Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə35/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

79 
ölk
ə  ərazisində  genişzolaqlı,  ucuz  və  keyfiyyətli internetə  çıxış  təmin ediləcəkdir. Bu sahədə 
aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: 

 
r
egionlarda inkişaf etmiş IKT infrastrukturunun yaradılması; 

 
əhalının İKT sahəsində bilik və bacarıq səviyyəsinin yüksəldilməsi/ 
Regionlarda turizmin inkişafı qarşıdakı illərdə prioritet olmalıdır. Turizm xidmətlərinin müasir 
standartlara  uyğunlaşdırılması,  turizm obyektlərinin tikintisi ilə  bağlı  layihələrin  icrası  davam 
etdirilm
əlidir.  
İnnovasiyalar - sənaye məhsulunun  rəqabət qabiliyyətinin vacib şərtidir. Sənaye sahəsində 
rəqabət  qabiliyyətliliyin  artırılmasına  istiqamətlənən  innovasiya  sistemi  və  infrastrukturu 
aşağıdakıları əhatə edə bilər[3]: 

 
innovasiyalar yeni işləmələrin müxtəlif sahələrdə sürətlə tətbiqini əhatə edən texniki-təşkilati və 
iqtisadi-
tədbirləri nəzərdə tutmalıdır; 

 
innovasiyalar  məhsuldarlığın  artırılması,  yeni  bazarlara  çıxmaq  üçün  rəqabətədavamlı 
məhsulların istehsalına yönəlməlidir; 

 
innovasiyalar  sahədə  innovasiya  aktivliyi,  innovasiya  intevsivliyi,  məhsulların  yenilənməsi  və  
innovasiyaların səmərəliliyini təmin etməlidir;   

 
innovasiyaların tətbiqi üçün zəruri maliyyə vəsaitləri formalaşdırılmalıdır;    innovasiya  siyasəti 
mobilləşəbilən resurslara fokuslanmalıdır; 

 
innovasiya siyasətinin həyata keçirilməsi üçün müvafiq maddi-texniki baza yaradılmalıdır. 
Fikrimizcə,  innovasiya  yönümlü  sənaye  siyasəti  həyata  keçirərək  rəqabətqabiliyyətliliyin 
yüksəldilməsini təmin etməyin yolları bunlardır: 

 
sənayedə  innovasiya  proseslərinin  aktivləşdirilməsi  və  intellektual  mülkiy-yətinin  etibarlı 
mühafizəsi mexanizminin formalaşdırılması; 

 
innovasiya mühitinin yaxşılaşdırılması; 

 
maliyyə bazarların standartlaşdırılması, liberallaşdırılması və şəffaflaşdırıl-ması. 
Bu m
ənada dövlətin innovasiya siyasətinin mühüm istiqamətləri aşağıdakılar ola bilər: 

 
elmi-t
ədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;  

 
dövl
ət resurslarının prioritet istiqamətlər arasında bölüşdürülməsi;  

 
elmi m
ərkəzlərdə dövlət sifarışı ilə tədqiqatların yerinə yetirilməsi; 

 
öz
əl bölmədə elmi-tədqiqat nəticələrinin tətbiqinin dövlət tərəfindən stimullaşdırılması;  

 
innovasiya mühiti, t
ədqiqat və  işləmələri təmin edən infrastruktur və  milli elmi prioritetlər 
sisteminin formalaşdırılması;  

 
ETT-
nın mümkün mənfi nəticələrinin qiymətləndirilməsi; elmi-texniki nailliyyətlərə cəmiyyətin 
müsb
ət münasibətinin formalaşdırılması. 
Rusiyalı  iqtisadçısı  V.D.Andriyanov  ölkələrin  innovasiya  siyasətini  tədqiq  edərək  onun  şərti 
olaraq dörd variantını fərqləndirir [4]: 

 
texnoloji təkan siyasəti; 

 
tələb yönümlü siyasət; 

 
sosial yönümlü siyasət; 

 
struktur dəyişikliklərinə yönəlmiş siyasət. 
Texnoloji  təkan  siyasəti  innovasiyaların  həyata  keçirilməsində  dövlətin  rolunu  ön  plana  çəkir, 
yəni dövlət innovasiyalara təkan verməlidir. Bu siyasət keçən əsrin 40-50-ci illərində ABŞ-da həyata 
keçirilmişdir.  Tələb  yönümlü  siyasət  innovasiyaların  tətbiqində  bazar  mexanizminin  üstün  rolunu 
nəzərdə tutur. Bu siyasət əsasən Yaponiya, AFR və ABŞ-da üstünlük təşkil etmişdir. Sosial yönümlü 
siyasət  innovasiyaların  sosial  nəticələrini  diqqət  mərkəzinə  çəkir,  müəyyən  sosial  tənzimləmə 
tədbirləri həyata keçirməyi və müəyyən sosial-siyasi konsensusa əsalanır. Bu siyasətin elementlərinə 
Skandinaviya  ölkələrinin  innovasiya  siyasətində  rast  gəlinir.  Struktur  dəyişikliklərinə  yönəlmiş 
siyasət  iqtisadiyyatın  sahə  strukturunun  dəyişilməsinə,  təsərrüfat  subyektlərinin  davranışına  və 
əhalinin  həyat  səviyyəsinə  innovasiyaların  təsirini  nəzərdə  tutur.  Bu  siyasətin  əksər  elementləri 
Fransada geniş tətbiq edilmişdir.  
Qeyd edək ki, heç bir ölkə innovasiya siyasətinin sadalanan variantlarını necə deyərlər, “xalis” 
şəkildə  tətbiq  etmir.  Əməli  fəaliyyətdə  bu  variantların  elementləri istifadə  olunur.  Bu  baxımdan 


80 
Yaponiya  təcrübəsi  kifayət  qədər  maraqlıdır.  Texnoloji  innovasiya  siyasəti  Yaponiyanın  sürətli 
inkişafının başlıca amili hesab olunur. Yapon iqtisadçısı G.Bakoş göstərir ki, bu misilsiz inkişafın iki 
sütunu var: şüurlu texnoloji siyasət və möhkəm maliyyə bazası [5]. 
Beləliklə,  innovasiya  siyasəti  dövlətin  sosial-iqtisadi  siyasətinin  mühüm  tərkib  hissəsidir.  Bu 
siyasət  innovasiya  proqramlarının  və  layihələrinin  dövlət  tərəfindən  dəstəklənməsi  mexanizmlərini 
müəyyənləşdirir. 
Dövlət innovasiya siyasəti yerli məhsulların rəqabət qabiliyyətliliyinin artır-ması, sabit iqtisadi 
artımın  təmin  edilməsi,  əhalinin  həyat  səviyyəsi  və  keyfiyyətinin  yüksəldilməsi,  ölkənin  müdafiə, 
texnoloji  və  ekoloji  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  innovasiya  fəaliyyətinin  prioritetliyinin 
qəbul edilməsi əsasında formalaşır və reallaşdırılır. 
Dövlət  innovasiya  siyasətinin  başlıca  məqsədi  ölkə  iqtisadiyyatının  rəqabət  qabiliyyətliyinin 
yüksəldilməsini təmin edən innovasiya fəaliyyəti üçün əlverişli iqtisadi, hüquqi və təşkilati mühitin 
yaradılmasıdır.  Fikrimizcə,  innovasiya  siyasətinin  əsas  vəzifələrini  aşağıdakı  kimi 
müəyyənləşdirmək olar:  

 
innovasiya siyasətinin əsas prioritetlərinin müəyyənləşdirilməsi və reallaşdırılması; 

 
iqtisadiyya
tda mütərəqqi struktur dəyişikliklərinin təmin edilməsi; 

 
innovasiya infrastrukturunun yaradılması və inkişaf etdirilməsi;  

 
milli innovasiya məhsulunun beynalxalq bazarlarda dəstəklənməsi;  

 
elmi-
texniki kooperasiya fəaliyyətində xarici əlaqələrin inkişafı;  

 
innovasiyaların  tətbiqi  sferasında  elm,  təhsil,  istehsal  və  maliyyə-kredit  təş-kilatlarının  birgə 
faəliyyətinin təmin edilməsi. 
Fikrimizc
ə, innovasiya siyasətinin reallaşdırılmasının başlıca üsulları aşağıdakılardır:  

 
innovasiya  sferasında  müsbət dəyişikliklər üçün institusional və  hüquqi  şəraitin 
formalaşdırılması; 

 
elm v
ə  yüksək texnologiya tutumlu istehsala vəsait yönəldən ivestorlara yeniliklərin 
m
ənimsənilməsi dövründə vergi güzəştləri, dövlət təminatları, güzəştli kreditlər, iri layihələrdə 
dövl
ətin payçı kimi iştirakı və s.; 

 
bütün t
əsərrüfat subyektlərinə innovasiya fəaliyyəti üçün əlverişli şərait yaradılması məqsədilə 
vergi sisteminin t
əkmilləşdirilməsi; 

 
ümummilli 
əhəmiyyətli innovasiya proqramları və layihələrinin reallaşdırılmasına  birbaşa dövlət 
investisiyalarının ayrılması; 

 
innovasiya f
əaliyyəti nəticəsində  yaradılmış  məhsulların  alınmasına  dövlət  sifarişi  sisteminin 
t
ətbiqi; 

 
dövl
ətə məxsus əmlak və intelektual mülkiyyət obyektlərindən istifadə hüquqlarının innovasiya 
f
əaliyyəti subyektlərinə təqdim edilməsi. 
 
N
əticə 
Yuxarıdakıları  yekunlaşdıraraq  qeyd  edirik  ki,  indiki  mərhələdə  dövlət innovasiya siyasətinin 
əsas istiqamətlərinə aşağıdakıları aid etmək olar: 

 
innovasiya f
əaliyyəti,  onun  stimullaşdırılması  mexanizmləri, institusional dəyişikliklər sistemi
innovasiya  sferasında  intelektual,  mülkiyyətin  qorunması  və  onun təsərrufat dövriyyəsinə  cəlb 
edilm
əsi üçün normativ-hüquqi təminatın işlənib hazırlanması və təkmilləşdirilməsi;  

 
innovasiya f
əaliyyətinin,  istehsalının  inkşafının, elmtutumlu məhsulun rəqabət qabiliyətinin və 
ixracının yüksəldilməsinin kompleks dəstəklənməsi sisteminin yaradılması; 

 
innovasiya infrastrukturunun inkişafı: informasiya təminat sistemi; ekspertiza sistemi; maliyyə-
iqtisadi sistem; istehsal-
texnoloji  yardım;  sertifikatlaşdırma  və  işləmələrin hərəkət sistemi; 
kadrların hazırlanması və yenidən hazırlanma sistemi və s.  
Bel
əliklə, təklif olunan istiqamətlər indiki mərhələdə  ölkədə  milli innovasiya sisteminin 
əsaslarını  formalaşdırır  və  gələcəkdə  geniş  miqyaslı  innovasiya proseslərinə  zəmin  hazırlayır. 
İnnovasiyalı  inkişafa  nail  olmaq  istəyən hər bir ölkə, ilk növbədə  təhsilin səviyyəsinin 
yüks
əldilməsini və informasiya cəmiyyətinin formalaşdırılmasını ön plana çəkməlidir. Çünki məhz 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə