Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə11/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   7   8   9   10   11   12   13   14   ...   78

sayda sərkərdələr də yetişmişdi. Əfşar qoşunları, adətən, ən təhlükəli
mövqelərə göndərilirdi ki, orada düşmənlərə layiqincə müqavimət
göstərilsin. Şah İsmayıl dövründə slavyanların cənuba doğru irəliləmələri
qərb türklərinin sıxışdırılması ilə müşayiət olunurdu. Bu isə şərq-qərb yol-
larına müəyyən təhlükə yaradırdı. Şah İsmayıl bu təhlükənin aradan
qaldırılması üçün şərq-qərb yolu boyunca əfşarları məskunlaşdırmağı
qərara aldı. Ancaq erkən dünyadan köçməsi ona bu planı tam reallaşdır-
mağa imkan vermədi.
1
Müəlliflərin və tədqiqatçıların bir hissəsi əfşarların öz doğma vətən-
lərindən – şimal-qərbi Azərbaycandan Xorasana köçürülməsini də Şah İs-
mayılın adı ilə bağlayırlar. Səfəvilərin hakimiyyəti illərində ölkənin
şimal-şərq sərhədləri özbəklərin və Türküstan dəstələrinin aramsız hücum-
larına məruz qalırdı. Bu da yerli əhalinin talanması, qırılması və yaşayış
məntəqələrinin viran edilməsi ilə müşayiət olunurdu. Həmin dağıdıcı
hücumların qarşısının alınması üçün Səfəvi hökmdarları əfşar sərkər də lə -
rinin rəhbərliyi altında Xorasan vilayətinə qoşun dəstələri göndərdilər. Xo-
rasana ilk göndərilən dəstələr arasında Əhməd Soltan Əfşarın və Şahrux
bəy Əfşarın rəhbərliyi altında olan dəstələrin göstərdiyi şücaət tarixi
ədəbiyyatda da özünə yer tapmışdır. Əfşarları sərhəd xətti boyunca yer-
ləşdirməklə Şah İsmayıl sərhəd xətti boyunca canlı müqavimət divarı yarat-
mağı qərara aldı. Amma Şah İsmayıl bu planını da bütünlüklə həyata
keçirməyə imkan tapmadı.
2
Nadir şahın salnaməçisi M.M.Astrabadi də əfşarların Xorasan vilayəti -
nə köçürülməsinin Şah İsmayılın vaxtında başladığını xəbər verir.
3
Əfşar tayfalarının bu bölgə ilə bağlılığının hələ Şah İsmayıldan əvvəl də
olması haqqında məlumatlar mövcuddur. Nadir şah haqqında böyük tədqiqatın
müəllifi olan M.H.Qüddusi yazır ki, hələ səlcuqlar dövründə əfşarlar öz igid-
likləri ilə ətrafa səs salmışdılar. Onların bu keyfiyyəti, hətta özbəklərin, türk-
mənlərin və tatarların canında bir vahimə yaratmışdı. XIV əsrdə Çingiz xanın
yürüşləri dövründə böyük oğlu Xarəzmin və Ətəkin hakimi təyin edilmişdi.
Onun hakimiyyəti Xorasanda da dağıntılara və talanlara yol açmışdı.
Úàùàíýèð Ùöñåéí ßôøàð
36
1
M.M.Kazım. Göstərilən əsəri, I c., s 48 
2
M.H.Qüddusi. Nadir şah. Bakı, 1999, s. 112.
3
M.M. Astrabadi. Tarix-e  cahan qoşa -ye Nader-i,  s.  416.


Özbək və türkmən dəstələrinin Xorasanın şimalına hücumlarının
qarşısının etibarlı şəkildə alınması məsələsi Səfəvilər dövründə uzun müd-
dət aktual olaraq qalmışdı. Şah İsmayıldan sonra taxta çıxan I Şah Təhma-
sib də bu məsələnin həlli üzərində düşünməli olmuşdu. Ancaq şahlığı
dövründə o, bu məsələnin həllinə nail ola bilmədi. Şah Təhmasibdən sonra
II Şah İsmayıl və Şah Sultan Məhəmməd Xudabəndə də dövlətin şimal-
şərq sərhədinin özbək və türkmən yürüşlərindən qorunması zərurəti ilə
üzbəüz qalmışdı. Bununla belə, onların hakimiyyəti dövründə də şimal-
şərq sərhədlərinin qorunması məsələsi öz həllini tapmadı. Nəhayət, Şah
Abbas dövründə şimal-şərq sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi
sahəsində daha səmərəli addımlar atıldı.
Məlumdur ki, hakimiyyətə gələndən sonra Şah Abbas fars ünsürlərinin
mövqeyini daha da gücləndirdi. Şiə məzhəbini dövlət səviyyəsinə qaldır-
maqla böyük Türkçülüyü parçalamağa müyəssər oldu, bununla şiə
məzhəbinə itaət edən  xalqları Səfəvi dövlətində birləşdirmək istəsə də
nəticədə Turançılığa əngəl yaratdı. Belə ki, Osmanlı və sünni Orta Asiya
türkləri ilə bir ayrılıq əmələ gətirdi və sonda türk-İran dövləti XIX əsrin
axırı üçün öz türk mahiyyətini itirdi. Bu günə qədər də 30 milyona yaxın
soydaşımız fars  şovinizminin əsarəti altında qalmaqdadır. Bu faciənin
əsasını Şah İsmayıl bilmədən qoysa da, Nadir şah bunu aradan qaldırmağa
çalışsa da, lakin fiziki baxımdan müyəssər ola bilmədi və ona qarşı olan
çoxlu sui-qəsdlər axır ki,  qeyri-türk millətləri arzusuna çatdırdı. Belə ki,
Böyük Turan dövlətinin yarana bilməməsi rusların, farsların, ermənilərin,
gürcülərin, başqa türk olmayanların əl-qolunu açmış oldu və son nəticədə
Əfşar imperiyasının torpaqları ərazisində Ermənistan, Gürcüstan
(Rusiyanın Avropa hissəsinin cənubu, Şimali Qafqaz Muxtar Respublikaları
da daxil olmaqla) və İran İslam Respublikası, Orta Asiya Respublikaları
(Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan), Əfqanıstan, Pakistan,
Bəxreyn, Oman və başqa dövlətlər yarandı. 
Bununla belə, Şah Abbas əfşarların döyüşkənliyini və mübarizliyini
layiqincə qiymətləndirdi və onların bu bacarığından bəhrələnməyə çalışdı.
Dövlətin şimal-şərq sərhədlərinin möhkəmləndirilməsi işində də Şah Abbas
daha çox əfşarlara bel bağlamağı üstün sayırdı. Onun hakimiyyəti dövründə
özbək Abdulla xanın və Əbdül Mömün xanın Məşhədə və Nişapura vi-
ranedici yürüşlərinin qarşısının alınması üçün Şah Abbas tərəfindən həmin
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
37


bölgəyə Mustafa xan Kəngərlinin rəhbərliyi altında əfşar və kürd tayfaları
göndərildi. Nəticədə özbəklər əzilərək bölgədən qovuldular. Bundan sonra
Şah Abbas sərhəddə yerləşən Qoçan, Bocnurd, Dərgəz, Kelat və Sərəxsin
qorunmasını əfşarlara həvalə etdi. Bununla əlaqədar Şah Abbas Səfəvi
dövlətinin şimal-qərb rayonlarında – Göyçə ərazisində, Qazax-Şəmşir sul-
tanlığında məskunlaşmış əfşarlar tayfasından 15 minə yaxınını Xorasan vi-
layətinə köçürdü və orada yerləşdirdi.
1
Kelat-Dərgəz bölgəsinə köçürülən əfşarlar burada yeni bir mühit for-
malaşdırmağa başladılar. Əfşarlar bu bölgədə məskunlaşdılar, öz həyatlarını
qurdular və eyni zamanda sərhəd xəttində canlı sipər rolunu öz üzərlərinə
götürdülər. Şah Abbas köçürməsindən sonra əfşarlar bölgənin idarəçiliyini
öz üzərlərinə götürməklə birbaşa mərkəzi hakimiyyətə tabe idilər. Ancaq
vaxt ötdükcə, mərkəzi hakimiyyət zəiflədikcə və mərkəzi hakimiyyətdə
təmsil olunanlar əfşarlardan daha çox ehtiyatlandıqları üçün Xorasan əfşar-
larının idarəçiliyi də Məşhəd bəylərbəyiliyinin tabeliyinə verildi. Heç şüb-
həsiz ki, mərkəzi hakimiyyətin möhkəm olduğu vaxtlarda əfşarlara daha
ciddi himayənin göstərilməsi, eləcə də mərkəzi hakimiyyətin zəifləməsi
bölgədə formalaşan mühitə də öz təsirini göstərirdi. Canlı sərhəd mü ha -
fizəsi rolunu oynamaqla əfşarlar kifayət qədər mürəkkəb olan bölgədə yer-
ləşmişdilər. Mütəmadi olaraq davam edən özbək və türkmən yürüşlərinin
qarşısının alınması  bölgədə daha dinc və qurucu mühitin yaradılmasını
şərtləndirə bilərdi. Ancaq mərkəzi hakimiyyətdən dəstək duyulmadığı dövr-
lərdə buna nail olmaq elə də asan olmurdu.
Nadir şahın doğulub böyüdüyü Əbivərd-Dərgəz bölgəsinin əfşarları
da ora Şah Abbasın vaxtında köçürülmüşdü. Şah Abbasın ölümündən sonra
hərc-mərcliyin genişlənməsi Xorasan vilayətində özünü göstərdi. Dərgəz
ətrafında məskunlaşmış olan türk tayfaları mövcud vəziyyətə münasibətdə
iki dəstəyə bölündülər. Birinci dəstəyə Əhmədli, Papalı, Əmirli və digər
Qacar oymaqları daxil idilər. Onlar bildirirdilər ki, bir halda ki, mərkəzi
hakimiyyət zəifləyib və bölgənin mühafizəsinə səmərəli kömək göstərə
bilmir, onda Xivə xanlığı ilə daha yaxın əlaqələr qurmaq lazımdır. İkinci
dəstədə isə Əfşar oymaqları birləşirdilər. Onlar heç bir halda özbək və türk-
mənlərlə yaxınlaşmağı qəbul etmirdilər və Qacar oymaqlarının mövqeyinə
Úàùàíýèð Ùöñåéí ßôøàð
38
1
M.Sultanov. Göstərilən əsəri,  s. 20.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə