Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə8/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   4   5   6   7   8   9   10   11   ...   78

nahi Səmnani isə «Nadir şah» əsərində hadisələrə daha obyektiv yanaşmağa
cəhd göstərmiş və hər hansı bir hadisə haqqında danışanda mənbələrdən
və ya tarixi əsərlərdən iqtibaslar gətirməklə fikrini əsaslandırmağa
çalışmışdır.
İranlı müəlliflərin əsərləri fars dilində yazıldığından onların məni cəlb
edən hissələrindən tərcüməçi vasitəsilə bəhrələnmişəm. Ümumiyyətlə,
Nadir şah  haqqında olan əsərlər çox təəssüf ki, bu günə qədər Azərbaycan
dilinə tərcümə olunmamışdır. Bunların əksəriyyəti fars, rus, ingilis, hind
və s. dillərdədir.
Yuxarıda sadaladığımız və adlarını qeyd etmədiyimiz çoxsaylı tarixi
əsərlərlə yanaşı, Nadirlə bağlı zəngin ilkin mənbələrdən və mənbə tipli
əsərlərdən də istifadə etmişəm. Məhz bu mənbələrdə verilən dəyərli
məlumatlar hesabına Nadir dövründəki Azərbaycanın vəziyyəti haqqında
mənim tərəfimdən ətraflı fikir yürütmək mümkün olmuş, indiyə qədər
Azərbaycan tarixinin qaranlıq qalan səhifələrindən birinə işıq salınmış və
bir sıra mübahisə doğuran suallara cavab tapılmışdır. Belə mənbələrdən
biri Səfəvilər dövlətinin XVII əsrin sonu – XVIII əsrin əvvəlindəki iqtisadi
vəziyyətini, inzibati bölgüsünü və idarəetmə sistemini öyrənmək baxımın-
dan əhəmiyyətli olan Mirzə Səmianın V.Minorski tərəfindən araşdırılaraq
nəşr olunmuş «Təzkirət-ə əl-müluk» əsəridir.
İranda, həmçinin Azərbaycanda XVIII əsrin 20-ci illərində baş verən
hadisələri öyrənmək baxımından yardımçı olan mənbələrdən biri də rus
konsulu S.Avramovun qeydləridir.
1
Abraam Yerevantsinin əsəri və onun
səhvən anonim müəllif adından gedən variantı «Anonim erməni xronikası»
2
əsəri Səfəvi dövlətinin 1722-1735-ci illərdə əfqanlara və osmanlılara qarşı
apardığı müharibələrdən bəhs edir.
Abraam Kretatsinin «Təhkiyə»sində
3
isə Nadir Əfşarın 1734-1736-cı
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
25
1
Миклухо-Маклай Н.Д. Записки С.Аврамова об Иране как историче ский источник //
Ученые запуски ЛГУ, 1952, № 128. Абраам Ереванци. История войн 1721-1736 гг. Ере-
ван, 1939; Армян ская анонимная хроника 1722-1736 гг. перевод и примечания З.М.Бу-
нятова. Баку, 1988.
2
Абраам Ереванци. История войн 1721-1736 гг. Ереван, 1939; Армянская анонимная
хроника 1722-1736 гг. перевод и примечания З.М.Бунятова. Баку, 1988.
3
Авраам Кретаци. Повествование. Перевод. Н.К. Корганяна. Ереван, 1973.


illərdə keçirdiyi hərbi əməliyyatlar və xüsusən Muğan qurultayı haqqında
ətraflı məlumatlar verilir.
Nadir şah Əfşarın digər bir müasiri isə XVII əsrin sonu və ya XVIII
əsrin əvvəllərində Şamaxıda anadan olan, ilahiyyatçı Akop Şamaxətsi
1

Muğan qurultayı haqqında bir sıra önəmli məlumatlar verir.
Nadir şah Əfşar haqqında digər bir ilkin mənbə isə «İran şahı Təh-
məsqulu xan haqqında tarix»
2
kitabıdır. Müəllifi anonim olsa da, əsərdə
olduqca maraqlı materiallar vardır. Kitab Nadir şah Əfşarın kökü haqqında
məlumatlarla başlayaraq onun Hindistan səfərindən qayıtması ilə sona yetir.
Əhəmiyyətli mənbələrdən biri də fransız Ceyms Freyzerin «Nadir
şah»
3
əsəridir. Belə ki, Nadir şah Əfşarın müasiri olan C.Freyzer Nadirin
şəxsən özünü görmüş və onu bir sıra döyüşlərdə müşayiət etmiş, gördük-
lərini, eləcə də Nadir şah haqqında eşitdiklərini qələmə alaraq onun
hakimiyyəti dövründəki şəraiti işıqlan dırmışdır.
Nadir şəxsiyyətini öyrənmək baxımından ən qiymətli əsərlər Mirzə
Mehdi xan Astrabadinin və Məhəmməd Kazımın əsərləridir. Belə ki,
ədəbiyyatda, əsasən, «Tarix-i Nadiri» kimi adı çəkilən «Tarix-e  cahan qoşa -
ye Nader-i» əsərinin müəllifi olan M.M.Astrabadi Səfəvi nəslindən olmuş-
dur. Nadir şahın şəxsi katibi olan müəllif çox zaman birincinin həyata
keçirdiyi yürüşlərdə onu müşayiət etmiş və bir çox hadisələrin canlı şahidi
olmuşdur. M.M.Astrabadi Nadir şahı, haqlı olaraq, vəsf etmişdir. Qeyd
edim ki, mən «Tarix-e cahan qoşa -ye Nader-i»nin Ə.Beroməndin müqəd-
diməsi ilə eynən ilkin variant kimi nəstəliq xətti ilə 1991-ci ildə Tehranda
çap olunmuş nüsxəsindən mütərcim vasitəsi ilə istifadə etmişəm.
M.Kazım  hadisələrin təsvirinə daha obyektiv yanaşmış və Nadir şahın
həyata keçirdiyi vergi və aqrar siyasət haqqında, dövlətin sosial-iqtisadi
durumu, bəzi hərbi-siyasi hadisələr  barədə təkrarolunmaz faktlar ver-
mişdir.
4
Hər iki əsəri müqayisə edən N.D.Mikluxo-Maklay yazır: «Xro no -
loji və bir sıra mühüm, xüsusən hərbi-siyasi məlumatların verilmə sinə görə
Úàùàíýèð Ùöñåéí ßôøàð
26
1
Тер-Аветисян С. Походы Тамас-Кули-хана (Надир шаха) и избрание его шахом в опи-
сании Акопа Шамахеци. Тифлис, 1932.
2
История о Персидском шахе Тахмась кули-хане. Перевод с француз ского С.Решетова.
СПБ, 1762.
3
Bu mənbə haqqında L.Lokkartın kitabından öyrənmişəm.
4
Mərvi Məhəmməd Kazım. «Aləm Ara-ye-Naderi» I cild. Giriş. səh. 20.


Astrabadinin əsəri, xüsusən sosial-iqtisadi xarakterli materialın ümumi
həcminə və verilən məlumatların müxtəlifliyinə görə sözsüz M.Kazımın
əsəri üstündür».
1
Nadirin hakimiyyəti zamanı ingilislərin İrandakı ticarət nümayəndəsi
olan C.Hanveyin əsərindən
2
də ilkin mənbə kimi istifadə edilmişdir.
Digər bir mənbə isə İ.Lerxin Abezquz tərəfindən tərcümə olunmuş
səyahətnaməsidir. Hərbi həkim sifətində rus ordusunda xidmət edən İ.Lerx
iki dəfə (1735-1736 və 1744-1747-ci illər) Azərbaycanın və Gilanın
Xəzəryanı bölgələrində olmuş və gördüklərini, eşitdiklərini gündəliyində
qeyd etmişdi ki, bu da onun ölümündən sonra kitab formasında nəşr olun-
muşdur.
Dövrü işıqlandırmaq baxımından önəmli olan əsərlərdən biri də
Bombey qubernatoru şərqşünas ser Con Molkolmun «İran» əsəridir.
Digər bir mənbə tipli əsər kimi P.Q.Butkovun
3
əsərini göstərmək olar.
Rus ordusu zabiti olan P.Q.Butkovun əsəri rus imperiya maraqlarına xidmət
etsə də, Azərbaycan və Nadir şah Əfşar haqqında bəzən elə fikirlər verir
ki, bunlara da digər mənbələrdə rast gəlinmir. Rus hərbi tarixçisi general
S.R.Kişmişevin
4
yazdığı əsər, əsasən, Nadir şahın Əfqanıstana və Hindis-
tana yürüşündən bəhs edir. Bununla yanaşı, əsərdə Nadir şah Əfşarın
uşaqlığı və gəncliyi, onun xasiyyəti və xarakteri, eləcə də Azərbaycanla
bağlı bir sıra digər mühüm hadisələr barədə qiymətli məlumatlar verilir.
D.Buturlin tərəfindən yazılmış «XVIII əsrdə rus yürüşlərinin hərb
tarixi»
5
əsərində XVIII əsrin əvvəllərində Səfəvi dövlətinin acınacaqlı
durumundan, bu dövrdəki Rus–İran, Rus–Osmanlı, İran–Osmanlı qar şı -
durmalarından bəhs olunur.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
27
1
Mikloxa-Makley N. D. Zapiski C. Avramova ob irone kak isdoriçeskiy ustoçnik. Ycemye
zapiski EQU 1952 N: 1289. 161.
2
C.Hanveyin. AMEA-nın TİEA, inv. 3678.
3
Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Т.I, СПб., 1869,
Т. III, СПб, 1869.
4
Кишмишев С.Р. Походы Надир шаха в Герат, Кандагар, Индию и события в Персии
после его смерти. Тифлис, 1889.
5
Бутурлин Д. Военная история походов россиян в XVIII столетии (заключаюшая в себе
описание Персидской войне с 1722 по 1734-й год). Перевод с французского А.Корни-
ловича. Т.IX, част II, СПб, 1823.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə