Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə18/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   14   15   16   17   18   19   20   21   ...   116

59
www.aliyevheritage.org
İlham Əliyev: Hər bir cəmiyyətin demokratikləşməsi prosesdir. Sonu olma-
yan proses. Hər bir ölkə müəyyən şəraitdə yaşayır. Bəzən həmin şərait və mühit 
ölkənin istəkləri və strategiyasından asılı olmur. Azərbaycan və eləcə də keç-
miş SSRİ-nin digər respublikaları 70 il tamam başqa sistemdə yaşamışlar. Siz 
həmin sistem haqqında universitetdə təhsil zamanı məlumat almısınız. Amma 
onu şəxsi həyatınızda hiss etməmisiniz. Onu hiss etməkdən ötrü gərək siste-
min içərisində yaşayasan. Biz Mixail və mənim özüm bu sistemdə yaşamışıq. 
Xoşbəxtlikdən, həmin sistem dağılarkən biz kifayət qədər gənc idik. Biz siste-
min dağılması ilə yaranan azadlıqdan və müstəqillikdən yaşlı nəsildən daha çox 
bəhrələnə bildik Bu gün Azərbaycanın nailiyyətlərindən biri, müstəqillikdən 
sonrakı bütün çətinliklərə,  ərazimizin işğal olunmasına baxmayaraq, daxili 
çətinliklərə, vətəndaş müharibəsinə və digər təhlükəli proseslərə baxmayaraq, 
ölkənin həqiqi müstəqilliyini qoruyub saxlaya bilməsidir.  Ərazimizdə xarici 
qoşunlar yoxdur. Siyasətimizi digər qurumların və strukturların maraqlarına 
uyğun yox, tamamilə milli maraqlarımıza uyğun aparırıq.
Əlbətt ə ki, bölgəmizdə demokratikləşmə prosesi davam etməkdədir. 
Azərbaycanı 10 il əvvəlki  şəraiti ilə müqayisə etsəniz, görərsiniz ki, o vaxt 
ölkə demokratik cəmiyyətin standartları və normalarından çox uzaqda idi. Bu 
gün məndən soruşsanız ki, Azərbaycan bütün meyarlara cavab verir, yoxsa 
yox,  əlbətt ə, Azərbaycan azad dünyanın bir əsrdən çox yaşadığı standartla-
ra cavab vermir. Keçmiş SSRİ respublikalarından Avropa Birliyində olan de-
mokratiya səviyyəsini gözləmək hələ çox tezdir. Amma bu istiqamətdə siyasət 
aparılır. Strategiya, strateji seçim müəyyən olunubdur. 1993-cü ildən ölkəmiz 
beynəlxalq birliyə çox uğurla inteqrasiya edir. Demokratikləşmə prosesi də 
uğurla aparılır.
Sual:  Mən Estoniyadanam. Sualım cənab Saakaşviliyədir. Rusiyanın Gür-
cüstandakı inqilabda rolu və maraqları nədən ibarət idi?
Mixail Saakaşvili:  Düşünürəm ki, Rusiya ilə Gürcüstan arasında olan 
münasibətlər çox pis, çox gərgin idi. Münasibətləri bundan da pis təsəvvür 
etmək mümkün deyildi. Son 10 il müddətində Rusiya Gürcüstanın daxilində 2 
müharibədə iştirak etdi və yaxşı tərəfdən iştirak etmədi. “Qızılgül inqilabı”na 
ilk reaksiya çox mənfi  idi. Ruslar dedilər ki, bu, MDB ölkələri üçün Latın Ame-
rikası təcrübəsindən istifadə olunmasıdır. MDB-nin lideri kimi Rusiya özü də 
digər MDB liderləri tərəfi ndən təsir altında idi. Çünki həmin liderlər belə bir 
inqilabı özləri üçün də təhlükə hesab edirdilər. Amma bir neçə aydır ki, Rusiya 
ilə intensiv və yaxşı dialoq yaranmışdır. Müəyyən tədbirlər həyata keçirilmiş-
dir. Siyasətimiz daha praqmatik şəkildə qurulubdur. Rusiyanın regionla bağlı 
qanuni narahatlıqları vardır. Məsələn, sərhədlərinin təhlükəsizliyi,  ərazisinə 
bu sərhədlər vasitəsilə yaraqlıların soxula bilməsi ehtimalı. Rusiyanın regi-
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


60
www.aliyevheritage.org
onda həm də iqtisadi maraqları mövcuddur. Amma sərmayələrin, iqtisadi 
fəaliyyətin olduğu bir şəraitdə praqmatik siyasətə üstünlük verilməlidir. Daha 
rasional siyasət aparmaq lazımdır. Rusiyanın motivləri haqqında sizə deyim 
ki, Rusiya siyasətinin əsasında qeyri-rasionallıq dururdu.
Sual:  Karen Qazaryan, Ermənistan Xarici İşlər Nazirliyi. Natiqlərə gözəl 
çıxışlarına görə minnətdaram. Cənab  Əliyev, çıxışınızda Dağlıq Qarabağı 
nəzarətsiz və qanunsuz ərazi adlandırdınız. Amma Sizə xatırladım ki, Dağ-
lıq Qarabağ öz qurumlarını yaratmışdır. Təsisatları işləyir və regionda sülh və 
təhlükəsizliyə töhfə verməyə hazırdır. Keçən ay Dağlıq Qarabağda atəşkəsin 
on illiyi qeyd olundu. Tərəfl ər özləri buna nəzarət edirlər. Bu, dünyada ən uzun 
sürən atəşkəsdir, məqsəd də atəşkəsin sülhə transformasiyasından ibarətdir. 
Mənim sualım belədir: Sizin hökumətiniz nəyə görə ATƏT-in Minsk qrupu-
nun fəaliyyətindən narazıdır? Sizin rəsmilər Bakıda bununla bağlı bir sıra 
bəyanatlar veriblər.
İlham Əliyev: Mən də xronologiyaya riayət edərək, əvvəlcə sizin şərhinizə 
münasibətimi bildirim, sonra isə sualınıza cavab verim. Dağlıq Qarabağ dün-
yada heç kimin tanımadığı bir qurumdur. Bu, tanınmayan, qanunsuz, özü-
özünü müstəqil elan etmiş  dırnaqarası qurumdur. Dağlıq Qarabağ region 
üçün ciddi təhlükə mənbəyidir. Səbəblərini mən sadalamışam. Beynəlxalq mo-
nitorinq keçirilmir. Narkotik daşınması ehtimalı böyükdür. Bununla bağlı sü-
but da vardır. Terrorist düşərgələri mövcuddur. Terrorçuların burada himayə 
olunması  məlumdur. Çünki terrorçular harada gizlənməlidirlər?  Əlbətt ə ki, 
nəzarətsiz zonalarda. Dağlıq Qarabağ bu ərazilərdən biridir və əlbətt ə ki, yal-
nız Azərbaycan üçün deyil, bütün region üçün təhlükədir.
Vasitəçilərin missiyasının qənaətbəxş olmamasının səbəbi sadədir. Onlar 
nəticə əldə edə bilməyiblər. Azərbaycanın ərazi bütövlüyü pozulub. Ermənistan, 
Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazisinin 20 faizini işğal edib-
dir. Dağlıq Qarabağın inzibati ərazisindən əlavə, Azərbaycanın digər 7 rayonu 
da işğal altındadır. Sizə məlum olduğu kimi bu 7 rayonda heç vaxt ermənilər 
yaşamayıbdır. Bu 7 rayonda 700 min azərbaycanlı yaşayırdı ki, onlar da ölkə 
daxilində köçkünə çevriliblər. Üstəgəl, Ermənistan ərazisində yaşayan 250 min 
azərbaycanlı da etnik təmizləmə  nəticəsində oradan çıxarılmışdır. Üstəgəl, 
hansılar ki, Dağlıq Qarabağın öz ərazisində yaşayan 50 minədək azərbaycanlı 
da etnik təmizləmə nəticəsində hazırda çadır şəhərciklərində, şəraiti olmayan 
vəziyyətdə yaşayır. Ermənistanın Azərbaycana qarşı müharibəsinin nəticəsi 
budur. Uzun illərdir ki, Ermənistan təbliğatı həqiqəti gizlədir. Erməni təbliğatı 
ona yönəlib ki, səbəb unudulsun və problem həll olunsun. Bu, alınmaya-
caq. Bütün dünya bilməlidir və artıq hamı bilir ki, Azərbaycanda nə baş ve-
rir. Azərbaycanın  ərazi bütövlüyü pozulubdur. Beynəlxalq hüquq normaları 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə