73
yanaşmalardır. Təbbi resursların zənginliyinin iqtisadi artıma təsirinə və “holland xəstəliyi”nin
əlamətlərinə Rybczynsk teoreminin xüsusi halı kimi də baxılmış və tədqiqatın nəticəsi ilk dəfə 1977-
ci ild
ə “The Economist” jurnalında çap olunmuşdur. Bu zaman məsələnin tədqiqinə əsas 1960-cı
ill
ərdə Şimal dənizində Hollandiyanın böyük təbii qaz ehtiyatlarını kəşf etməsi və istismarının ölkə
iqtisadiyyatına, xüsusilə digər ixrac yönümlü
sahələrlə birlikdə, ümumilikdə iqtisadiyyata mənfi
t
əsirinə əsaslanmışdır. Məhz bundan sonra termin 1982-ci ildən başlayaraq, tədqiqatçılar tərəfindən
geniş istifadə olunmağa başlayır, 1982-ci ildə (Corden, Neary, 1982) beynəlxalq ticarət nəzəriyyəsinə
əsaslanaraq, tələb və istehsal amilləri, o cümlədən makroiqtisadi dinamika əsasında "holland
x
əstəliyi"nin mərkəzi modeli işlənilir [19]. Bir qrup digər tədqiqatçı-müəllifər
isə göstərir ki, bəzi
neftd
ən asılı ölkələr müəyyən dövrlərdə siyasi, vətəndaş hüquq və azadlıqlarını qoruyaraq, hətta
müsb
ət iqtisadi dinamika nümayiş etdirməyə nail olmuşlar (məsələn, Venesuella 1971-1981-ci
ill
ərdə, Meksika 2000-ci illərdə) [18]. Daha sonra neft ixracatçısı ölkələrdə neft qiymətlərinin artımı
il
ə demokratiya (avtoritarizm) arasındakı mənfi korrelyasiyaya söykənərək, “resursların lənəti” hipo-
tezini inkar ed
ən müəlliflər burada zəif, lakin müsbət asılılığın olduğunu qeyd etmişlər [3].
Mövzunun t
ədqiqi Rusiya tədqiqatçılarından yan keçməmiş, Rusiya iqtisadiyyatının “resursların
l
ənəti” tələsinə düşmə ehtimalı, “holland sindromu”na yoluxub-yoluxmama sualı bir-sıra
t
ədqiqatçıların maraq dairəsində olmuşdur [5]. Rusiya ilə xarakterik oxşarlıqlara malik Qazaxıstanda
t
ədqiqat sualı xüsusi maraq dairəsində olan məsələlərdəndir.
Hər ikisi böyük əraziyə, zəngin resurs
ehtiyatlarına malik, həmçinin iqtisadi inkişaf xəttlərində uzun illər bənzərlik göstərmiş ölkələrdir.
Qaza
xıstanda bank və pensiya sistemi, elektrik sənayesi, özəl sahibkarlığın inkişafı uğurla həyata
keçir
ilmiş islahatlar içərisindədir.
Problemin h
əlli istiqamətində. “Resursların lənəti” (“çoxluğun zidiyyəti”) tələsinə düşməmək,
“holland sindromuna” yoluxmamaq üçün ölk
ələrin tətbiq etdikləri qabaqlayıcı tədbirlər və
yanaşmalar müxtəlifdir. Neft ixracatçıları içərisində nümunəvi təcrübə Norveç, zəngin almaz
ehtiyatlarını səmərəli istifadə edə bilməsinə görə Bostvana oxşar şəkildə “təbii qüvvə”ləri ixrac edən
ən nümunəvi təcrübə hesab olunur. Ümumilikdə isə problemin həlli üzrə vahid çıxış yoluna,
yanaşmaya rast gəlinməmişdir.
“Resursların lənəti” (“çoxluğun ziddiyyəti”) hadisəsini tədqiq edən
iqtisadiyyat üzrə Nobel
mükafatı laureatı Stiqlitzin qənatincə “təbii qüvvə”lər sayəsində zənginlik əldə edən ölkələr “lənət”in
siyasi v
ə iqtisadi tərəfləri ilə üzləşməyə məhkumdurlar, belə ki, bu şəkildə böyük gəlirlərin həmin
ölk
ənin iqtisadi strukturuna inteqrasiya edilməsi, bu ölkələrin təbii imkanlardan ziyadə digər
r
əqabətqabiliyyətli imkanlarının öyrənilməsi, ölkənin alternativ güclü tərəflərinin üzə çıxarılması,
başqa sözlə desək uzun müddətli və davamlı rəqabətqabiliyyətli tərəfin üzə çıxarılması istiqamətində
real addımların atılmasının zərurətini ifadə etmişdir. Buradakı əhəmiyyətli nüans təkcə inkişaf hədəfi
deyil,
dinamik yaxud uzun müdd
ətli dövrdə formalaşdırıla biləcək, davamlı rəqabət qabiliyyətliliyin
(üstünlüyün) meydana çıxarılmasıdır [6].
“Resurların lənəti”nin dəf edilməsi, çıxış yolu kimi əsasən üç yanaşma göstərilir: (i) sabitlik
fondunun yaradılması, (ii) iqtisadiyyatın və xarici ticarətin liberallaşdırılması və diversifikasiyası;
(iii) şəffaflığın təmin olunması [9]. Habelə, “resursların lənəti”nin ölkə iqtisadiyyatındakı mənfi
t
əsirlərinin əridilməsi, mövcud risklərin azaldılması, iqtisadi inkişafın təşviq olunması, ixrac
qiym
ətlərindən asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması, işsizliyin tədricən aradan
qaldırılması, uzun müddətli dövrdə gəlirlərin yüksəldilməsinə nail olunması üçün (i) iqtisadi və (ii)
ixrac diversifikasiyanın əhəmiyyətli, qaçılmaz addım olduğu vurğulanır. Nəzəri cəhətdən baxdıqda,
diversifikasiya anlayışı geniş məhfumdur (
diversus – müxtəlif,
facio – edirəm latın sözlərinin
birl
əşməsindən əmələ gələn
diversification – dəyişmə, müxtəliflik deməkdir), belə ki, geniş mənada
o, daha çox g
əlir əldə edilməsi yaxud risklərin azaldılması məqsədilə fəaliyyət sahəsinin
genişləndirilməsi, başqa sözlə desək diversifikasiya çox mühüm investisiya konsepsiyası yaxud
n
əzəri cəhətdən istehsalın inkişafı və ya məhsula yeni əlavələrin edilməsi ilə istehsalın həcmin artırıl-
m
ası, bazarda mövqeyin möhkəmləndirilməsidir. Beynəlxalq təcrübə göstərmişdir ki, resurs
rentasından asılılığın azaldılması məqsədilə iqtisadiyyatın diversifikasiyası kifayət qədər çətin,
çoxt
ərəfli
məsələdir, belə ki, bu zaman dünya təcrübəsinə istinad etsək, heç də asan olmayan
diversifikasiya insan kapitalının və infrastrukturun gücləndirilməsi, maliyyə institutlarının inkişafı,
74
satiblik v
ə milli rifah kimi fondların təsis edilməsinin zəruri addımlar olduğu qeyd edilməklə yanaşı,
diversifikasiya il
ə inkişafın yeganə addımı kimi –
ixtisaslaşma çıxış yollarından biri kimi
göst
ərilmişdir [13].
Dünyanın uğurlu beşliyinin təcrübəsindən. Mövcud xammal potensialından və ixracından
faydalanaraq, iqtisadi artımın və sosial inkişafın yüksək səviyyəsinə nail
olmuş beş ölkə - Avstraliya,
Kanada, Malaziya, Norveç v
ə Çili təcrübələrini nəzərədən keçirək [12]:
Avstraliya
ardıcıl islahatlar, mülkiyyət hüququnun qorunması, biznesdə aşağı məhdudiyyətlər və
innovasiyanı təşviq edən siyasət ilə iqtisadi artım və sosial inkişafda dünya liderləri sırasına
qalxmağa müvəffəq olmuş ölkədir. 2020-ci ildə Qatarı üstələyərək, sıxılmış təbii qazın istehsalında
dünya lideri olacağı proqnozu verilməsilə Avstraliya qızıl, nikel, sink istehsalı ilə dünya ikinicisi,
d
əmir filizi və urana görə dünya üçüncüsü və kömür istehsalına görə dünya dördüncüsü (ixracına
gör
ə birincisi) olmaqla ümumilikdə xammal iqtisadiyyatına sahib ölkədir. Bundan başqa bu ölkə bir-
sıra sahələrdə yenilikçi yanaşmalarla ilk addım atanlardandır. Dünyada ilk dəfə dənizdə uzən qazı
durulaşdıran (mayeləşdirən) zavodun inşasına, innovasiyanın təşviqi siyasəti çərçivəsində isə dünya
dövl
ətlərindən istedadlı və bacarıqlı sahibkarların immiqrasiyası vasitəsilə müvəffəq olunmuşdur.
Avstraliyanın “holland sindromu”na yoluxmasının qarşısının alınmasına müvəffəq olmağa
imkan ver
ən iqtisadi modelinin əsas komponentlərinə
(i) iqtisadi sərbəstlik; (ii) resurs sektorunun
strukturu; (iii) mülkiyy
ət hüquqi və istehsal lisenziyalaşması; (iv) coğrafi mövqe; (v) innovasiya
daxildir.
Avstraliya il
ə nisbətdə oxşar yanaşmanı əks etdirsədə, xammal iqtisadiyyatlarının digər uğurlu
nümun
əsi
Kanadanın mədənçıxarma sənayesinin payına bütün dünyada geoloji kəşfiyyatındakı
şirkətlərin 30 faizindən 45 faizədək hissəsi düşür. Xarici investisiyanın bu şəkildə paylanması
mü
əyyən mənada “holland xəsətliyi”nə tutulmadan uzaqlaşmaq üçün atılmış addımlardan biridir.
Dig
əri isə Kanadanın dövlət maliyyəsini və qiymətlərin qeyri-stabilliyindən
qorunmaq məqsədilə
suveren (müst
əqil) fondları qoruyucu alət kimi istifadə etməsidir. Ölkədə bu mənada ən böyük fond
Alberta Heritage Savings Trust Fund-dudur. N
əhayət, Torontoda yerləşən fond birjası mədənçıxarma
s
ənayesi üzrə şirkətlərin qiymətli kağızları bazarında dünya lideridir, adı çəkilən birjada dünyanın
ist
ənilən platformasından daha çox şirkət qeydiyyatdan keçmişdir. Bundan başqa, Kanadada təbii
resursların istehsalı sahələrində mülkiyyət hüququnun qorunmasının özünəməxsus sistemi vardır.
Kanada hazırda şist neftin çıxarılması üzrə dünya birincisidir, bununla belə ölkə qeyri-ənənəvi
karbohidrogen istehsalı üzrə texnaloji innovasiyanın ən üst zirvəsindədir. İnstitutsional sistemin gücü
ölk
əni yüzlərlə dağ-mədən şirkətlərinin birləşdiyi, öz səhmlərini yatırdıqları Toronto fond birjası ilə
qlobal maliyy
ə mərkəzinə çevrilmişdir. Kanada modelinin əsas komponentlərinə (i)
İqtisadi
s
ərbəstlik (bu cəhətdən dünya liderlərindən biridir); (ii) Resurs sektorunun strukturu; (iii) Mülkiyyət
hüquqi v
ə istehsal lisenziyalaşması; (iv) Coğrafi yerləşmə; (v) İnnovasiya daxildir.
Malayziya
iqtisadiyyatı 1957-ci ildə müstəqilliyinin elan edilməsindən
sonra əhəmiyyətli
d
ərəcədə təkmilləşmə prosesindən keçmişdir. İnkişafa nail olunması üçün ölkədə iqtisadiyyatın
liberallaşdırılması və açıq-bazar yanaşması tətbiq edilməyə başlanmışdır. İqtisadi strategiyasının
m
əqsədyönlü diversifikasiya kimi qiymətləndirildiyi Malayziya modelinin komponentlərinə (i)
İqtisadi sərbəstlik (orta səviyyədən nisbətən yuxarıdır); (ii)
Resurs sektorunun strukturu; (iii)
Hasilatın pay bölgüsü və toxunulmazlığa zəmanətinin verilməsi; (iv) Beynəlxalq arenanın
genişləndirilməsi; (v) Hökumətin stabilləşdirmə siyasəti daxildir.
T
əbii resurs ixracından asılılığına baxmayaraq, ciddi maliyyə nizamına və səmərəli iqtisadi
siyas
ətinə əsasən
Norveç Hökuməti iqtisadiyyatını qorumaqla yanaşı, qeyri-stabil neft qiymətlərindən
asılılığı yumşaltmağa müvəffəq olmuşdur. Burada tətbiq edilən Dövlət Pensiya Fondu sistemi bir-sıra
t
əbii resursla zəgin ölkələr tərəfindən tətbiq edilməkdədir. Bu ölkənin neft-qaz ixracından formalaşan
dövl
ət gəlirlərinin əsas hissəsi məhz Norveç Dövlət Pensiya Fonduna ötürülür.
Bu fond Abu-Dabi
İnvestisiya Fondundan sonra dünyada ikinci böyük suveren fond hesab edilir.
Norveç inkişaf modelinin əsas cəhətlərinə (i)
İqtisadi sərbəstlik; (ii) Resurs sektorunun
strukturu; (iii) Toxunulmazlıq zəmanəti və vergi rejimi; (iv) Xaricə doğru genişlənmə (məsələn,
“Statoil” 15 ölk
ənin ərazisində neft-qaz layihələrində iştirak edir. Xüsusi hallarda, məsələn onun