Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə37/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

83 
nəzərdə saxlanılmalıdır. Bu səviyyə bütün insanların aktiv və sağlam həyat keçirməsini təmin etməli, 
insanlar isə ərzaq məhsullarını əldə etmək üçün iqtisadi və fiziki imkanlara malik olmalıdırlar.  
Ərzaq  təhlükəsizliyi  ilə  bağlı  olaraq  1974-cü  ildə  Romada  BMT  ümumdünya  ərzaq  konfransı 
keçirilmişdir. Bu konfransda ərzaq qıtlığına qarşı birgə mübarizə üçün ümumbəşər bəyannamə qəbul 
edilmişdir.  Bu  məqsədlə  də  1974-cü  ildə  ümumdünya  ərzaq  şurası  yaradılmışdır.  Dünyanın  ən 
qabaqcıl  1600  alimi  elmi  təhlillər  aparmış,  ərzaq  probleminin  sosial  iqtisadi  əhəmiyyətini 
açıqlamışlar. Burada aşağıdakı problemlərə diqqətin artırılması ön plana çəkilmişdir: 
1. 
Əsas ərzaq növü olan taxılçılığın, əkin sahəsinin azalması məsələsi. 1980-ci illərdə taxıl əkin 
sahələri 735 mln. ha olduğu halda, 2003-cü ildə 666 mln. ha təşkil etmişdir. Bu əsasən  3 səbəblə 
əlaqədardır. 
a) 
Torpağın  böyük  bir  qisminin  əkin  dövriyyələrindən  çıxarılaraq  sənaye  məqsədlərinə, 
infrastrukturun inkişafına cəlb edilir. 
b)  60-
70  ci  illərdə  kənd  təsərrüfatının  intensiv  inkişafının  nəticəsi  olaraq  torpaqların  eroziyası 
artm
ışdır. Bu səbəbdən  bir çox ərazilərdə  yeni  meşə salınması və çəmənliklər  yaradılması zərurəti 
meydana gəlmişdir. 
c) 
Dünya  üzrə  əhalinin  sayının  artması,  şəhərlərin,  qəsəbələrin,  bağ  təsərrüfatlarının  müvafiq 
infrastrukturunun genişlənməsini tələb edir. 
2. 
İçməli  su  qıtlığı  problemi.  Hazırda  dünya  əhalisinin  50  faizə  qədəri  içməli  su  ilə  qeyri-
qənaətbəxş təmin olunur. Bir çox hallarda sudan qənaətlə istifadə edilmir. Sənaye məqsədləri üçün 
sudan istifadə artır, bu da su tutumlarını çirkləndirir. Bəzi regionlarda suvarılan torpaqların artması 
da içməli suların azalmasına səbəb olur. Məsələn-XX əsrin əvvəllərində süni suvarılan torpaqlar 40 
mln. ha olduğu halda, 50-60 cı illərdə 99 mln. ha, 2003-cü ildə 273mln. ha təşkil etmişdir. 
3. Okeanlar
dan  səmərəli  istifadə  olunmaması  ərzaq  problemini  kəskinləşdirir.  Okeanlarda 
balıqçılıq hövzələrində həddindən çox balıq tutulması dəniz məhsullarının mənimsənilməsi bir çox 
balıq növlərinin məhvinə gətirib çıxarmışdır. 
4.  Ərzaq  mühitinin  çirklənməsi  problemində  kənd  təsərrüfatına,  ərzaq  təminatına  böyük  zərər 
vurur. Bir çox tullantıların, qaz və digər maddələrin ətraf mühitə atılması iqlimin istiləşməsinə səbəb 
olmuşdur.  Eyni  zamanda  qasırğa  və  tufanlar,  quraqlıq,  daşqınlar  və  digər  fəlakətlər  də  artmışdır. 
Bunlar  da  ərzağın  mənbəyi  olan  aqrar  bölməyə  zərər  verir.  İqlimin  gələcəkdə  də  istiləşməsi, 
buzlaqların əriməsi dünya okeanlarının 6-7 metr qalxmasına səbəb ola bilər ki, bu da yüzlərlə şəhər 
və kəndlərin su altında qalması deməkdir. 
5.  Məhsuldarlıq  səviyyəsinin  aşağı  düşməsi  problemi.  Məhsuldarlığın  qaldırılması  üçün  çoxlu 
kapital tələb olunur. Bu problemlərə qarşı təhlükəsizlik tədbirləri dünya miqyasında regional, milli və 
hətta  ev  təsərrüfatı  səviyyəsində  müəyyən  edilir.  FAO  belə  hesab  edir  ki,  cəmiyyətin  tələbatının 
ödənilməsi  üçün  dünya  miqyasında  müəyyən  ehtiyat  yaradır.  Bu  məqsədlə  keçənilki  məhsulun  17 
faizi ehtiyat kimi saxlanılır. Bu dünya əhalisinin iki aylıq tələbatına kifayət edə bilər. Milli səviyyədə 
ərzaq təhlükəsizliyinin müəyyən edilməsində müxtəlif göstəricilərdən istifadə edilir. Hər nəfər hesabı 
ilə mövcud ərzaq istehlakı, özünü təmin edə bilmə əmsalı və s. kimi göstəricilər də əsas götürülür. 
 
ƏDƏBİYYAT 
 
1. 
Kərimov C., Orucov A., İsrafilov H. “ Dünya iqtisadiyyatı” Dərslik Bakı-2007. 728 səh. 
Глобальные продовольственные проблемы 
 
Гусейнова Малахат Солтан  
Ахмедова Тарана Муталлим кызы 
 
РЕЗЮМЕ 
 
Статье  посвящена  решению  одной  из  глобальных  проблем  века.  Здесь  отображены 
причины  возникновения  глобальной  продовольственной  проблемы,  система  факторов 


84 
воздействующих  на  его  эволюцию,  а  также  концепции  продовольственной  безопасности,  в  
решении этой проблемы рассматривается роль международных экономической организаций. 
Ключевые  слова:  продовольственная  проблема,  продовольственная  безопасность, 
пищевые продукты, регионы, продуктивность. 
 
Global food problems 
 
Huseynova Malahat Soltan 
Ahmadova Tarana Mutallim 
 
SUMMARY 
 
The article is devoted to one of the unsolved problems dealing with Global Food Problem in the 
21st century. Here are reasons why food shortages are here, what causes of developing food problems 
systematically are, food safety consumption, the role of international economy organizations in this 
problem. 
Key words: food problem, food safety, food products, regions, productivity. 
 
 
 
 
 
 


85 
Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 165-171 
 
ÜMUMİ BÖLMƏ 
 
UOT: 331.101.26;331.522.4 
 
ƏMƏK  EHTİYATLARINDAN İSTİFADƏNİN  MÖVCUD  
VƏZİYYƏTİNİN TƏHLİLİ 
 
Mustafayev S
əid  
KTİETİ-nun aspirant 
 
Xülas
ə. Məqalədə əmək  ehtiyatlarının sosial-iqtisadi məzmunu, struktur dəyişiklikləri, təsir edən 
amill
ər tədqiq  olunur.  Yaşayış  yerləri üzrə  əmək qabiliyyətli  əhalinin iqtisadi fəallığı,  gender 
m
əsələləri  araşdırılır.  Şəhər-kənd  miqyasında,  iqtisadiyyatın  sahələri üzrə, aqrar sektorda əmək 
ehtiyatlarından istifadənin diferensiallaşmasına təsir edən amillər müəyyənləşdirilir və bu istiqamətdə  
t
əkliflər verilir. 
Açar sözl
ər: kənd əhalisi, əmək ehtiyatları, əmək qabiliyyətli əhali, aqrar sektor. 
 
Əmək  ehtiyatları  (resursları)  əhalinin bir hissəsi olaraq, müəyyən  yaş  həddində  sağlamlığa, 
t
əhsilə,  peşə  ixtisasına  malik  olmaqla,  istehsal  və  qeyri-istehsal sahə-lərində  çalışaraq,  cəmiyyətin 
inkişafına xidmət edirlər və milli gəlirin yaranmasının əsas iştirakçıları olurlar. Əmək ehtiyatlarının 
böyük 
əksəriyyətini  əmək qabiliyyətli  yaşlı  əhali təşkil  edir.  Əhalinin  əmək fəaliyyəti ilə  məşğul 
olmasının aşağı və yuxarı yaş hədləri hər bir ölkədəki tarixi-iqtisadi şəraitdən, məhsuldar qüvvələrin 
inkişaf  səviyyəsindən,  əhalinin sosial-iqtisadi vəziyyətindən və  s.  asılı  olaraq  müəyyən edilir. 
İstehsalın  texniki  inkişaf  səviyyəsinin yüksəlməsi, zehni əməyin  rolunun  artması  ilə  insanın  əmək 
qabiliyy
ətlilik dövrünün yuxarı yaş həddi yüksəlir. Əmək qabiliyyəti yaşı üçün müəyyən edilən aşağı 
v
ə yuxarı hədlər ayrı-ayrı ölkələr üzrə müxtəlifdir.  
Az
ərbaycan Respublikasında əmək qabiliyyətli yaş üçün müəyyən edilmiş hədlər  2010-cu ildən 
etibar
ən  16-63 yaşlı kişilər, 16-60 yaşlı qadınlar aid edilir. 
Əmək ehtiyatlarının bir hissəsini  əmək qabiliyyətli yaşdan böyük olmasına baxmayaraq, əmək 
f
əaliyyətini  davam etdirən  əhali təşkil  edir.  Bunlarla  yanaşı,  əmək fəaliyyəti ilə  məşğul  olan  16 
yaşınadək yeniyetmələr də  əmək  ehtiyatlarının  tərkib hissəsini təşkil  edir.  Bu  faktorun  özü  əmək 
ehtiyatlartından (iqtisadi fəal əhali) istifadə olunmasına təsir  göstərir.  
K
ənd yerlərində  iqtisadi fəal  əhalinin məşğulluq  səviyyəsi  96,1%,  işsizlik  səviyyəsi  –3,9%, 
kişilərin məşğulluq səviyyəsi – 96,9%, işsizlik səviyyəsi – 3,1%, qadınların məşğulluq səviyyəsi – 
95,3%,  işsizlik  səviyyəsi  –  4,7% təşkil  edir.  Kənd yerlərində  əhalinin məşğulluq  səviyyəsi  şəhər 
yerl
əri ilə müqayisədə üstündür. Təhlildən görünür ki,  kənd yerlərində qadın əmək ehtiyatlarından 
istifad
ə səviyyəsi aşağıdır. (4.s.16) 
Araşdırmalar göstərir ki, son illərdə işsizlərin əmək fəaliyyətinə cəlb olunması prosesi sürətlənir. 
Bu, ölk
ədə  sosial-iqtisadi vəziyyətin  yaxşılaşmasına  dair  təd-birlərin (Azərbaycan  Respublikasının 
regionlarının  sosial-iqtisadi  inkişafına  dair  Dövlət  Proqramları,  Azərbaycan  Respublikasının 
M
əşğulluq  Strategiyası  (2006-2015-ci illər),  Azərbaycan  Respublikasının  Kənd Təsərrüfatı 
Strategiyası (2016-2020-ci illər), özəl sektorun inkişafına dövlətin dəstəyi, yeni iş yerlərinin açılması 
v
ə s. həyata keçirilməsi ilə bağlıdır. 
Müasir m
ərhələdə  iqtisadiyyatın  liberallaşdırılması  və  şaxələnməsi,  sosial  iqtisadi  inkişafın 
dövl
ət tənzimlənməsinin təkmilləşdirilməsi,  bir  sıra  digər amillər  əhalinin  əksər hissəsinin 
m
əşğulluqdan  gəlirlərinin  artmasına,  demoqrafik  göstə-ricilərin  yaxşılaşmasına  gətirib  çıxarmışdır. 
Son n
əticədə əhalinin orta illik sayının artması və onun aktiv hissəsinin  dəyişilməsi müşahidə olunur. 
T
əhlil göstərir ki, 2005-2015-ci illərdə  şəhər  əhalisinin  sayında  artım  (ölkə  daxilində  əhalinin 
mexaniki h
ərəkəti, şəhər yerlərində iş yerlərinin çoxluğu ilə bağlıdır), kənd əhalisinin sayında azalma 
meyli 2010-2014-cü ill
ərdə, 2005-2010-cu illərlə müqayisədə, müşahidə olunur. Eyni zamanda 2013-


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə