şərqin dövlət quruluşlarında
problem vardır. Rus  səltənətini inkişaf etdirmək üçün müharibədən başqa
maarif də lazımdır. Ona görə də XVIII əsrdən başlayaraq Avropa elmi və
qaydaları ilə  bərabər, şərqin həyatı, elmi düşüncəsi, dövlət idarəçiliyi, xü-
susilə zəngin fəlsəfəsini öyrənmək üçün Rusiyada  şərqşünaslıq elminə xü-
susi diqqət  yetirilirdi, bu isə  bilavasitə imperiyanın istilaçılıq məqsədlərinə
xidmət edirdi.
3
Rus  şərqşünası N.A.Smirnovun aşağıdakı fikri bu mənada  ibrə-
tamizdir: «Öz düşmənlərini öyrənmək cəhdi rus  hökumətində türklər və
Krım tatarları haqqında məlumatları xüsusi olaraq toplamaq fikri  doğur-
muşdu. Bu  məqsədlə rus dövləti həmin xalqlara öz səfirlərini türklərin və
tatarların tarixinə, dövlət quruluşuna dair Avropa ölkələrində mövcud
ədəbiyyatlarla tanışlıq üçün mütəxəssislər göndərmişdi».
4
Göründüyü kimi,
söhbət təkcə torpaqların deyil, mənəviyyatın, zəkanın fəthindən  gedirdi.
Bu söylədiklərimdən belə qənaətə gəlmək olar ki, azərbaycançılığın birinci
özülü, təməli türkçülükdür.
Türkçülük öz mahiyyətini bizim bəhs etdiyimiz regionda Azərbaycan
türkçülüyü vasitəsilə təsbit etmişdir. Azərbaycan yalnız Asiya ilə Avropanın
qovşağında yerləşən, özündə mövcud iqlimdən 9-nu əhatə edən, coğrafi
ərazinin adı deyil. Azərbaycan ikiyə bölünmüş, dünyanın çox yerinə
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
193
1
«Aydınlıq» qəzeti, 31 dekabr 1991.
2
Yenə orada.
3
Bax: N.Şəmsizadə. Azərbaycançılıq, s. 120.
4
Н.А.Смирнов. Очерки истори изучения Ислама в СССР. Москва, 1954, с. 17.


səpələnmiş təxmini hesablamalara görə 50 milyon civarında olan Azərbay-
can əhalisini birləşdirən vətənin adıdır. Bu  ibrətamiz bir  həqiqətdir ki,
vətəni bölmək, onu işğal etmək, torpağının bir hissəsini zəbt etmək olar,
amma onun vətən haqqını danmaq və tarixdən silmək olmaz. Ona görə də
azərbaycançılıq yalnız Azərbaycana məhəbbət deyil, onun dünyadakı milli,
tarixi-siyasi, iqtisadi, dini-əxlaqi mövqe və  mahiyyətini əks  etdirən ictimai
şüur formasıdır.
Azərbaycançılıq, öz növbəsində türkçülüyə – turançılığa bağlı olanda
güclü ola bilir, türk-turançılığa bağlı olanda Azərbaycan məfhumu təkcə
coğrafi mənada deyil, fikir və əməl şəklində  təcəssüm edir.
Ümumiyyətlə, türklər üçün Vətənin simvolu hər zaman torpaq olmuş-
dur. Yeri gəlmişkən bu Nadirdə  xüsusi bir  vüsətlə özünü göstərirdi.
Hun-türk imperiyasının yaradıcısı Mete deyirdi ki, torpaq dövlətin
təməlidir, onu heç kəsə vermək olmaz.
Türkün torpaq müqəddəsliyi ilə bağlı düşüncəsi İslam  məfkurəsi ilə
yeni bir pafos kəsb etməyə başladı. İslamın qəbulundan sonra bütün
möhtəşəm türk yürüşləri və hərəkatları İslam bayrağı altında keçmişdi.
Türklərin siyasi məğlubiyyəti, əslində,  müsəlman dünyasının, şərqin
məğlubiyyəti demək idi.
Türk təfəkkürünün qüdrəti bir də onun cövhərini ümumbəşəriliyin
təşkil  etməsindən ibarət olması idi. Türklər həm də tolerant idilər. K.Marks
«XVIII əsrin gizli diplomatiyası» əsərində yazırdı ki, türk hökmdarları və
başçıları bütün məzhəb və dinlərə eyni gözlə baxırdılar. Bu türk ruhunun
azadlığından irəli gəlməklə onların yalnız Şərqdə deyil, Avropaya da nüfuz
edə bilmələrini  şərtləndirirdi.
Türk mühitinin böyüklüyü bir də onun xalqın iradəsinə əsaslan-
masında, dövlətin və  qalibiyyətin  mayasını xalqda görməsində idi.
Türkün şücaəti, bir qayda olaraq, işğalçılıq niyyətlərindən törənirdi.
Oğuz türkləri həmişə öz  azadlıqlarına qarşı çevrilmiş qəsdlərə müqavimət
göstəriblər. Böyük türklərdən biri Mahmud Kaşğari «Divani lüğətit türk»də
göstərir ki, türk böyük qəhrəmanlıqlar və fədakarlıqlar etdiyi zaman böyük
bir iş gördüyünü nəzərə çatdırmırdı. Yəni türk üçün qəhrəmanlıq fövqəladə
deyil, adi bir iş, peşə və məşğuliyyət idi. Türkün rəşadəti isə onun əxlaqına
söykənirdi. Əxlaq, xüsusilə Vətən əxlaqı bütün türkləri ətrafında toplayan
başlıca qayə idi. «Türkçülüyü» ideoloji sistem halına gətirmiş Z.Göyalp
Úàùàíýèð Ùöñåéí ßôøàð
194


«Türkçülüyün əsasları» əsərində yazır: «Böyük millətlərdən hər biri
mədəniyyətin xüsusi bir sahəsində birinciliyə çatmışlar. Əski yunanlar es-
tetikada,  romalılar hüquqda,  israillilər və ərəblər dində, fransızlar ədəbiy -
yatda, anqlosakslar iqtisadda, almanlar musiqi ilə metafizikada (fəlsəfədə),
türklər isə əxlaqda birinciliyi qazanmışlar.
Türk tarixi başdan-başa əxlaq üstünlüklərinin sərgisidir. Türklərin
məğlub, yenilmiş millətlərə, onların milli və dini  varlıqlarına dini və  icti-
mai  muxtariyyət verməsi hər cür təqdirdən yüksəkdə durur».
1
Türk təfəkkürü üçün xarakterik olan bir ziddiyyətli, həm də  məntiqi
məqamı da vurğulamaq istəyirəm. Türk fikri tam olaraq gələcəyə yönəl -
miş di, ona görə də keçmişə biganə idi Unutmaq qorxusundan əndişəli deyil -
dilər. Elə buradaca qeyd edim ki, Nadir bu mənada istisna təşkil edirdi və
özü üçün iki nəfəri – Mirzə Məhəmməd Mehdi Astrabadini və Məhəmməd
Kazım Mərvlini özünə şəxsi tarixçi götürmüşdü. Bu bir tərəfdən onun qüd -
rətinin əlaməti idisə, digər tərəfdən onun faciəsi və sonrakı məğlu-
biyyətlərinin  səbəbi idi. XVIII əsr fransız maarifçi-filosofu Monteskye
yazırdı ki, «dünyanın heç bir xalqı fatehlik şöhrəti və  əzəməti ilə türklərlə
yarışa bilməz…. Bu müzəffər xalqın yalnız tarixçiləri  çatışmayıb ki, on-
ların ağlagəlməz qələbələrinin şöhrətini yaysınlar, nə qədər ölməz əməlləri
əbədilik dəfn olunub. Türklər tarixlərini bilmədiyimiz nə qədər dövlətin
əsasını qoyublar».
2
Tarixi keçmişi qələmə almaq və yaxud yazdırmaq mənasında türkün
hərəkətsizliyinin yuxarıda göstərdiyimiz bir məntiqi də mövcud olmuşdu.
Yəni türklər yaratdıqları tarixin nə vaxtsa yox olacağının qorxusunu yaşa-
mamışlar, ona görə də onu yazıb tarixiləşdirmək zorunda olmamışlar. Fran-
sızların ibrətamiz deyimində göstərildiyi kimi «xoşbəxt xalqların tarixi
olmur».
Təfərrüatına  vardığımız məsələləri ümumiləşdirsək azərbaycançılığın
üç  təməlini belə ifadə etmək olar: «Türk millətindənəm, İslam hümmə -
tindənəm, Azərbaycan məmlə kətin də nəm». Hazırkı mərhələdən baxanda
bu şüar mahiyyət etibarilə elmi-nəzəri, milli-psixoloji əhəmiyyət kəsb edir
və azərbaycançılığın düsturu kimi  gəldiyimiz nəticəni  təsbitləşdirir.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
195
1
Z.Göyalp. Türkçülüyün əsasları. Bakı, 1991, s. 48.
2
İqtibas N.Şəmsizadənin «Azərbaycançılıq» kitabından  edilmişdir, s. 135.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə