81
“insan kapitalı” və yeni texnologiyalara söykənən iqtisadiyyat dayanıqlı sosial-iqtisadi inkişafın
müh
ərriki hesab olunur.
ƏDƏBİYYAT
1.
Korhan Karacaoğlu. Rekabet üstünlüğünün etkiləyən unsurların yapısal eşitlik modeli ilə
belirl
ənməsi. Erciyes Universitesi Dergisi, say: 34, 2009, s. 165-187.
2. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası. Bakı, “Səda”, 152s.
3. Долинская М.Г.,Соловьев И.А. Маркетинг
и конкурентоспособность промышленной продукции. М.,
Экономика, 2009, 345с.
4.
Андрианов В.Д. Россия: экономический и инвестиционный потенциал. М., Экономика, 1999,
296 с. (19).
5. Куликов Г.В. Японский менеджмент и теория международной конкурентоспо-
собности. М., Экономика, 2000, 360 с.
Направления улучшения структуры экономики Азербайджана
Садыкова Сабина Сабир кызы
РЕЗЮМЕ
Одним из важных производства конкурентоспособной продукции в условиях рыночных
отношениях являются структура производства и мероприятия по ее совершенствованию.
Совершенствования структуры отрасли, предусматривают развития промышленности,
сельского хозяйства, не-нефтяного сектора и.т.д.
С целью уменьшение зависимости республики от нефтяной промышленности важном
моментом является развитие не-нефтяного сектора, в том числе металлургии,
машиностроение, труизма и.т.д.
В статье анализирован работы седланые в республике по этому поводу, показаны
мероприятие по улучшение структура экономики.
Ключевые слова: экономика, конкурентоспособность, структура, инновация, импорт,
экономическая политика, задачи, способы.
Azerbaijan’s economy and the
directions of the improvement of its structure
Sadiqova Sabina Sabir
SUMMARY
In the conditions of market economy relation, one of the important terms for production of
competitive products is the structure of the economy and the work done to improve it.
The substantial actions are realized and various normative acts have been adopted to relate this
area in Azerbaijan.
Improvement of the field structure envisions to industry, agriculture,
non-oil sector and so on the
development of directions.
In order to reduce dependence on the country's oil industry, development
isparticularimportanceon metallurgy, mechanical engineering, tourism and etc. which is part of it.
The article describes the works done in this field in the country and measures to be taken to
improve the structure of the economy.
Key words: economy, competitiveness,
structure, innovation, impot, economic policy, position,
method
R
əyçi:
S
əfərov Q.Ə.
ADNSU-nin “S
ənaye iqtisadiyyatıvə mnecment”
kafedrasının müdiri, i.ü.e.d., professor
82
Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 162-164
UOT 336.714
QLOBAL ƏRZAQ PROBLEMLƏRİ
Hüseynova Məlahət Soltan qızı
“Biznesin təşkili və menecment” kafedrasının dosenti
Əhmədova Təranə Mütəllim qızı
“Biznesin təşkili menecment” kafedrasının müəllimi
Sumqayıt Dövlət Universiteti
e-mail:
tarana.7474@mail.ru
Məqalə əsrin qlobal problemlərindən birinin həllinə həsr olunub. Qlobal qida probleminin
yaranmasının səbəbləri, onun təkamülünə təsir edən amillər sistemi, eləcə də ərzaq təhlükəsizliyi
konsepsiyasında beynəlxalq iqtisadi təşkilatların rolu öz əksini tapır.
Açar sözlər: ərzaq
təhlükəsizliyi, ərzaq problemi, ərzaq məhsulları, regionlar, məhsuldarlıq.
Dünya əhalisinin sürətli artımı qarşıya ərzaq məhsullarının istehsalı və istehlakı problemini
çıxartdı. Bu problem XX əsrin əsas həll edilməmiş problemlərindəndir. Yer kürəsində yaşayan
əhalinin təqribən 1 mlrd. nəfəri hər il qidaya olan tələbatını ödəyə bilmir. 500 mln. nəfərdən 1 mlrd.
nəfərə qədəri xroniki aclıq çəkir. 13 mln. nəfərə qədər aclıqdan ölür. Nəzəri iqtisadi baxımdan ərzaq
problemi cəmiyyət miqyasında ərzaq istehsalı, onun dinamikası, emalı, bölgüsü və istehlakını özündə
əks etdirir. Bu problemdə ərzağın həcmi ilə əhalinin sayı arasındakı nisbət hər nəfər hesabı ilə ərzaq
məhsulları istehlakının orta normaları, hər bir ərzağın tərkibi və s. ilə şərtləndirilir.
Dünya ərzaq probleminin təkamülündə təbii ehtiyatların mövcudluğu, iqtisadi inkişaf vəziyyəti,
yığımın artım sürəti, kənd təsərrüfatının texniki silahlanma səviyyəsi, əhalinin məşğulluq və təhsil
səviyyəsi və s. kimi amillər də həlledici rola malikdir. Dünya ərzaq problemini yaradan səbəblər və
onun səciyyəvi cəhətləri aşağıdakılar hesab olunur:
- d
ünya ölkəsində baş verən demoqrafik partlayışlar;
- h
ər nəfərə düşən istehsal və istehlak arasındakı qeyri-bərabərlik;
- t
əbii iqlim şəraiti;
- m
əhsuldarlıq və emal texnologiyasının aşağı səviyyəsi;
- i
şsizlik
və yoxsulluğun yüksək həddi;
- t
orpaq resurslarından istifadənin qeyri-səmərəli olması;
- s
iyasi səbəblər;
-
III dünya ölkələrində texnologiyanın çox aşağı səviyyədə olması.
Hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri milli təhlükəsizliyinin təmin olunması
məsələsidir. MT-in əsas tərkib hissəsi isə ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. FAO-nun
qiymətləndirməsinə görə, yaxın gələcəkdə dünya miqyasında ərzaq istehsalını 4 problem təhlükəsi
gözləyir:
- h
ava şəraitinin pisləşməsi;
- t
əmiz su və enerji resurslarının tükənməsi;
- t
orpağın çirklənməsi və zəhərlənməsi;
- ifrat iqtisadi liberalizm.
Bu təhlükələr hər bir dövlətin iqtisadi siyasətinin müəyyən edilməsində daim diqqət mərkəzində
dayanır.
Ərzaq təhlükəsizliyi dedikdə, sağlam və fəal həyat şəraitinin təmin edilməsi üçün müəyyən
edilmiş keyfiyyət standartları çərçivəsində əhalinin əsas qida məhsullarına olan tələbatının fasiləsiz
və dayanıqlı şəkildə ödənilməsinin təmin edən tədbirlər kompleksi nəzərdə tutulur. Dünya əhalisinin
aclıq içərisində yaşayan, normadan az qidalanan hissəsi həmişə olmuşdur. Müasir dövrdə dünya
təşkilatları, alim və mütəxəssisləri, ərzaq təhlükəsizliyi konsepsiyasını irəli sürürlər. Bu konsepsiyaya
görə dünya, regionlar və ölkələr miqyasında ərzaq mallarının müəyyən səviyyəsi təyin edilməli və