Nazim Eminov


Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 156-161



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə34/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

77 
Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 156-161 
 
UOT: 338.439(479.24) 
 
AZƏRBAYCANIN İQTİSADİYYATININ  
STRUKTURUNUN YAXŞILAŞDIRILMASI İSTIQAMƏTLƏRİ 
 
Sadıqova Səbinə Sabir qızı 
Az
ərbaycan Dövlət Neft və Sənaye Universitetinin 
“S
ənaye iqtisadiyyatı və menecment” kafedrasının assistenti 
e-mail: sabina-w@mail.ru 
 
XÜLASƏ  
 
Bazar iqtisadi münasib
ətləri  şəraitində  rəqabətqabiliyyətli məhsul istehsal etməyin mühüm 
şərtlərindən biri iqtisadiyyatın strukturu və onun yaxşılaşdırılması istiqamətlərində görülən işlərdir. 
Az
ərbaycanda bu sahədə  mühüm tədbirlər həyata keçirilir və  müxtəlif normativ aktlar qəbul 
olunmuşdur.  
Sah
ə strukturunun təkmilləşməsi, sənaye kənd təsərrüfatı, qeyri-neft sektoru və s. istiqamətlərin 
inkişafını nəzərdə tutur. 
Ölk
ənin neft sənayesində  asılılığını  azaltmaq,  məqsədlə  qeyri-neft sektorunun, onun tərkib 
hiss
əsi olan metallurgiya, maşınqayırma, turizm və s. inkişaf edilməsi xüsusi əhəmiyyət kəsb edir.  
M
əqalədə  ölkədə  bu sahədə  görülən  işlər sərf  -  nəzər  edilmiş,  iqtisadiyyatın  strukturunun 
yaxşılaşdırılması istiqamətində görülməli olan tədbirlər göstərilmişdir.  
Açar sözl
ər: iqtisadiyyat, rəqabətqabiliyyət, struktur, innovasiya, import, iqtisadi siyasət, vəzifə, 
üsul. 
 
Giriş 
Az
ərbaycan iqtisadiyyatının əsas rəqabət problemi – milli intellektual kapitalın dayanıqlı inkişaf 
mexanizmi v
ə strategiyasının dünya bazarında yüksək texnologiyalı konkret məhsul və xidmətlərin 
istehsalında reallaşdırılmasıdır. Bunlar isə, öz növbəsində, cəmiyyətdə yeni motivasiya mühiti üçün 
şəraitin yaradılmasını şərtləndirir. 
Ölk
ə sənayesinin sahə strukturu dedikdə milli iqtisadiyyatın sahələri arasında formalaşan istehsal 
münasib
ətləri nəzərdə tutulur. Səmərəli sturuktur stabil iqtisadi inkşafı, milli iqtisadiyyatın qabaqcıl 
v
ə elmi texniki nailiyyətlərin tətbiqini və ölkədə məşğulluğu təmin edir. 
Az
ərbaycan  iqtisadiyyatında  sənayenin sahə  strukturunda hasilat sahəsinin  payı  yüksək və 
elmtutumlu sah
ələrin payı isə azdır. Bu o deməkdir ki, sənaye məhsulları əsasən xammal istehsalına 
ix
tisaslaşıb,  bu  isə  neqativ tendensiyalara yol aça bilər. Yəni iqtisadiyyat, elecə  də  sənaye dünya 
bazarlarında konyunkturalarından yüksək aslılıq dərəcəsinə malikdir. 
Bu sah
ə  strukturu hökmən elmtutumlu sahələrin  payının  artırılmasının  tətbiqini tələb edir. 
İqtisadi  diversifikasiya  ölkə  iqtisadiyyatının  təbii resuslardan və  hasilat sənayesindən  aslılığını 
azaltmağa  doğru  yönəldilməlidir. Deməli, sahənin rəqabətliyinin yüksəldilməsi daxili və  dünya 
bazarlarının  tələblərinə  cavab verən mal və  xidmətlər istehsalı  və  sahə  müəssisələrinin rəqabət 
potensialının artırılması üçün əlverişli şərait yaratmağı tələb edir. 
 
Əsas hissə 
Sah
ənin rəqabətqabiliyyətliliyi xarici və  daxili amillər kimi təsnif edilir. Xarici amillərə 
iqtisadiyyatın dövlət tənzimlənməsi sistemi, makroiqtisadi durum, ölkə iqtisadiyyatının strukturu və 
durumu, hökum
ətin sənaye siyasəti və  onun institutları,  hökumətin xarici ticarət siyasəti, dünya 
t
əsərrüfatına  açıqlıq  dərəcəsi, iqtisadi, siyasi, elmi və  başqa  sahələrdə  beynalxaq  əməkdaşlıq  və  s. 
aiddir. 


78 
R
əqabətqabiliyyətliliyinin daxili amillərinə  aiddir: sahənin həyat dövrü, sahədə  rəqabətin 
durumu, sah
ənin strukturu, sahənin təşkilatı  quruluşu,  sahədə  menecmentin keyfiyyəti, kadr 
potensialı, miqyas effektinin təsiri, innovasiya proseslərinin və yeni texnologiyaların tətbiqi və s. [1]. 
Fikrimizc
ə, sahənin rəqabətqabiliyyətlilik amilləri ümumi halda aşağıdakılardır: 

 
sah
ənin strukturu; 

 
sah
ədə yüksək rəqabətqabiliyyətli lider müəssisələrin mövcudluğu

 
sah
ə daxilində, ölkədə və xaricdə, habelə sahələr arasında elmi-texniki, istehsal-texnoloji, maddi-
texniki v
ə kommersiya əməkdaşlığı sistemi; 

 
m
əhsulun bölüşdürülməsi sistemi; 

 
əməyin məhsuldarlığı; 

 
m
əhsulun kapital və  elmi  tutumluluğu,  texniki  səviyyəsi, məhsulun sərbəst  şəkildə 
m
ənimsənilməsi və təkrar istehsalı üçün zəruri olan biliklərin və elmi işləmələrin məcmusu; 

 
elmi-t
ədqiqat və layihə konstruktor işləmələrinin (ETLKİ) reallaşdırılması imkanları; 

 
sah
ənin ixracyönlülüyü və ya idxal əvəzləmə səviyyəsi

 
sah
ənin inkişaf səviyyəsinin milli iqtisadiyyatın inkşaf səviyyəsinə uyğunluğu, sahə məhsulunun 
ölk
ə iqtisadiyyatının müxtəlif sahələrində istifadə səviyyəsi; 
Sah
ənin rəqabətqabiliyyətliliyi  -  milli  iqtisadiyyatın  ayrı-ayrı  sahələrinin fəaliyyətini 
xarakteriz
ə edir. Bu, ölkənin və bütünlüklə dünya iqtisadiyyatının inkşafının müxtəlif variantlarında 
h
əmin sahənin  davamlılığı  və  dinamikliyi üçün xarakterik olan meyarlar üzrə  bir  sıra  göstəriciləri 
əsasında qiymətləndirilir.  
Bel
əliklə, sahənin rəqabətqabiliyyətliliyi sistemli və kompleks bir bazar anlayışıdır. Ona görə də 
onun s
əviyyəsini hər hansı bir konkret göstərici ilə qiymətləndirmək mümkünsüzdür.  
Sah
ənin rəqabət qabiliyyətliyinin qiymətləndirilməsi üçün 2 qrup göstəricilər sistemindən 
istifad
ə etmək daha doğru olardı: 
1. Sah
ənin rəqabətqabiliyyətliliyinin qrup göstəriciləri.  
2. Sah
ənin rəqabətqabiliyyətliliyinin ümumiləşdirici (inteqral) göstəricisi. 
Qrup göst
əriciləri sahənin resurs və  bazar strukturunu, sahə  resurslarından  istifadənin 
s
əmərəliliyinin nisbi səviyyəsini  və  dinamikasını,  sahə  müəssisələrinin  qarşılıqlı  əlaqələrinin və 
qarşılıqlı fəaliyyətinin dərəcəsini əks təsir edir.  
R
əqabətqabiliyyətlilik problemi dünya təsərrüfatına inteqrasiya edən, ixracı idxalını üstələməkdə 
olan Az
ərbaycan üçün xüsusilə aktualdır. Ölkədə iqtisadiyyatın və ixracın şaxələndirilməsi, xüsusilə 
r
əqabətqabiliyyətli qeyri-neft sənaye sahələrinin inkşafı əsas vəzifələrdən biri kimi qarşıda durur. 
Az
ərbaycan  Respublikası  Prezidentinin  2012-ci il 29 dekabr Fərmanı  ilə  təsdiq  edilmiş 
“Az
ərbaycan 2020: gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasında  və  hökumətin  bir  sıra  proqram 
s
ənədlərində  qeyri-neft  sektorunun  inkişafına,  iqtisadiyyatın  və  ixracın  şaxələndirilməsinə  nail 
olunması,  ölkədə  rəqabətqabiliyyətli sənaye sahələrinin  formalaşması  məsələləri  yaxın  dövr  üçün 
iqtisadi siyas
ətin əsas hədəfləri kimi müəyyən edilmişdir [2]. 
Dünya iqtisadiyyat;na s
əmərəli inteqrasiyanı təmin etmək üçün xarici ticarət siyasətində qeyri-
neft  ixracının  genişləndirilməsi prioritet  olmalıdır.  Belə  qənaətə  gəlirik ki, 2020-ci ilədək 
aşağıdakı tədbirlərin həyata keçirilməsi mühüm vəzifələrdən olmalıdır:  

 
aqrar emalı məhsullarının hədəf  bazarlara çıxış imkanlarının artırılması; 

 
aqrar sah
ədə sahibkarların ixrac potensialının gücləndirilməsi;  

 
milli istehsalç
ıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi; 

 
xarici ticar
ətin infrastruktur  təminatının yaxşılaşdırılması; 

 
“Made in Azerbaijan” brendinin dünya bazarlarına çıxışı imkanlarının artırılması; 

 
milli mü
əssisələrin beynəlxalq sərgi və yarmarkalarda iştirakının stimullaşdırılması; 

 
ixracatda elektron ticar
ət xidmətlərinin inkişaf etdirilməsi; 

 
ixrac potensiallı məhsulların keyfiyyət standartlarının yüksəldilməsi. 
2020-ci il
ədək  İKT  infrastrukturunun  inkişaf  etdirilməsi və  regionlarda müasir elektron 
xidm
ətlərin göstərilməsi imkanlarının daha da  genişləndirilməsi nəzərdə tutulur. O vaxtadək bütün 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə