Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə7/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   2   3   4   5   6   7   8   9   10   ...   78

likasının bəzi əraziləri daxil olmuşdur. Azərbaycanın  paytaxtı  əvvəlcə
Ərdəbil, daha sonra Təbriz şəhəri olmuşdur.
Nadir 1736-cı ilin fevral ayında şahlıq tacını da məhz Azərbaycanda
– Muğanda  Suqovuşanda başına qoydu. Əlbəttə, bu  təsadüfi deyildi və
Nadirin milli kökünə ehtiramının bir göstəricisi idi.
A.Ə.Əbdürrəhmanovun əsərində
1
XVIII əsrin birinci yarısında üç
qonşu dövlətin Rusiya, İran və Osmanlı imperiyasının münasibətlərindən
bəhs edilir. Eləcə də müəllif qısaca da olsa Nadir şah Əfşarın Azərbaycanı
özünə tabe etməsindən  söhbət açır. Göründüyü kimi, bu müəllif də hadisə -
lərə doğru yanaşmır. Çünki Nadir, əslində, İranı və onun ətrafını Azər-
baycan naminə fəth etdi.  Azərbaycan  dövlətini (bəylərbəyliyini) bərpa
etdi. 
Nadir şah dövrü ilə birbaşa əlaqəsi olan əsərlərdən biri də tanınmış
Azərbaycan tarixçisi H.B.Abdullayevin «Azər baycan XVIII əsrdə və onun
Rusiya ilə qarşılıqlı əlaqələri» adlı əsəridir.
2
Adından göründüyü kimi,
əsərdə bütöv bir əsr ərzində Azərbaycanın sosial, iqtisadi və siyasi
vəziyyətindən söhbət açılır və Azərbaycanın Rusiya ilə iqtisadi, siyasi və
mədəni əlaqələrindən bəhs edilir. Müəllif əsərini yazarkən özünün qeyd et-
diyinə görə, əsas problem kimi keçmiş SSRİ xalqlarının dostluq əla qə lə ri -
nin öyrənilməsini nəzərdən keçirtsə də, eyni zamanda, Nadir şahla bağlı
müəyyən məlumatlar vermişdir.
3
Professor F.M.Əliyevin yazmış olduğu monoqrafiyada
4
XVIII əsrin
birinci rübündə Azərbaycan torpaqlarının Rusiya və Osmanlı imperiyaları
arasında bölüşdürülməsindən sonra Osmanlı idarəçiliyi altında olan Azər-
baycanın durumu, Nadir şahın hakimiyyəti dövründə Azərbaycanda baş
verən hadisələr və onun qətlindən sonra Azərbaycanda müstəqil və yarım-
müstəqil feodal dövlətlərin yaranması işıqlandırılmışdır. Lakin qeyd etmək
istərdim ki, müəllif Azərbaycan dedikdə yalnız Şimali Azərbaycanı nəzərdə
Úàùàíýèð Ùöñåéí ßôøàð
22
1
Абдуллаев Г.Б. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку, 1965.
2
Абдуррахманов А.А. Азербайджан в взаимоотношениях Русский –Турции и Ирана в
первой половине XVIII веке. Баку, 1964.
3
Абдуллаев Г.Б. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку, 1965.
4
Алиев Ф.М. Антииранские дистипление и борьба против Туречской в Азербайджана в
первой половине XVIII в. Баку, 1975.


tutmuş və III Sam Mirzə üsyanından savayı Cənubi Azərbaycanda baş
verən hadisələrə, demək olar ki, toxunmamışdır.
Nadir şahın hakimiyyəti dövründəki Azərbaycan haq qında A.P.No ve -
selt  sevin  araşdırmalarından
1
da maraqlı mə lumatlara rast gəlinir. Dövrün
rus konsullarının məlumatlarına əsaslanaraq Azərbaycan tarixinin XVIII
əsrin 20-60-cı illərini işıqlandıran G.N.Məmmədova əsərində Nadir şahla
bağlı bir sıra önəmli məlumatlar vermişdir. Bütün bunlarla yanaşı, mən
N.A.Smirnovun, O.P.Markovanın, S.A.Məm 
mədovun, Ş.S.Əli 
yevin,
L.İ.Yunusovanın, Ə.N.Qu liyevin  kitablarından
2
və digər tarixi əsərlərdən
də istifadə etmişəm.
Müstəqillik əldə etdikdən sonra tarixə daha obyektiv yanaşılmış, XVIII
əsrin I yarısında İranın, Rusiyanın və Osmanlı imperiyasının Cənubi
Qafqazda yeritdikləri siyasətə düzgün qiymət verilmiş və bu dövlətlər
arasında olan qarşı durmalar obyektiv şəkildə işıqlandırılmışdır ki, bu
yönümdə də tanınmış tədqiqatçılardan olan professor T.T.Mustafazadənin
əməyini
3
xüsusilə qiymətləndirmək lazımdır. Belə ki, müəllif zəngin arxiv
materialları əsasında XVIII əsrin birinci qərinə sində Azərbaycandakı rus-
türk rəqabətini, Azərbaycan torpaqlarının Osmanlı və Rusiya imperiyaları
arasında bölüşdürül dükdən sonra bu bölgələrin sosial-iqtisadi və siyasi du-
rumunu, həmçinin bu dövrdə üç dövlətin – Rusiya, Səfəvi və Osmanlı
dövlətlərinin yeritdiyi siyasətdə Azərbaycanın oynadığı rolu işıqlan dırmışdır.
Müstəqillik dövründə işıq üzü görmüş «Azərbaycan tarixi»
4
kimi ümu-
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
23
1
Новосельцев А.П. Из истории классовой борьбы в Азербайджане и восточной Армении
в ХVII-ХVIII // АН Исторические записки, 1960, №67, Освободительная борьба Закав-
казья в XVIII веке. // Вопросы Истории АН СССР, 1972, № 5.
2
Мамедова Г.Н. Русские консулы об Азербайджане (20-60-е годы XVIII века). Баку, 1989.
Смирнов Н.А.Политика России на Кавказе в ХVIХ веках. Москва, 1958; Маркова О.П.
Россия, Закавказье и международные отношения в XVIII веке. Москва, 1966; Мамедов
С.А. Азербайджан по источникам ХV – первой половины XVIII вв. Баку, 1993; Гусейнов
Ш.С. Последствия налоговой политики шаха Султан Гусейна и Надир шаха для эконо-
мики Азербайджана // Azərbaycan SSR EA-nın xəbərləri. İctimai elmlər seriyası, 1961, №4.
Юнусова Л.Н. Торговая экспанся Англии в бассейне Каспия в первой половине  XVIII
века. Баку, 1988; Quliyev Ə.N. Azərbaycan–Rusiya münasibətləri tarixindən XV-XVIII əsrlər.
Bakı, 1958.
3
Мустафазаде Т.Т. Азербайджан и русско-турецкие отношения в первой трети, XVIII в.
Баку, 1993
4
Azərbaycan tarixi. c. III, Bakı, 1998.


miləşdirilmiş kitablarda da Nadirlə bağlı hadisələrə obyektiv yanaşılmışdır.
Öyrəndiyim mövzu ilə bağlı keçmiş Sovetlər birliyi məkanından xa -
ricdə də bir sıra elmi əsərlər nəşr olunmuşdu. Bunlardan birinci növbədə
XX əsrin əvvəllərində yaşamış Kembric Universitetinin tarixçi professoru
ingilis L.Lokkartın əməyini
1
qiymətləndirmək lazımdır. Müəllif bütövlükdə
Nadir şah Əfşar dövlətindən bəhs etdiyi üçün Azərbaycanda baş verən bir
çox hadisələrə diqqət yetirməmiş, bir sıra hadisələrə isə ötəri nəzər salmış
və əsərində əsas etibarilə dövlətin hərbi-siyasi tarixindən bəhs edərək,
demək olar ki, dövlətdə həyata keçirilən vergi, köçürmə, aqrar siyasət
haqqında qətiyyən söhbət açmamışdır. Həmçinin vurğulamaq istəyirəm ki,
əsər XX əsrin birinci yarısında yazılsa da, çox böyük tarixi mənbələrə isti-
nad edilmişdir. Əsərdə Nadir şahın əzəməti və böyük fatehliyi qeyd
edilməklə yanaşı, onun qəddar, amansız obrazı da verilmişdir. Əlbəttə, in-
gilis aliminin qeydlərini də başa düşmək olar. Hətta bəzi qərb alimləri
Nadirin irland, şotland mənşəli olduğunu da bəzi mənbələrdə sübut etməyə
çalışmışlar. Qərb alimləri qısqanclıq hislərindən belə bir şəxsiyyətin türk
əfşar oğlu olduğunu heç cür qəbul etmək istəməmişlər. Lakin onu da qeyd
etmək istəyirəm ki, tədqiqatçı alim 300-dən artıq tarixi əsər və məqa lə lər -
dən istifadə edib Nadir şah haqqında tarixi bir fundamental əsər ərsəyə
gətirmişdir.
Nadir şah haqqında əsər yazan digər bir Qərbi Avropa tarixçisi isə
V.Minorskidir. Onun «Nadir şahın tarixçəsi»
2
adlı əsərində Nadir şah
Əfşarın anadan olmasından qətlə yetirilməsinədək olan dövrün siyasi hadi -
sələrindən (tam olmasa da) söhbət açılır.
XX əsr İran tarixşünaslığında Nadir şaha aid bir sıra əsərlər yazılmışdır
ki, bu əsərlərdən biri də Xorasanlı Məhəmməd Hüseyn Qüddusinin «Nadir
şah» əsəridir.
3
Belə ki, müəllif əsərində əsas etibarilə dövrün hərbi-siyasi
vəziyyətini daha qabarıq göstərməyə çalışmışdır.
Nadir şah Əfşar haqqında böyük həcmli əsər yazan XX əsrin digər İran
tarixçilərindən A.T.Sərdadvəri və M.H.Meyməndi Nejadı da göstərmək
olar. Yuxarıda adları çəkilən bu İran tarixçilərindən fərqli olaraq, M.Ə.Pə-
Úàùàíýèð Ùöñåéí ßôøàð
24
1
Lokkart L. Nadir şah. Bakı, 2013.
2
Minorski V. Nadir şahın tarixçəsi. London, 1928.
3
M.H. Qüddusi. Nadir şah. Tərcümə və ön sözün müəllifi M.Ə.Müsəddiq. Bakı, «Gənclik»,
1999.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə