83
nəzərdə saxlanılmalıdır. Bu səviyyə bütün insanların aktiv və sağlam həyat keçirməsini təmin etməli,
insanlar isə ərzaq məhsullarını əldə etmək üçün iqtisadi və fiziki imkanlara malik olmalıdırlar.
Ərzaq təhlükəsizliyi ilə bağlı olaraq 1974-cü ildə Romada BMT ümumdünya ərzaq konfransı
keçirilmişdir. Bu konfransda ərzaq qıtlığına qarşı birgə mübarizə üçün ümumbəşər bəyannamə qəbul
edilmişdir. Bu məqsədlə də 1974-cü ildə ümumdünya ərzaq şurası yaradılmışdır. Dünyanın ən
qabaqcıl 1600 alimi elmi təhlillər aparmış, ərzaq probleminin sosial iqtisadi əhəmiyyətini
açıqlamışlar. Burada aşağıdakı problemlərə diqqətin artırılması ön plana çəkilmişdir:
1.
Əsas ərzaq növü olan taxılçılığın, əkin sahəsinin azalması məsələsi. 1980-ci illərdə taxıl əkin
sahələri 735 mln. ha olduğu halda, 2003-cü ildə 666 mln. ha təşkil etmişdir. Bu əsasən 3 səbəblə
əlaqədardır.
a)
Torpağın böyük bir qisminin əkin dövriyyələrindən çıxarılaraq sənaye məqsədlərinə,
infrastrukturun inkişafına cəlb edilir.
b) 60-
70 ci illərdə kənd təsərrüfatının intensiv inkişafının nəticəsi olaraq torpaqların eroziyası
artm
ışdır. Bu səbəbdən bir çox ərazilərdə yeni meşə salınması və çəmənliklər yaradılması zərurəti
meydana gəlmişdir.
c)
Dünya üzrə əhalinin sayının artması, şəhərlərin, qəsəbələrin, bağ təsərrüfatlarının müvafiq
infrastrukturunun genişlənməsini tələb edir.
2.
İçməli su qıtlığı problemi. Hazırda dünya əhalisinin 50 faizə qədəri içməli su ilə qeyri-
qənaətbəxş təmin olunur. Bir çox hallarda sudan qənaətlə istifadə edilmir. Sənaye məqsədləri üçün
sudan istifadə artır, bu da su tutumlarını çirkləndirir. Bəzi regionlarda suvarılan torpaqların artması
da içməli suların azalmasına səbəb olur. Məsələn-XX əsrin əvvəllərində süni suvarılan torpaqlar 40
mln.
ha olduğu halda, 50-60 cı illərdə 99 mln. ha, 2003-cü ildə 273mln. ha təşkil etmişdir.
3. Okeanlar
dan səmərəli istifadə olunmaması ərzaq problemini kəskinləşdirir. Okeanlarda
balıqçılıq hövzələrində həddindən çox balıq tutulması dəniz məhsullarının mənimsənilməsi bir çox
balıq növlərinin məhvinə gətirib çıxarmışdır.
4. Ərzaq mühitinin çirklənməsi problemində kənd təsərrüfatına, ərzaq təminatına böyük zərər
vurur. Bir çox tullantıların, qaz və digər maddələrin ətraf mühitə atılması iqlimin istiləşməsinə səbəb
olmuşdur. Eyni zamanda qasırğa və tufanlar, quraqlıq, daşqınlar və digər fəlakətlər də artmışdır.
Bunlar da ərzağın mənbəyi olan aqrar bölməyə zərər verir. İqlimin gələcəkdə də istiləşməsi,
buzlaqların əriməsi dünya okeanlarının 6-7 metr qalxmasına səbəb ola bilər ki, bu da yüzlərlə şəhər
və kəndlərin su altında qalması deməkdir.
5. Məhsuldarlıq səviyyəsinin aşağı düşməsi problemi. Məhsuldarlığın qaldırılması üçün çoxlu
kapital tələb olunur. Bu problemlərə qarşı təhlükəsizlik tədbirləri dünya miqyasında regional, milli və
hətta ev təsərrüfatı səviyyəsində müəyyən edilir. FAO belə hesab edir ki, cəmiyyətin tələbatının
ödənilməsi üçün dünya miqyasında müəyyən ehtiyat yaradır. Bu məqsədlə keçənilki məhsulun 17
faizi ehtiyat kimi saxlanılır. Bu dünya əhalisinin iki aylıq tələbatına kifayət edə bilər. Milli səviyyədə
ərzaq təhlükəsizliyinin müəyyən edilməsində müxtəlif göstəricilərdən istifadə edilir. Hər nəfər hesabı
ilə mövcud ərzaq istehlakı, özünü təmin edə bilmə əmsalı və s. kimi göstəricilər də əsas götürülür.
ƏDƏBİYYAT
1.
Kərimov C., Orucov A., İsrafilov H. “ Dünya iqtisadiyyatı” Dərslik Bakı-2007. 728 səh.
Глобальные продовольственные проблемы
Гусейнова Малахат Солтан
Ахмедова Тарана Муталлим кызы
РЕЗЮМЕ
Статье посвящена решению одной из глобальных проблем века. Здесь отображены
причины возникновения глобальной продовольственной проблемы, система факторов
84
воздействующих на его эволюцию, а также концепции продовольственной безопасности, в
решении этой проблемы рассматривается роль международных экономической организаций.
Ключевые слова: продовольственная проблема, продовольственная безопасность,
пищевые продукты, регионы, продуктивность.
Global food problems
Huseynova Malahat Soltan
Ahmadova Tarana Mutallim
SUMMARY
The article is devoted to one of the unsolved problems dealing with Global Food Problem in the
21st century. Here are reasons why food
shortages are here, what causes of developing food problems
systematically are, food safety consumption, the role of international economy organizations in this
problem.
Key words: food problem, food safety,
food products, regions, productivity.
85
Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 165-171
ÜMUMİ BÖLMƏ
UOT: 331.101.26;331.522.4
ƏMƏK EHTİYATLARINDAN İSTİFADƏNİN MÖVCUD
VƏZİYYƏTİNİN TƏHLİLİ
Mustafayev S
əid
KTİETİ-nun aspirant
Xülas
ə. Məqalədə əmək ehtiyatlarının sosial-iqtisadi məzmunu, struktur dəyişiklikləri, təsir edən
amill
ər tədqiq olunur. Yaşayış yerləri üzrə əmək qabiliyyətli əhalinin iqtisadi fəallığı, gender
m
əsələləri araşdırılır. Şəhər-kənd miqyasında, iqtisadiyyatın sahələri üzrə,
aqrar sektorda əmək
ehtiyatlarından istifadənin diferensiallaşmasına təsir edən amillər müəyyənləşdirilir və bu istiqamətdə
t
əkliflər verilir.
Açar sözl
ər: kənd əhalisi, əmək ehtiyatları, əmək qabiliyyətli əhali, aqrar sektor.
Əmək ehtiyatları (resursları) əhalinin
bir hissəsi olaraq, müəyyən yaş həddində sağlamlığa,
t
əhsilə, peşə ixtisasına malik olmaqla, istehsal və qeyri-istehsal sahə-lərində çalışaraq, cəmiyyətin
inkişafına xidmət edirlər və milli gəlirin yaranmasının əsas iştirakçıları olurlar. Əmək ehtiyatlarının
böyük
əksəriyyətini əmək qabiliyyətli yaşlı əhali təşkil edir. Əhalinin əmək fəaliyyəti ilə məşğul
olmasının aşağı və yuxarı yaş hədləri hər bir ölkədəki tarixi-iqtisadi şəraitdən,
məhsuldar qüvvələrin
inkişaf səviyyəsindən, əhalinin sosial-iqtisadi vəziyyətindən və s. asılı olaraq müəyyən edilir.
İstehsalın texniki inkişaf səviyyəsinin yüksəlməsi, zehni əməyin rolunun artması ilə insanın əmək
qabiliyy
ətlilik dövrünün yuxarı yaş həddi yüksəlir. Əmək qabiliyyəti yaşı üçün müəyyən edilən aşağı
v
ə yuxarı hədlər ayrı-ayrı ölkələr üzrə müxtəlifdir.
Az
ərbaycan Respublikasında əmək qabiliyyətli yaş üçün müəyyən edilmiş hədlər 2010-cu ildən
etibar
ən 16-63 yaşlı kişilər, 16-60 yaşlı qadınlar aid edilir.
Əmək ehtiyatlarının bir hissəsini əmək qabiliyyətli yaşdan böyük olmasına baxmayaraq, əmək
f
əaliyyətini davam etdirən əhali təşkil edir. Bunlarla yanaşı, əmək fəaliyyəti ilə məşğul olan 16
yaşınadək yeniyetmələr də əmək ehtiyatlarının tərkib hissəsini təşkil edir. Bu faktorun özü əmək
ehtiyatlartından (iqtisadi fəal əhali) istifadə olunmasına təsir göstərir.
K
ənd yerlərində iqtisadi fəal əhalinin məşğulluq səviyyəsi 96,1%, işsizlik səviyyəsi –3,9%,
kişilərin məşğulluq səviyyəsi – 96,9%, işsizlik səviyyəsi – 3,1%, qadınların məşğulluq səviyyəsi –
95,3%, işsizlik səviyyəsi – 4,7% təşkil edir. Kənd yerlərində əhalinin məşğulluq səviyyəsi şəhər
yerl
əri ilə müqayisədə üstündür.
Təhlildən görünür ki, kənd yerlərində qadın əmək ehtiyatlarından
istifad
ə səviyyəsi aşağıdır. (4.s.16)
Araşdırmalar göstərir ki, son illərdə işsizlərin əmək fəaliyyətinə cəlb olunması prosesi sürətlənir.
Bu, ölk
ədə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına dair təd-birlərin (Azərbaycan Respublikasının
regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları, Azərbaycan Respublikasının
M
əşğulluq Strategiyası (2006-2015-ci illər), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Strategiyası (2016-2020-ci illər), özəl sektorun inkişafına dövlətin dəstəyi, yeni iş yerlərinin açılması
v
ə s. həyata keçirilməsi ilə bağlıdır.
Müasir m
ərhələdə iqtisadiyyatın liberallaşdırılması və şaxələnməsi, sosial iqtisadi inkişafın
dövl
ət tənzimlənməsinin təkmilləşdirilməsi, bir sıra digər amillər əhalinin əksər hissəsinin
m
əşğulluqdan gəlirlərinin artmasına, demoqrafik göstə-ricilərin yaxşılaşmasına gətirib çıxarmışdır.
Son n
əticədə əhalinin orta illik sayının artması və onun aktiv hissəsinin dəyişilməsi müşahidə olunur.
T
əhlil göstərir ki, 2005-2015-ci illərdə şəhər əhalisinin sayında artım (ölkə daxilində əhalinin
mexaniki h
ərəkəti, şəhər yerlərində iş yerlərinin çoxluğu ilə bağlıdır), kənd əhalisinin sayında azalma
meyli 2010-2014-cü ill
ərdə, 2005-2010-cu illərlə müqayisədə, müşahidə olunur. Eyni zamanda 2013-