Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə4/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   2   3   4   5   6   7   8   9   ...   78

lərin öhdəsindən uğurla gəlirdi. Onun ordusunda polad intizam və ciddi
qayda-qanunlar var idi. 230 ildən artıq İranda hökmranlıq edən Səfəvilər
sülaləsinin sonlarında dağılmaqda olan Səfəvilər dövlətini Nadir şah
yenidən bərpa edib, Əfşar dövlətini yaratdı. Bütün xarici işğalçıları qovub,
ölkədən çıxartdı. Daxili qiyamçıları aradan götürüb, qüdrətli bir imperiya
yaratdı. Dövlətin ərazisini iki dəfədən artıq genişləndirdi. Təəssüf ki, Nadir
şahdan sonra Azərbaycanın bütövlüyünü qorumaq mümkün olmadı. Hələ
XVIII əsrin əvvəllərində Nadir şahın dövründə ruslar iki dəfə Dərbəndi,
Bakını tutub, Gilana, Rəştə qədər zəbt etmişdilər. Lakin Nadir onlara elə
cavab vermişdi ki, Nadirdən  sonra 70 ilə yaxın rus qoşunları Azərbaycana
girməyə cəsarət etməmişdilər. Yalnız ruslar XIX yüzilliyin əvvəllərində
Azərbaycanın quzey hissəsini Nadir şah Əfşar dövründən sonra xanlıqlara
parçalanmış hissəsini işğal etdilər və o gündən də Azərbaycan iki hissəyə
parçalandı.
Məndə belə bir marağın daha da güclənməsinə impuls verən amil-
lərdən biri də akademik Ramiz Mehdiyevin Şah İsmayıl haqqında yazmış
olduğu dərin məzmunlu məqaləsi oldu. Elmdə baş alıb gedən yalançı nor-
mativlərin əleyhinə çıxan hörmətli akademik göstərir ki, «bütün zid-
diyyətləri ilə yanaşı, Şah İsmayıl öz zəmanəsinin övladı olmaqla  onun
fövqünə qalxmağı bacarmış, rəsmi olaraq azərbaycançılıq missiyasının
əsasını qoymuşdur».
1
Məqalədə tarixi şəxsiyyətlərə yanaşmağın konkret
proqram-platforması ifadə olunmuşdur.
Baxmayaraq ki, Nadir şah haqqında da onun böyük şəxsiyyətini
aşağılayan söhbətlər Sovet dönəmində baş alıb getmişdir. Sovet-rus tarix -
çilərinin belə fikirlər söyləmələri Nadir şahın rus imperiyasının Qafqazda
apardığı siyasətin qarşısını alan böyük bir fateh və onları Azərbaycanın
şərq hissəsindən və Şimali Qafqazdan qovub çıxarmış bir şəxsiyyət
olduğuna görə və hətta I Pyotrun və xələflərinin Nadir şah dövründə
Qafqaza daxil ola bilməmələrindən irəli gəlirdi. Amma qəlbi mənsub
olduğu soyun tarixini öyrənmək eşqi ilə çırpınan bir övlad kimi əlim yetən
ən müxtəlif mənbələrə və tarixi, bədii-publisistik aspektdə yazılmış əsərlərə
də dərindən nüfuz etdikdən sonra Nadiri Allah yolunda çarpışan əsl ədalət
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
13
1
Ramiz Mehdiyev. «Şah İsmayıl Səfəvi ali məramlı tarixi ünsiyyət kimi». 2013-cü ildə mü-
vafiq saytda yerləşdirilmişdir.


mücəssəməsi və islamçılığın, türkçülüyün, azərbaycançılığın birliyi  üçün
çalışan bir fateh kimi kəşf etdim. Cinayətin cəzasız, İlahinin əməllərinin
mükafatsız qoymadığının fərqinə vardım. Bərbad olmuş Səfəvi xanə-
danının ərazilərini həmin coğrafi hüdudlar daxilində bərpa etməsi, Əfşar
dövlətinin ərazisini 5,5 mln.kv.km-dək artıra bilməsi və Azərbaycan
xalqının siyasi etnik birliyini bir daha yarada bilməsi, dini islahat cəhdləri
duyğularımı ehtizaza gətirdi.
Lakin mən öz işimi soy-kökümün tarixi əzəmətindən öyünməklə bitir-
mək istəmədim və Nadirin yaratmış olduğu Əfşar dövlətinin qısa mövcud-
luq fəaliyyətini və Nadirin faciəli ölümündən sonra onun nəhəng dövlətinin
tarixi taleyini öz avtobioqrafik əsərimin preambulasına daxil etməyi özümə
borc bildim. Ona görə ki, elmi-texniki inkişaf sarıdan bəşəriyyət nə qədər
inkişaf etsə də, Nadir şah Əfşarın ruhu, siyasi və hərbi əzəmətini öyrənmək
zərurəti heç vaxt aradan qalxmayacaqdır.
Belə bir maraq bizdə də vardır. Xüsusilə əcdadlarımızın Nadir şaha
olan nəsil bağlılığı tərəfimizdən bu böyük şəxsiyyətin həyatına olan haqlı
marağı daha da artırmışdır. Ona görə Nadir şah barəsində yazılmış və
yenicə çapdan çıxmış əsərləri çox yaxından izləyirik. Bu əsərlərin hər
birinin öz maraqlı cəhətləri vardır və hər bir əsərdən yeni bir məlumat əxz
etmək mümkündür. Həmin əsərlərdən alınan təəssüratlar məni də Nadir şah
haqqında öz düşüncələrimi qələmə almağa təşviq etdi. Nəticədə bu əsərim
ortaya çıxdı. Məqsəd daha geniş oxucu kütləsi üçün maraq doğura biləcək
XVIII əsrin birinci yarısında Əfşar dövlətinin yaranması, dövrü və
süqutunu, Nadir şah Əfşar dövlətinin qısa salnaməsini və Nadirin azərbay-
cançılığını  bildirəcək bir kitabı ortaya qoymaqdır.
Mən həm də bu xatirələrin ulu əcdadımıza olan ehtiramımızın əlaməti
kimi qəbul edilməsini istərdim. «Mənim xidməti və siyasi fəaliyətim» adlı
xatirələrim və atam Hüseyn Hüseynovun «Qalxın! Məhkəmə gəlir» me mua -
rı ilə birlikdə «Ömürdən anlar» adı ilə 2012-ci ildə çap edilmişdir. Həmin
əsərlərdə XX əsrin 30-cu illərindən XXI əsrin birinci on illiyinə qədər res -
publikamızda gedən ictimai-siyasi proseslərə, sovet üsul idarəsinə, məh kəmə
sisteminə, daxili işlər orqanlarının fəaliyyətinə, XII çağırış Ali Sovetin (1991-
1995-ci illər) fəaliyyətinə, Sovetlər birliyinin dağılmasına, Dağlıq Qarabağda
gedən proseslərə, Heydər Əliyevin hakimiyyətə qa yı dı şına, II çağırış Milli
Məclisin (2000-2005-ci illər) fəaliyyətinə və s. toxunulmuş və həmçinin
Úàùàíýèð Ùöñåéí ßôøàð
14


nəsil-şəcərəmiz haqqında qısa da olsa məlumat verilmişdir.
Bu elmi-populyar əsərimi isə yazmaqda məqsədim Asiyanın sonuncu
fatehi, məğlubedilməz sərkərdəsi – Azərbaycan (İran) Nadir şah Əfşar im-
periyasının banisi Nadir şah Əfşarın dövlətinin və həyatının salnaməsinin
bəzi zəruri məqamlarını təqdim etməkdir. Bu əsərin ərsəyə gəlməsində tarix
elminə olan marağımdan, uzun illər oxuduğum kitablardan, bir sıra tarixi
mənbələrdən, apardığım tədqiqatlardan və nəsil-şəcərəmə aid olan söh-
bətlərə istinad edərək bəhrələnmişəm. Bu araşdırmanı aparmaq, atam
Hüseyn Hüseynovun da çox böyük bir arzusu idi. (Hətta onun 1952-1957-ci
illərdə BDU-nun tarix fakültəsində oxuyub ikinci təhsil almasında da
məqsədi bu tarixi araşdırmaq olmuşdur). Lakin Sovet dövrünün təhdidləri
bunu araşdırmağa ona imkan verməmişdir. Mən son illərdə Azərbaycan
Milli Elmlər Akademiyasında elmi fəaliyyətlə məşğul olmaqla tarixi
sənədləri, materialları, Türkiyə və İran İslam respublikalarında intensiv ax-
tarışlarımı davam etdirib, sonda bu əsərimi ərsəyə gətirə bildim. Əsəri yaz-
maqda məqsədim heç də Nadir şahın nəslinin davamçısı olmaq iddiası ilə
bağlı deyil. Bir azərbaycanlı kimi Azərbaycan dövlətinin həqiqi tarixini
açmaq və belə bir dahi şəxsiyyəti və onun qurduğu Əfşar dövlətinin əzəmə-
tini göstərməkdir.
Nəticədə Nadir şahın soy-kökü, şəxsi keyfiyyətləri, keçirdiyi hərbi
yürüşləri və döyüşləri, Muğan qurultayı, dini islahatları, diplomatik əla -
qə lə ri, ordusu, azərbaycançılığı, şəcərəsi və ən başlıcası 5,5 mln. kv. 
km-ə yaxın ərazidə qurduğu nəhəng Azərbaycan (İran) Nadir şah Əfşar
dövlətinin (1732-1802-ci illər) tarixini elmi-populyar tərzdə işıqlandır-
maqdır.
Nadir şah haqqında dünya tarixçiləri tərəfindən Avropa və Asiyada
XVIII-XX əsrlərdə dəfələrlə ingilis, fransız, alman, holland, rus,  fars, hind,
gürcü, erməni və s. dillərdə yüzlərlə tarixi elmi əsər yazılsa da, təəssüflər
olsun ki, onun doğma Vətəni Azərbaycan Respub likasında heç bir tarixi-
elmi, elmi-publisistik monoqrafik əsər bu günə qədər nəşr edilməmişdir.
Bu il Nadir şahın anadan olmasının 325 (1689-2014), gələn il isə Nadir
şah Əfşar dövlətinin yaranmasının  280 (1735/36-2015) illiyi tamam olur.
Onun əziz xatirəsini və qurduğu dövlətin əzəmətini yad etməklə, əsərimi
möhtərəm oxucularımın mühakiməsinə təqdim edirəm…
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
15


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə