Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə32/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

73 
yanaşmalardır.  Təbbi  resursların  zənginliyinin  iqtisadi  artıma  təsirinə  və  “holland xəstəliyi”nin 
əlamətlərinə Rybczynsk teoreminin xüsusi halı kimi də baxılmış və tədqiqatın nəticəsi ilk dəfə 1977-
ci ild
ə  “The  Economist”  jurnalında  çap  olunmuşdur.  Bu  zaman  məsələnin tədqiqinə  əsas 1960-cı 
ill
ərdə Şimal dənizində Hollandiyanın böyük təbii qaz ehtiyatlarını kəşf etməsi və istismarının ölkə 
iqtisadiyyatına,  xüsusilə  digər ixrac yönümlü sahələrlə  birlikdə, ümumilikdə  iqtisadiyyata mənfi 
t
əsirinə əsaslanmışdır. Məhz bundan sonra termin 1982-ci ildən başlayaraq, tədqiqatçılar tərəfindən 
geniş istifadə olunmağa başlayır, 1982-ci ildə (Corden, Neary, 1982) beynəlxalq ticarət nəzəriyyəsinə 
əsaslanaraq, tələb və  istehsal amilləri, o cümlədən makroiqtisadi dinamika əsasında  "holland 
x
əstəliyi"nin mərkəzi  modeli  işlənilir [19]. Bir qrup digər tədqiqatçı-müəllifər isə  göstərir ki, bəzi 
neftd
ən  asılı  ölkələr müəyyən dövrlərdə  siyasi, vətəndaş  hüquq  və  azadlıqlarını  qoruyaraq,  hətta 
müsb
ət  iqtisadi  dinamika  nümayiş  etdirməyə  nail  olmuşlar  (məsələn, Venesuella 1971-1981-ci 
ill
ərdə, Meksika 2000-ci illərdə) [18]. Daha sonra neft ixracatçısı ölkələrdə neft qiymətlərinin artımı 
il
ə demokratiya (avtoritarizm) arasındakı mənfi korrelyasiyaya söykənərək, “resursların lənəti” hipo-
tezini inkar ed
ən müəlliflər burada zəif, lakin müsbət asılılığın olduğunu qeyd etmişlər [3]. 
Mövzunun t
ədqiqi Rusiya tədqiqatçılarından yan keçməmiş, Rusiya iqtisadiyyatının “resursların 
l
ənəti” tələsinə  düşmə  ehtimalı,  “holland  sindromu”na  yoluxub-yoluxmama  sualı  bir-sıra 
t
ədqiqatçıların maraq dairəsində olmuşdur [5]. Rusiya ilə xarakterik oxşarlıqlara malik Qazaxıstanda 
t
ədqiqat sualı xüsusi maraq dairəsində olan məsələlərdəndir. Hər ikisi böyük əraziyə, zəngin resurs 
ehtiyatlarına  malik,  həmçinin  iqtisadi  inkişaf  xəttlərində  uzun illər bənzərlik göstərmiş  ölkələrdir. 
Qaza
xıstanda  bank  və  pensiya sistemi, elektrik sənayesi, özəl  sahibkarlığın  inkişafı  uğurla  həyata 
keçir
ilmiş islahatlar içərisindədir.    
Problemin h
əlli istiqamətində. “Resursların lənəti” (“çoxluğun zidiyyəti”) tələsinə düşməmək, 
“holland sindromuna” yoluxmamaq üçün ölk
ələrin tətbiq etdikləri  qabaqlayıcı  tədbirlər və 
yanaşmalar  müxtəlifdir. Neft ixracatçıları  içərisində  nümunəvi təcrübə  Norveç, zəngin almaz 
ehtiyatlarını səmərəli istifadə edə bilməsinə görə Bostvana oxşar şəkildə “təbii qüvvə”ləri ixrac edən 
ən nümunəvi təcrübə  hesab olunur. Ümumilikdə  isə  problemin həlli üzrə  vahid  çıxış  yoluna, 
yanaşmaya rast gəlinməmişdir.    
“Resursların  lənəti”  (“çoxluğun  ziddiyyəti”) hadisəsini tədqiq edən  iqtisadiyyat üzrə  Nobel 
mükafatı laureatı Stiqlitzin qənatincə “təbii qüvvə”lər sayəsində zənginlik əldə edən ölkələr “lənət”in 
siyasi v
ə iqtisadi tərəfləri ilə üzləşməyə məhkumdurlar, belə ki, bu şəkildə böyük gəlirlərin həmin 
ölk
ənin iqtisadi strukturuna inteqrasiya edilməsi, bu ölkələrin təbii imkanlardan ziyadə  digər 
r
əqabətqabiliyyətli  imkanlarının  öyrənilməsi, ölkənin alternativ güclü tərəflərinin üzə  çıxarılması, 
başqa sözlə desək uzun müddətli və davamlı rəqabətqabiliyyətli tərəfin üzə çıxarılması istiqamətində 
real addımların atılmasının zərurətini ifadə etmişdir. Buradakı əhəmiyyətli nüans təkcə inkişaf hədəfi 
deyil, dinamik yaxud uzun müdd
ətli dövrdə formalaşdırıla biləcək, davamlı rəqabət qabiliyyətliliyin 
(üstünlüyün) meydana çıxarılmasıdır [6].  
“Resurların  lənəti”nin dəf edilməsi,  çıxış  yolu  kimi  əsasən  üç  yanaşma  göstərilir: (i) sabitlik 
fondunun  yaradılması,  (ii)  iqtisadiyyatın  və  xarici ticarətin liberallaşdırılması  və  diversifikasiyası; 
(iii)  şəffaflığın  təmin  olunması  [9].  Habelə,  “resursların  lənəti”nin ölkə  iqtisadiyyatındakı  mənfi 
t
əsirlərinin  əridilməsi, mövcud risklərin  azaldılması,  iqtisadi  inkişafın  təşviq  olunması,  ixrac 
qiym
ətlərindən asılılığın  azaldılması,  yeni  iş  yerlərinin  yaradılması,  işsizliyin  tədricən aradan 
qaldırılması, uzun müddətli dövrdə gəlirlərin yüksəldilməsinə nail olunması  üçün (i) iqtisadi və (ii) 
ixrac diversifikasiyanın əhəmiyyətli, qaçılmaz addım olduğu vurğulanır. Nəzəri cəhətdən baxdıqda, 
diversifikasiya  anlayışı  geniş  məhfumdur (diversus  –  müxtəlif,  facio  –  edirəm  latın  sözlərinin 
birl
əşməsindən əmələ gələn diversification – dəyişmə, müxtəliflik deməkdir), belə ki, geniş mənada 
o, daha çox g
əlir  əldə  edilməsi yaxud risklərin  azaldılması  məqsədilə  fəaliyyət sahəsinin 
genişləndirilməsi,  başqa  sözlə  desək  diversifikasiya  çox  mühüm  investisiya  konsepsiyası  yaxud 
n
əzəri cəhətdən istehsalın inkişafı və ya məhsula yeni əlavələrin edilməsi ilə istehsalın həcmin artırıl-
m
ası,  bazarda  mövqeyin  möhkəmləndirilməsidir. Beynəlxalq təcrübə  göstərmişdir  ki,  resurs 
rentasından  asılılığın  azaldılması  məqsədilə  iqtisadiyyatın  diversifikasiyası  kifayət qədər çətin, 
çoxt
ərəfli məsələdir, belə  ki, bu zaman dünya təcrübəsinə  istinad etsək, heç də  asan olmayan 
diversifikasiya  insan  kapitalının  və  infrastrukturun gücləndirilməsi, maliyyə  institutlarının  inkişafı, 


74 
satiblik v
ə milli rifah kimi fondların təsis edilməsinin zəruri addımlar olduğu qeyd edilməklə yanaşı, 
diversifikasiya il
ə  inkişafın  yeganə  addımı  kimi  –  ixtisaslaşma  çıxış  yollarından  biri  kimi 
göst
ərilmişdir [13].   
Dünyanın  uğurlu  beşliyinin  təcrübəsindən.  Mövcud  xammal  potensialından  və  ixracından 
faydalanaraq, iqtisadi artımın və sosial inkişafın yüksək səviyyəsinə nail olmuş beş ölkə - Avstraliya
Kanada, Malaziya, Norveç v
ə Çili təcrübələrini nəzərədən keçirək [12]:  
Avstraliya 
ardıcıl islahatlar, mülkiyyət hüququnun qorunması, biznesdə aşağı məhdudiyyətlər və 
innovasiyanı  təşviq  edən siyasət ilə  iqtisadi  artım  və  sosial  inkişafda dünya liderləri  sırasına 
qalxmağa müvəffəq olmuş ölkədir. 2020-ci ildə Qatarı üstələyərək, sıxılmış təbii qazın istehsalında 
dünya  lideri  olacağı  proqnozu  verilməsilə  Avstraliya  qızıl,  nikel,  sink  istehsalı  ilə  dünya ikinicisi, 
d
əmir filizi və urana görə dünya üçüncüsü və  kömür istehsalına görə dünya dördüncüsü (ixracına 
gör
ə birincisi) olmaqla ümumilikdə xammal iqtisadiyyatına sahib ölkədir. Bundan başqa bu ölkə bir-
sıra  sahələrdə  yenilikçi  yanaşmalarla  ilk  addım atanlardandır.  Dünyada  ilk  dəfə  dənizdə  uzən  qazı 
durulaşdıran (mayeləşdirən) zavodun inşasına, innovasiyanın təşviqi siyasəti çərçivəsində isə dünya 
dövl
ətlərindən istedadlı və bacarıqlı sahibkarların immiqrasiyası vasitəsilə müvəffəq olunmuşdur.  
Avstraliyanın  “holland  sindromu”na  yoluxmasının  qarşısının  alınmasına  müvəffəq  olmağa 
imkan ver
ən iqtisadi modelinin əsas komponentlərinə  (i) iqtisadi sərbəstlik; (ii) resurs sektorunun 
strukturu; (iii) mülkiyy
ət hüquqi və  istehsal lisenziyalaşması;  (iv)  coğrafi  mövqe;  (v)  innovasiya 
daxildir.  
Avstraliya il
ə nisbətdə oxşar yanaşmanı əks etdirsədə, xammal iqtisadiyyatlarının digər uğurlu 
nümun
əsi  Kanadanın  mədənçıxarma  sənayesinin  payına  bütün  dünyada  geoloji  kəşfiyyatındakı 
şirkətlərin 30 faizindən 45 faizədək hissəsi  düşür.  Xarici  investisiyanın  bu  şəkildə  paylanması 

əyyən mənada “holland xəsətliyi”nə  tutulmadan  uzaqlaşmaq  üçün  atılmış  addımlardan  biridir. 
Dig
əri isə  Kanadanın  dövlət maliyyəsini və  qiymətlərin qeyri-stabilliyindən qorunmaq məqsədilə 
suveren (müst
əqil) fondları qoruyucu alət kimi istifadə etməsidir. Ölkədə bu mənada ən böyük fond 
Alberta Heritage Savings Trust Fund-dudur. N
əhayət, Torontoda yerləşən fond birjası mədənçıxarma 
s
ənayesi üzrə  şirkətlərin qiymətli  kağızları  bazarında  dünya  lideridir,  adı  çəkilən  birjada  dünyanın 
ist
ənilən  platformasından  daha  çox  şirkət  qeydiyyatdan  keçmişdir.  Bundan  başqa,  Kanadada  təbii 
resursların istehsalı sahələrində mülkiyyət hüququnun qorunmasının özünəməxsus sistemi vardır.  
Kanada hazırda şist neftin çıxarılması üzrə dünya birincisidir, bununla belə ölkə qeyri-ənənəvi 
karbohidrogen istehsalı üzrə texnaloji innovasiyanın ən üst zirvəsindədir. İnstitutsional sistemin gücü 
ölk
əni yüzlərlə dağ-mədən şirkətlərinin birləşdiyi, öz səhmlərini yatırdıqları Toronto fond birjası ilə 
qlobal maliyy
ə  mərkəzinə  çevrilmişdir. Kanada modelinin əsas komponentlərinə  (i)  İqtisadi 
s
ərbəstlik (bu cəhətdən dünya liderlərindən biridir); (ii) Resurs sektorunun strukturu; (iii) Mülkiyyət 
hüquqi v
ə istehsal lisenziyalaşması; (iv) Coğrafi yerləşmə; (v) İnnovasiya daxildir.  
Malayziya 
iqtisadiyyatı  1957-ci ildə  müstəqilliyinin elan edilməsindən sonra əhəmiyyətli 
d
ərəcədə  təkmilləşmə  prosesindən  keçmişdir.  İnkişafa  nail  olunması  üçün  ölkədə  iqtisadiyyatın 
liberallaşdırılması  və  açıq-bazar  yanaşması  tətbiq edilməyə  başlanmışdır.  İqtisadi  strategiyasının 
m
əqsədyönlü diversifikasiya kimi qiymətləndirildiyi Malayziya modelinin komponentlərinə  (i) 
İqtisadi  sərbəstlik (orta səviyyədən nisbətən  yuxarıdır);  (ii)  Resurs sektorunun strukturu; (iii) 
Hasilatın  pay  bölgüsü  və  toxunulmazlığa  zəmanətinin verilməsi; (iv) Beynəlxalq  arenanın 
genişləndirilməsi; (v) Hökumətin stabilləşdirmə siyasəti daxildir.  
T
əbii  resurs  ixracından  asılılığına  baxmayaraq,  ciddi  maliyyə  nizamına  və  səmərəli iqtisadi 
siyas
ətinə əsasən Norveç Hökuməti iqtisadiyyatını qorumaqla yanaşı, qeyri-stabil neft qiymətlərindən 
asılılığı yumşaltmağa müvəffəq olmuşdur. Burada tətbiq edilən Dövlət Pensiya Fondu sistemi bir-sıra 
t
əbii resursla zəgin ölkələr tərəfindən tətbiq edilməkdədir. Bu ölkənin neft-qaz ixracından formalaşan 
dövl
ət gəlirlərinin əsas hissəsi məhz Norveç Dövlət Pensiya Fonduna ötürülür. Bu fond Abu-Dabi 
İnvestisiya Fondundan sonra dünyada ikinci böyük suveren fond hesab edilir.  
Norveç  inkişaf  modelinin  əsas cəhətlərinə  (i)  İqtisadi  sərbəstlik; (ii) Resurs sektorunun 
strukturu;  (iii)  Toxunulmazlıq  zəmanəti və  vergi rejimi; (iv) Xaricə  doğru  genişlənmə  (məsələn, 
“Statoil” 15 ölk
ənin  ərazisində  neft-qaz layihələrində  iştirak  edir.  Xüsusi  hallarda,  məsələn onun 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə