Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə24/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   20   21   22   23   24   25   26   27   ...   116

74
www.aliyevheritage.org
Regionda böyük potensial var. Biz artıq dostlarımızla çox yüksək səviyyəli re-
gional əməkdaşlığa nail olmuşuq. Regionda çoxmilyardlıq enerji layihələrində 
iştirak edirik. Regionun üç ölkəsi - Azərbaycan, Gürcüstan və Türkiyə sübut 
etdilər ki, çox mürəkkəb siyasi və iqtisadi mühitdə, texniki çətinliklərə baxma-
yaraq, onlar regionumuzda dünyanın ən iri enerji layihəsini həyata keçirməyə 
qadirdirlər. Beləliklə, biz həmin istiqamətdə irəliləyirik. Biz Azərbaycanı 
bütün hüquq və azadlıqları qoruyan, yüksək səviyyəli siyasi təsisatlara, 
demokratikləşmə prosesinə, şəff afl ığa və iqtisadi imkanlara malik, qonşularla 
və beynəlxalq təşkilatlarla yaxşı münasibətləri saxlayan müasir, dünyəvi ölkə 
kimi görürük. Biz bu məqsədə doğru gedirik.
Cənubi Qafqazda mövcud olan münaqişələr genişmiqyaslı region-
al  əməkdaşlığa olan əsas maneədir və bizim planlarımız,  fi kirlərimiz və 
proqramlarımıza qarşı ciddi təhlükədir. Ona görə həmin münaqişələrin həlli 
nəinki bizim üçün, həm də bütün region üçün vacibdir. Ümidvaram ki, biz öz 
məqsədlərimizə nail olacağıq.
Mən qarşınızda çıxış etmək üçün yaradılmış imkana görə sizə bir daha öz 
minnətdarlığımı bildirirəm və sizi maraqlandıran suallara cavab verməyə 
hazıram. Çox sağ olun.
Pyer Leluş:  Cənab Prezident, çox sağ olun. Hesab edirəm ki, söylədiyiniz 
olduqca səlis analitik fi kirləriniz hamının marağına səbəb oldu. Sessiyamızın 
rəsmi hissəsinin başa çatmasına 20 dəqiqə qalır. Təbii ki, bizim bir neçə sual 
üçün vaxtımız var.
Beləlilklə, mən Hollandiyadan deputat Yars van Qininin sualı ilə başlamaq 
istəyirəm. Buyurun, söz sizindir.
Yars Van Qini:  (Hollandiyadan deputat):Cənab sədr, sağ olun. Zənnimcə, 
biz hamımız Azərbaycan cəmiyyətinin və hökumətinin gözəl iqtisadi 
göstəricilərindən çox razıyıq.
Cənab Prezident, mən ölkənizin BMT-nin İnsan Hüquqları  Şurasına üzv 
seçilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Biz insan hüquqları ilə bağlı 
bəzi sahələrdə  hər hansı  çətinliyi müşahidə etməmişik. Digər tərəfdən isə, 
demokratik proses və insan hüquqlarının qorunması sahəsində pozuntuları 
təsvir edən bir çox hesabatlar mövcuddur. Mən burada fərdi  şikayətləri 
nəzərdə tutmuram və özümü hakim saymıram. Lakin "Beynəlxalq Amnisti-
ya" təşkilatının hərtərəfl i hesabatında, həmin qurumun mayın 25-də verdiyi 
bəyanatda və Sizin yerli təşkilatlarınızın müxtəlif hesabatlarında düzgün və 
ədalətli seçki prosesinin olmaması, siyasi səbəblərə görə günahsız vətəndaşların 
həbsi və saxlama zamanı  bəzi işgəncə hallarının baş verməsi və  mətbuat 
azadlığının məhdudlaşdırılması bildirilir.
Cənab Prezident, bütün bu məlumatlar həmin halların ölkənizdəki 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


75
www.aliyevheritage.org
demokratikləşmə arzuları ilə  nə  dərəcədə uzlaşması barədə sual doğurur. 
Onların aradan qaldırılması üçün hansı tədbirləri görməyi planlaşdırırsınız? 
Sağ olun.
Pyer Leluş:: Sağ olun. İndi isə, mən ikinci suala keçərək, sözü Ermənistan 
nümayəndə heyətinin rəhbəri Şahgəldiyana verirəm.
Şahgəldiyan: (Ermənistan nümayəndə heyətinin başçısı):İlk növbədə, mən 
nümayəndə heyətimizə göstərilmiş qonaqpərvərliyə və bu sessiyanın Parisdə 
təşkilinə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun.
Cənab Prezident, Siz burada yeni yanaşmanın zəruri olmasından danışdınız 
və qeyd etdiniz ki, Dağlıq Qarabağ problemi sülhə əsaslanan yanaşma, danışıqlar 
yolu ilə  həll olunmalıdır. Ermənistanın mövqeyi ondan ibarətdir ki, məsələ 
danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə nizamlanmalıdır. Bu, Ermənistanın 
rəsmi mövqeyidir. Biz həmin mövqeyi bu günə  qədər aparılmış danışıqlar 
zamanı, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində və Ermənistan daxilində 
açıqlamışıq. Problem ondan ibarətdir ki, danışıqlar hər hansı ilkin şərt olmad-
an aparılmalı və başa çatdırılmalıdır. Çevik mövqeyə əsaslanaraq, danışmaq 
lazımdır. Bəyanat verəndə gələcəyi nəzərə almaq zəruridir. Bizim yanaşmamız 
belədir.
Sualım belədir: birincisi, Dağlıq Qarabağ problemi ərazi problemi deyildir. 
Bu, millətlərin hüququ ilə bağlı olan məsələdir. Yəni söhbət Dağlıq Qarabağda 
yaşayan insanlardan gedir. Bu, çox vacibdir. Bu baxımdan, həmin insanların 
hüquqları, onların hüquqlarına aid beynəlxalq normalar nəzərə alınırmı? Bu 
halda, ilkin şərtlərdən söhbət gedə bilərmi? Burada yalnız bir prinsipdən, yəni 
ərazi bütövlüyü prinsipindən danışmaq nə dərəcədə münasibdir?
Digər qısa bir məsələ.  Əgər söhbət yalnız  ərazi bütövlüyü prinsipindən 
gedirsə, milli azlıqların hüquqları bu baxımdan nə dərəcədə nəzərə alınır? Sağ 
olun.
Pyer Leluş:  Mən bütün Assambleya qarşısında dəqiqləşdirmək istəyirəm. 
Mən bu sözləri Prezident Əliyevə yenidən demək arzusundayam. Mən Parisdə 
sessiyanın təşkili ilə məşğul olduğum zaman Cənubi Qafqazdakı üç ölkənin 
başçısını, o cümlədən cənab Koçaryanı da dəvət etmək istəyirdim.  Əfsuslar 
olsun ki, Prezident Koçaryan gəlməmək qərarını verdi. Əgər o, gəlmiş olsaydı, 
onda Prezident Əliyev qarşısında öz mövqeyini bildirə bilərdi. Biz hətt a iki 
ölkə başçısının Parisdə görüşünü də təşkil edə bilərdik. Mən təəssüf edirəm ki, 
o, bu fürsətdən istifadə etmədi. Beləliklə, mən Prezident Əliyevə yenidən söz 
verirəm.
İlham  Əliyev: Verilmiş birinci suala gəldikdə, demək istəyirəm ki, 
Azərbaycanda siyasi proseslər çox uğurla gedir. Bəzən məlumatın olmaması, 
səhv məlumatın verilməsi və ya müəyyən maraqlara xidmət edən məlumatın 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə