Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə19/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   15   16   17   18   19   20   21   22   ...   116

61
www.aliyevheritage.org
kəskin şəkildə pozulubdur. Biz XXI əsrdə yaşayırıq. Ermənistan və Azərbaycan 
beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının üzvləridir. Beynəlxalq 
birlik bir ölkənin digər ölkənin ərazisini işğal etməsi və işğal olunmuş əraziləri 
tərk etməməsi faktı ilə razılaşmamalıdır. Bratislavadakı sammiti xatırlayıram. 
Orada Ermənistanın xarici işlər naziri iştirak edirdi və o dedi ki, Ermənistan 
özünə  məxsus olmayan torpaqları özündə saxlayır. Bu, həqiqətən belədir. 
Erməni rəsmilərinin ən ciddi və ən doğru bəyanatlarından biri idi. Əgər özünə 
məxsus olmayan nəyisə özündə saxlayırsansa, onu geri qaytarmalısan. Bu da 
münaqişənin həll olunmasının yeganə yoludur.
Bryus Cekson: Hamımız razılaşarıq ki, dondurulmuş münaqişələr regionun 
sabitliyi üçün təhlükədir. Hər iki prezident qeyd etdi ki, sonrakı strategiyanın 
müəyyən olunmasında münaqişələrin həllinin böyük əhəmiyyəti var.
Sual: Bilkənd Universitetindən Sezer Dilbazoğlu, beynəlxalq münasibətlər 
üzrə professor. Gözəl, aydın və  məlumatlı  çıxışlara görə sizə minnətdaram. 
Qara dəniz regionunun NATO-nun strateji maraq dairəsinə daxil edilməsi ilə 
bağlı Rusiyadan nə gözləyirsiniz? Çünki biz hələ 1990-cı illərdə elmi tədqiqat 
aparmışıq və o zaman Rusiya bərk narahat idi ki, Qara dəniz, bir növ, “NATO 
gölünə” çevrilə bilər. NATO-nun Cənubi Qafqaz ölkələrinə - Gürcüstana və 
Azərbaycana təsiri də Rusiyanı narahat edirdi.
Ermənistan bir qədər başqa vəziyyətdədir. Bu gün Rusiyadan nə 
gözləyirsiniz?
İkinci sualım isə regional münaqişələrlə bağlıdır. Münaqişələr davam edir 
və onları necə həll etmək fi krindəsiniz? İndiyə qədər beynəlxalq ictimaiyyətin 
fəaliyyəti səmərəli olmayıbdır. Rusiya çoxtərəfl i sülhməramlıların regionda ol-
masına razılıq verərdimi? Sonda şərhim də var ki, təəssüfl ər olsun, Qərb Qara 
dəniz regionunun önəmini dərk etməkdə çox gec oyanıbdır.
Mixail Saakaşvili: İlk əvvəl Türkiyənin oynadığı rolu qeyd edim. Türkiyə 
heç zaman regiondakı münaqişələrdən bəhrələnməyə çalışmayıbdır. Əksinə, 
çalışıb ki, münaqişələrin həll olunmasında rol oynasın. Məsələn, Acarıstanda-
kı vəziyyət türklər üçün çox həssas bir məsələdir. Acarıstandakı separatçılar 
həmişə deyirdilər ki, Qars razılığı var və ona əsasən, əgər Gürcüstan hökuməti 
bizə qarşı qüvvə  tətbiq edərsə, türklər  əraziyə daxil olacaqlar. Türklər çox 
birmənalı və aydın dedilər ki, bu, Gürcüstanın daxili problemidir və biz Gür-
cüstanın ərazi bütövlüyünü istəyirik, Gürcüstana sülh, sabitlik arzu edirik və 
məsələ Gürcüstanın paytaxtında həll olunmalıdır. Bu, bizə çox yardım etdi. 
Beləliklə, Türkiyə ədalətli hərəkət edərək, əvvəllərdə bəzi digər ölkələrin etdi-
yi kimi, daxili gərginlikdən öz xeyrinə necə istifadə etmək yollarını axtarmırdı. 
Sualın Rusiya ilə bağlı hissəsinə gəldikdə isə, biz, əlbətt ə, istəyirik ki, Avratlan-
tik təsisatlara inteqrasiya edək. Amma Rusiyanı da kənarda qoymaq istəmirik. 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


62
www.aliyevheritage.org
İstəyirik ki, bu inteqrasiya paralel olsun. Rusiyanın özü də demokratikləşmə 
prosesinə keçməlidir. Mən buraya gəlməzdən  əvvəl cənab Putinlə konkret 
məsələləri müzakirə etmişəm. Ondan soruşmuşam ki, iştirakçılara konkret bir 
mesajı var, yoxsa yox? Bilirəm ki, o, dəvəti qəbul etməyibdir. O dedi yox, hamı-
ya salam söylə. Məmnuniyyətlə onun salamını sizə yetirirəm və əlbətt ə ki, Ru-
siya siyasətini müəyyən etməlidir. Bu, Rusiyanın daxili siyasəti üçün çox çətin 
bir qərardır və Rusiyaya istehza ilə yanaşmaq çox təhlükəlidir. Lakin Rusiyaya 
anlatmaq da gərəkdir ki, müstəqil ölkələrlə münasibətlər qurur. Onların öz 
maraqları, daxili siyasətləri, demokratiyaları, əhalisi, öz gələcəkləri var və Ru-
siya bu fi krə alışmalıdır. Bu, ağıllı bir prosesdir. Burada anlaşma, əməkdaşlıq 
olmalıdır. Yeni inteqrasiya növləri tapılmalıdır. Elə bilirəm ki, bir sıra məsələlər 
üzrə Qərb də Rusiya ilə inteqrasiyaya maraqlıdır. Elə bilirəm ki, Türkiyə Ru-
siya ilə münasibətlərlə Qərblə əməkdaşlıq arasında gözəl tarazlıq yarada bil-
mişdir. Bu modeldən biz də istifadə edə bilərik və çoxmillətli sülhməramlıların 
istifadə olunmasında maraqlıyıq. Biz uzun müddətdir ki, xahiş edirik, amma 
indiyədək Qərb ölkələri bu məsələdə kifayət qədər təsir göstərə bilməmişdir. 
Rusiya isə özü hər şeyi öhdəsindən gələ biləcəyini düşünmüşdür. Amma ar-
tıq belə deyildir. Məsələn, bizə  məlumdur ki, qaçaqmalçılıqda Gürcüstan 
ərazisində xidmət edən rus generallarının əli vardı. Yerli polisi cəlb etdik. Rus 
generalı dedi ki, sizə 6 saat vaxt veririk, ya yerli polis postunu yığışdırın, ya da 
o postu əzib keçəcəyik. Onda biz də iki hərbi vertolyotla əraziyə hərbçilərimizi 
göndərdik və dedik ki, əzə bilirsənsə, əz, biz artıq sizin fi kirləşdiyiniz balaca 
uşaqlardan deyilik. Onda Kremlin reaksiyası belə oldu ki, general heç bir qərar 
qəbul etməsin və tabe olsun. Beləliklə, hər şey dəyişir və heç kim üçün əvvəlki 
oyunun qaydaları ilə oynamaq asan başa gəlmir. Bizə ciddi siyasi qərarlar 
qəbul etmək və yeni oyunun qaydalarını öyrənmək lazımdır. 
Sual: Kiyevdə Avropa və Beynəlxalq Tədris Mərkəzinin direktoru. İki su-
alım var: birinci sualım prezidentlərədir. Nəyə görə  çıxışlarınızda GUÖAM 
haqqında heç bir söz demədiniz? İkinci sualım isə cənab Saakaşviliyə və nazir 
Coanneyədir. Qarşıdakı 5-10 il müddətində yeni qonşuluq siyasətində və Qara 
dəniz regionunda Ukraynanın oynayacağı rolu necə görürsünüz?
Bryus Cekson: Qalan sualları da eşidək, sonra cavablandırarıq.
Sual: Birinci sualım prezident Saakaşviliyə və prezident Əliyevədir. Belə bir 
fi kir aşılanıbdır ki, Gürcüstan və Azərbaycan təhlükəsizliyin əsas istehlakçıları 
olacaqlar. Hazırda isə Gürcüstan və Azərbaycana daha çox təhlükəsizliyi təmin 
edən tərəf kimi baxırlar. Bununla bağlı fi kriniz? Ölkələrinizin NATO üzvü ol-
ması həmin təhlükəsizliyə töhfə verəcəkmi?
İkinci sualım Moldova ilə bağlıdır. Qara dəniz hövzəsi ölkəsi, Cənub-Şərqi 
Avropa ölkəsi 10 ildir ki, münaqişədən əziyyət çəkir. Məlumdur ki, Moldovanın 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə