Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə16/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   12   13   14   15   16   17   18   19   ...   116

55
www.aliyevheritage.org
görə biz düşünürük ki, tarixi bir an çatacaq ki, siyasi azadlıqlar və demokrati-
yanın qüvvəyə minməsi labüd olsun? Ötən əsr müddətində, xüsusilə də, əsrin 
ikinci yarısında Avropada baş verən transformasiya bunun labüdlüyünə əsas 
verir. Lap yaxınlarda isə bu transformasiya Mərkəzi və Orta Asiyada baş verdi. 
Demokratik islahatlar və inqilabi dəyişikliklər qüvvəyə minəcəkdir.
Bugünkü gündə həmin islahatların və dəyişikliklərin baş verə biləcəyi ən ilk 
region Qara dəniz hövzəsidir. Aşağıdakı səbəblərə görə bunu qətiyyətlə demək 
olar. Regiondakı 8 ölkədən 3-ü NATO-nun və Avropa Birliyinin üzvüdür. Yal-
nız Ukrayna və Rusiya ilə 26+1 formatı üzrə iş aparılır. Qara dəniz hövzəsindəki 
bütün ölkələr Avropanın qonşuluq siyasətinə daxil edilmişdir. Yalnız Ara-
lıq dənizi hövzəsində proseslər eyni sürətlə gedir. Sizə  məlum olduğu kimi, 
Cənubi Qafqaz ölkələri bir neçə gün əvvəl Avropanın qonşuluq siyasətinə da-
xil edilmişdir. Məlum olduğu kimi, müasir dövrdə biz bütün demokratiyalara 
Avropanın müəyyən etdiyi, Avropadakı dostlar və həmkarlarımızın tətbiq et-
diyi demokratiya baxımından yanaşırıq. Qara dəniz hövzəsi ölkələrinin həmin 
standartlara yaxınlaşmasını uzunmüddətli bir proses kimi nəzərdən keçirsək, 
ölkələrin liderlərinin bu barədəki fi kirlərini öyrənmək çox yaxşı olar. Bugünkü 
çıxışlara başlamazdan əvvəl xahiş etmək istəyirəm ki, uzun çıxış etməyəsiniz. 
Kopenhagen meyarlarına, Avropa standartlarına riayət edəsiniz. Çıxışlarınızı, 
sözünüzü qəti, lakin qısa ifadə etməyinizi xahiş edirəm. Bir qədər də çərçivədən 
kənara çıxacağıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı
- Əziz cənab sədr!
Xanımlar və cənablar!
İlk əvvəl mən istərdim ki, vacib beynəlxalq tədbiri hazırladığına görə Mar-
şall Fonduna minnətdarlığımı bildirim. Bu gün mən burada dostlarımla ol-
mağıma sevinirəm. Rumıniyanın xarici işlər naziri cənab Coane. Dostum Mi-
xail Saakaşvili ilə, lap bu yaxınlarda Gürcüstanda onunla görüşlərimiz oldu. 
Cənab Bryus Cekson, o, Bakıya bir neçə  dəfə  səfər edib, bizim çox maraqlı 
müzakirələrimiz olubdur. Bizim ümumi strateji seçimimizə onun töhfəsini də 
yüksək qiymətləndirirəm. Əlbətt ə ki, ev yiyəsinin nümayəndəsi, Azərbaycanın 
ən yaxın münasibətləri olan, ən yaxın bağlantıları olan, bu münasibətlərin 
günü-gündən möhkəmləndiyi Türkiyənin nümayəndəsi cənab Davudoğlu.
Burada, Türkiyədə olmağımdan çox məmnunam. Bu konfransda iştirakım-
dan çox məmnunam. Azərbaycan Avratlantik strukturlara inteqrasiyasın-
da nəzərəçarpacaq irəliləyiş əldə edibdir. 1993-cü ildə Prezidentimiz Heydər 
Əliyevin müəyyən etdiyi seçim indi də ölkə üçün dəyişməz olaraq qalır. 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


56
www.aliyevheritage.org
Azərbaycanın strateji xətt i beynəlxalq birliyə inteqrasiyadır.
Avropa və Avratlantik strukturlarına inteqrasiya xətt i olan bu seçim 
ölkəmizin o zaman qəbul etdiyi uğurlu qərar idi. Ölkə müstəqilliyini yenicə 
qazanarkən onun çox ciddi problemləri vardı. Daxildə narahatlıq, toqquşma-
lar, Ermənistanla müharibə, Ermənistanın Azərbaycana qarşı təcavüzü, iqtisa-
di böhran, iqtisadi tənəzzül Azərbaycanı dağılmaq  ərəfəsinə  çıxaran amillər 
idi. Azərbaycanın gələcək taleyi şübhə altında idi. Son on ildə Prezidentimiz 
Heydər Əliyevin apardığı siyasət ölkəmizə imkan verdi ki, bütün sahələrdə in-
kişaf etsin. Biz beynəlxalq birliyin mühüm iştirakçılarından olduq. Azərbaycan 
Avropa  Şurasının üzvü oldu və  həmin təşkilatda uğurla fəaliyyət göstərir. 
Rəsmi qəbul olunma vaxtı üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. 
Azərbaycanın Avropa Birliyi ilə çox gözəl münasibətləri var. Biz çox şadıq ki, 
Avropa Birliyi Cənubi Qafqaza öz xüsusi nümayəndəsini təyin etmişdir. Bu, 
Avropa Birliyinin bizim regiona artan marağından irəli gəlir. Artıq 10 ildir ki, 
Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının fəal iştirakçı-
sıdır.
Bu gün biz artıq NATO ilə  əməkdaşlığın ikinci mərhələsindəyik. Fərdi 
əməkdaşlıq planını  təqdim etmişik və yalnız iki ölkə bunu etməyə nail ol-
muşdur - Gürcüstan və Azərbaycan. NATO-nun baş  qərargahında olarkən 
soruşdum ki, nəyə görə Gürcüstan bu məsələdə birinci, Azərbaycan isə ikin-
cidir? Mənə cavab verdilər ki, dostunuz Mixail Saakaşvili sizdən bir ay əvvəl 
NATO baş qərargahına səfər etmişdi. Ona görə də gələn dəfə yəqin ki, birlikdə 
gedərik.
Əslində, qonşularımızla olan münasibətlər, xüsusilə də, Gürcüstanla, Türkiyə 
ilə olan münasibətlər, yalnız daxili siyasət üçün deyil, regional əməkdaşlıq 
baxımından da böyük əhəmiyyət kəsb edən amillərdir. Regionun inkişa-
fı üçün vacibdir. Regionun inkişaf istiqamətlərinin müəyyən olunması üçün 
əhəmiyyət kəsb edir. Bu istiqamətdə Azərbaycan qonşuları ilə fəal əməkdaşlıq 
edir. Bu gün ölkənin iqtisadi inkişafı uğurludur. Biz iqtisadi problemləri həll 
etməkdə qərarlıyıq. Son 7 ildə iqtisadiyyat ildə ən azı 10 faiz artımla irəliləyir. 
Yeri gəlmişkən, son 7 il müddətində ümumi daxili məhsulun həcmi 90 faiz 
artmışdır. Təkcə keçmiş SSRİ respublikaları arasında deyil, Şərqi Avropa 
ölkələri də daxil olmaqla, Azərbaycan adambaşına düşən xarici sərmayənin 
həcminə görə aparıcı mövqedədir. Azərbaycan əla sərmayə mühiti yaradıbdır. 
Sərmayəçilər özlərini və sərmayələrini burada tamamilə müdafi ə olunmuş he-
sab edirlər. Bu da bizim ölkəyə milyardlarla dollar vəsait yatırılmasının əsas 
səbəbləridir. Həmin vəsait təkcə neft  və qaz sektoruna deyil, iqtisadiyyatımı-
zın digər sahələrinə də yatırılmışdır. Azərbaycanda mövcud olan ictimai-siyasi 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə