Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə50/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   ...   46   47   48   49   50   51   52   53   ...   63

ömrünün sonuna q
ədər.  –Mə:m dədəm ömürbillah bizim 
dalımızca gəzip.   
ÖRƏNNƏMİŞ  (Teyvaz)  –  otu  otarılmış  yer.  –
Ör
ənnəmiş yerdə ta ot olmur, orda heyvan ac qalar. 
ÖRKMƏХ' (Aza, Dırnıs) – hеyvаnın qоrхub qаçmаsı. 

Qоyunnаr bını görən kimi örküb qаçdı. 
ÖRÜŞ (Şahbuzkənd) – mal-qaranın daimi otlaq yeri. –
Ötürürüx' 
örüşə otduyullar orda. 
ÖTGÜN 
(Naxçıvan)  –  sözü keçən.  –Qaynənəm elə 
zoddu arvadıydı ki, sözü ötgünüydü. 
ÖYCÜL AT 
(Şahbuz) – həmişə atlardan qabağa düşən 
at. –H
əsənin atı öycüldü, il-müdam qabaxda o gedər. 
ÖYƏŞ//ÖYƏC  (Babək, Kəngərli,  Şahbuz,  Şərur)  – 
n
əsil artırmaq qabiliyyəti olmayan üç illik erkək. 
ÖYƏYANA  (Naxçıvan)  –  bərk sancan balaca zəhərli 
h
əşərat. 
ÖYNƏ (Düdəngə) – dəfə, kərə. –Gündə neçə öynə gəlir 
d
ədəsinə baş çəkir. 
ÖYSUMАT  (Aşağı  Qışlaq,  Yuxarı  Qışlaq)  –  qаrа 
çörək. –Öysumat qara unnan olur, əməancax daddı olur. 
 
ÖZƏMƏX'  (Naxçıvan)  –  kəsilmiş  əriştəni xəlbirin 
üstünd
ə  həm nazildib uzatmaq, həm də  ununu  təmizləmək.  –
Ərişdəni sərməmişdən qabax özəməx'  lazımdı  ki,  çox  unnu 
qalmasın.  
 
218 
 


Pp 
 
PAÇA  (
əksər  şivələrdə)  –  iki  ayağın  arası.  –Şalvarın 
paçası partdıyıp. 
PAXIR (Göynük) – nöqsan, eyib. –N
ə paxırı var aş de, 
qoy hammı bilsin. 
Bu  söz  Salyan  şivələrində  də  eyni mənada  işlənir (3, 
s.391). 
PAK 
(Sirab, Şərur) – qorxu, çəkinmə. –Heş kimin heş 
kimn
ən pakı yoxdu. 
PALANDUZ//PALANKEŞ (Şahbuz) – palan düzəldən 
s
ənətkar. –İndi ta palanduz az-az olar. 
PALTARPİŞDİ  (Babək,  Culfa,  Şahbuz,  Şərur)  – 
toydan 
əvvəlki gün oğlan evinin qız evinə qıza alınan paltarları 
aparması.  –Paltarpişdidə  gəlinə  nə  alınıpsa  hammısın 
gösd
əririx' camahata. 
Bakı  dialektində  bu  söz  paltarkesdi,  Şamaxıda 
paltark
əsdi variantında qeydə alınmışdır (3, s.392). 
PAMƏL-YAMƏL  (Naxçıvan)  –  başdansovdu,  tələm-
t
ələsik. –Bir iş görəndə gərəx' paməl-yaməl eləmiyəsən. 
PAMPACA  (Culfa)  –  qapaz.  –Heyvannar h
ərəsi 
tülkü:n başına bir pampaca saldılar. 
PAMPAX (S
ələsüz) – zəif, bacarıqsız. –Pampax adam 
əlinnən iş gəlmiyən adamdı. 
PAPAĞAPARAN  (Şahbuz)  –  gəlini gətirən dəstədə 
oğlan evinə birinci çatan-muştuluqçu. –Papağaparana qaynənə, 
qayn
ətə xələt verir. 
219 
 


PAPAXLANMAX  (
əksər  şivələrdə)  –  boy atmaq, 
böyüm
ək.  –Baxdım  kin,  iki-üş  günün  içində  buğda  nətər 
papaxlanıp. 
PARAĞA  (Unus)  –  dağ  ətəyi,  dağ  döşü.  –Parağada 
hələ  qar  var.  –Bizdərdə  dаğın  ətəyinə,  dаğın  döşünə  pаrаğа 
də:llər.  
PARAXLIX  (Kükü)  – 
arı  saxlanılan  yer,  arı  səbətləri 
olan yer. –
Batabatın yan-yörəsi pütün paraxlıxdı. 
PARÇ 
(Naxçıvan) – qulplu su qabı. –Parç su işməx'dən 
yanadı. 
Parç eyni m
ənada Zəngilan, Cənubi Azərbaycanın 
Z
əncan şivəsində də işlənir (7, s.300). 
PASAX  (
əksər  şivələrdə)  –  çirk.  –Dur get əl-əyağı:n 
pasağın təmizdə. 
PATCAH ARI (Keçili, Külüs) – 
arı  ailəsinə  başçılıq 
ed
ən ana arı. –Patcah arı o birilərdən yekə olur. 
PATIL 
(Kırna) – içinə süd tökülən mis qab. –Patılı ən 
çox çobannar işdədir. 
PAYINA SU  (Bab
ək,  Ordubad,  Şahbuz)  –  suvarma 
zamanı  kənarlara  axan  artıq  su.  –Payına  su  da  qırax-bucağa 
axan, itgiy
ə gedən sudu. 
PAZI 
(əksər şivələrdə)  – şirin çuğundur. –Bı ilki pаzı 
bildirkinnən хеylax yахcı оlub. 
PAZIBAŞI  (Naxçıvan,  Şıxmahmud)  –  çuğundur 
yarpağı. –Pazıbaşını dovğuya vırırıx. 
PENCƏR (əksər şivələrdə) – yeyilən hər cür göyərti. –
220 
 


H
əyətdə hər cürə pencər əx'mişəm.   
PERİX'MƏX' (Qıvraq) – didərgin düşmək, öz yerindən 
dağılmaq.  –Quşdara  dən töx'müşdüm  yeyirdilər,  maşın  gəldi 
perix'dirdi. 
PEŞƏRƏMƏX' (Şərur) – axtarmaq. –Sə:rdən hər yeri 
peşərəmişəm. 
PEŞƏRİ  (Kırna)  –  taxıl  biçildikdən  sonra  tökülmüş 
sünbüll
əri toplamaq. –Piçinnən sora yerə tökülənnəri yığmaxdı 
peşəri. 
PEYDƏRPEY  (Saltaq)  –  həmişə, tez-tez.  –Bı  uşax 
peyd
ərpey naxoşdu. 
PEYĞƏMBƏRİ (Boyəhməd) – qarğıdalı. –Bizdə məkə 
d
ə deyillər, peyğəmbəri də. 
PEYVƏS//PEYVAS  (Maxta,  Naxçıvan)  –  peyvənd, 
calaq. –Göyc
əni peyvas eliyəndə qəşəx' olur. 
PEZİ//PEZİQULU  (Dəstə)  –  yekə, iri. –Həsənalı  bir 
yek
əpər kişidi, una gora cəməhət una Pezi Həsənalı deyir. 
PƏJMÜRDƏ  (Naxçıvan)  –  dağınıq,  pərişan.  –
Döyüşdən gəlirsən, üsdün-başın niyə belə pəjmürdədi? 
PƏKƏHKƏN  (Kükü)  –  pətək.  Biz  аrıyа  pətəх'  də 
dеyərıх, pəkəhkən də dеyəriх'. 
PƏLƏBAŞ  (Ordubad)  –  ağılsız.  –Gözdə  gör hələ  bı 
p
ələbaş nə deyəcax.  
PƏLƏQULAX  QOYUN  (Sədərək,  Şahbuz,  Şərur)  – 
ir
i, enli qulaqlı qoyun. –Pələqulax yanı qulaxları yekə. 
221 
 


PƏLƏMƏPÖTÜR (Düdəngə) – çirkin. –Qаpı аçılаndа 
pələməpötür bir аdаmın içəri girdiyini görüb hаmı susdu. 
PƏLƏMÜRDƏ (Culfа) – iri bədənli, kök. –Pələmürdə 
аdаmın içi boş olur, gündə noxoşduyur. 
Qax, Mingəçevir, Şəkidə də bu söz eyni mənada işlənir. 
Quba  dialektində  pələmürdi  ulmax  birləşməsinin  taqətdən 
düşmək  mənası  da  var.  Maraqlıdır  ki,  Bakı,  Quba 
dialektlərində  pələmird//pələmürd  sözləri  çox  zəif  mənasında 
qeydə alınmışdır (3, s.398). 
PƏLƏVAR  (Qarabağlar)  –  talvar.  –Pələvarın  altda 
simav
ar salmışam. 
PƏLMƏ  (Keçili)  –  azca tutqun hava, bürkü. –Yayı 
şəhərdə pəlmə olur. 
PƏL VIRMAX (Naxçıvan) – işi pozmaq, mane olmaq. 
–G
əldi işimizə pəl vırdı. 
PƏNBƏX'  (Şahbuz)  –  corab  toxumaq  üçün  baş 
barmaqla çeç
ələ barmağa kələfdən sarınan ip toplusu.  
PƏNDAM  OLMAX  (Naxçıvan)  –  çox yemək.  –
L
əvinbələvin xorəx'lər pişirmişdi, rəsmi pəndam oldum. 
PƏNİTDİ (Aza, Nüsnüs) – sаrılıq хəstəliyi. –Biz sаrılıx 
хəsdəliyinə pənitdi dеyirıх. 
PƏRÇİM  ELƏMƏX'  (Vayxır)  –  bir  əşyanı  başqa  bir 
şeyin  içərisinə  zorla yerləşdirmək.  –Qazan  işqaba  girmirdi, 
zornan p
ərçim elədim. 
PƏRƏN-PƏRƏNƏ  TÜŞMƏX'  (Babək,  Naxçıvan)  – 
dağlımaq, bir yerə yığa bilməmək. –Bi də görəm ki, toyux-cücə 
222 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə