Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə5/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   2   3   4   5   6   7   8   9   ...   78

I FƏSİL
TARİXÇİLƏR NADİR ŞAH HAQQINDA
1.1. Nadir şahın tarixinə bir baxış
Ã
eyd edildiyi kimi, kifayət qədər maraqlı şəxsiyyət olması etibarilə
Nadir şah çoxlu sayda tarixçilərin diqqətini özünə cəlb etmiş və
onların araşdırmalarının mövzusu olmuşdur. Həmin araşdırmalarda müx-
təlif fikirlərlə, müxtəlif yanaşmalarla rastlaşmaq mümkündür. Bu araşdır-
malara dövrün və mühitin təsiri öz izlərini buraxmışdır. Məsələn, Sovet
dövründə Nadir şah haqqında yazılan əsərlərdə heç şübhəsiz ki, sovet to-
talitar ideo logiyasının çərçivəsindən çıxmaq mümkün olmamışdır. Bu əsər-
lərə, ilk növbədə, sinfi mübarizə mövqeyindən yanaşılmışdır və Nadir şahın
dövrünə, onun fəaliyyətinə də sinfi mübarizə mövqeyindən qiymət veril -
mişdir. Belə bir mövqe isə Nadir şahın şəxsiyyətinin hərtərəfli qiymətlən -
dirilməsinə öz mənfi təsirini göstərmişdir. Ona görə belə əsərlərdə Nadirin
Səfəvi sərhədlərinin bərpası üçün apardığı mübarizə, onun Azər baycan
xalqının ictimai-siyasi həyatındakı rolu, Nadir şahın dinə münasibəti və s.
məsələlər haqqında lazımi təsəvvür əldə etmək mümkün deyildir.
Bunlar isə  Nadir şahın yaratdığı Əfşarlar dövlətinin tarixi, Nadir şahın
faciəli şəkildə qətlə yetirilməsindən sonra onun yaratdığı dövlətin taleyi
barədə daha doğru məlumatların ümumiləşdirilməsi  bizdə haqlı bir maraq
yaratdı. Şübhə etmirik ki, bəşəriyyət elmi-texniki sahədə nə qədər inkişaf
etsə də, Nadir şahın şəxsiyyətinə maraq qalmaqda davam edəcəkdir.
Məlumdur ki, 1722-ci ildə Səfəvilərin şahı olan Sultan Hüseynin
hakimiyyəti illərində əfqan qiyamının qalxması və Səfəvi qüvvələrinin
əfqanlar tərəfindən məğlub edilməsi Səfəvi hakimiyyətində mürəkkəb
hərbi-siyasi vəziyyət yaratdı. Tarixi mənbələrin göstərdiyi kimi, hakimiyyət
məsuliy yət sizliyi və səbatsızlığı nəticəsində Səfəvi dövlətinin tərkibində
olan Cənubi Qafqazın şərq hissəsi, yəni Dərbənd, Bakı, Salyan, Gilan
Rusiyanın, Cənubi Qafqazın və bütünlüklə ölkənin qərb hissəsi Osmanlı
dövlətinin, İsfahan və mərkəzi vilayətlər gilzayı əfqanlarının, Herat və
Úàùàíýèð Ùöñåéí ßôøàð
16


ətrafı əbdalı əfqanlarının, Səfə vi lərin dini dayağı olan Xorasan vilayəti
Məlik Mahmudun, Kelat və Əbivərd Nadirin, Fars körfəzi sahilləri ərəb
şeyx lərinin, Mazandaran və Asdrabad isə qacarların əlinə keçdi. Belə bir
mürəkkəb tarixi şəraitdə Nadir II Şah Təhmasiblə birləşib Səfəvilərin it-
məkdə olan qüdrətini yenidən özlərinə qaytardı, böyük tarixi olan bir
dövlətin məhv olmasının qarşısını aldı.  İşğal olunmuş ərazilərin geri qay-
tarılması məhz Nadir şah Əfşarın adı ilə bağlıdır və XVIII əsrdə Səfəvilər
dövlətinin dağılmasının qarşısını da  məhz Nadir şah almışdır.
Ərazilərin geri qaytarılmasını təmin edən Nadir ölkənin real olaraq
hakiminə çevrildi. Nadir Əfşar itirilmiş ərazilərin hamısını, o cümlədən
Azərbaycan ərazisini öz dönməz iradəsi və misilsiz hərbi istedadı ilə baş-
dan-başa ələ keçirdi. Beləliklə, Azərbaycanda da Nadirin hakimiyyət dövrü
başladı.
Nadir gücünə və hərbi istedadına güvənən bir şəxsiyyət olmaqla
yanaşı,  həm də təəssübkeş bir türk oğlu idi. O özündən əvvəlki türkdilli
şahların hakimiyyətinə yaxşı bələd idi və öz fəaliyyəti ilə ululardan miras
qalmış ərazilərin hamısını geri qaytara bildi. Nəticədə doğma Azərbaycan
da Nadirin yaratdığı nəhəng dövlətin tərkibinə daxil olmaqla onun  nüvəsini
təşkil etdi.
Məlumdur ki, şimalda Dərbənd, cənubda Zəncana qədər olan məkanda
yerləşən Azərbaycan olduqca zəngin, çoxəsrlik tarixə malik olan bir ölkədir.
Bu ölkənin, doğma Azər bay canı mızın tarixinin qaranlıq qalmış və təhrif
edilmiş səhifələrini işıqlandırmaq tədqiqatçılar qarşısında duran ən ümdə
vəzifələrdəndir. Dərindən və obyektiv tədqiq olunmasının zəruri olduğu
tarixi dövrlərdən biri də Nadirin dövrüdür (1722-1747).
Yuxarıda qeyd etdiyim kimi, XVIII əsrin II rübündə Səfəvilər dövləti
dağılmış, Azərbaycan türkü, Əfşar tayfasından olan Nadir öz hərbçiləri ilə
imperiyanı bərpa etmişdi. Nadirin şəcərəsini və onun yaratdığı dövlətin
tərkibində Azərbaycanın da iqtisadi və siyasi durumunu ətraflı işıqlandır-
maq həm elmi, həm də siyasi cəhətdən aktualdır. Çünki Nadir Səfəvilərdən
sonra mükəmməl bir hakimiyyət fonunda Azərbaycan türklərinin siyasi, ən
başlıcası isə etnik konsolidasiyasını – birliyini yarada bilmişdi.
Azərbaycanın yenidən müstəqilliyini bərpa edib inamla bu yolda
irəlilədiyi bir zamanda dövlətçiliyimizin möhkəm 
lən 
dirilməsi üçün
dövlətçilik tarixinin və ənənələrinin öyrənil məsinin böyük faydası ola bilər.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
17


Dövlətçilik tariximizdə isə Nadir şah Əfşarın özünəməxsus yeri var. Buna
görə də Şimali Qafqazdan Fars körfəzinə, Urmiya gölündən Hindistana
kimi, Əfqanıstanı, Türküstanı və Amudəryaya qədər  ərazini əhatə etmiş
Nadir şah Əfşar  imperiyasının tarixinin öyrənilməsi mühüm elmi-tarixi
aktuallıq kəsb edir.
Nadir şah Əfşar dövlətinin tarixini öyrənməyin daha bir elmi aktuallığı
da bununla izah oluna bilər ki, uzun müddət totalitar sovet rejimi dövründə
bu məşhur sərkərdə və dövlət xadimi yad, hətta Azərbaycan xalqının qəddar
düşməni kimi qələmə verilmiş, onun yaratdığı dövlətin tarixi, demək olar
ki, öyrənilməmiş, yaxud da qərəzli şəkildə öyrənilmişdir. Bu gün Nadir şah
Əfşarın mənşəyi və tarix meydanında yüksəlişi, eləcə də Nadirin özünün
məhz Şimali Azərbaycanda – Muğanda (indiki Suqovuşanda) şah seçilmə -
sinə nail olması, Nadir şah tərəfindən Azərbaycanda yürüdülən daxili
siyasətə sovet ideologiyasından fərqli olaraq, yeni müstəvidən yanaşmaq
və yeni-yeni mətləbləri ortaya çıxarmağın zəruriliyini ortaya qoyur.
Qədim zamanlardan bəri məğrurluğu, igidliyi, qorxubilməzliyi ilə
seçilən Azərbaycan türkləri öz dövlətçiliyini qorumaq üçün daim qonşu
dövlətlərlə mübarizə aparmışlar. Bir sıra hallarda güclü dövlətlər tərəfindən
məğlub edilərək torpaqları istila edilsə belə, yenə də silahı yerə qoymamış
və mübarizəni üsyanlar və müxtəlif azadlıq hərəkatları formasında davam
etdirmişlər. Nadir dövrü də bu baxımdan istisna təşkil etmir.
Nadir şah Əfşarın yaratdığı dövlətin (tərkibinə qatılmış olan), Azər-
baycanın bu dövlətdə yerini və oynadığı  rolunu, həmçinin bu dövrdə Azər-
baycanda baş verən hadisələri lazımi şəkildə öyrənmədən ölkəmizin XVIII
əsrin I yarısının tarixi haqqında bitkin və obyektiv təsəvvür yaratmaq
mümkün deyildir. Göstərilən dövrün tarixinin öyrənilməsinin çox mühüm
elmi və siyasi cəhətdən aktual xarakter daşıması bir də onunla izah oluna
bilər ki, bu sahədə mənfur qonşular tərəfindən görülən işlərə cavab olan
sanballı araşdırmalar aparılmalıdır.  Məsələn, erməni tarixçilərinin 1963-cü
ildə «Ermənistan Nadir şahın hakimiyyəti altında»  (bu faktla ermənilər
özləri bir daha təsdiq edirlər ki, onlar həmişə Azərbaycan dövlətinin tərki -
bində yaşamışlar) adlı kitab nəşr etmələrinə baxmayaraq, Əfşar dövlətinin
böyük bir hissəsini əhatə edən Azərbaycanın o dövrdəki sosial, iqtisadi və
siyasi vəziyyətini bütövlükdə özündə əks etdirmiş olan elmi əsərlər son
vaxtlaradək yazılmamışdır. Analoji mövzunu Azərbaycan kontekstində
Úàùàíýèð Ùöñåéí ßôøàð
18


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə