Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə26/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   22   23   24   25   26   27   28   29   ...   116

78
www.aliyevheritage.org
verəcəyini anlamaq vaxtı çoxdan yetişibdir: Azərbaycan hansı səviyyəyə qalxa-
caq? Ermənistan hansı səviyyədə qalacaq? Enerji layihələrini həyata keçirən və 
güclü nəqliyyat infrastrukturuna malik olan Azərbaycanın iqtisadi potensialı 
necə olacaq? Gəlin, Ermənistanın perspektivinə nəzər salaq. Həmin ölkə bütün 
regional layihələrdən kənarda qalır. Ermənistan hökuməti bunu anlamalı və 
düzgün qərar qəbul etməlidir.
Pyer Leluş: Cənab Prezident, sağ olun. Biz artıq reqlamentin sonuna çatdıq. 
Lakin buna baxmayaraq, son iki suala qısa vaxt qalır. Xahiş edirəm, suallarınızda 
qısa olun. Əvvəlcə söz Türkiyə nümayəndə heyətinin üzvü cənab Əziz Ağgülə 
verilir. Buyurun, cənab Ağgül.
Əziz Ağgül: (Türkiyə nümayəndə heyətinin üzvü):Cənab sədr, çox sağ olun.
Cənab Prezident, ilk növbədə, NATO Parlament Assambleyasının sessiyasına 
gəldiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Siz öz çıxışınızda çox aydın 
şəkildə qeyd etdiniz ki, ərazinizin 20 faizi işğal altındadır və əhalinizin 1 mily-
onu öz vətənində məcburi köçkün vəziyyətinə düşmüşdür və son 15 il ərzində 
çətin şəraitdə yaşamışdır.
Cənab Prezident, Siz bu humanitar fəlakətə son qoymaq məqsədi ilə verilən 
beynəlxalq dəstəkdən razısınızmı?
Pyer Leluş: Sağ olun, cənab Ağgül. Sonuncu sualı Litva nümayəndə heyətinin 
başçısı Oli Kaas verəcəkdir. Cənab Kaas, söz sizindir.
Oli Kaas: (Litva nümayəndə heyətinin başçısı):Cənab sədr, sağ olun.
İlk növbədə, mən çox maraqlı  çıxışına görə  cənab Prezidentə öz 
minnətdarlığımı bildirmək istəyirəm. Mən ona və ölkəsinə gələcəkdə uğurlar 
arzulayıram.
NATO-nun Parlament Assambleyası enerji təchizatı  və  təhlükəsizlik 
məsələlərini çox müzakirə edir. Hörmətli cənab Prezident, Siz öz çıxışınızda 
bu məsələyə toxundunuz. Siz NATO ilə  əməkdaşlığınız və  uğurlu iqtisadi 
inkişaf haqqında danışdınız. Əminik ki, ölkənizdəki demokratikləşmə prosesi 
davam edəcəkdir. Enerji təchizatı və təhlükəsizlik məsələlərinə gəldikdə, mən 
bilmək istəyirəm, Gürcüstan və qonşu ölkələri qazla təchiz edəcək yeni boru 
kəmərinin çəkilməsinə nə qədər vaxt tələb olunacaq?
Cavabınıza görə çox sağ olun.
Pyer Leluş: Cənab Prezident, söz Sizindir.
İlham  Əliyev:  Sağ olun. Dağlıq Qarabağ  məsələsi ilə bağlı beynəlxalq 
ictimaiyyətin tutduğu mövqeyə  gəldikdə, biz məmnunuq ki, Azərbaycan 
Respublikasının  ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət, o cümlədən 
Birləşmiş Millətlər Təşkilatı tərəfi ndən tanınıbdır. Eyni zamanda, siz bilirsiniz 
ki, hazırda ATƏT-in Minsk qrupunun üç həmsədri - Fransa, Birləşmiş Ştatlar 
və Rusiyanın vasitəçiliyi ilə danışıqlar formatı saxlanılır. Onlar məsələnin sülh 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


79
www.aliyevheritage.org
yolu ilə həll olunmasında bizə yardım göstərməyə çalışırlar.
Mən Minsk qrupunun son illər ərzindəki fəaliyyətinə, məsələyə çox faydalı 
yanaşmasına və real yardımına görə minnətdarlığımı bildirmək istəyirəm. Ona 
görə də, bugünkü format məsələnin sülh yolu ilə həlli üçün imkanlar yaradır.
Eyni zamanda, mən bildirmək istəyirəm ki, ötən il Avropa Şurası münaqişə 
ilə bağlı xüsusi qətnamə  qəbul etmişdir. Həmin qətnamədə Ermənistan 
Azərbaycan  ərazisini işğal etmiş ölkə kimi tanındı. Bu, çox vacibdir, çünki 
hadisələrin qeyri-düzgün təfsir olunması  səbəbindən, ermənilər uzun illər 
ərzində real vəziyyəti beynəlxalq ictimaiyyətdən gizlətməyə nail olmuşlar. 
Adətən, deyilirdi ki, erməni hərbi birləşmələri torpaqları işğal etmişdir. Lakin 
heç kim bilmirdi, məhz hansı erməni qoşunlarından söhbət gedir və onlar har-
adan gəliblər? Avropa Şurasının qətnaməsində isə, aydın şəkildə bildirilir ki, 
Ermənistan bizim torpaqlarımızı işğal etmişdir. Biz Azərbaycanın üzv olduğu 
digər beynəlxalq təşkilatların dəstəyini də artıq aldıq.
Bu yaxınlarda, biz GUAM-ın üzvü olan dövlətlərin zirvə görüşünü keçirdik 
və həmin görüş zamanı GUAM ölkələrində mövcud olan münaqişələrlə bağlı 
qətnamə qəbul edildi və orada bütün ölkələrin ərazi bütövlüyü dəstəkləndi. 
Qalan beynəlxalq təşkilatların qətnamələrində  və tutduqları mövqedə  nəyin 
baş verdiyi, hansı tərəfi n təcavüzkar və hansı tərəfi n təcavüzün qurbanı olduğu 
aydın  şəkildə  təsvir olunubdur. Bununla belə, bütün nailiyyətlərlə yanaşı, 
BMT TŞ erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-
şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edibdir. Lakin problem ondan 
ibarətdir ki, həmin sənədlər və qətnamələr yerinə yetirilmir. Çünki Ermənistanın 
mövqeyi buna imkan vermir. Onlar beynəlxalq hüquqa heç bir məhəl qoymur, 
normal beynəlxalq davranışa heç bir hörmət göstərmirlər. Onlar hesab edirlər 
ki, XXI əsrdə özlərinə məxsus olmayan torpaqda otura bilərlər və heç nə baş 
verməyəcəkdir.Bu, yolverilməzdir.
Lakin bizi narahat edən digər məsələ ondan ibarətdir ki, bu ay ermənilər 
Şuşanın guya azad olunmasını qeyd etdilər. Soruşulur: onlar Şuşanı kimdən 
azad etdilər? Azərbaycanlılardanmı?  Şuşada yaşayan insanların 90 faizdən 
çoxu azərbaycanlılar idi. Ermənilər isə, bunu bayram kimi qeyd edirlər. 
Beynəlxalq ictimaiyyət buna göz yumur. Problemimiz budur. Problem ondan 
ibarətdir ki, təşkilatların qətnamələri işləmir. Biz elə bir şərait yaratmalıyıq ki, 
qəbul olunmuş qərarlar yerinə yetirilsin.
Bu gün əhəmiyyəti get-gedə artan enerji problemlərinə  gəldikdə isə, mən 
demək istəyirəm ki, Azərbaycan qazını Gürcüstan və Türkiyəyə çatdıracaq boru 
kəməri sentyabr ayında istismara veriləcəkdir. Bunun nəticəsində Azərbaycan 
nəinki neft ,  həm də qazı ixrac edən ölkəyə çevriləcəkdir. Azərbaycan öz 
tərəfdaşları və qonşuları ilə vahid bir heyətdə işləyir.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə